Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3967/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Cavabdeh4, Şamaxı rayon notariat kontoruna və Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “qeydiyyat vəsiqəsinin, Şamaxı rayon AİK-nın qərarının, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Koll egiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2(103)-3472/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən ev 12 dekabr 1990-cı il tarixdə X3 adına qeydiyyata alınmışdır.
2. Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə həmin fərdi yaşayış evinin yerləşdiyi 0,13 ha həyətyanı torpaq sahəsi X3 və X15 mülkiyyətinə verilmişdir. 3. 28 aprel 2006-cı il tarixli m üqaviləyə əsasən X10 Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 144,5 kv.metr, yaşayış sahəsi 55,2 kv.metr olan 3 otaqdan ibarət yaşayış evini X21 və Cavabdeh4 bağışlamışdır.
4. Şamaxı Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli qətnaməsi ilə X4 iddiası təmin edilmiş, X6 adına Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən evə Şamaxı rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin, Nadejda Korneva tərəfindən verilmiş Cavabdeh4 və Oleq Olkovun adına rəsmiləşdirilməsi üçün əsas olmuş 28 aprel 2008-ci il tarixli bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh4 və X15 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qərarı ilə iddiaçı X4 kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Şamaxı Rayon Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən X8 adına olmuş ev və həyətyanı torpaq sahəsi üzərində X1 sahiblik faktının müəyyən edilməsi qət edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərardadı ilə maraqlı şəxs Cavabdeh4 və X11 apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi X4 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka sahiblik faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
9. Şamaxı Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,1199 ha torpaq sahəsi olan fərdi yaşayış evinə dair X1 ad ına verilmiş **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 24 dekabr 2013-cü il tarixli Seriya RX № ******* saylı Çıxarışın, 26 dekabr 2013-cü il tarixli 2V241 nömrə ilə qeyd olunmuş vərəsəlik hüququna dair şəhadətnamənin, X4 adına verilmiş Seriya RX № ******* saylı Çıxarışın, 08 yanvar 2019-cu il tarixdə 2V-7 nömrə ilə qeyd olunmuş vərəsəlik hüququna dair şəhadətnamənin və həmin şəhadətnamə əsasında İddiaçı adına rəsmiləşdirilmiş Seriya RX № ******* saylı Çıxarışın ləğv edilməsi, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,1199 ha torpaq sahəsinə və üzərində olan fərdi yaşayış evinə iddiaçı Cavabdeh4 mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir.
10. DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin Şamaxı rayon Məhkəməsinə ünvanlanmış 14 iyun 2021-ci il tarixli məktubuna əsasə n Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən mübahisəli evi X10 29 aprel 2006-cı il tarixdə notarial qaydada oğullarına bağışlamışdır. Bağışlama müqaviləsi əsasında ev 26 aprel 2011-ci il tarixdə Cavabdeh4 və X15 adlarına paylı mülkiyyət hüquqları üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan evin bağışlama müqaviləsi və onun əsasında aparılmış qeydiyyat Şamaxı Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli 2(074)-50/2013 nömrəli qətnaməsi əsasında ləğv edilmişdir. Şamaxı Rayon Məhkəməsinin digər 15 noyabr 2013cü il tarixli, 2(074)-805/2013 saylı qətnaməsinə əsasən mübahisəli evin üzərində X4 mərhum anası X1 sahiblik, istifadə və sərəncam vermək faktı müəyyən olunmuşdur. Həmin qətnamə əsasında mübahisəli ev 24 dekabr 2013-cü il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Evin üzərində mülkiyyət hüququ X1 adına qeydiyyata alındıqdan sonra Şamaxı rayon DNK-da 26 dekabr 2013-cü il tarixdə təsdiq olunmuş 2V-211 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin ev 29 dekabr 2013-cü il tarixdə X4 adına qeydiyyata alınmışdır. Bundan sonra sözügedən evi X9 Şamaxı rayon DNK-da 21 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-19 nömrəli bağışlama müqaviləsinə əsasən oğlu İddiaçı bağışlamışdır. Bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyət hüququ 16 may 2015-ci il tarixdə qeydiyyata alınmışdır. 09 dekabr 2016-cı il tarixdə Şamaxı rayon DNK-da 21 yanvar 2014cü il tarixdə təsdiq olunmuş 4ə-19 nömrəli bağışlama müqaviləsi 3M-234 nömrəli saziş əsasında ləğv edilmiş və evin üzərində 17 dekabr 2016-cı il tarix də yenidən X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona RX ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Cavabdeh4 apellyasiya şikayəti verdiyinə görə, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(105)-1695/2016 saylı qətnaməsi əsasında Şamaxı Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli 2(074)-50/2013 nömrəli qətnaməsi ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(105)-1695/2016 saylı qətnaməsi qüvvəsini aldığı üçün Cavabdeh4 Şamaxı Rayon Məhkəməsinə yenidən müraciət edərək, mübahisəli evin üzərində aparılmış bütün notarial əməliyyatları və reyestrdən çıxarışların ləğv edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 10 dekabr 2019-ci il tarixli, 2(074)-854/2019 saylı qətnaməsi ilə onun iddiası təmin olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldığına görə mübahisələndirilən fərdi yaşayış evi 06 aprel 2021-ci il tarixdə Cavabdeh4 və X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 10 dekabr 2019-ci il tarixli, 2(074)-854/2019 saylı qətnaməsi qanuni qüvvəsini aldığına görə mübahisələndirilən fərdi yaşayış evi 06 aprel 2021-ci il tarixdə Cavabdeh4 və X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Cavabdeh4, Şamaxı rayon Notariat Kontoruna, Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 55, 2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinə dair X3 adına verilmiş 12 dekabr 1990-cı il tarixli Qeydiyyat Vəsiqəsinin, həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olan 0,13 ha torpağın X3 və onun oğlu X15 mülkiyyətinə ayrılması barədə Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarının, 0,13 ha torpaq sahəsi üzərində X3 və X15 mülkiyyət hüququna dair Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, həmin fərdi yaşayış evinə dair X10 ilə X21 və Cavabdeh4 arasında Şamaxı rayon notariat kontorunda bağlanılmış 28 aprel 2006-cı il tarixli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında X18 Cavabdeh4 fərdi yaşayış evi və torpaq sahəsi üzərin də mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evi iddiaçının mərhum atası X4 ana babası X12 məxsus olmuş, sonuncunun ölümündən sonra həmin fərdi yaşayış evi qızı, iddiaçının nənəsi olan X2 keçmişdir. Nənəsinin bacısı qızı X10 ərindən boşandığına və yaşamağa yeri olmadığına görə öz iki oğlu ilə nənəsinin evində məskunlaşmış və orada yaşamışdır. Nənəsi X5 1987ci ildə vəfat etdikdən sonra X10 həmin evi ələ keçirmiş, öz adına rəsmiləşdirərək evin 0,13 ha olan həyətyanı torpaq sahəsinə də yiyələnmişdir. Bu minvalla qeyd olunan fərdi yaşayış evi və onun torpaq sahəsi X3, onun ölümündən s onra isə vərəsəlik qaydasında oğlu Cavabdeh4 mülkiyyətinə keçmişdir. Yaranmış mübahisə ilə bağlı cavabdehlə aralarında bir neçə məhkəmə prosesi olmuş və həmin məhkəmə işlərində məhkəmələr evin və torpağın cavabdehlərə ayrılmasına dair müvafiq hüquq müəyyənedici sənədlərin olduğuna və onların mübahisələndirilmədiyinə istinad edilərək iddia tələbləri təmin edilməmişdir. Belə ki, Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə sahəsi 0,13 ha olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X7 ayrılmış və bu torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi barədə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-210A, kod 41017018 saylı Şəhadətnamə də tərtib olunmuşdur. Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı isə X3 adına verilmiş 12 d ekabr 1990-cı il tarixli Qeydiyyat Vəsiqəsi əsasında qəbul edilmişdir. Həmin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evi X3 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan X10 ilə X21 və Cavabdeh4 arasında bağlanılmış 28 aprel 2006-cı il tarixli bağışlama müqaviləsindən görünür ki, həmin müqavilənin predmeti X3 adına verilmiş 12 dekabr 1990-cı il tarixli Qeydiyyat Vəsiqəsi əsasında sonuncunun mülkiyyətində olmuş Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evindən ibarətdir. Başqa sözlə Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X2 ayrılmış və bu torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi barədə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmaış JN-210 A, kod 41017018 saylı Şəhadətnamə əsasında onun mülkiyyətində olan sahəsi 0,13 ha olan torpaq sahəsi (faktiki olaraq 0,129 ha) tərəflər arasında bağlanılmış bağışlama müqaviləsinin predmeti olmamışdır. X3 adına verilmiş 12 dekabr 1990-cı il tarixli Qeydiyyat Vəsiqəsinin verilməsinə əsas olaraq isə həmin fərdi yaşayış evinin X3 adına qeydiyyata alınması barədə Şamaxı rayon X13 İcraiyyə Komitəsinin 26 fevral 1988ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeydiyyata alınmış qərarı göstərilmişdir. Məhz həmin inzibati akt tərəfindən mübahisələndirilmədiyindən onun Cavabdeh4 qarşı “Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən evin X3 adına rəsmiləşdirilməsi barədə qeydiyyat vəsiqəsinin və X10 tərəfindən verilmiş Cavabdeh4 və Oleq Olkovun adına rəsmiləşdirilməsi üçün əsas olmuş 28 aprel 2008-ci il tarixli bağışlama müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab olunması” barədə iddia tələbləri Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2016-cı il tarixli, 2(105)-1695/2016 saylı qətnaməsi ilə rədd edilmişdir. Məhkəmə bu qərarını onun fərdi yaşayış evinin və torpaq sahəsinin X3 adına ayrılması barədə inzibati aktları mübahisələndirməməsi ilə əlaqələndirmişdir. Bundan sonra yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sözügedən inzibati aktı, yəni sözügedən fərdi yaşayış evinin X3 adına qeydiyyata alınması barədə Şamaxı rayon X 13 İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edilmiş qərarını mübahisələndirmişdir. Lakin məhkəmənin gedişində belə bir inzibati aktın olmadığı müəyyən edilmişdir. Bu hal həmin inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı 27 mart 2018-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyul 2018-ci il tarixli qərarlarında öz əksini tapmışdır. Nəticədə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyul 2018-ci il tarixli qərarında göstərildiyi kimi, Şamaxı rayon X13 İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edilmiş inzibati akt ümumiyyətlə qəbul edilmədiyinə, yəni belə bir inzibati ak t olmadığına görə, onun həmin inzibati aktın ləğv edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisələndirilən fərdi yaşayış evi tamamilə qanunsuz olaraq sənədlərin saxtalaşdırılması yolu ilə X3 adına qeydiyyata alınmışdır. Şamaxı rayon X13 İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edilmiş inzibati akt ümumiyyətlə qəbul edilmədiyinə görə həmin qərar əsasında sonuncunun adına verilmiş fərdi yaşayış evinin Qeydiyyat Vəsiqəsi də etibarlı sayıla bilməz. Eyni zamanda, məhz fərdi yaşayış evi X3 adına qeydiyyata alındığı üçün Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə sahəsi 0,13 ha olan sözügedən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi də X7 ayrılmış və bu torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi barədə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-210A, kod 41017018 saylı Şəhadətnamə də tərtib olunmuşdur. Göründüyü kimi, mərhum atasının ana babasına məxsus olmuş, sonradan isə nənəsinin istifadəsində olmuş Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evi və həmin evin həyətyanı torpaq sahəsi qanunsuz olaraq X10 tərəfindən öz mülkiyyətinə keçirilmiş, sonradan da əsassız şəkildə cavabdeh tərəfindən mənimsənilmişdir. Həmçinin, bağışlama müqaviləsinin predmeti olmuş Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evinə dair X1 adın a verilmiş 12 dekabr 1990-cı il tarixli Qeydiyyat Vəsiqəsinin özünün mötəbərliyi sübuta yetirilsə belə, həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olan 0,13 ha torpağın X1 adına ayrılması barədə Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarının mövcudluğunun özü də ciddi şübhələr yaradır. Belə ki, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2-1(102)-1264/18 saylı qərarında adı çəkilən Qeydiyyat Vəsiqəsinin verilməsinə əsas olmuş inzibati akt kimi göstərilmiş Şamaxı rayon X19 İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli qərarının mövcud olmadığı müəyyən olunsa da, Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı tərəfindən mübahisələndirilmədiyinə görə, həmin qərara məhkəmə qiymət verə bilməmişdir. Lakin sonradan bu qərarı da mübahisələndirmək qərarına gəlsə də, 0,13 ha torpaq sahəsinin X2 və onun oğluna verilməsi barədə belə bir qərarı əldə edə bilməmişdir. Həmin tarixdə verilmiş qərarda adı çəkilən şəxslərə torpaq sahəsinin ayrılması barədə hər hansı bənd mövcud deyildir. Həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olan 0,13 ha torpağın X1 və onun oğlunun adına ayrılması barədə guya Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı qəbul edilmişdir. Halbuki, bu torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmadığından, Şamaxı rayon AİK-nın bu torpaq sahəsi üzərində hər hansı şəkildə sərəncam vermək səlahiyyət olmamışdır. Şamaxı rayon AİK-nın bu qərarı ilə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrini ayırmaq səlahiyyətinə malik olan Şamaxı rayon X13 və onun hüquqi varisi olan yerli İcra Hakimiyyətinin başçısının səlahiyyətləri mənimsənilmişdir. Bu halın özü də yuxarıda sadalananlarla yanaşı qiymətləndirildikdə, Şamaxı rayon AİK-nın sözügedən 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarının mövcudluğunu ciddi şübhə altına alır. Hesab edir ki, məhkəmə aktları ilə mövcud olmadığı sübuta yetirilmiş fərdi yaşayış evinin X3 adına qeydə alınması barədə Şamaxı rayon X13 İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli, 581 saylı kitabında 495 inventar nömrəsi ilə qeyd edildiyi iddia olunan inzibati akt və həmin akta əsaslanaraq evin 0,13 ha ol an həyətyanı torpaq sahəsinin X7 verildiyi bildirilən Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı mövcud olmadığından, mövcud olmayan inzibati akt əsasında verilmiş sonrakı sənədlər qanuni sayıla bilməz və saxta olduğuna güman etməyə əsas verən sənədlər əsasında bağlanılmış bağışlama müqaviləsi və digər hüquq müəyyənedici sənədlər də etibarlı sayıla bilməz. Göründüyü kimi, məhz sadaladığı saxtalaşdırılmış sənədlər əsasında mübahisələndirilən fərdi yaşayış evinin və torpaq sahəsinin aparılmış sənədləşməsi nəticəsində həmin əmlaklar üzərində mərhum atasının qanunla müəyyən edilmiş qaydada yaranmış mülkiyyət hüququ və eyni zamanda onun vərəsəsi kimi hüququ pozulmuş, həmin yaşayış evinə və torpaq sahəsinə dair qanunsuz olaraq vərəsəlik hüququ barədə şəhadətnamələr və d igər hüquq müəyyənedici sənədlər verilməklə kobud qanun pozuntusuna yol verilmişdir.
13. Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(074)-613/2021 nömrəli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 12 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş mübahisələndirilməyən qeydiyyat qüvvədə olduğundan, Şamaxı rayon AİK həmin fərdi yaşayış evinin 0,13 ha həyətyanı torpaq sahəsini evdə yaşayan şəxslərə ayırmaqda haqlı olduğundan, eləcə də iddiaçı hər iki tələb üzrə iddia müddətini keçirdiyindən, iddia tələbi təmin bilməz.
15. Məhkəmə eyni zamanda hesab etmişdir ki, X3 əmlakı üzərində sərəncam verməklə bağlı dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan, eləcə də onun bu hüququnu həyata keçirməsi iddiaçının maraqlarına toxunmadığından, onun mülkiyyətindəki əmlakı X20 və Cavabdeh4 bağışlaması barədə 28 aprel 2006-cı il tarixli müqavilə, bu müqavilə əsasında fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı etibarsız sayıla bilməz.
16. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 140, 152.1, 666.1-ci, 01 sentyabr 2000ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 73, 77, 82-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021ci il tarixli, 2(074)-613/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edi lməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2(103)-3472/2021 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021ci il tarixli, 2(074)-613/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddia tələblərini Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin mərhum atası X4 ana babası X12 məxsus olması, X8 ölümündən sonra həmin fərdi yaşayış evinin qızı və onun nənəsi olan X2 keçməsi, nənəsi X5 1987-ci ildə vəfat etməsi və nənəsinin vərəsəsi olması ilə əsaslandırmışdır. Lakin, mübahisəli fərdi yaşayış evinin adları çəkilən şəxslərin mülkiyyətində olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2(103)-3472/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152, 157, 337, 384.0.4-cü maddələrinin, Mülki Prosessual Məcəllənin 88, 217, 385-ci maddələrinin pozulması ilə baxmışdır.
22. Belə ki, iddiaçının vərəsəlik və mülkiyyət hüquqları pozulmuş, işin halları tam nəzərə alınmamışdır.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sü butlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsi nə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu M əcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddə ti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, habelə hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.
33. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2(103)-3472/2021 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.