Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3971/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı və X3 Cavabdeh qarşı; Cavabdeh İddiaçı və X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaxşılaşdırma xərclərinin əvəzinin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-500/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı əsasında JN 179, KOD 90803038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı, X3 və onların digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 5,86 hektar torpaq sahəsi verilmişdir.
2. İddiaçı və Babək Abdullayev, 1.80 ha torpaq sahəsini Cavabdeh icarəsinə verdiklərini, buna baxmayaraq sonuncunun sahədən çıxmadığını, onlara maddi zərər vurduğunu bildirərək aşağıdakı ilkin iddia tələblərini irəli sürmüşlər.
3. Cavabdeh isə həmin sahəni ilkin iddiaçılardan şifahi razılaşma ilə aldığını, oranı yaxşılaşdırmaq üçün xərc çəkdiyini bildirərək aşağıdakı qarşılıqlı iddialarla çıxış etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat
4. İddiaçı və X1 İlqar Bayram oğluna qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, Saatlı rayonunun Əhmədbəyli kəndində yerləşən, mülkiyyətlərində olan 1,80 ha torpaq sahəsindən istifadə etmələrinə Cavabdeh tərəfindən qəsdən törədilən maneələrə son qoyulması, mülkiyyətlərində olan torpaq sahəsinə daxil olmasının cavabdehə qadağan edilməsi, vurulmuş 5600 manat maddi zərərin və 5000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını və cavabdehin əməlində cinayətin əlamətləri olduğundan barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişlər.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, Saatlı rayonunun Əhmədbəyli kəndində yerləşən 1,80 ha torpaq sahəsi onun və digər ailə üzvlərinin mülkiyyətindədir. Həmin torpaq sahəsi ni 2000-ci ildə həmkəndlisi Cavabdeh şifahi razılaşma əsasında illik 200 ABŞ dolları müqabilində icarəyə vermişlər və müxtəlif vaxtlarda ondan ümumilikdə 1000 manat və 400 ABŞ dolları pul almışdır. Lakin icarə müqaviləsinin uzun müddətdir bitməsinə baxmayaraq, Cavabdeh torpaq sahəsindən çıxmamışdır. Dəfələrlə Cavabdeh torpaq sahəsindən çıxmasını tələb etsələr də, o, torpaq sahəsindən çıxmamış və onların əkinini məhv etmişdir. 2020-ci ilin aprel ayında torpaq sahəsinə pambıq əkmiş və məhsuldarlıq əldə etmək üçün həmin sahədə aparılan şumlama və digər işlərə 1300 manat pul xərcləmişdir. Sonra isə Cavabdeh sahəyə su buraxmaqla əkin sahəsini məhv etmişdir. Sahədən 8 ton pambıq götürmək olardı, 1 ton məhsulun qiyməti 700 manat olmasını nəzərə alınsa 5600 manat gəlir götürmüş olardı. Bundan başq a, İlqar onlara maneə törətməklə onlara mənəvi zərər də vurmuş və mənəvi zərəri 5000 manat məbləğində qiymətləndirmişdir. Cavabdeh onlara məxsus torpaq sahəsini zəbt etdiyindən Cavabdeh barəsində cinayət işi açılmalıdır.
6. Cavabdeh İddiaçı və X4 qarşı qarşılıqlı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia təmin edilərək Saatlı rayonunun Əhmədbəyli kəndində yerləşən mərhum Həmzə Əliyevin və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 5,85 ha torpaq sahəsinin 1,8886 ha hissəsinin dövlət qeydiyyatına alınması üçün onunla X6 və İddiaçı arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılı qlı iddia tələbi belə əsaslandırılmışdır ki, Saatlı rayonu Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 14 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 5,85 ha torpaq sahəsi verilmişdir. İddiaçı və Babək Abdullayev həmin torpaq sahəsinin 1,8886 ha hissəsini 2000-ci ildə Cavabdeh satmışlar. Torpaq sahəsinin alınması üçün ilkin iddiaçılara ümumilikdə 1000 manat və 400 ABŞ dolları pul vermişdir. X17 və İddiaçı İlqarla notariat kontoruna getməmələri səbəbindən qeyd etdiyi torpaq sahəsini İlqar öz adına rəsmiləşdirə bilməmişdir. Bütün bu illər ərzində 1,8886 ha torpaq sahəsindən Cavabdeh öz mülkiyyəti kimi istifadə etmiş və sahəyə xeyli xərc çəkmişdir.
8. Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) 02 senty abr 2020-ci il tarixli, 2(055)-703/2020 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Saatlı rayonunun Əhmədbəyli kəndində yerləşən İddiaçı, X3 və onların digər ailə üzvlərinin mülkiyyətində olan 1,80 ha torpaq sahəsinə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin torpaq sahəsinə daxil olmasının Cavabdeh qadağan edilməsi, ilkin iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, torpaq sahəsinin alınması üçün verilmiş 1000 (min) manat və 400 (dörd yüz) ABŞ dollarının icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə müştərək qaydada İddiaçı və X2 alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınıb X4 verilməs i, qarşılıqlı iddia qaldırılarkən ödənilmiş 10 (on) manat dövlət rüsumunun X6 və İddiaçı müştərək qaydada alınıb Cavabdeh verilməsi qət edilmişdir.
9. Məhkəmə Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh 1,80 ha torpaq sahəsini şifahi razılaşma yolu ilə Babək Abdullayevdən almış və öz mülkiyyəti kimi istifadə etmişdir. Məhkəməyə təqdim edilmiş 16 iyul 2020-ci il tarixdə tərtib edilmiş akt və 21 iyul 2020-ci il tarixdə tərtib edilmiş rəydən görünür ki, X4 məxsus 1,86 ha torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Babək Abdullayev sahədə pambıq əkmiş, yüksək çıxış almış, lakin Cavabdeh tərəfindən həmin torpaq sahəsi şumlanmış və əkilən pambıq tamamilə məhv edilmiş, bununla da Cavabdeh tərəfindən Babək Abdullayevə ziyan vurul muşdur. Məhkəmə hesab etmişdir ki, akt və rəy tərtib edilən zaman onu tərtib edənlər birtərəfli mövqe tutmuşlar və sonda qərəzli olaraq Babək Abdullayevin xeyrinə rəy verilmişdir. Həmin aktın və rəyin qərəzli olması onunla izah olunur ki, sahəyə baxış keçirilən vaxt həmin sahənin şumlanması və əkilməsinin məhz Cavabdeh tərəfindən edilməsi mümkün deyildir. Ona görə də, tərtib edilmiş akt və rəy iddianın bu hissəsinin təmin olunması üçün və Cavabdeh 5600 manat məbləğində pulun alınması üçün əsas ola bilməz. İlkin iddia üzrə iddiaçılar İddiaçı və X1 İlqar Bayram oğlunun qanunsuz hərərkətləri nəticəsində onlara dəyən mənəvi ziyanı 5000 məbləğində hesablasalar da, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Ona görə də, iddia bu hissədə təmin edilə bilməz. b) Apellyasiya instansiy ası məhkəməsindəki icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) 11 fevral 2021-ci il tarixli, 2(106)-500/21 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(055)-703/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia hissəsində qismən ləğv, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübu tlar əsasında qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2000-ci ildə cavabdeh İddiaçı mübahisəli torpaq sahəsinin 1,8886 hektar hissəsini pula ehtiyacları olduğundan satmaq istədiklərini Cavabdeh bildirdi və o da torpaq sahəsini almaq istədiyini ona bildirdi. Həmin vaxt torpaq sahəsini almağımı rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etsələr də, onlara torpağın alqısatqısının rəsmiləşdirilməsinə onlara icazə verilmədiyi bildirildi. Bundan sonra cavabdehlərlə torpağın alınması ilə bağlı şifahi razılaşaraq həmin torpaq sahəsini almaq məqsədi ilə cavabdeh İddiaçı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini alaraq, ümumilikdə həmin torpaq sahəsinə görə Cavabdehlərə 1000 manat və 40 0 ABŞ dollar pul verdi. Bütün bu dövr ərzində isə 1,8886 hektar torpaq sahəsindən heç bir mübahisə olmadan Cavabdeh öz mülkiyyəti kimi istifadə etmişdir və həmin torpaq sahəsinə xeyli miqdarda xərc çəkmişdir. Hamıya məlumdur ki, torpaq sahəsinə xərc çəkib onu münbitləşdirməsən, torpaq sahəsindən lazımi səviyyədə məhsul almaq mümkün deyildir. Bu səbəbdən də Cavabdeh 20 ilə yaxın bir müddətdə həmin torpaq sahəsini bir neçə dəfə ütlətdirmişdir (planirovka), peyin daşıtdırmışdır, tirə və su arxı çəkdirmişdir və ümumilikdə minimum 2000 manat xərc çəkmişdir. Apellyasiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, qarşılıqlı iddiaçı mübahisə olunan torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada əldə etməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İlkin iddia üzrə iddiaçılar mübah isəli torpaq sahəsinin alqı- satqısını rəsmiləşdirmək üçün qarşılıqlı iddiaçı Cavabdeh ilə notariat kontoruna getmədikləri halda Cavabdeh necə torpağı rəsmiləşdirərək məhkəməyə bu barədə sübut təqdim edə bilər. İlkin iddia üzrə iddiaçılar sadəcə Cavabdeh sadəlövliyindən istifadə edərək onu aldatmışlar. Qarşılıqlı iddiaçı Cavabdeh bildirir ki, onun 20 ilə yaxın bir müddətdə torpağı münbitləşdirmək üçün çəkdiyi 2000 manat xərc ağlabatandır və təmin olunmalıdır. Həmçinin yaşadıqları kənd ərazisində əkin üçün nəzərdə tutulmuş pay torpaqlarının 1 hektarının satış qiyməti hal-hazırda 3000 manat təşkil edir. Belə olan halda isə Cavabdeh hazırda kəndin ərazisindən 1,80 hektar torpaq sahəsini almaq üçün 5400 manat pul xərcləməlidir. Ona görə də, Cavabdeh xahiş edir ki, qarşılıqlı iddiası müzakirə edilərkən torpağın hazırki qiyməti nəzərə alınsın. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiy yətçidən tələb edə bilər.
17. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövq eyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
25. JN 179, KOD 90803038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı, X6 və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 5,86 hektar torpaq sahəsi verilmişdir. 26. 06 may 2020-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi» haqqında qərarın surətindən görünür ki, Əliyev X14 RPŞ-də verdiyi izahatında göstərmişdir ki, 1997-ci il tarixdə İddiaçı adlı şəxs ona 1,80 ha torpaq sahəsini 200 ABŞ dollarına satmış, torpaq sahəsinin alınması rəsmiləşdirilməmiş, sonradan torpaq sahəsinin rəsmiləşdirilməsini tələb etdikdə ondan əlavə pul istənilmişdir. Bakı şəhərində İddiaçı oğlu ondan yenidən pul almış, sonra yenə sənədləri istədikdə İddiaçı digər oğlu Babək Abdullayev ondan əlavə yenə 200 ABŞ dolları pul almışdır. Göstərdiyi şəxslər torpaq sahəsini ona satmaq adı ilə ondan 4 dəfə pul alsalar da, vədlərinə əməl etməmişlər. Göstərilənlərə əsasən cin ayət hadisəsi olmadığında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
27. Saatlı RPŞ-də İddiaçı izahatında göstərmişdir ki, Saatlı rayonunun Əhmədbəyli kəndində yerləşən 1,80 ha torpaq sahəsi onun və digər ailə üzvlərinin mülkiyyətindədir. Həmin torpaq sahəsini 2000-ci ildə həmkəndlisi Cavabdeh şifahi razılaşma əsasında istifadəsinə vermişlər və müxtəlif vaxtlarda Cavabdeh 1000 manat və 400 ABŞ dolları pul almışlar. 28. 16 iyul 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, X4 məxsus 1,86 ha əraziyə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinə pambıq əkildiyi, lakin Cavabdeh həmin torpaq sahəsini şumlamış və mala çəkdirərək sorqo əkmişdir. Babək Abdullayevin özü tərəfindən çəkilmiş bir necə fotoşəkillərdən və vizual baxaraq görmək olar ki, quru pambıq bitki si şumdan sonra məhv olmuşdur. Aktın doğruluğu X5 Laboratoriyasının direktoru X10, həmin laboratoriyanın bitki orqanlarının aqrokimyəvi analizi şöbəsinin müdiri X11 və Saatlı rayonunun Əhmədbəyli kənd sakini X3 imzası ilə təsdiq edilmişdir. Saatlı rayonunun Əhmədbəyli kənd icra nümayəndəsi X12 həmin akta imza etməmişdir.
29. X9 Laboratoriyasının direktoru X10 21 iyul 2020-ci il tarixli rəyindən görünür ki, X4 məxsus 1,86 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı Babək Abdullayevin sahədə pambıq əkdiyini və yüksək çıxış aldığını, lakin Cavabdeh tərəfindən həmin torpaq sahəsinin şumlandığı və əkilən pambığın tamamilə məhv olunduğu müəyyən edilmişdir. Sözügedən sahəyə əkilmiş pambıqdan orta hesabla hər hektara 35 sentner məhsul götürülməsinin mümkün olduğu müəyyən edilmişdir. Pambıq b itkisinin 1 kiloqramının dəyəri 0,70 manat olduğu nəzərə alınsa (1,86 x 2450 m - 4557 manat) 4557 manat məbləğində hesablana bilər. 1,86 ha torpaq sahəsində əkilən pambığın hər hektara məhsuldarlıq 35 sentner olmaqla 1,86 x 35-65.1 sentner məhsul götürülməsi proqnozlaşdırılmışdır. 30. 19 avqust 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Aşağı Muğan kanalının sağ sahilində yerləşən 1,88 ha torpaq sahəsinə baxış keçirilmiş və həmin sahədə əkilmiş süpürgənin biçilib götürülməsi müşahidə olunmuşdur. Aktın doğruluğu Saatlı rayon İHB-nın Əhmədbəyli kənd İƏD-si üzrə nümayəndəsi X7, Saatlı rayonunun Əhmədbəyli kənd sakinləri X16 və X8 imzası ilə təsdiq edilmişdir.
31. Beləliklə, ilkin iddiaçılar Saatlı rayonunun Əhmədbəyli kəndində ye rləşən 1,80 ha torpaq sahəsinin onların və ailə üzvlərinin mülkiyyətində olduğunu, həmin torpaq sahəsini 2000-ci ildə həmkəndliləri Cavabdeh şifahi razılaşma əsasında illik 200 ABŞ dolları müqabilində icarəyə verdiklərini və müxtəlif vaxtlarda ondan ümumilikdə 1000 manat və 400 ABŞ dolları pul aldıqlarını, lakin icarə müqaviləsinin müddətinin uzun müddət bitməsinə baxmayaraq Cavabdeh torpaq sahəsindən çıxmadıqlarını göstərmişlər. Cavabdeh isə mübahisə olunan Saatlı rayonu Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 14 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 5,85 ha torpaq sahəsi verildiyini, İddiaçı və Babək Abdullayevin həmin torpaq sahəsinin 1,8886 ha hissəsini 2000-ci ildə ona satdıqlarını, həmin t orpaq sahəsinin alınması üçün ilkin iddiaçılara ümumilikdə 1000 manat və 400 ABŞ dolları pul verdiyini, X17 və İddiaçı notariat kontoruna getməmələri səbəbindən qeyd etdiyi torpaq sahəsini öz adına rəsmiləşdirə bilmədiyini göstərmişdir.
32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçı mübahisə olunan torpaq sahəsinə çəkilmiş 2000 manat xərcin cavabdehlər tərəfindən ödənilməli olduğunu bildirsə də, qeyd olunan torpaq sahəsinin ilkin iddia üzrə iddiaçının qeyd etdiyi kimi 20 il müddətində onun istifadəsində olmaqla həmin torpaq sahəsindən gəlir götürmək üçün müəyyən xərclər çəkməsi, torpaq mülkiyyətçilərinin həmin xərclərin əvəzinin ödənilməsi vəzifəsini yaratmır. Belə ki, qarşılıqlı iddiaçı mübahisə olunan torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada əldə etməsinə dair mə hkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
33. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması üçün əsas təşkil etmir. Kollegiya onu da nəzərə alır ki, qarşılıqlı iddiada tələb edilən yaxşılaşdırma xərclərinə dair mötəbər sübutlar təqdim edilməmişdir.
34. Halbuki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§18-19).
35. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
36. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müv afiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-500/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv