Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3969/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3969/21 (Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil1, Cavabdeh: Cavabdeh2 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(103)2587/2021 saylı qətnaməsindən İddiaçı kassasi ya şikayəti üzrə işə 31 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, onlardan müştərək qaydada ona dəymiş maddi zərərə görə 63.000 manat, mənəvi zərərə görə 10.000 manat, vəkilə ödənilmiş xərcə görə 110 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 73.140 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində birinci icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.F.Əmirxanova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Zabrat bələd iyyəsi tərəfindən 18 iyun 2007-ci il tarixli, 389 “a” saylı icarə müqaviləsinə əsasən Zabrat qəsəbəsi, 1 may klubunun şimal-şərq hissəsində yerləşən, ümumi sahəsi 481 kv.metr olan torpaq sahəsi iddiaçıya icarəyə verilib və sonuncu orada “Kafe-klub” iaşə obyekti kimi fəaliyyət göstərib. Eyni zamanda, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 22 avqust 2005-ci il tarixli, 005824 saylı qeydiyyat Şəhadətnaməsinə əsasən, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 3.022 kv.metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə “Say qəzeti redaksiyası” kiçik müəssisəsənin adına qeydə alınıb və sonuncunun ərizəsinə əsasən "xxxx" MMC tərəfindən verilmiş 27 may 2014-cü il tarixli hesabat cədvəlinə əsasən sözügedən obyektin faktiki torpaq sahəsi 2 328,60 kv.metr göstərilib. Həmçinin mülki iş materialları ilə müəyyən olunub ki, iddiaçının sahibliyində olan “Kafe-klub” iaşə obyektinin yerləşdiyi torpaq sahəsi “Say qəzeti redaksiyası” kiçik müəssisəsinin ərazisinə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Zabrat STQ, ünvan 2 ünvanda yerləşən 3.022,0 kv.metr qeyri-yaşayış sahəsinə aiddir. Beləliklə iddiaçı, cavabdehlərin təqsiri üzündən ona hər hansı maddi zərər dəyməsini sübuta yetirə bilmədi. İddiaçı tərəfdən şahid qismində dindirilmiş Kötəl Əliyevdə ifadəsində göstərib ki, kafe sökülərkən içərisindəki əşyalar səliqə ilə bir kənara yığılıb və əşyalara heç bir ziyan vurulmayıb. Eyni zamanda, cavabdehlərin hər hansı hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübuta yetirilmir. Ona görə də iddia rədd olunmalıdır. Birinci insta nsiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəm əsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. instansiyası Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov sədrlik edən, məruzəçi, G.A.Quliyev və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.A.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir, onun tikintiyə dair sərəncam verməkonu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağl amaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki, iddia üzrə iddia edilənlər, habelə kassasiya instansiya məhkəməsinin qərar ında təsbit edilən (sübut əhəmiyyəti daşımasına baxmayaraq şəkillərdə əks olunan şəxslərin kimliyini müəyyən etmək və həmin sübuta da müvafiq hüquqi qiymət vermə barədə) göstərişlər hüquqazidd olan əməllərin müəyyən edilməsi çərçivəsində cinayət və ya inzibati xəta təqibi qaydasında aparılan araşdırmanın predmeti ola bilər. Mülki icraatda hüquqa zidd hərəkətlərin müəyyən edilməsi üçün istintaq səlahiyyətləri mövcud deyil, tərəflər isə əlavə sübutlar (və ya vəsatətlər) təqdim etməyiblər. Beləliklə, iş üzrə iddia edilənlər hüquqa zidd hərəkət (hərəkətsizlik) meyarları ilə hüquq mühafizə orqanları tərəfindən araşdırmanın nəticəsi olaraq təqsirkar şəxslərin müəyyən edildiyi təqdirdə maddi zərərin həmin cinayət və ya inzibati xəta haqqında iş üzrə, habelə mülki mühakimə icraatı qaydasında mötəb ər sübutlar əsasında yenidən tədqiq edilə bilər. Apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri isə formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 139158, 180, 1096, 1097-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yeridən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qay dada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habel ə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan ş əxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Zabrat bələdiyy əsi tərəfindən 18 iyun 2007-ci il tarixli, 389 “a” saylı icarə müqaviləsinə əsasən, Zabrat qəsəbəsi, 1 may Klubunun Şimal-Şərq hissəsində yerləşən, ümumi sahəsi 481 kv.metr olan torpaq sahəsi iddiaçıya icarəyə verilib və sonuncu orada “Kafe-klub” iaşə obyekti kimi fəaliyyət göstərib. İcarə müqaviləsinin müddəti 18 iyun 2022-ci il tarixədək müəyyən edilib. Həmçinin “Kafeklub” bütün kommunikasiya xətləri ilə (qaz, su, işıq və s.) təmin edilib və iaşə obyekti kimi qeydiyyata alınıb. İddiaçı isə sadələşdirilmiş vergi ödəyicisi kimi həmin Klubdan 2003-cü ildən başlayaraq xırda sahibkarlıq fəaliyyəti üçün istifadə edib. Eyni zamanda, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 22 avqust 2005-ci il tarixli, 005824 saylı qeydiyyat Şəhadətnaməsinə əsasən, Za brat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 3.022 kv.metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə “Say qəzeti redaksiyası” kiçik müəssisəsənin adına qeydə alınıb və sonuncunun ərizəsinə əsasən "xxxx" MMC tərəfindən verilmiş 27 may 2014-cü il tarixli hesabat cədvəlinə əsasən sözügedən obyektin faktiki torpaq sahəsi 2328,60 kv.metr göstərilib. Həmin Müəssisənin qanuni təmsilçisi Cavabdeh1 olub. Hazırda iddiaçı, 2018-ci ilin dekabr ayında Cavabdeh2 sözügedən obyekti boşaltmaq üçün ona 20 gün vaxt verdiyini, sonra vəzifə səlahiyyətlərindən sui-istifadə edərək obyektin su təchizatını dayandırıb, elektrik enerjisini kəsdiyini, 08 yanvar 2019-cu il tarixdə saat 15:00 radələrində isə beş nəfərdən ibarət polis işçisi ilə obyektə gələrək orada olan əşyaları sındırıb dağıtdıqlarını və nəticədə cavabdehlərin təqsiri üzündən ona 63.000 manat maddi, 10.000 manat mənəvi zərər dəydiyini iddia edir. Cavabdehlər isə sözügedən icarə müqaviləsinin iddiaçının öz ərizəsinə əsasən Zabrat bələdiyyəsi tərəfindən ləğv edildiyini, onun torpaq sahəsində quraşdırdığı obyekti öz vəsaiti hesabına söküb götürdüyünü və ona qarşı hər hansı mülki hüquq pozuntusu törətmədiklərini göstərib, iddiaya etiraz etmişlər. Apelyasiya instansiyası məhkəməsi, mübahisəli obyektin özbaşına tikili olmasını, cinayət və ya inzibati xəta təqibi qaydasında cavabdehlərin təqsiri sübuta yetmədiyi üçün, hazırki iddianın əsassız olmasını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla hazırki iddia tələblərinə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə mülki hüquq pozuntusundan (deliktdən) əmələ gələn öhdəlikləri tənzimləyən maddi hüquq normaları qarşılıqlı şəkildə təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Q ərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırki işdə də iddiaçının cavabdehlərə qarşı zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olm ası; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddi hüquq normalarının tələbləri baxımından cavabdehlər tərəfindən iddiaçıya qarşı hər hansı hüquqa zidd əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verilib-verilməməsi; cavabdehlərin törətdikləri əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya ziyan və ya zərər vurulub-vurulmaması; iddiaçıya vurulmuş ziyan və ya zərərlə cavabdehlərin hüquqa zidd əməlləri (hərəkət və ya hərəkətsizlikləri) arasında hər hansı səbəbli əlaqənin olub-olmaması ilə bağlı heç bir araşdırma aparmadan və ümumiyyətlə mübahisənin mahiyyətinə varmadan birinci instansiy a məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, cavabdehlərin cinayət və ya inzibati xəta təqibi qaydasında məsuliyyətə cəlb edilməmələri, onların vurduqları ziyana və ya zərərə görə mülki məsuliyyətə cəlb edilmələrini istisna etmir. Belə ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüqu qa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının cavabdehlərə qarşı mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı hazırki tələbləri, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəlindiyi təqdirdə təmin edilə bilər. Digər tərəfdən, cavabdehlərin iddiaçıya qarşı mülki hüquq pozuntusu törətmələri mülki iş materialları ilə açıq-aşkar istisna edilmir. Belə ki, iddiaçı, mübahisəli obyektin yerləşdiyi torpaq sahəsindən bələdiyyə ilə bağladığı icarə müqaviləsi əsasında istifadə edib və orada öz vəsaiti hesabına çayxana kimi istifadə et diyi “Kafe-klub” quraşdırmaqla həmin obyektdən 2003-cü ildən 2018-ci ilədək maneəsiz istifadə edib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, torpaq sahəsinin göstərilən vəziyyətdə bələdiyyəyə deyil, cavabdehlərə məxsus olması iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar hazırki mübahisənin həlli üçün heç bir əhəmiyyət kəsb etmir və ona məxsus “Kafe-klub” heç bir məhkəmə qərarı olmadan söküldüyündən söküntünü həyata keçirmiş şəxslər mülki hüquqi məsuliyyət daşımalıdırlar. İşdə olan və apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə qiymətləndirilməmiş sübutlar bu nəticəyə gəlməyə əsas verir. Belə ki, iddiaçının izahatlarından və şikayətlərindən görünür ki, cavabdehlər ondan əvvəlcə obyekti boşaltmağı tələb ediblər və bunun üçün ona 20 gün vaxt veriblər, so nra isə ona qarşı təzyiqlər göstərib, su təchizatını dayandırıb, elektrik enerjisini kəsmişlər. 08 yanvar 2019-cu il tarixdə isə sözügedən obyekti söküb dağıtmışlar. İşdən göründüyü kimi iddiaçı obyektdən istifadə etdiyi təxminən 15 il müddət ərzində obyektlə bağlı heç bir konflikti olmayıb. Yalnız cavabdehlərin ondan obyekti boşaltmasını tələb etdikdən və bunun üçün verilmiş vaxt bitdikdən sonra obyektin sökülməsi və söküntünün cavabdehlər tərəfindən fotoaparatla çəkilməsi, orada olan material və avadanlıqların həmin ərazidə cavabdehlərə məxsus olan anbara yığılması baş verib. Həmin hallar sübut əhəmiyyəti daşımasına baxmayaraq məhkəmə kollegiyası tərəfindən onlara lazımınca qiymət verilməyib. İşin 101-105-ci səhifələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2019-cu il ta rixli məhkəmə iclasının protokolunda əks olunmuş izahatında Cavabdeh1 iddiaçıya öz xoşu ilə tikilini sökməsini təklif etməsini, onun isə həmin təklifə məhəl qoymamasını və bir ay gözlədikdən sonra isə polis işçilərinin söküntünü həyata keçirmələrinə razılıq verməsini göstərib. Həmin protokolda olan digər Cavabdeh2 izahatından isə görünür ki, onlar tərəfindən söküntü zamanı fotoşəkillər çəkilib və iddiaçıya gəlib əşyalarını aparması təklif olunub. Apelyasiya instansiyası məhkəməsində verdikləri izahatlarında isə cavabdehlər obyektin onlar tərəfindən deyil, iddiaçının özü tərəfindən sökülməsini bildirməklə birinci instansiya məhkəməsində verdikləri izahatlarını danmışlar. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi bu ziddiyyətli izahatların səbəbini ümumiyyətlə araşdırmayıb və işin hə min halına heç bir hüquqi qiymət verməyib. Halbuki cavabdehlər birinci instansiya məhkəməsində verdikləri izahatlarında obyektin onlar tərəfindən söküldüyünü etiraf etmişlər. İş materiallarına əlavə edilmiş fotoşəkillər söküntü işləri aparılan zaman çəkilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi, sübut əhəmiyyəti daşımasına baxmayaraq şəkillərdə əks olunan şəxslərin kimliyini müəyyən etməyib və həmin sübuta da müvafiq hüquqi qiymət verməyib. Söküntü işləri aparılarkən obyektdə olmuş şahidlər Arif Abbasov və Kötəl Əliyevin ifadələrinə isə ümumiyyətlə qiymət verməyib. Apellyasiya instansiyası məhkəməsi, nəzərə almamışdır ki, obyekt sökülərkən orada iddiaçı deyil, həmin şahidlər iştirak etmişlər. X1 izahatına görə Cavabdeh1 obyektin söküləcəyini demiş və o da söküntü barədə iddiaç ıya məlumat verməsinə baxmayaraq sonuncu obyektə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, işdən görünür ki, iddiaçı ona dəymiş maddi zərərə görə cavabdehlərdən cəmi 63.000 manat pul tələb edir və ona məxsus əşyaların bir qismi cavabdehlərə aid anbarda saxlanılır. Apellyasiya instansiyası məhkəməsi, bu hal üzrə heç bir araşdırma aparmadan, maddi zərərin tərkibini, dəyəri iddia olunan əşyaların naturada mövcud olub-olmadığını, onların təyinatı üzrə yararlılığını, iddiaçının həmin əşyaları naturada qəbul etmək istəyibistəmədiyini v ə sair işin hallarını araşdırmadan, iddianın bütövlükdə əsassız olması nəticəsinə gəlmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1, 418.2, 418.3, 420-ci maddələrinin tələblərini pozub və kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki qərarında şərh edilən məcburi göstərişlər üzrə heç bir araşdırma aparmayıb. Bu isə kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib he sab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(103)-2587/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəm
Məhkəmə qərarları › İş №2(102)-3969/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3969/2021
31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver