Məhkəmə qərarları › İş №2(102)-3968/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3968/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3968/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Liman Klinikası”na və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3968/2023 (Açar sözlər: tibb müəssisəsində müalicə zamanı sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-377/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı (bundan sonra – iddiaçı) 22 sentyabr 2014-cü il tarixində X8 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş, ona “OU - Hipermetriya orta dərəcəli” diaqnozu qoyularaq, müvafiq müalicə təyin edilmişdir. 3. 23 aprel 2017-ci ildə “Liman Klinikası”nda çalışan həkim-oftalmoloq Cavabdeh2 tərəfindən iddiaçı üzərində “OD - kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası” əməliyyatı aparılmışdır. 4. 2018-ci ilin fevral ayında İddiaçı Azərbaycan Respublikası Hərbi Hospitalında çalışan həkim-oftalmoloq Anar Rəhimova müraciət etmiş, sonuncunun göndərişinə əsasən “MedEra” hospitalın da 10 mart 2018-ci il tarixdə aparılmış müvafiq (MRT) müayinələrlə onun beynində türk yəhəri nahiyəsində meningioma olması və bu xoşxassəli törəmənin ölçülərinin artıq 40x40x30 mm-ə çatması, meningiomanın görmə sinirlərini və digər ətraf sinirləri sıxması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər "xxxx" MMC-nin “Liman Klinikası” və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin “Liman Klinikası”ndan vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin, həmçinin cavabdeh həkim Cavabdeh2 həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, idd iaçı görmə qabiliyyətinin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə 22 sentyabr 2014-cü il tarixində X8 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Burada görmə orqanları müayinə olunduqdan sonra ona "OU - Hipermetriya orta dərəcəli" diaqnozu qoyulub və müvafiq müalicə təyin edilib. Lakin zaman keçdikcə görmə qabiliyyətinin daha da zəifləməsi, kəskinliyin daha da azalması, vizual sahənin daha da daralması, səhər və axşam saatlarında başının alın və gicgah nahiyələrində baş verən küt ağrılar şikayəti ilə 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda çalışan həkim-oftalmoloq Cavabdeh2 müraciət etmişdir. Həkim Cavabdeh2 onun gözlərini müayinə edib və təcili cərrahiyyə əməliyyatının zəruriliyini bildirib. Onun dediyinə görə iddiaçının sol gözü uşaq lıqdan “tənbəl gözdür” (ambliopiya) və artıq müalicə oluna bilməz. Sağ gözündə isə görmə qabiliyyəti 50-60 %dir, keçirəcəyi cərrahiyyə əməliyyatından sonra görmə qabiliyyətini tam bərpa edəcək və həmin gözdəki gərginlik aradan qaldırıldıqdan sonra baş ağrıları da kəsiləcək. İddiaçının bacısı oftalmoskopiya, MRT və sair yoxlamaların aparılıb-aparılmayacağı barədə soruşanda, həkim Cavabdeh2 belə bir yoxlamalara ehtiyac olmadığını bildirib. İddiaçı üzərində 23 aprel 2017-ci il tarixində "OD - kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası" əməliyyatı aparılıb və əməliyyatdan çıxandan sonra həkim Cavabdeh2 əməliyyatın çox uğurla keçdiyini bildirib. Əməliyyatdan öncə həkim Cavabdeh2 iddiaçıya bu əməliyyatın çox sadə əməliyyat olacağını və əməliyyatdan sonra 3-4 ay a sağalacağını bildirsə də bu, belə olmayıb. Belə ki, əməliyyatdan sonra iddiaçının görmə qabiliyyəti bərpa olunmamış və baş ağrıları kəsilməmişdir. Dövri olaraq həkim qəbuluna gələrək, vəziyyətinin əməliyyatdan sonra getdikcə daha da ağırlaşdığını bildirdikdə, həkim Cavabdeh2 narahat olmağa heç bir əsas olmadığını, təyin etdiyi dərman müalicəsini davam etdirməyi, zaman keçdikcə sağalacağını bildirmişdir. Əməliyyatdan 9 aydan çox vaxt keçsə də iddiaçı əməliyyatdan öncəki şikayətlərinin keçmədiyini və daha da artdığını gördükdə, 2018-ci ilin fevral ayında Azərbaycan Respublikası Hərbi Hospitalında çalışan həkim-oftalmoloq Anar Rəhimov onu müayinə edib və bildirib ki, aparılmış "OD - kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası" cərrahiyyə əməliyyatının ona heç bir köməyi ola bilməzdi. Belə ki, gözləri ilə əlaqədar onun heç bir problemi yoxdur və təcili MRT yoxlamasından keçməlidir. Beləliklə, həkim-oftalmoloq Anar Rəhimovun göndərişinə əsasən 13 mart 2018-cı ildə "MedEra Hospital"a müraciət etmiş, burada həkim-radioloq X11 X6" və "Orbital X6" müayinələrini keçirərək iddiaçıya bildirmişdir ki, beynində türk yəhəri nayihəsində meningioma vardır və bu xoşxassəli törəmənin ölçüləri artıq 40x40x30 mm-ə çatmışdır. Beynindəki bu meningioma zaman keçdikcə böyümüş, görmə sinirlərini və digər ətraf sinirləri sıxmış, nəticədə həmin sinirlər zədələnmiş, baş ağrıları artmış, ümumiyyətlə həyatına təhlükə yaranmışdır. Bütün bunlar onunla nəticələnib ki, yol verilmiş həkim səhvi nəticəsində səhhətində yaranmış problemlə əlaqədar Tibbi Sosial Ekspert Komiss iyasının rəyi əsasında ona İ qrup əlillik təyin edilib. Əlilliyin təyin olunması üçün müayinə olunduğu Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi tibb üzrə fəlsəfə doktoru Ruhəngiz Balayeva da əməliyyatdan öncə zəruri olan müayinələrin keçirilməməsi səbəbindən onkoloji yeni törəmənin aşkar edilməməsi, uzun sürən təsir nəticəsində "OU görmə sinirlərinin atrofiyası" diaqnozu qoymuşdur.

7. Birinci instansiya məhkəməsindəki icraatda keçirilmiş məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli rəyinə əsasən, iddiaçı 11 aprel 2017-ci il tarixdə “Liman Klinikası”na hər iki gözünün zəif görməsi şikayətləri ilə müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU komplikat katarakta” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı 10 mart 2018-ci il tarixdə “MedEra Hospi tal”da baş beynin MRT müayinəsində “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə meningioma” müəyyən edilmişdir. Göz müayinəsi zamanı baş beyində olan hər hansı bir patologiyanı aşkar etmək mümkün deyil. İddiaçı təsdiq olunmuş “Sellar nahiyədə meningioma” diaqnozu və istər əməliyyat öncəsi, istərsə də əməliyyatdan sonrakı dövr üçün törəmənin fəsadı kimi olan görmə qabiliyyətinin pozulması ilə “Liman Klinikası”nda təyin edilmiş “OU komplikat katarakta” və müalicə məqsədi ilə aparılmış cərrahi müdaxilə ilə səbəbli əlaqəsi olmamışdır. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmamışdır.

8. Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, iş üzrə keçirilmiş ekspertizanın nəticələrinə dair ekspert rəyi ndən də görünür ki, Cavabdeh2 tərəfindən iddiaçıya düzgün diaqnoz qoyulub. Belə olan halda, cavabdehin üzərinə iddiaçıya maddi və mənəvi ziyan vurulması ilə bağlı hər hansı öhdəlik qoyula bilməz.

9. Sumqayıt Şəhər Məhkəməsinin ( bundan sonra – birinci instansiya məhkəməsi) 17 sentyabr 2021-ci il tarixli, 2(060)-671/2021 nömrəli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddianın təmin edilməsi üçün iddiaçıya “Liman” Klinikasında təyin edilmiş “OU komplikat katarakta” diaqnozunun düzgün təyin edilməməsi, “Liman” Klinikasında aparılmış müayinə nəticəsində Cavabdeh2 iddiaçının beynində patologiyanın olmasını aşkar etməli olduğu halda, bunu etməməsi, iddiaçıda sonradan aşkar edilmiş “Sellar nahiy ədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə - meningioma”nın Cavabdeh2 tərəfindən iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı və müalicələrin səhv aparılması nəticəsində yaranması və ya daha da irəliləməsi sübut edilməlidir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyində isə iddiaçıya “Liman” Klinikasında təyin edilmiş “OU komplikat katarakta” diaqnozunun düzgün təyin edildiyi, göz müayinəsi zamanı baş beyində hər hansı patologiyasını aşkar etməyin mümkün olmadığı, “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə-meningioma”nın “Liman Klinikası”nda təyin edilmiş “OU komplikat katarakta” diaqnozu və aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmadığı qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıya maddi və mənəvi ziyanı n məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulması iş materialları ilə sübut edilmir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096, 1097 və 1112-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-671/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin göstərilmişdir ki, 05 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya Şöbəsi ndə keçirilmiş “Göz dibinin müayinəsi”nin nəticələri və 10 mart 2018-ci il tarixində “MedEra Hospitalın”da keçirilmiş “Beyinin X6 müayinəsi” və “Orbital X6 müayinəsi”nin nəticələri bir daha göstərir ki, görmə qabiliyyətinin kəskin zəifləməsi "OU Komplikat katarakta" nəticəsində deyil, beyninin türk yəhəri nayihəsində yaranmış meningiomanın görmə sinirlərimi sıxması nəticəsində baş vermişdir. Bu fakt 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz, 23 aprel 2017-ci il tarixində üzərində aparılmiş “OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası+İOL implantasiyası” cərrahi əməliyyatının yanlış müalicə olduğunun üçüncü sübutudur. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Kl iniki protokollar”, X3 qəbul etdiyi “X5” tibbi praktikada qəbul olunmuş əsas qayda və tələblərə əsasən kataraktanın ilkin obyektiv müayinəsi zamanı görmə itiliyi korreksiya ilə, maksimal vizual korreksiya (göstəriş olduqda refraksiya ilə), göz almasının vəziyyəti və hərəkətliliyi, bəbək reaksiyası və funksiyaları, GDT-nin ölçülməsi, xarici müayinə, yarıqlı lampa biomikroskopiyası, göz dibinin müayinəsi (genəlmiş bəbəklə), fiziki və əqli sağlamlığın uyğun aspektlərinin qiymətləndirilməsi kimi zəruri müayinələr həkim-oftalmoloq tərəfindən mütləq qaydada aparılmalı idi. Lakin cavabdeh “Liman Klinikası”nın həkim-oftalmoloqu Cavabdeh2 tərəfindən 11 aprel 2017-ci il tarixində aparılmış ilkin obyektiv müayinə zamanı hər hansı patologiya, o cümlədən onkologiya ehtimalının istisna edilməsi üçün əhə miyyətli olan göz dibinin müayinəsi keçirilməmişdir. “Liman Klinikası”nda tərtib edilmiş 11 aprel 2017-ci il tarixli ambulator kartda və 23 aprel 2017-ci il tarixli epikrizdə göz dibinin müayinəsi barədə heç bir qeydiyyat yoxdur. Bu fakt 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz, 23 aprel 017-ci il tarixində üzərində aparılmiş “OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası+İOL implantasiyası” cərrahi əməliyyatının yanlış müalicə olduğunu hesab etməyə əsas verir. Bütün bu sübutların mövcudluğuna baxmayaraq, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəylərində əhəmiyyət kəsb edən bu faktlar nəzərə alınmamışdır. Belə ki, 22 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X8 a dına Milli Oftalmologiya Mərkəzində keçirilmiş tibbi müayinələr nəticəsində qoyulmuş “OU Hipermetropiya orta dərəcəli” diaqnozu, habelə 24 dekabr 2015-ci il tarixində “İOL Göz Klinikası”nda keçirilmiş tibbi müayinələr nəticəsində qoyulmuş “OU orta dərəcəli Hipermetropiya” diaqnozu ilə 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda qoyulmuş “OU Komplikat katarakta” diaqnozu arasındakı kəskin ziddiyyət, uyğunsuzluq araşdırılmamışdır. 30 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X8 adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş “VEP (Beyin və göz arasında görmə traktları) müayinə raporu”nun nəticəsində göstərilir ki, VEP (pattern) OU-PİOO kompanentinin latentliyi sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzər ə çarpacaq dərəcədə azalmışdır. VEP (flash) OUP2 latentliyi sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə azalmışdır. Həmin tibbi məlumatlara əsasən görmə qabiliyyətində baş vermiş kəskin pozuntuların səbəb-nəticə əlaqələri araşdırılmamışdır. 05 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya şöbəsində keçirilmiş göz dibinin müayinəsinin nəticələri və 10 mart 2018-ci il tarixində “MedEra Hospitalın”da keçirilmiş “Beyinin X6” və “Orbital X6” müayinələrinin nəticələri bir daha göstərir ki, görmə qabiliyyətinin kəskin zəifləməsi “OU Komplikat katarakta” nəticəsində deyildir. Beyninin türk yəhəri nayihəsində yaranmış meningiomanın görmə sinirlər ini sıxması nəticəsində baş verməsi faktına mütəxəssis müayinəsini keçirmiş ATU-nun X1 şöbəsinin müdiri Qurban İsmayılov rəy vermişdir ki, İddiaçı mövcud olan beyin patologiyası “Liman Klinikası”nda vaxtında müəyyən edilib adekvat müalicə tədbirləri, yəni vaxtında MRT müayinəsi və neyrocərrahın konsultasiyası aparılmiş olsa idi, görmə sinirindəki atrofiyanın qarşısının alınması imkanı çox ola bilərdi. Lakin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizanın ekspert rəylərində 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz olması barədə səbəbli əlaqələr araşdırılarkən, mütəxəssis-ekspert Qurban İsmayılovun yuxarıda göstərilən rəyi nəzərə alınmamışdır. Cavabdeh “Liman Klinikası”nın həkim-oftalmoloqu Cavabdeh2 tərəfindən 11 aprel 20 17-ci il tarixində aparılmış ilkin obyektiv müayinə zamanı hər hansı patologiya, o cümlədən onkologiya ehtimalının istisna edilməsi üçün əhəmiyyətli olan göz dibinin müayinəsi keçirilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Kliniki Protokollar”, X3 qəbul etdiyi “X5”, tibbi praktikada qəbul olunmuş əsas qayda və tələblər kobud şəkildə pozulmuşdur. Burada qoyulmuş “OU Komplikat katarakta" diaqnozu həkim-oftalmoloq Cavabdeh2 tibb sahəsində natamam biliyinə əsaslanmışdır və yanlışdır. Bu səbəblərdən iş üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X7" PHŞ-nin 17 mart 2021-ci il tarixli 601 №-li məhkəmə-tibbi ekspert rəyi məhkəmə qətnaməsinin çıxarılması üçün obyektiv, əsaslandırılmış, tam həcmli rəy hesab edilə bilməz. Belə ki, rəylə ekspert komissiyası “L iman Klinikası”nda tərtib edilmiş 11 aprel 2017ci il tarixli ambulator kartda və 23 aprel 2017-ci il tarixli epikrizdə göstərilmiş məlumatları təsdiq etmiş, diqər tibb müəssisələrinin (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X8 adına Milli Oftalmologiya mərkəzi, “İOL Göz Klinikası”, “MedEra Hospital” və s.) sənədlərində göstərilmiş məlumatlara əsasən səbəbli əlaqələri araşdırmamışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 11 yanvar 2022-ci il tarixli, 2(105)-294/2022 nömrəli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi) Ş.R.Abasov və S.A.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-671/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.

15. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya yanlış diaqnoz qoyulması və düzgün müalicə aparılmamasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 17 oktyabr 2022-ci il tarixli, 2(102)-4267 saylı qərarı ilə (hakimlər Elşad Şamayev (məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) iddiaçı tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2(105)294/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

18. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iddianı rədd edən məhkəmələr mövqeyini onunla əsaslandırmışlar ki, iddiaçı cavabdehlərin göstərdikləri tibbi xidmət nəticəsində ona zərər vurulmasını sübut edə bilməmişdir. Bu zaman iş üzrə keçirilmiş kompleks məhkəmə-tibbi ekspertizasının rəyinə istinad olunmuşdur. Lakin apellyasiya məhkəməsi ekspert rəyini Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin (bundan sonra – MPM) 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirməmiş, o cümlədən nəzərə almamışdır ki, ekspert rəyində işin həlli üçün zəruri olan bütün suallara cavab verilməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi məsələlərdən biri ondan ibarət olmuşdur ki, ona cavabdehlər tərəfdən düzgün diaqnoz qoyulmamış, müalicə düzgün aparılmamış və bunun üçün zəruri müayinələr keçirilməmişdir. O cümlədən, iddiaçı apellyasiya şikayətində və məhkəmələrə verdiyi vəsatətlərdə cavabdehlər tərəfindən keçirilmiş müayinənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş kliniki protokollara, X3 qəbul etdiyi “X4” uyğun olmadığını, onun “göz dibinin” müayinəsinin keçirilmədiyini göstərmişdir.

19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, keçiril miş məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli rəyinə əsasən iddiaçı komissiyanın müayinəsində olduğu zaman 2017-ci ildə görmə qabiliyyətinin zəiflənməsi və kəskin baş ağrıları şikayəti ilə “Liman Klinikası”na müraciət etdiyini göstərmişdir. Lakin iş materiallarında olan ambulator xəstənin tibbi kartasının surətində xəstənin şikayətləri öz əksini tapmamışdır. Bundan əlavə, iddiaçı şikayət və vəsatətlərində cavabdehlər tərəfindən edilmiş əməliyyatdan sonrakı dövrdə dəfələrlə təkrar şikayətlərlə müayinə olunduğunu, lakin ona yenə də zəruri müayinə və müalicələrin edilmədiyini göstərmişdir. Bu hallarla bağlı da, iddiaçının tibbi kartasında hər hansı qeydiyyat aparılmamışdır. Məhkəmələr əməliyyatdan öncə və sonradan müayinələrin tam və lazımi qaydada aparılmasını, tibbi sənədləri n düzgün tərtib edilməsini, iddiaçının etdiyi şikayətlər əsasında onun göstərdiyi kimi “göz dibinin” yoxlanılmasının və ya MRT müayinəsinin (həm əməliyyatdan əvvəl, həm də sonra) zəruri olduğunu, bu müayinələr ediləcəyi halda iddiaçının beynində olan meningioma xəstəliyinin 2017-ci ilin aprel ayında və sonrakı dövrlərdə müəyyən edilməsinin, həmin zaman bu xəstəlik müəyyən ediləcəyi halda, zəruri müalicələr aparılmaqla onun fəsadlarının aradan qaldırılması mümkünlüyünü araşdırmamış, həmin suallara cavab alınması zəruri tibbi sənədlərin məhkəməyə təqdim edilməsini tərəflərə təklif etməmiş, əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi məsələsini müzakirə etməmişdir. Həmçinin iş materiallarında olan iddiaçının şikayəti əsasında Sumqayıt şəhər prokurorluğu tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 may 2020-ci il tarixli qərarından və məhkəmə-tibbi ekspertizasının 03 sentyabr 2019-cu il tarixli rəyinin surətindən müəyyən olunur ki, iddiaçı əvvəllər də, oxşar iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və iddiası əsasında araşdırma aparılmışdır. Lakin həmin iddianın tələbinin dəqiq nədən ibarət olması müəyyən deyil, onun nəticəsində qəbul edilmiş məhkəmə aktı iş materiallarına əlavə olunmamışdır. Halbuki, həmin iş üzrə hər hansı qətnamə qəbul edildiyi halda, həmin qətnamənin hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olması istisna edilmir.

20. Kassasiya instansiyası məhkəməsi yuxarıda sadalanan mövqedən çıxış edərək müəyyən etmişdir ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

21. Kassasiya instan siyası məhkəməsinin göstərişi ondan ibarət olmuşdur ki, işə yenidən baxan məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, o cümlədən əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi məsələsi tərəflərlə müzakirə edilməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara MPM-in 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməklə, iddiaçının müalicəsi (düzgün müalicə edilməməsi) nəticəsində onun səhhətinə ziyanın vurulub-vurulmaması müəyyən olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qə rardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertiza təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, 129/KEŞ saylı ekspert rəyinə əsasən “Liman Klinikası”nda iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2017-ci il tarixdə klinikaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU-komplikat katarakta” diaqnozu düzgün təyin edilmişidir. İddiaçı xx.xx.2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsindən keçmiş və müayinə zamanı “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə meningioma”nın olduğu müəyyən edilmişdir. Lakin İddiaçı mövcud olan beyin patologiyası “Liman Klinikası”nda vaxtında müəyyən edilib adekvat müalicə tədbirləri, yəni vaxtında MRT müayinəsi və neyrocərrahın konsultasiyası aparılmış olsa idi, görmə sinirindəki atrofıyanın qarşısının alınması imkanı çox ola bilərdi. İddiaçıya “Liman Klinikası”nda təyin edilmiş “OU-komplikat katarakta" diaqnozu ilə onun görmə qabiliyyətinin pozulması arasında səbəbli əlaqəsi olmamışdır. Tibbi manipuiyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb.

23. Məhkəmə kollegiyasının iclasında iş üzrə rəy vermiş ekspert rəyi müdafiə edərək bildirmişdir ki, iddiaçıya düzgün diaqnoz qoyulub. Ümumiyyətlə katarakt əməliyyatı zamanı xəstəni MRT-yə göndərilməsi barədə protokolda qayda yoxdur. MRT-yə göndəriş üçün əsas olmalıdır. Katarakta görə MRT-yə göndərilmir. Rəydə qeyd olunan “MRT keçirilsə idi, görmə sinirinin atrofiyasının qarşısının alınma imkanı çox olardı” cümləsi tövsiyə xarakterlidir. Rəyə əsasən görmə sinirinin atrofiyasının səb əbi beyində mövcud olan meningiomadır. Onun da aparılmış əməliyyatla heç bir əlaqəsi yoxdur. Atrofiya beyinlə bağlıdır, görmə sinirini atrofiyasının cərrahiyyə əməliyyatı ilə heç bir əlaqəsi yoxdur, xəstənin anamnezində beyin əməliyyatı, beyin şişi, onkoloji xəstəlik olduqda MRT-yə göndərilir. Göndərişi oftalmoloq etmir. Göz dibinin müalicəsi üçün oftalmoloqların özündə xüsusi cihazlar var, bu zaman MRT müayinəsinə göndəriş olmur. Beyindəki şiş katarakta əməliyyatının nəticəsi ola bilməzdi.

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəylərindən müəyyən olunur ki, gözün müalicəsi zamanı oftalmoloq tərəfindən baş beyindəki patologiya müəyyənləşdirə bilməz. O, 35 ildir ki, tibb sahəsində həkim-oftolmoloq kimi fəaliyyət göstərir. Birinci instansiya məhkəməsində iddiaçı bildirdi ki, əməliyyatdan sonra eynəkdən azad olmuş və görməsi qısa müddətli bərpa olmuşdur. Görmənin qısa müddətli bərpası bunu deməyə əsas verir ki, mövcud şiş gözdə atrofiya verməyib. Əgər vermiş olsa idi, xəstə əməliyyat nəticəsində görməməli idi. Sonrakı mərhələdə xəstədə baş ağrısı olduğu üçün nevropatoloqa yönləndirildi. Onu MRT-yə nevropatoloq göndərə bilərdi. Protokolda da belə göstərilib. Onlar isə təkcə katarakt əməliyyatını icra edib. Əməliyyatı o icra etməyib, “Dünya Göz” klinikasının baş həkimi Fərəh Əbdüləliyeva icra edib. Həmin əməliyyatın nəticəsi beyin şişi yarada bilməz. Şiş yaranıbsa bunu oftalmoloq müəyyən edə bilməz. Katarakt diaqnozu ilə heç bir xəstə MRT-yə göndərilmir. Protokola uyğun olaraq, əgər xə stə ilkin olaraq oftalmoloqa müraciət edibsə və anamnez toplanılarkən “X8 adına” milli oftalmologiya mərkəzində müayinədən keçdiyini deməyibsə və yalnız eynəkdən azad olmaq istədiyini bildirirsə, MRT-yə göndərilmir. İddiaçı daha 3 yerdə də müayinə olunub və MRT-yə heç bir yerdə göndərilməyib. O, xəstənin qəbul həkimi olub, xəstədə komplikat katarakt olması diaqnozunu qoyub, bundan sonra bütün məlumatlar Fərəh Əbdüləliyevaya verilib və müayinəni də o aparıb. Oftalmoloq xəstəni xəstə ikili görmədən şikayət edəndə, görmə sahəsini yoxladığı zaman görmə sahəsində daralma olduğunu görəndə MRT-yə göndərə bilər. Əgər görmə sahəsində daralma yoxdursa xəstəni MRT-yə göndərmək müalicənin lüzumsuz mərhələlərlə uzadılması kimi qiymətləndirilir. Anamnezdə yazılıb ki, xəstə həkimə müraciət edərkən baş ağ rısının olduğunu və çox zəif gördüyünü, eynəkdən azad olmaq istədiyini bildirib. Nevropatoloq tövsiyə etdikdə Nailə xanım bildirib ki, dəfələrlə nevropatoloq qəbulunda olub və onu MRT-yə göndərməyiblər. Katarakt baş ağrısına səbəb olar. Bu zaman eynəklə korreksiyanın düz olmaması baş ağrısını yaradır. Baş ağrısından görmə qabiliyyəti zəifləyirsə, eynək təyin olunanda görmədə zəiflik artmamalıdır. Təbii bülluru süni büllurla əvəz etdikdə xəstənin görməsi 100 % bərpa olub. İddiaçı əməliyyatdan sonrakı gün görməyə başladı. Bir müddət sonra təkrar gəldi ki, başında ağrılar var. Gözdə heç bir problem olmadığından xəstəni nevropatolqa göndərdi. Göz dibinə baxanda sinirdə quruma olduqda xəstə MRT-yə göndərilir. İddiaçının göz dibində quruma olmayıb. Çünki o, eynəklə 100 faiz görürdü. Əməliyyatd an öncə gözün görmə itiliyi, göz təzyiqi və göz dibinin müayinəsi (kataraktın yerləşmə vəziyyəti göz dibini tamamilə örtməyibsə və müayinəyə imkan verirsə) yoxlanılır, bu zaman MRT müayinə olmur. Xəstənin tək diaqnozu katarakt hipermetropiya (müsbət dərəcəli eynək) olub.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-377/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi) Ayaz Mahmudov və Lalə Rəhimli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(060)-671/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə keçirilmiş xx.xx.2023cü il tarixli, 129/KEŞ saylı ekspert rəyindən görünür ki, «Liman Klinikası»nda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2017-ci il tarixdə klinikaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU-komplikat katarakta” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə «MedEra Hospital»da baş beynin MRT müayinəsindən keçmiş və müayinə zamanı “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə meningioma”nın olduğu müəyyən edilmişdir. Lakin İddiaçı mövcud olan beyin patologiyası «Liman Klinikası»nda vaxtında müəyyən edilib adekvat müalicə tədbirləri, yəni vaxtında MRT müayinəsi və neyrocərrahın konsultasiyası aparılmış olsa idi, görmə sinirindəki atrofıyanın qarşısının alınması imkanı çox ola bilərdi. İddiaçı «Liman Klinikası»nda təyin edilmiş “OU-komplikat katarakt a" diaqnozu ilə onun görmə qabiliyyətinin pozulması arasında səbəbli əlaqəsi olmamışdır. Tibbi manipuiyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb.

27. Bundan başqa məhkəmə kollegiyasının iclasında iş üzrə rəy vermiş ekspert rəyi müdafiə edərək bildirdi ki, iddiaçıya düzgün diaqnoz qoyulub. Ümumiyyətlə katarakt əməliyyatı zamanı xəstəni MRT-yə göndərilməsi barədə protokolda qayda yoxdur. MRT-yə göndəriş üçün əsas omalıdır. Katarakta görə MRT-yə göndərilmir. Rəydə qeyd olunan «MRT keçirilsə idi, görmə sinirinin atrofiyasının qarşısının alınma imkanı çox olardı» cümləsi tövsiyyə xarakterlidir. Rəyə əsasən görmə sinirinin atrofiyasının səbəbi beyində mövcud olan meningiomadır. Onun da aparılmış əməliyyatla heç bir əlaqəsi yoxdur. Atrofiya beyinlə bağlıdır, görmə sinirini atrofiyasının cərrahiyyə əməliyyatı ilə heç bir əlaqəsi yoxdur, xəstənin anamnezində beyin əməliyyatı, beyin şişi, onkoloji xəstəlik oluqda MRT-yə göndərilir. Göndərişi oftalmoloq etmir. Göz dibiin müalicəsi üçün oftalmoloqların özündə xüsusi cihazlar var, bu zaman MRT müayinəsinə göndəriş olmur. Beyindəki şiş katarakta əməliyyatının nəticəsi ola bilməzdi.

28. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən iddiaçı öz tələbini məhkəmədə əsaslandıra bilməmişdir.

29. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin diaqnozun düzgün qoyulmaması, əməliyyatən düzgün müalicə metodu olmaması, vaxtında MRT aparılmaması, bunlarn nəticəsində iddiaçının gözünün kor olması və s. dəlilləri iş materialları ilə, iş üzrə təyin edilmiş ekspert rəyi, o cümlədən ekspertin ifadəsi ilə təkzib olunur. Bundan başqa məhkəmə kollegiyasında müəyyən olundu ki, ümumiyyətlə iddiaçının əməliyyatını hazırkı iş üzrə Cavabdeh2 deyil, başqa həkim icra etmişdir.

31. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin iddianın təmin edilməsinə dair hissədə apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya mə hkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

33. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1112-ci, MPM-in 77.1 və 103.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə1) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış həmçinin qeyd edilmişdir ki, məhkəmə cavabdehlərin göstərdikləri tibbi xidmətlərin qüsurları ilə xəstəliyin inkişafı arasında səbəb-nəticə əlaqələrinin araşdırılmasına səthi yanaşaraq, sonrakı faktiki halları tə sdiq edilən iddiaçının görmə qabiliyyətinin pozulmasını sübuta yetirilməmiş hesab etmişdir. Məhkəmə icraatında hüquq normasının düzgün tətbiq olunmasına, tibb müəssisəsinin zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə biləcək sənədlərin tam həcmdə məhkəməyə təqdim edilməsinə, iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə cavabdehlərin izahatlarının yoxlanmasına, iddiaçının mötəbər sübutlarına, işin faktiki hallarına səthi yanaşaraq, hüquqi həqiqətin müəyyən edilməsi məqsədilə məhkəmə araşdırılması aparılmamış və qanunilik prinsipinə əsaslanmayan qətnamə qəbul etmişdir.

36. Kassasiya şikayətində Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrin pozulması onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehlər arasında 2017-ci ilin aprel ayında “Tibbi xidmət müqaviləs i” bağlanmışdır. İddiaçı tərəfindən öhdəliklər tam həcmdə yerinə yetirilərək aparılmış müayinələrin, keçiriləcək cərrahi əməliyyatın və implant linzanın dəyəri ödənilmişdir. Cavabdehlər öhdəliklərini qüsurlu yerinə yetirərək xx.xx.2017-ci il tarixdə keçirilmiş cərrahi əməliyyatdan öncə və sonra iddiaçının şikayətlərinə əsasən tələb olunan diaqnostika tədbirlərini tam həcmdə yerinə yetirməmiş, yanlış diaqnoz təyin etmişdilər. Tibbi xidmətin qüsurları səbəbindən iddiaçı dəfələrlə görmə qabiliyyətinin daha da zəifləməsi, baş ağrılarının daha da kəskinləşməsi şikayətləri ilə klinikaya müraciət etmişdir. Lakin cavabdehlər davamlı olaraq tibbi vəzifələrinə məsuliyyətsiz yanaşmış, diferensial diaqnostika tədbirlərini yerinə yetirməmiş, digər tibb sahəsi üzrə məsləhətçi mütəxəssisləri dəvət etməmi ş və konsilium təşkil etməmişdirlər. Bir il davam edən bu faktiki hal cavabdehlərin təqsirli, hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçının sağlamlığına ağır zərər vurulmasına gətirib çıxarmışdır.

37. Kassasiya şikayətində Mülki Məcəllənin 1099-cu maddəsinin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və Avropa Xəstə hüquqları Bəyannaməsinin (Amsterdam bəyannaməsi) tələblərinin pozulması onunla əsaslandırılmışdır ki, ”Liman Klinikası”nda aparılmış müalicənin həkim R. Nəbiyeva tərəfindən həyata keçirildiyi barədə iddiaçıya məlumat verilmiş və üç il ərzində davam edən məhkəmə çəkişmələrində bu hal cavabdehlər tərəfindən inkar edilməmişdir. Lakin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli baxış iclasında Cavabdeh2 izahat vermi şdir ki, xx.xx.2017-ci il tarixdə ”Liman Klinikası”nda iddiaçıya aparılmış cərrahi əməliyyatı “X12”nın həkimi Fərəh Abduləliyeva icra etmiş, iddiaçının bundan sonrakı müayinələrini də o keçirmişdir. Cavabdeh R. Nəbiyevanın bu izahatı bir daha təsdiq etmişdir ki, iddiaçının üç il ərzində davam edən məhkəmə çəkişmələrində və Sumqayıt şəhər Prokurorluğunda verdiyi izahatlar vəziyyətdən asılı olaraq tez-tez dəyişdirilir və məhkəməyə təqdim etdiyi dəlillər tamamilə ziddiyyətlidir. Nəticədə məhkəmədə hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıdığı və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin iddiaçıya vurduğu zərərin əvəzinin ödənilməsi üçün xüsusi əhəmiyyətə malik hüquqi faktın təsdiqi, cavabdehlərin izahatının yoxlanılması məsələsi nə səthi yanaşaraq, iddiaçıya tibbi xidmət göstərmiş şəxslərin əməllərini araşdırmamış və bunlara qətnamədə hüquqi qiymət verməmişdir.

38. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular MPM-in 9.1, 9.3, 63, 77, 88, 97, 98.2, 101.7, 103.1,106.1, 217.4, 218.1, 420-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır və aşağıdakı ehtiva etməkdədir.

39. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixdə keçirilmiş iş üzrə baxış iclasında cavabdehin vəkili V. Əliyev cavabdeh R. Nəbiyevanın kassasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-4267/2022 nömrəli Qərarından xx.xx.2023-cü il tarixli ”Etiraz ərizəsi”ni məhkəməyə və iddiaçıya təqdim etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində tərəflərin iştirakı ilə keçi rilmiş iş üzrə dörd baxış iclasında iddiaçının nümayəndəsi çıxış edərək cavabdehlərin ziddiyyətli, əsassız izahatlarına dair əsaslandırılmış etirazlarını bildirməyə çalışmışdır. Lakin məlum olmayan səbəbdən hər dəfə onun çıxışları sədrlik edən hakim tərəfindən dayandırılmış, etirazlarını tam şəkildə bildirmək üçün imkan verilməmişdir. Bununla əlaqədar iddiaçının nümayəndəsi ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olduğu halda hüquqlarının pozulduğunu sədrlik edən hakimə bildirsə də, bu hallar dəfələrlə təkrarlanmışdır. Halbuki, məhkəmədə cavabdehlərin sədrlik edən hakimdən 1 metr, iddiaçının nümayəndəsindən isə 10 metr məsafədə duraraq izahat verməsi, heç bir fakta əsaslanmayan dəlillər gətirməsi, “Elektron məhkəmə informasiya sistemi”ndə n kənar sənədlər təqdim etməsi və s. üçün imkan verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə əsaslanan dəlilləri sübut etmək imkanı məhdudlaşdırıldığı şəraitdə, cavabdehlər heç bir sənədə əsaslanmayan, vəziyyətdən asılı olaraq tez-tez dəyişən, ziddiyyətli mülahizələrini sərbəst ifadə etmək, hakimlə müzakirə etmək şəraitindən tam şəkildə istifadə edərək izahatlarını vermişdilər. Nəticədə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmişdir. Məhkəmədə prosesin çəkişmə prinsipi təmin edilməmiş, qərar tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdikləri dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmamışdır. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılm aması və bununla da qəbul edilən məhkəmə aktının qanunilik, əsaslılıq meyarlarına cavab verməməsi bu aktın əsaslı olmasın şübhə altına alır. -Ekspertin həkim-mütəxəssisin rəyinə şərh vermək səlahiyyəti yoxdur, həkimmütəxəssis öz fərqli rəyini tərtib etmişdir və ekspertiza rəyinin “Nəticə” bölməsində göstərilənlər heç bir halda tövsiyə xarakterli ola bilməz. Ekspert cavabdehlərin təqsirsiz olduqlarını sübut etmək istəyində mütəxəssisin rəyini təhrif etmiş, müayinənin qüsurlarını əməliyyatın uğursuzluğu ilə əlaqələndirmiş, diaqnostika ilə cərrahiyyənin yerlərini səhv salmışdır. -xx.xx.2023-cü il tarixli 129/KEŞ saylı ekspert rəyində iş materiallarında olan tibbi sənədlər qismən tədqiq edilmiş, təsdiq edilməsi və ya rədd edilməsi üçün ekspertiza keçirilən faktlar qeyd edilməmiş, iddiaçının xə stəliyinin təyin edilməsində və müalicəsində səbəb-nəticə əlaqələri göstərilməmişdir. -Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmamışdır. Belə ki, ekspertiza rəyində Milli Kliniki Protokollar, X3 qəbul etdiyi “X5”, xəstəliyin klinik əlamətlərinə əsasən keçiriməli olan diaqnostika tədbirləri nəzərə alınmamış, “Liman Klinikası”nda tərtib edilmiş ziddiyyətli Ambulator xəstənin tibbi kartası № AZS025” formasının məlumatları digər sübutlarla yanaşı qiymətləndirilmədən rəydə sadalanmaqla nəticə çıxarılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə vəsatət verərək, ekspert rəyinin məhkəmədə tədqiq olunmasını və digər sübutlarla yanaşı qiymətləndirilməsini xahiş etmişdir. Həmin vəsatət s ədrlik edən hakim tərəfindən rədd edilmiş, lakin bu barədə əsaslandırılmış qərardad qəbul edilməmişdir. Nəticədə iddiaçının görmə qabiliyyətinin pozulmasına səbəb olan yenitörəmənin (meningiomanın) klinik əlamətlərinə əsasən lokalizasiyası, dərəcəsi və inkişaf xronologiyası araşdırılmadan, ekspertin rəyi məhkəmədə tədqiq olunmadan və digər sübutlarla yanaşı qiymətləndirilmədən ədalətsiz məhkəmə qərarı verilmişdir.. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə t utulmasın.

42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

43. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hər əkət və ya hərəkətsizlikdir).

44. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

46. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

47. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki Prosessual Məcəllə

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara i stinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, cavabdehlərin iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşımaları üçün iddiaçı tərəfindən mülki hüquq pozuntusunun ünsürləri sübuta yetirilməlidir.

57. MM-in 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

58. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin hərəkəti ilə zərər arasında səbəbli əlaqənin olmasını sübuta yetirə bilməmişdir.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mül ki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə l azımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-377/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar