Məhkəmə qərarları › İş №2(102)-3969/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3969/2022

08.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3969/2022 08.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Gülmalı oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Gülmalı oğluna qarşı pul tələbinə dair ilk, Cavabdeh Gülmalı oğlunun İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1018/2020 nömrəli, 18 may 2022-ci il tarixli qərardadından verilmiş Cavabdeh Gülmalı oğlunun kassasiya şikayətinə 8 iyul 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh Gülmalı oğlundan 5000 manat, 3000 ABŞ dolları, 900 avro, 3000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh Gülmalı oğlu İddiaçı 15000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Qobustan Rayon Məhkəməsinin (hakim M.Q.Quliyev) 2(026)-138/2019 nömrəli iş üzrə 3 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Gülmalı oğluna qarşı pul tələbinə dair ilk iddia tələbi qismən təmin edilərə k Cavabdeh Gülmalı oğlundan 8200 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi, Cavabdeh Gülmalı oğlunun İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası da qismən təmin edilərək İddiaçı 6900 manat pulun alınıb Cavabdeh Gülmalı oğluna verilməsi, ilk və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin 3 sentyabr 2019-cu il tarixli, 2(026)-138/2019 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Gülmalı oğlu apellyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin 3 sentyabr 2019-cu il tarixli, 2(026)-138/2019 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və F.Ə.Məmmədov) 2(105)-1018/2020 saylı mülki iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apelyasiya şikayəti qismən təmin edilib, Qobustan Rayon Məhkəməsinin 3 sentyabr 2019-cu il tarixli, 2(026)-138/2019 saylı qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı münasibətdə qismən ləğv edilmiş, Cavab deh Gülmalı oğlunun İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, qətnamə«Cavabdeh Gülmalı oğlundan 8200 manat və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin» hissəsində dəyişdirilmədən saxlanmış və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Gülmalı oğlunun özünə aid edilməsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Gülmalı oğlunun verdiyi apellyasiya şikayəti təmin edilməmişdir.

7. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (vəkil Məmmədov Saqi Əhməd oğlu) kassasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

8. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Gülmalı oğlu tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə 4 may 2022-ci il tarixli ərizə vermişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki işlə əlaqədar “Pro Bono” Vəkil Bürosunun vəkili Məmmədov Saqi Əhməd oğlu ilə hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə bağlamış, həmin müqaviləyə əsasən bütün proseslərdə həm vəkil, həm də onun nümayəndəsi kimi iştirak etməsi barədə razılığa gəlmişlər. Eyni zamanda onun tərəfindən kassasiya şikayəti hazırlanmış və imzalanmışdır. Hər dəfə işin gedişi barədə soruşduqda, o, yaxın günlərdə Ali Məhkəmədən bu işlə əlaqədar məhkəmə bildirişinin gələcəyini bildirmişdir. Lakin bu günlərdə Qobustan rayon İcra və probasiya şöbəsinin əməkdaşı tərəfindən çağ ırıldıqdan sonra ona məlum olmuşdur ki, həmin bu qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti verilmiş, lakin həmin kassasiya şikayəti onun tərəfindən imzalanmadığı və vəkil orderinin əsli əlavə edilmədiyi üçün geri qaytarılmışdır. İkinci dəfə kassasiya şikayəti ilə müraciət edildikdə isə ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə məhkəməyə təqdim edilmədiyi üçün yenidən kassasiya şikayəti geri qaytarılmışdır. Əfsuslar olsun ki, bütün bu proseslərdən onun məlumatı olmamış, yalnız bu yaxınlarda icra məmuru tərəfindən icra şöbəsinə dəvət edildikdə həmin bu məhkəmə prosesinin gedişindən məlumatı olmuşdur. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyul 2020-ci il tarixli, 2(105)-1018/2020 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin ö türülməsinin üzrlü hesab edilərək, həmin müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Tağızadə) 2(105)-1018/2020 saylı mülki iş üzrə 18 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya məhkəməsinin 22 iyul 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Gülmalı oğlu prosessual müddətin bərpası barədə ərizə təqdim etdikdə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün heç bir əsaslı səbəb göstərməmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh (Vəkil) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-1018/2020 saylı qətnaməsinin vəkil tərəfindən alınması və onun tərəfindən bu qətnamədən kassasiya şikayəti tərtib edilərək Ali Məhkəməyə göndərilməsi öz əksini tapmışdır. Həmçinin bu kassasiya şikayətinin Ali Məhkəməsindən geri qaytarılmasının səbəbi kimi də Məmmədov Saqi Əhməd oğlunun bu kassasiya şikayətinə vəkil orderinin əslinin əlavə edilməməsi və həmçinin kassasiya şikayətində kassasiya şikayəti verənin imzası olan yerin boş olması göstərilmişdir. Təbii ki, bu səhvlər iradədən asılı olmayan obyektiv səbəblərdən, yəni vəkilin səhlənkarlığı və kobud səhvi ucbatından baş vermişdir. Həmçinin cavabdeh Məmmədov Saqi Əhməd oğlu ilə hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə bağladığı üçün təbii ki, bu kassasiya şikayətinin qanunların tələbinə uyğun şəkildə tərtib edilərək məhkəməyə təqdim edilməsi onun vəzifəsi idi. Lakin mülki işin sənədlərindən də görünür ki, bu kassasiya şikayəti vəkilin kobud səhvi nəticəsində geri qaytarılmışdır. Həmçinin ikinci dəfə kassasiya şikayəti verildikdə də vəkil tərəfindən ötür ülmüş prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə təqdim edilməmişdir. Bu məsələ də vəkilin günahı ucbatından baş vermişdir. Mülki işin sənədlərində də bu faktları təsdiq edən yetərincə sübut olmasına baxmayaraq, məhkəmə tərəfindən əsassız olaraq ərizəni təmin edilməmişdir. Bununla da məhkəmə tərəfindən MPM-in 133-cü maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Maddə

132. Məhkəmənin təyin etdiyi müddətlər maraqlı şəxslərin ərizəsi üzrə, habelə bu Məcəllənin 101.3-cü ma ddəsində nəzərdə tutulan ekspertin vəsatəti əsasında məhkəmə tərəfindən uzadıla bilər.

17. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

18. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

19. Maddə 405.0.1 Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətinə əsasən mübahisələndirilən apellyasiya instansiya məhkəməsinin qərardadı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 2 iyul 2020-ci il tarixli, 2(105)1018/2020 nömrəli qətnaməsi 4 avqust 2020-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmiş, Cavabdeh Gülmalı oğlu poçt göndərişinin xəbərnaməsini 18 avqust 2020-ci il tarixdə imza etməklə qətnaməni rəsmi qaydada qəbul etmişdir.

24. Cavabdeh Gülmalı oğlu 27 oktyabr 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli qətnaməsinin surətinin ona verilməsini xahiş etmiş və qətnamənin surəti təkrar olaraq 29 oktyabr 2020-ci il tarixdə onun ünvanına göndərilmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli məktubu ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli, 2(105)- 1018/2020 nömrəli qətnaməsindən verdiyi kass asiya şikayəti 4 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(105)-1018/2020 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli, 2(105)-1018/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Gülmalı oğlunun verdiyi kassasiya şikayəti onun tərəfindən imzalanmaması və şikayətə əlavə edilmiş vəkilin orderinin kserosurət olması əsası ilə geri qaytarılmışdır.

27. Həmin qərardad 12 fevral 2021-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmişdir.

28. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Gülmalı oğlunun nümayəndəsi və vəkili Məmmədov Saqi Əhməd oğlu Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(105)-1018/2020 nömrəli qərardadın surətini 20 may 2022-ci il tarixdə qəbzə imza etməklə almışdır.

29. Kassasiya şikayəti 27 may 2021-ci il tarixdə yenidən məhkəməyə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(105)-1018/2020 saylı qərardadı ilə kassasiya şikayəti 407.1.1– 407.1.5, 408.1.4-ci maddələrinin tələblərinə cavab verilmədiyi əsası ilə geri qaytarılmışdır. Həmin qərardad 30 iyun 2021-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, ilk iddia üzrə cavabdeh qətnaməni aldıqdan sonra kassasiya şikayəti 2 ay müddətində deyil, 1 il 8 aydan artıq müddət keçdikdən sonra verilmiş və qanunla müəyyən edilmiş kassa siya şikayətinin verilməsi müddəti ötürülmüşdür.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, şikayət kifayət qədər uzun müddət keçdikdən sonra verilmişdir və ərizəçinin dəlilləri müddətin üzrlü səbəbdən ötürülməsi barədə ərizənin təmin edilməsi üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə Cavabdeh Gülmalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1018/2020 nömrəli, 18 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar