Məhkəmə qərarları › İş №2(102)-3976/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3976/2023

31.10.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3976/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ilkin, Cavabdeh2 və Cavabdeh1 İddiaçı və X7 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: miras əmlak, mirasdan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X11 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair ilkin, Cavabdeh2 və Cavabdeh1 İddiaçı və X7 qarşı pul tələbinə dair qarşılıqlı iddiaları üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-817/2023 nömrəli, 01 iyun 2023-cü i l tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X10 ilə X4 02 sentyabr 2019-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X12 anadan olmuşdur.

2. X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, xx.xx.2020-ci il tarixində Xocavənd rayonunda şəhid olmuşdur.

3. X1 vəfat etdiyi günə kimi Qusar rayonu Gündüzqala ünvanında yaşamış və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır: Cavabdeh2 - atası, Cavabdeh1 - anası, İddiaçı - arvadı, X12 - oğlu.

4. Cavabdeh2 və Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixində Notariat Ofisinə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış əmlakları, onlara çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmişlər və pay tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. 5. xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı və X12 miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak bundan ibarətdir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödəniləcək 11000 manat pul vəsaiti. 6. 17.06.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı və X12 miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak bundan ibarətdir: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən X1nun vərəsələri İddiaçı və X8 əşya-əmlakın əvəzinə ödəniləcək pul kompensasiyası. 7. "xxxx" ASC-nin Quba filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BPM**********18 saylı məxaric orderinə əsasən şəhid ailəsi İddiaçı hesabına Müdafiə Nazirliyindən daxil olmuş 1418.2 manat məbləğində pul vəsaiti həmin şəxsə təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Azərbaycan Respublikasının X18 tərəfindən şəhidin həyat yoldaşı və uşağı olaraq onun və azyaşlı uşağı X5 adına ödənilmiş 10000 manat yardımın, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən onun və azyaşlı uşağı X5 adlarına verilmiş 11000 manat sığorta ödənişinin, habelə əri X3 hərbi paltarlarının pulu olan 1418 manat pulun, ümumilikdə 22418 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, əri X3 Vətən Müharibəsində şəhid olmasına görə X18 tərəfindən şəhidin həyat yoldaşı və uşağı olaraq onun və azyaşlı uşağının adına 10000 manat yardım; Yaşat Fondu tərəfindən şəhidin anası olaraq Cavabdeh1 adına 2500 m anat yardım; Yaşat Fondu tərəfindən şəhidin atası olaraq Cavabdeh2 adına 2500 manat yardım; “Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağının, cavabdehlərin adlarına 11000 manat sığorta ödənişi; Qusar Rayon İcra Hakimiyyəti tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağının, cavabdehlərin adlarına 1280 manat yardım; Ləzgi Milli Mədəni Mərkəzi tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağının, cavabdehlərin adlarına 900 manat yardım; ərinin hərbi paltarlarının pulu olaraq onun adına 1418 manat yardım; dəfn xərcləri olaraq 3000 manat yardım ödənilmişdir. Bundan başqa, bir çox idarə və müəssisələr, habelə ayrı-ayrı fiziki şəxslər tərəfindən də ərinin Vətən Müharibəsində şəhid olmasına görə ailəsin ə müxtəlif məbləğlərdə pul, habelə ərzaq yardımları edilmişdir. Bütün yuxarıda qeyd etdiyi yardım və ödənişlər ərinin birinci növbədə vərəsələri olaraq ona, azyaşlı uşağı X8, cavabdehlərə çatmalı olsa da həmin yardım və ödənişləri bütünlüklə Cavabdeh2 götürmüş, ona və azyaşlı uşağına həmin məbləğlərdən hər hansı bir ödəniş etməmişdir. Faktiki olaraq bütün yuxarıda qeyd etdiyi yardım və ödənişlər cavabdehlərin sərəncamında olmuşdur. Həmin məbləğin könüllü olaraq ona qaytarılması barədə bir neçə dəfə cavabdehlərə müraciət etmişdir. Lakin, cavabdehlər həmin pulu könüllü olaraq ona qaytarmaq istəməmişlər.

10. Cavabdehlər, öz növbələrində, iddiaçıya və X7 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi, X18 tə rəfindən şəhid X3 arvadı İddiaçı yardım olaraq verilmiş 10000 manat puldan şəhid X3 valideynləri, həm də vərəsələri olaraq paylarına düşən 5000 manat pulun, “Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən oğlunun ailəsinə verilmiş 11000 manat sığorta ödənişindən şəhidin valideynləri və vərəsələri olaraq paylarına düşən 5500 manat pulun və şəhidin hərbi paltarlarının pulu olan 1418 manat puldan şəhidin valideynləri və vərəsələri olaraq paylarına düşən 709 manat pulun qarşı tərəfdən alınaraq müştərək qaydada onlara -şəhidin valideynlərinə bərabər miqdarda ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, övladlarının şəhid olmasına görə verilmiş bütün yardım və ödənişlər, sığorta məbləği, pul kompensasiyası iddiaçının sərənc amında olub. Mərhum övladının yadigarı olan nəvələri Rəvanla yaşayıbar. Birgə yaşayıb təsərrüfat apardıqları evə daxil olan bütün əmlakı demək olar ki, iddiaçı idarə etmişdir. Verilən yardımlar, sığorta məbləği və pul kompensasiyası ilə bağlı iddiaçı ailədə belə bir təklif irəli sürmüşdür ki, həmin ödəniş məbləğləri olduqca onları toplayıb saxlasın ki, şəhərdən nəvələri Rəvana 3 otaqlı mənzil alsınlar, digər gəlirləri, aylıq əmək haqqı, pensiya məbləği, şəxsi təsərrüfatdan əldə etdikləri gündəlik tələbatlarına xərclənsin, beləcə dolansınlar. Notariat Ofisinə dəvət olunduqları vaxt iddiaçıya inanıb bütün sənədləri tərəddüd etmədən, oxumadan imzalamışlar. İddiaçının atası-qarşılıqlı iddia üzrə cavabdeh X6 da evi onların yaşadıqları Qusar rayonu Gündüzqala kəndində olmuşdur. İddiaçı son vaxtl ar atası evinə tez-tez gedib-gəlmiş, hər dəfə də gedərkən əlidolu, yardım ərzaqları ilə getmişdir. X13 gəlini Sevda ilə onların aralarında yersiz və öz həllini tapmayan sözsöhbətlər və soyuqluq yaratmışdır. İddiaçı onların evindən bütün yardım pullarını, ödəncləri özünə məxsus olan qızıl-zinət və cehiz əşyalarını atası evinə aparmışdır.

12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyindən verilmiş 8 sentyabr 2022-ci il tarixli MİHO/4.1-2-2022-5257 saylı məktubla bildirilmişdir ki, şəhid X3 ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə müraciətlərinə əsasən, 2021-ci il 2 iyul tarixində şəhidin anası Cavabdeh1, 2021-ci il 5 oktyabr tarixində atası Cavabdeh2 və 2022-ci il 23 avqust tarixində isə həyat yoldaşı İddiaçı bank hesabına ayrıayrılıqda 2500 manat məbləğində vəsait köçürülmüşür.

13. Məhkəmənin sorğusu əsasında əldə edilmiş "xxxx" ASC-nin Qusar filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli TT**********21311000 saylı məxaric orderinə əsasən İddiaçı həmin filialdan 11000 manat məbləğində pul, xx.xx.2021-ci il tarixli TT**********7912178 saylı məxaric orderinə əsasən Cavabdeh1 həmin filialdan 2178 manat məbləğində pul, xx.xx.2021-ci il tarixli TT**********9792500 saylı məxaric orderinə əsasən Cavabdeh2 həmin filialdan 2500 manat məbləğində pul verilmişdir. Cavabdeh1 ayrılmış 2500 manat məbləğindən, onun öz razılığı ilə 322 manat onun öz adına olan kreditə tutulmuşdur.

14. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Sığorta Kommersiya Şirkəti tərəfində n verilmiş 28 sentyabr 2022-ci il tarixli 06/02-135 saylı məktubla bildirilmişdir ki, Qusar rayon Notariat Kontorunun 59 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsində İddiaçı və X8 miras əmlakdan ½ pay ayrılmalı olduğu bildirilmişdir. Gədəzeyxur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02 fevral 2021-ci il tarixli 127 saylı arayışına əsasən X5 İddiaçı himayəsində olduğu qeyd edilmişdir. Bu səbəbdən 17 fevral 2021-ci il tarixdə mərhum hərbi qulluqçu X3 vərəsəsi İddiaçı bank hesabına 11000 manat sığorta ödənişi köçürülmüşdür.

15. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(029)-770/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı bankdan götürdüyü vəsaitlərini cavabdehlərə verdiyini iddia etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Bundan başqa, X18 tərəfindən şəhid Sarvan Şahbazovun ailə üzvlərinin məhz hansının adına 10000 manat məbləğində pul köçürülməsi və həmin pulun şəxsən kimə təqdim edilməsi məhkəmə iclasında müəyyən olunmamış, bununla bağlı tərəflərdən heç biri məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

17. Məhkəmə qarşılıqlı iddia tələbinin dəlillərini də qəbul etməyərək qeyd etmişdir ki, şəhid Sarvan Şahbazovun həlak olması ilə əlaqədar ödənilmiş pul vəsaitləri onun miras əmlaklarına aid olmasa da, hazırkı mübahisəyə Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır. Çünki, həlak olmuş hərbi qulluqçulara ödəniləcək sosial sığorta ödənişinin məhz onun vərəsələrinə (ailə üzvlərinə) verilməsi müəyyən olunmuşdur. Bu baxımdan həmin pulun alınması ilə əlaqədar yaranmış mübahisələrə vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaların tətbiqi zəruridir. Yuxarıda qeyd edildiyi kimi, şəhid Sarvan Şahbazovun həlak olması ilə əlaqədar ödənilməli olan sosial sığorta ödənişi və Müdafiə Nazirliyi tərəfindən verilən pul vəsaiti onun vərəsələrindən olan İddiaçı verilmiş, digər vərəsələri olan və həmin pulu əldə etmək hüququ olan cavabdehlər isə bununla razılaşaraq həmin pul vəsaitlərindən pay tələb etməmişlər, bununla bağlı hər hansı iradə ifadəsi nümayiş etdirməmişlər, uzun müddət susmuşlar və İddiaçı qarşı hər hansı iddia irəli sürməmişlər. Bununla d a, onlar mirasın qəbulu ilə əlaqədar mübahisə açmaq hüququnu itirmişlər.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1333.1, 1151.1, 1159.1, 1272-ci, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5, 4.1, 5-ci, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2022-ci il tarixli Qərarına istinad edərək əsas landırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayətləri müvafiq olaraq ilkin və qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-817/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və A.Mahmudov) apellyasiya şik ayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla ilk və qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, cavabdehlərdən X18 tərəfindən verilmiş 10000 manat pulun yarısı, 5000 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddiaçıdan “Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən şəhid X3 ailəsinə verilmiş 11000 manat sığorta ödənişinin yarısı 5500 manat və şəhidin hərbi paltarlarının pulu olan 1418 manatın yarısı 709 manat pulun tutularaq cavabdehlərə ödənilməsi, iddia və qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X4 şəhid olduğu üçün onun ailə üzvlərinə 11000 manat sığorta ödənişi və 1418 manat hərbi paltar ları üçün vəsait ödənilmiş və həmin pullar iddiaçı tərəfindən qəbzə imza edilərək götürülmüşdür. İddiaçı məhkəmə kollegiyasının iclasında qəbzlərə imza etsə də həmin pulları Cavabdeh2 verdiyini iddia etmiş, lakin buna dair hər hansı sübut təqdim edə bilməmiş və bunu əsaslandıra bilməmişdir.

24. Bundan başqa, məhkəmə iclasında hər iki tərəf X18 tərəfindən şəhid ailəsi kimi onlara 10000 manat məbləğində vəsait verildiyini bildirmişdir. Yəni iş materiallarında həmin pul vəsaitinin alınmasına dair məxaric qəbzi olmasa da, tərəflər pulun verildiyini etiraf etmişlər. Məhkəmə iclasında iddiaçı 10000 manat pulun verildiyini, pulun masanın üstünə qoyulduğunu, həmin pulu qayınatası Cavabdeh2 götürdüyünü bildirmişdir. Cavabdeh də həmin pulun verildiyini, lakin iddiaçının götürdüyünü bildirsə də buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir.

25. Məhkəmə 10000 manat pulun şəhidin ailəsinə verildiyinin işin sübuta ehtiyacı olmayan halı hesab etmişdir. Belə ki, hər bir tərəf həmin pulu bir-biridən tələb etmişdir. Məhkəmə həmin məbləğin alınmasına dair məxaric qəbzinin olmadığına istinad edərək, iddiaçının dəlilini daha inandırıcı hesab etmişdir.

26. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1333.1, 1151.1, 1159.1, 1272-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1-ci, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5, 4.1, 5-ci, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə, “Hərbi qulluqçuların dövlət i cbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2022-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi ziddiyyətli olmuşdur. Belə ki, Qusar Rayon Notariat Ofisinin verdiyi xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən İddiaçı və xx.xx.2020-ci il təvəllüdlü X12 şəhid X3 vərəsələri kimi təsdiq edilməklə onların 11000 manatdan ibarət miras əmlakdan 1/2 hissədə pay almaları müəyyən edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, notariusda olan zaman o vərəsəliyi qəbul etməmiş, oğlundan nə qalıbsa nəvəsinə çatası olduğunu qeyd etmişdir. Bundan başqa, cavabdehlər tərəfindən xx.xx.2021-ci il tarixdə Notariat Ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X1ndan miras qalmış əmlakları, onlara çatan payı, məcburi payı, nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmişlər. Payın tələbi ilə əlaqədar gələc əkdə məhkəməyə müraciət etməyəcəklər. Bununla da onlar mirasın qəbulu ilə əlaqədar mübahisə açmaq hüququnu itirmişlər.

29. Kassator şikayətini Mülki Məcəllənin 1262, 1272-ci, MPM-in 9, 14, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

34. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.

35. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.

36. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

37. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə 2.1.5. Sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsidir.

39. Maddə 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir.

40. Maddə 5.1. a) bəndinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir:sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə

1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda h əlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. “Hərbi qulluqçuların dövl ət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli Qərarı 42. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə o lmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. Mülki Prosessual Məcəllə

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığ ı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişi klik edə bilər. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddianın təmin edilən hissələrində yoxlanılır. Kassasiya instansiya m əhkəməsinin mövqeyi

52. Baxılan iş üzrə tərəflər arasında yaranmış mübahisə şəhid ailəsinə X18 tərəfindən verilmiş 10000 manat pulun, “Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 11000 manat sığorta ödənişinin və şəhidin hərbi paltarlarının pulu olan 1418 manatın bölünməsi ilə bağlıdır.

53. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X18 tərəfindən verilmiş 10000 manat pulun cavabdehlərdə, “Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11000 manat sığorta ödənişinin İddiaçı olduğu, habelə həmin ödənişlərin miras əmlak deyil, şəhidin ailə üzvlərinə verilmiş maddi yardım olduğu müəyyən edildiyi üçün müvafiq olaraq birinci vəsaitin yarısının cavabdehlərdən tutularaq İddiaçı; ikinci pulun yarısının isə sonuncudan tutularaq iddiaçılara ödənilməsi qət edilmiş dir.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işin müəyyən edilmiş hallarına mübahisəli hüquq münasibətlərini tənzimləyən qanunvericiliyin yuxarıda istinad olunan (§ 31-38) maddələrini, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeləri tətbiq etməklə qanuni nəticəyə gəlmişdir.

55. Həmin hissə ilə bağlı kassasiya şikayətinin dəlilləri əsasən ilkin iddianın dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi hüquq normalarının tə tbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

56. Qeyd olunanlarla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya ödənildiyi müəyyən edilən şəhidin hərbi paltarlarının pulu olan 1418 manatın da yarısını iddiaçıdan cavabdehlərin xeyrinə tutmaqla düzgün olmayan nəticəyə gəlmişdir.

57. Belə ki, həmin məbləğ miras əmlak olduğundan və işə baxan məhkəmələr tərəfindən cavabdehlərin şəhid X2 miras qalmış əmlakın qəbulundan notariat qaydada imtina etdikləri müəyyən edildiyindən, qeyd olunan məbləğin yarısının iddiaçıdan cavabdehlərin xeyrinə tutulması üçün hüquqi əsas olmamışdır.

58. Belə ki, Mülki Məcəlləyə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər və bununla bağlı ərizə geri götürülə bilməz (§ 33-37).

59. Ona görə də, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmuş hissəsində dəyişdirilməli, 1418 manat pulun bölünməsinə əsas olmadığı üçün iddiaçıdan cavabdehlərin xeyrinə yalnız X3 şəhid olması ilə bağlı verilmiş 11000 manat sığorta ödənişinin yarısını təşkil edən 5500 manat pul tutulmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-817/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində dəyişdirils in. "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X3 şəhid olması ilə əlaqədar verilmiş 11.000 manat sığorta ödənişinin yarısı – 5500 (beş min beş yüz) manat məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar