Məhkəmə qərarları › İş №2(105)-817/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-817/2023

01.06.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-817/2023 01.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X35 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil3, ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1, vəkili və nümayəndəsi Vəkil2, qarşılıqlı iddia üzrə cavabdeh X21 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X14 qarşı pul tələbinə dair ilk, Cavabdeh2 və X10 cavabdehlər İddiaçı və X25 qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Qusar Rayon Məhkəməsinin e-2(029)-770/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı və cavabdehı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və X14 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X8 X45 tərəfindən şəhidin həyat yoldaşı və uşağı olaraq onun və azyaşlı uşağı X22 adına ödənilmiş 10000 (on min) manat yardımın, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağı X22, cavabdehlər Cavabdeh2 və X10 adlarına verilmiş 11000 (on bir min) manat sığorta ödənişindən onun və azyaşlı uşağı X22 payına düşən 5500 (beş min beş yüz) manat sığorta ödənişinin, habelə X6 hərbi paltarlarının pulu olan 1418 (min dörd yüz on səkkiz) manat pulun, ümumilikdə 16918 (on altı min doqquz yüz on səkkiz) manat pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 02 sentyabr 2019-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə Qusar rayonu, Gündüzqala kənd sakini X18 ilə evlənmişdir. Həmin nikahdan onların 21 may 2020-ci il tarixdə X29 adlı bir uşaqları anadan olmuşdur. X13 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində döyüş meydanında 01 noyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Cavabdeh2 onun mərhum X6 atası, cavabdeh X17 isə mərhum ərinin anasıdır. X6 ölümündən sonra birinci növbədə vərəsələri olaraq o, azyaşlı uşağı X29, cavabdehlər Cavabdeh2 və X17 qalmışdır. X6 Vətən Müharibəsində şəhid olmasına görə: X45 tərəfindən şəhidin həyat yoldaşı və uşağı olaraq onun və azyaşlı uşağının adına 10000 (on min) manat yardım; Yaşat Fondu tərəfindən şəhidin anası olaraq cavabdeh X10 adına 2500 (iki min beş yüz) manat yardım; Yaşat Fondu tərəfindən şəhidin atası olaraq Cavabdeh2 adına 2500 (iki min beş yüz) manat yardım; “Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağı X22, cavabdehlər Cavabdeh2 və X10 adlarına 11000 (on bir min) manat sığorta ödənişi; Qusar Rayon İcra Hakimiyyəti tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağı X22, cavabdehlər Cavabdeh2 və X10 adlarına 1280 (min iki yüz səksən) manat yardım; Ləzgi Milli Mədəni Mərkəzi tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağı X22, cavabdehlər Cavabdeh2 və X10 adlarına 900 (doqquz yüz) manat yardım; X6 hərbi paltarlarının pulu olaraq onun adına 1418 (min dörd yüz on səkkiz) manat yardım; Dəfn xərcləri olaraq 3000 (üç min) manat yardım ödənilmişdir. Bundan başqa bir çox idarə və müəssisələr, habelə ayrı-ayrı fiziki şəxslər tərəfindən də X6 Vətən Müharibəsində şəhid olmasına görə ailəsinə müxtəlif məbləğlərdə pul, habelə ərzaq yardımları edilmişdir. Bütün yuxarıda qeyd etdiyi yardım və ödənişlər X6 birinci növbədə vərəsələri olaraq ona, azyaşlı uşağı X26, cavabdehlər Cavabdeh2 və X14 çatmalı olsa da həmin yardım və ödənişləri bütünlüklə Cavabdeh2 götürmüş, ona və azyaşlı uşağı X26 həmin məbləğlərdən hər hansı bir ödəniş edilməmişdir. Faktiki olaraq bütün yuxarıda qeyd etdiyi yardım və ödənişlər hal-hazırda cavabdehlər Cavabdeh2 və X1. O, yuxarıda qeyd edilmiş yardım və ödənişlərin hamısından pay tələb etmir. Lakin X45 tərəfindən şəhidin həyat yoldaşı və uşağı olaraq onun və azyaşlı uşağı X22 adına ödənilmiş 10000 (on min) manat yardımı, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağı X22, cavabdehlər Cavabdeh2 və X10 adlarına verilmiş 11000 (on bir min) manat sığorta ödənişindən onun və azyaşlı uşağı X22 payına düşən 5500 (beş min beş yüz) manat sığorta ödənişini, habelə X6 hərbi paltarlarının pulu olan 1418 (min dörd yüz on səkkiz) manat pulu, ümumilikdə 16918 (on altı min doqquz yüz on səkkiz) manat pulu, cavabdehlər Cavabdeh2 və X8 tələb edir. O, həmin məbləğin könüllü olaraq ona qaytarılması barədə bir neçə dəfə cavabdehlər Cavabdeh2 və X14 müraciət etmişdir. Lakin cavabdehlər həmin pulu könüllü olaraq ona qaytarmaq istəmirlər. O, hal-hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, ilkin iddia ərizəsində o, qeyd etmişdir ki, X6 44 günlük Vətən Müharibəsində şəhid olması ilə əlaqədar dövlət tərəfindən onlara göstərilmiş yardımlardan biri də ərinin ölümündən sonra qalmış birinci növbədə vərəsələri olaraq onun, azyaşlı uşağı X22, cavabdehlər Cavabdeh2 və X10 adlarına "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş 11000 (on bir min) manat sığorta ödənişidir. O, ilkin iddia ərizəsində həmin 11000 (on bir min) manat sığorta ödənişindən onun və azyaşlı uşağı X22 payına düşən 5500 (beş min beş yüz) manat pulun cavabdehlərdən alınıb ona qaytarılmasını xahiş etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən həmin 11000 (on bir min) manat sığorta ödənişinə bütövlüklə onun və azyaşlı uşağı X22 vərəsəlik hüququ müəyyən edilmişdir. Ona görə də 11000 (on bir min) manat sığorta ödənişi bütövlüklə cavabdehlərdən alınıb ona qaytarılmalıdır. Odur ki, cavabdehlər Cavabdeh2 və X8 X45 tərəfindən şəhidin həyat yoldaşı və uşağı olaraq onun və azyaşlı uşağı X22 adına ödənilmiş 10000 (on min) manat yardımın, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən onun və azyaşlı uşağı X22 adlarına verilmiş 11000 (on bir min) manat sığorta ödənişinin, habelə X6 hərbi paltarlarının pulu olan 1418 (min dörd yüz on səkkiz) manat pulun, ümumilikdə 22418 (iyirmi iki min dörd yüz on səkkiz) manat pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Şahpazova X16 Sevda Sultan qızına və X25 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi, X45 tərəfindən X4 arvadı İddiaçı yardım olaraq verilmiş 10.000 manat puldan X4 valideynləri, həm də vərəsələri olaraq paylarına düşən 5000 manat pulun, “Azərsıgorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X4 ailəsinə verilmiş 11000 manat sıgorta ödənişindən şəhidin valideynləri və vərəsələri olaraq X10 və Cavabdeh2 payına düşən 5500 manat pulun və X4 hərbi paltarlarının pulu olan 1418 manat puldan şəhidin valideynləri və vərəsələri olaraq X10 və Cavabdeh2 payına düşən 709 manat pulun müştərək qaydada qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X19 alınaraq onlara - şəhidin valideynləri X14 və Cavabdeh2 bərabər miqdarda ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddianı onunla əsaslandırmışlar ki, Qusar rayonu, Gündüzqala kənd sakini xx.xx.1993-cii il təvəllüdlü X28 oglu onların doğma övladıdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 02 sentyabr 2019-cu ildə övladları X28 oglu ilə nikaha daxil olmaqla həmin tarixdən etibarən Qusar rayonu, Gündüzqala kəndindəki onlara aid evdə onlarla birgə mehriban yaşayaraq təsərrüfat aparmışdır. Oğlu Sarvanın gəlini Sevda ilə birgə nikahlarından 21 may 2020-ci il təvəllüdlü Rəvan adlı uşağı - nəvələri var. Oğlu X28 oglu Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa edilməsi ugrunda gedən döyüş əməliyyatları zamanı həlak olmuşdur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz tələbinin əsası kimi belə dəlillər irəli sürür ki, X6 müharibədə şəhid olmasına görə verilmiş yardım və ödənişlərdən, sığorta məbləğindən, pul kompensasiyasından ona və azyaşlı uşağına hər hansı bir ödəniş edilməmişdir, yardım və ödənişlər, sığorta məbləği və pul kompensasiyası guya Cavabdeh2 oglu tərəfindən götürülmüşdür. Məhkəməyə verilmiş bu məlumatlar yanlış məlumatlardır. Belə ki, doğma övladı Sarvanın həlak olması ilə onun ata-anası olaraq ürəkləri "dağlanmışdır”, üzülmüş, mənəvi sarsıntılara düçar olmuşlar. Övladının şəhid olmasına görə verilmiş bütün yardım və ödənişlər, sığorta məbləği, pul kompensasiyası ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sərəncamında idi. Mərhum övladının yadigarı olan nəvələri Rəvanla nəfəs alıb-yaşayırdılar. Birgə yaşayıb təsərrüfat apardıqları evə daxil olan bütün əmlakı demək olar ki, mərhum oğlunun arvadı İddiaçı idarə edirdi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 441 saylı, xx.xx.2022-ci il tarixli arayışdan da görünür ki, mərhum oğlu Sarvan Şahbazovun ölümündən sonra miras əmlakı İddiaçı idarə edir. Verilən yardımlar, sığorta məbləği və pul kompensasiyası ilə bağlı İddiaçı ailədə belə bir təklif, ideya irəli sürmüşdür ki, həmin ödəniş məbləğləri olduqca onları toplayıb saxlayacaq ki, şəhərdən nəvələri Rəvana 3 otaqlı mənzil alacaq, digər gəlirləri, aylıq əmək haqqı, pensiya məbləği, şəxsi təsərrüfatdan əldə etdikləri gündəlik tələbatlarına xərclənsin, beləcə dolansınlar. Onlar da ağıllı hərəkətə etiraz etməmişlər. Nəvələri Rəvanın anası olan İddiaçı etibar etmiş, ona inanmışlar. Zənn etmişlər ki, iddiaçı məhrum övladının şəhid olması ilə bağlı ödənişləri, pul məbləğlərini evində öz yataq otağında toplayıb saxlayır. Hətta Notariat Ofisinə dəvət olunduqları vaxtlarda da İddiaçı təklifi ilə ona inanıb bütün sənədləri tərəddüd etmədən, oxumadan imzalamışlar. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı atası - qarşılıqlı iddia üzrə cavabdeh X21 da evi onların yaşadıqları Qusar rayonu, Gündüzqala kəndindədir. İddiaçı son vaxtlar atası evinə tez-tez gedib-gəlir, hər dəfə də gedərkən əli dolu, yardım ərzaqları ilə gedirdi. Bəzən nəvələri Rəvanla günlərlə atası evində qalırdı. Qarşılıqlı iddia üzrə cavabdeh X38 oglu gəlini Sevda ilə onların aralarında yersiz və öz həllini tapmayan söz-söhbətlər və soyuqluq yaratmış, onları nəvələri Rəvanla imtahana çəkərək qarşılarında şərt qoymuşdur ki, yaxın vaxtlarda qızı İddiaçı şəhərdən 65.000 manatlıq ev almasalar, qızı Sevdanı və nəvəsi Rəvanı onların evindən öz evinə köçürəcək, nəvələri Rəvanı onlardan ayıracaq. Cavabdeh Sultan Sərkərova yalvardılar ki, belə hərəkət etməsin, evi, bütün əmlakları, təsərrüfat Rəvanındır, evi Rəvana bağışlamağa da hazırdırlar, təki Rəvanı onlardan ayırmasınlar. Cavabdeh Sultan Sərkərov isə “yox, indi evinizi satın. Sevdanın topladığı yardım pulları evimdədir, siz də üstünü düzəldin, 65000 manata şəhərdən Sevdanın adına ev almasanız Rəvanı bir daha görməyəcəksiniz” demişdir. İddiaçı da valideynlərinin təsiri altında idi. İddiaçı artıq onların evindən bütün yardım pullarını, ödəncləri özünə məxsus olan qızıl-zinət və cehiz əşyalarını atası evinə aparmışdı. Sonda da cavabdeh Sultan Sərkərov gələrək İddiaçı, nəvələri Rəvanı bir sıra əşyaları ilə birlikdə onların evindən öz evinə köçürmüşdür. Evində yalnız İddiaçı məxsus iri həcmli şkaf, şifoner kimi əşyalar qalmışdır. Həmin vaxt anlamışlar ki, cavabdeh Sultan Sərkərov gəlini İddiaçı verilən yardımlardan yararlanmaq üçün bəhanələrlə qarşılarında agır şərtlər qoyaraq İddiaçı nəvələri Rəvanla birlikdə öz evinə köçürmüşdür. Sığorta ödənişi 11000 manat pul vəsaiti və Müdafiə Nazirliyi tərəfindən verilmiş pul kompensasiyası, X45 tərəfindən verilmiş 10000 manat pul və digər yardımlar, müavinətlər hazırda qarşılıqlı iddia üzrə cavabdeh X21 və onun qızı İddiaçı sərəncamındadır. Buna baxmayaraq İddiaçı hazırda onlara qarşı pul tələbi barədə iddia qaldırmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi Qusar Rayon Notariat Ofisinin verdiyi xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən İddiaçı və xx.xx.2020-ci il təvəllüdlü X39 oglu X4 vərəsələri kimi təsdiq edilməklə onların 11000 manatdan ibarət miras əmlakdan 1/2 hissədə pay almaları müəyyən edilmişdir. Həmçinin Qusar Rayon Notariat Ofisinin verdiyi xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında “şəhadətnamə"yə əsasən İddiaçı və xx.xx.2020-ci il təvəllüdlü X39 oglu X4 vərəsələri kimi təsdiq edilməklə onların Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən veriləcək pul kompensasiyasından ibarət miras əmlakdan 1/2 hissədə pay almaları müəyyən edilmişdir. X2 və Cavabdeh2 övladları olan X4 vərəsələri kimi təsdiq edilib- edilmədikləri, onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilib-verilmədiyi məlum deyildir. X11 və Cavabdeh2 sığorta ödənişi 11000 manat pul vəsaitindən- miras əmlakdan qalan 1/2 hissədə payı alıb-almadıqları, Müdafiə Nazirliyi tərəfindən veriləcək pul kompensasiyasının məbləği və həmin məbləğdən-miras əmlakdan qalan 1/2 hissədə payı alıb-almadıqları, ümumiyyətlə sığorta ödənişi 11000 manat pul vəsaitinin və Müdafiə Nazirliyi tərəfindən veriləcək pul kompensasiyasının hansı qaydada və kimə (kimlərə) verildiyi müəyyən olunmalıdır. X15 müharibədə şəhid olmasına görə verilmiş yardım və ödənişlərdən, sığorta məbləğindən, pul kompensasiyasından ona və azyaşlı uşağına ödəniş edilib-edilmədiyi kimi işin əhəmiyyətli olan halları aidiyyəti qurumlarda olan müvafiq sənədlərlə müəyyən oluna bilər. Belə sənədlər işə baxılmasının tezləşdirilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətindən məhkəmə sorğusu ilə tələb edilməlidir. Bu barədə onlar tərəfindən məhkəməyə vəsatət verilmişdir. Qusar Rayon Notariat Ofisinin verdiyi xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə''yə əsasən İddiaçı və xx.xx.2020-ci il təvəllüdlü X39 oglu X4 vərəsələri kimi təsdiq edildiyinə görə 11000 manat sığorta ödənişinin bütövlükdə ona qaytarılmasını tələb edir. Hazırkı iş üzrə - ilk iddia üzrə cavabdeh X17 X4 anası, Cavabdeh2 isə şəhid Sarvan Şahbazovun atasıdır. Bu işin mübahisə olunmayan və sübutlarla təsdiqini birmənalı tapan haldır. Bu halın mövcudluğu Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən cavabdehlərin şəhid Sarvan Şahbazovun birinci növbə vərəsəsi olması statusunu təsdiq edir. X5 və Cavabdeh2 birinci növbə vərəsə hesab edilməsinin məhkəmə təsdiqinə də zərurət yoxdur. İddianın düzgün həlli üçün yardım, müavinət, sığorta ödənişi və pul kompensasiyasının miras kütləsinə daxil edilibedilməməsinin müəyyən olunması zəruridir. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən İddiaçı və xx.xx.2020-ci il təvəllüdlü X39 oglu X4 vərəsələri kimi təsdiq edilməklə onların 11000 manatdan ibarət miras əmlakdan 1/2 hissədə pay almaları müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən İddiaçı və xx.xx.2020-ci il təvəllüdlü X39 oglu X4 vərəsələri kimi təsdiq edilməklə onların Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən veriləcək pul kompensasiyasından ibarət miras əmlakdan 1/2 hissədə pay almaları müəyyən edilmişdir. Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Aktdan da görünür ki, X4 həyat yoldaşı İddiaçı və uşağı Rəvan 13 aprel tarixinə kimi Cavabdeh2 evində ailəsi ilə birlikdə yaşamışdır. Qusar Rayon Məhkəməsinin e-2(029)-770/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia təmin edilməmişdir (hakim Əli Cəlilov). Birinci instansiya məhkəməsi işin faktiki hallarına, tərəflərin izahatlarına istinad etməklə ilk iddianı və qarşılıqlı təmin etməmişdir. Məhkəmə AR Mülki Məcəlləsinin 1133.1, 1151.1, 1159.1, 1159.1.1, 1272-ci maddələrinə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək iddianı və qarşılıqlı iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin e-2(029)- 770/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)-770/2022 saylı 27 dekabr 2022-ci il tarixli qətnaməsinin qismən, yəni, Cavabdeh2 və X10 İddiaçı və X25 qarşı pul tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi, Azərbaycan Respublikası X45 tərəfindən X4 arvadı İddiaçı yardım olaraq verilmiş 10.000 manat puldan X4 valideynləri, həm də vərəsələri olaraq paylarına düşən 5000 manat pulun, “Azərsıgorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X4 ailəsinə verilmiş 11000 manat sıgorta ödənişindən 5500 manat pulun və X4 hərbi paltarlarının pulu olan 1418 manat puldan 709 manat pulun müştərək qaydada qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X19 alınaraq onlara - şəhidin valideynləri X14 və Cavabdeh2 bərabər miqdarda ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri: Apelyantlar apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qarşı tərəfin şəhiddən başqa iki oğlu var. Hər bir şəraitləri var. O, gənc yaşında ərini itirib. Atasının maddi imkanı çox zəifdir. O, bir uşaqla atasının evinə sığınıb, onların imkanı yoxdur. Övladının haqqının ona qaytarılmasını istəyir. Əri şəhid olduqdan sonra ona 11000 manat sığorta pulu, 10000 manat maddi yardım və şəhidin hərbi paltarlarının pulunu veriblər. Başqa pullar da verilib amma onları istəmir. Pulu almağa qaynatası ilə birlikdə gedirdilər, imzanı o özü edirdi, pulları qaynatası təhvil alırdı və ona bildirirdi ki, övladı üçün nə lazımdırsa, edəcək. Amma onu aldatdılar və ərinin şəhid olmasından 9 ay sonra Qusar rayonunda qaynı üçün təzə ev tikdilər. 11000 manat pulu alanda imzanı o çəkdi. Pulu qaynatasına verdi. 10000 manat pul evdə təhvil verildi. İmzanı o etdi, amma pulu qaynatası təhvil aldı. Paltar pulu üçün də imzanı o icra etsə də pulu qaynatası götürdü. Pulun qanunla hansı hissəsi onun və oğlunun payına düşürsə, həmin hissəni istəyir. Amma digər şəhidlərin xanımlarından eşidib ki, həmin 11000 manat uşağın haqqıdır. 11000 manat sığorta pulunun təyinatı onun yadında deyil. 10000 manat pul X34 verilib. 1418 manat pul Müdafiə Nazirliyi tərəfindən verilib, ərinin hərbi geyimlərinin pulu idi. Pullar təhvil alınanda qaynatasıgillə birlikdə yaşayır, onları ata-ana bilirdi. Həmişə düşünürdü ki, evdə pul böyükdə olmalıdır. Bu səbəbdən pulu qaynatasına verirdi. Ondan uşağının haqqını qaytarmasını istəsə də bildirirdi ki, məhkəmə qaydasında qaytaracaq. O, məhkəməyə müraciət etmək istəmirdi, amma qaynatası razılığa gəlməkdənsə, iki vəkillə müdafiə olunmağa başladı. Qaynatasının səs yazısı var, diski iş materiallarına əlavə edib. Həmin səs yazısında qaynatası bildirir ki, pullar hamısı ondadır. İl yarım kartları da qaynatasında olub. Şəhid xanımları uşağının ad gününə gələndə bildirdilər ki, uşağı üçün dövlət nə qədər vəsait ayırıb. Onun heç kartlardan məlumatı yox idi, pulu qaynatası götürəndə etiraz etmirdi. Çünki dəfələrlə bildirirdi ki, nə edəcəksə, onun uşağı üçün edəcək. Bildirdi ki, müasibətlərinin pozulmasına səbəb qaynı üçün böyük nişan mərasiminin təşkil olunması olub. Evdən xx.xx.2022-ci ildə çıxıb. Daha sonra bildirdi ki, 10000 manatı alıb-almadığını dəqiq bilmir, xatırlamır, evdə stolun üstündə pul var idi. 10000 yoxsa 11000 manat olduğu dəqiq yadında deyil. Bilir ki, paltar pulu üçün dəqiq imza icra edib, pulu götürüb qaynatasına verib. 11000 manat üçün "xxxx" da imza icra edib, pulu qaynatasına verib. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin e-2(029)-770/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasını iclasında ilk iddiaçının vəkili və nümayəndəsi Vəkil3 iddiaçının apellyasiya şiayətinin dəlillərini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, ilk iddiaçı pulu alsa idi, boş yerə məhkəmədə vaxt itirməzdi. Pulu cavabdehlər alıblar. İlk iddiaçını evdən çıxarıblar, 1 yaş yarımlıq uşaqla atasının evinə sığınıb. Qarşılıqlı iddia formal xarakter daşıyır. Qarşı tərəf olan şəxslər prosesin gedişində bildirdilər ki, pul almayıblar. Şəhidin qardaşının zərərçəkmiş şəxs qismində tanındığı iş olub. İş materialları Qusar Rayon Məhkəməsində olub. Həmin iş materiallarından çıxarışı işə əlavə etmişdir. Oradan görünür ki, qarşılıqlı iddiaçılar oğulları üçün ev tikiblər və təmirlə məşğul olublar. Tərəflərin taleyi məhkəmənin əlindədir, ədalətin bərpasını, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin e-2(029)-770/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, üç oğul atasıdır, iki oğlu hərbiçidir, biri şəhid olub. Gəlini Sevda ilə mübasibəti yaxşı idi. Oğlunun ölümündən sonra gəlini 1 il 4 ay onlarla yaşadı. Əgər o, verilən pulu xərcləyirdisə, niyə gəlini 1 il 4 ay ərzində heç bir şikayət etməmişdi? Notariusda o vərəsəliyi də qəbul etmədi ki, oğlundan nə qalıbsa, nəvəsinə çatsın. O, pis adam olsa idi, oğlunun maaşını almaq üçün öz adını yazdırardı. O pulu da iddiaçı alır. Aylardır ki, nəvəsini görmür. Pullar iddiaçının özündədir, pulu o istəməsin deyə, belə bir iddia qaldırıb. İlk iddiaçı ondan 3000 manat pul istədi. Amma ödəyə bilmədi. Buna görə də belə bir iddia ilə məhkəməyə müraciət olundu. Qusar şəhərində 65000 manat qiymətinə evi aldırmaq istəyirdi, onların isə elə imkanı yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-770/2022 saylı 27 dekabr 2022-ci il tarixli qətnaməsinin qismən, “Cavabdeh2 və X10 İddiaçı və X25 qarşı pul tələbinə dair qarşılıqlı iddiaları rədd edilsin” hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi, Azərbaycan Respublikası X45 tərəfindən X4 arvadı İddiaçı yardım olaraq verilmiş 10.000 manat puldan X4 valideynləri, həm də vərəsələri olaraq paylarına düşən 5000 manat pulun, “Azərsıgorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X4 ailəsinə verilmiş 11000 manat sıgorta ödənişindən şəhidin valideynləri və vərəsələri olaraq X10 və Cavabdeh2 payına düşən 5500 manat pulun və X4 hərbi paltarlarının pulu olan 1418 manat puldan şəhidin valideynləri və vərəsələri olaraq X10 və Cavabdeh2 payına düşən 709 manat pulun müştərək qaydada qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X19 alınaraq onlara -şəhidin valideynləri X14 və Cavabdeh2 bərabər miqdarda ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-770/2022 saylı 27 dekabr 2022-ci il tarixli qətnaməsinin qismən, “Cavabdeh2 və X10 İddiaçı və X25 qarşı pul tələbinə dair qarşılıqlı iddiaları rədd edilsin” hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi, Azərbaycan Respublikası X45 tərəfindən X4 arvadı İddiaçı yardım olaraq verilmiş 10.000 manat puldan X4 valideynləri, həm də vərəsələri olaraq paylarına düşən 5000 manat pulun, “Azərsıgorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X4 ailəsinə verilmiş 11000 manat sıgorta ödənişindən şəhidin valideynləri və vərəsələri olaraq X10 və Cavabdeh2 payına düşən 5500 manat pulun və X4 hərbi paltarlarının pulu olan 1418 manat puldan şəhidin valideynləri və vərəsələri olaraq X10 və Cavabdeh2 payına düşən 709 manat pulun müştərək qaydada qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X19 alınaraq onlara-şəhidin valideynləri X14 və Cavabdeh2 bərabər miqdarda ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddiaçıların nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib,, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək və bildirdi ki, müvəkkillərinin övladı X41 Müharibəsində şəhid olmuşdur. Sarvan Şahbazovun ailə üzvlərinə yardım olaraq 10.000 manat, Azərsıgorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11000 manat, X4 hərbi paltarlarının pulu olan 1418 manat pul verilmişdir. Pulları ilk iddiaçı özü şəxsən gedərək müvafiq qurumlardan təhvil alıb. Bunu özü də etiraf edir ki, qaynatasıyla birlikdə gedib və pulu götürüb. Sonra şəhidin valideynlərinə təklif edib ki, pulu saxlasın, şəhidin övladı Rəvanın adına Qusar rayonunun mərkəzindən 65000 manat məbləğində olan evlərdən alsınlar. Birlikdə notariusa gedirlər. Qarşılıqlı iddiaçıların heç bir tələbi olmur. Onlara maraqlı olan nəvələrinin onların yanında böyüməsidir. İddiaçı təklifi ilə “Yaşat” fondundan gələn pulla evin mətbəxini təmir ediblər ki, evə şəhidə görə qonaq çox gəlir. 2500 manat pulun 300 manatı kredit borcuna ödənilir. Qalan borc ilk iddiaçının sərəncamında olur və mətbəxin təmirinə yönəlir. İddiaçı son vaxtlar atasının evinə gedib həftələrlə qalırmış. Sonra ilk iddiaçının atası Sultan Sərkarov qarşılıqlı iddiaçılara bildirir ki, qızı ona nə pul verilibsə, pulları onlara gətirib. Qoy onlar da əlavə məbləğ versin, yaxud evi satıb ki, nəvələri Rəvanın adına Qusar rayonunun mərkəzində yerləşən 65000 manatlıq evlərdən alsınlar. Əks təqdirdə şəhidin övladını evdən aparacağını bildirib. İş materiallarında 2022-ci ilin aprel ayına akt var. İlk iddiaçı əgər pullar mənimsənilmişdisə, il yarım ərzində məhkəməyə müraciət edə bilərdi, yaxud İcra Hakimiyyətində ona bank kartı təqdim olunanda, bildirə bilərdi ki, pullar ona verilmir. Apellyasiya şikayətinizin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-770/2022 saylı 27 dekabr 2022-ci il tarixli qətnaməsinin qismən, “Cavabdeh2 və X10 İddiaçı və X25 qarşı pul tələbinə dair qarşılıqlı iddiaları rədd edilsin” hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi, Azərbaycan Respublikası X45 tərəfindən X4 arvadı İddiaçı yardım olaraq verilmiş 10.000 manat puldan X4 valideynləri, həm də vərəsələri olaraq paylarına düşən 5000 manat pulun, “Azərsıgorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X4 ailəsinə verilmiş 11000 manat sıgorta ödənişindən şəhidin valideynləri və vərəsələri olaraq X10 və Cavabdeh2 payına düşən 5500 manat pulun və X4 hərbi paltarlarının pulu olan 1418 manat puldan şəhidin valideynləri və vərəsələri olaraq X10 və Cavabdeh2 payına düşən 709 manat pulun müştərək qaydada qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X19 alınaraq bizə -şəhidin valideynləri X14 və Cavabdeh2 bərabər miqdarda ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə cavabdeh X30 cavabdeh bildirdi ki, tək qalan, əziyyət çəkən onun qızıdır, yəni iddiaçıdır. Cavabdehlər yalan danışırlar. Məhkəmədən ədalətin bərpasını xahiş edir və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasənmirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1, 1159.1.1-ci maddələrinə əsasənqanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.5-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsidir. 4.1-ci maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 5-ci maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir:sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-770/2022 saylı, 27 dekabr 2022-ci il tarixli tarixli qətnaməsi ləğv edilməli, iddia və qarşlıqlı iddia qismən təmin edilməli, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və X8 X45 tərəfindən verilmiş 10.000 (on min) manat pulun yarısı, 5000 (beş min) manat pul tutularaq ilk İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Azərsıgorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X4 ailəsinə verilmiş 11.000 (on bir min) manat sıgorta ödənişinin yarısı 5500 (beş min beş yüz) manat və X4 hərbi paltarlarının pulu olan 1418 (min dörd yüz on səkkiz) manatın yarısı 709 (yeddi yüz doqquz) manat tutularaq qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və X14 ödənilməli, iddia və qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır. İş materiallarında olan AZ-İİ 277573 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə “hərbi əməliyyatlar nəticəsində” Xocavənd rayonunda ölmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən İddiaçı verilmiş 14 iyul 2022-ci il tarixli, 149 saylı arayışın surətindən görünür ki, həqiqətən onun mərhum həyat yoldaşı xx.xx.1993-cü il təvəllüdlü MAHHXHQ əsgər-X18 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 01.11 2020-ci il tarixdən X18 “Şəhid”, onun ailəsi “Şəhdi ailəsi” hesab edilmişdir. Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli, 92 saylı arayışın surətindən görünür ki, mərhum X18 vəfat etdiyi günə kimi Qusar rayonu, Gündüzqala ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələrii qalmışdır: Cavabdeh2-atası, X17-anası, İddiaçı-həyat yoldaşı, X29oğlu. Mərhumun ölümündən sonra miras əmlakı Cavabdeh2 idarə edir. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 13 iyul 2022-ci il tarixli, 225 saylı arayşın surətindən görünür ki, X18 və X20 nikahı haqqında 02 sentyabr 2019-cu il tarixdə 09 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah Qusar rayonunun Gedəzeyxur kənd icra nümayəndəliyində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadın “Şahbazova” soyadını qəbul etmişdir. X3 xx.xx.2020-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2021-ci ildə 57 nömrəli akt qeydi ilə Qusar rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 441 saylı arayışın surətindən görünür ki, mərhum X18 vəfat etdiyi günə kimi Qusar rayonu, Gündüzqala ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. İddiaçı, X31. Mərhumun ölümündən sonra miras əmlakı İddiaçı idarə edir. Cavabdeh2 və X17 tərəfindən xx.xx.2021-ci il tarixdə Notariat Ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş mərhum X12 miras qalmış əmlakları, onlara çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmişlər. Payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X15 vərəsələri: ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı və X29 miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak bundan ibarətdir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanuna əsasən ödəniləcək 11000 AZN (on bir min manat) pul vəsaiti. İşdə olan xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X15 vərəsələri: ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı və X29 miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak bundan ibarətdir: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mərhum X15 vərəsələri İddiaçı və X26 əşya-əmlakın əvəzinə ödəniləcək pul kompensasiyası. Qusar rayon Notariat Ofisindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, X-1287 saylı məktubdan görünür ki, 01 noyabr 2020-ci il tarixində vəfat etmiş X15 ölümündən sonra miras qalmış əmlaka dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün xx.xx.2021-ci ildə İddiaçı Qusar rayonu, Notariat ofisinə müraciəti daxil olmuşdur. Həmin müraciətə əsasən Qusar rayon notariat ofisində vərəsəlik işi açılmış və qeyd olunan şəxsin adına xx.xx.2021-ci il tarixdə 2V-83, xx.xx.2021-ci il tarixdə 2V-570 reyestr nömrələri ilə vərəsəlik şəhadətnamələri verilmişdir. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayşın surətindən görünür ki, X29 xx.xx.2020-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X7, anası İddiaçıdır. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli, 06/02-135 saylı məktubdan görünür ki, Qusar rayon Notariat Kontorunun 59 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsində İddiaçı və X26 miras əmlakdan ½ pay ayrılmalı olduğu bildirilmişdir. Gedəzeyxur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02 fevral 2021-ci il tarixli, 127 saylı arayışına əsasən X9 Sevda Sultan qızının himayəsində olduğu qeyd edilmişdir. Bu səbəbdən 17 fevral 2021-ci il tarixdə mərhum hərbi qulluqçu X15 vərəsəsi İddiaçı bank hesabına 11000 manat sığorta ödənişi köçürülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, MİHO/4.1- 22022-5257 saylı cavab məktubundan görünür ki, X4 ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə müraciətlərinə əsasən 2021-ci il 2 iyul tarixində şəhidin anası X10, 2021-ci il 5 oktyabr tarixində atası Cavabdeh2 və 2022-ci il 23 avqust tarixində isə həyat yoldaşı İddiaçı bank hesabına ayrı-ayrılıqda 2500 AZN (iki min beş yüz) məbləğində vəsait köçürülmüşür. "xxxx" ASC-nin Qusar filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TT**********21311000 saylı məxaric orderindən görünür ki, İddiaçı həmin filialdan 11000 manat məbləğində pul verilmişdir. "xxxx" ASC-nin Qusar filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TT**********7912178 saylı məxaric orderindən görünür ki, X14 həmin filialdan 2178 manat məbləğində pulverilmişdir. "xxxx" ASC-nin Qusar filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TT**********9792500 saylı məxaric orderindən görünür ki, Cavabdeh2Seyidəhməd oğluna həmin filialdan 2500 manat məbləğində pul verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli, 141 saylı cavab məktubundan görünür ki, X14 ayrılmış 2500 (iki min beş yüz) AZN məbləğindən, onun öz razılığı ilə 322 (üç yüz iyirmi iki) AZN onun öz adına olan kreditə tutulmuşdur. "xxxx" ASC-nin Quba filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, BPM**********18 saylı məxaric orderinin surətindən görünür ki, şəhid ailəsi İddiaçı hesabına Müdafiə Nazirıliyindən daxil olmuş 1418.2 manat məbləğində pul vəsaiti həmin şəxsə təqdim edilmişdir. Məhkəmə hesab etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı şəhid əri Sarvan Şahbazovun həlak olması ilə əlaqədar onun adına verilmiş pul vəsaitlərini Cavabdeh2 və Cavabdeh1 verməsi heç bir mötəbər sübutla təsdiq olunmur, həmin halı İddiaçı tərəf olaraq sübuta yetirməmişdir. Odur ki, məhkəmə İddiaçı iddia tələbinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, həmin şəxsin iddiası əsassız və qanunsuzdur, bu səbəbdən də təmin oluna bilməz. Bundan başqa məhkəmə Cavabdeh2 və Natəvan Şahbazovanın iddia tələbinin dəlillərini də qəbul etmir. Belə ki, şəhid Sarvan Şahbazovun həlak olması ilə əlaqədar ödənilmiş pul vəsaitləri onun miras əmlaklarına aid olmasa da məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır. Çünki həlak olmuş hərbi qulluqçulara ödəniləcək sosial sığorta ödənişinin məhz onun vərəsələrinə (ailə üzvlərinə) verilməsi müəyyən olunmuşdur. Bu baxımdan həmin pulun alınması ilə əlaqədar yaranmış mübahisələrə vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaların tətbiqi zəruridir. Yuxarıda qeyd edildiyi kimi, şəhid Sarvan Şahbazovun həlak olması ilə əlaqədar ödənilməli olan sosial sığorta ödənişi və Müdafiə Nazirliyi tərəfindən verilən pul vəsaiti onun vərəsələrindən olan İddiaçı verilmiş, digər vəsərələri olan və həmin pulu əldə etmək hüququ olan Cavabdeh2 və Cavabdeh1 isə bununla razılaşaraq həmin pul vəsaitlərindən pay tələb etməmişlər, bununla bağlı hər hansı iradə ifadəsi nümayiş etdirməmişlər, uzun müddət susmuşlar və İddiaçı qarşı hər hansı iddia irəli sürməmişlər. Bununla da, onlar mirasın qəbulu ilə əlaqədar mübahisə açmaq hüququnu itirmişlər. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassız və qanunsuzdur və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birici instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, işdə olan AZ-İİ 277573 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə “hərbi əməliyyatlar nəticəsində” Xocavənd rayonunda ölmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən İddiaçı verilmiş 14 iyul 2022-ci il tarixli 149 saylı arayışın surətindən görünür ki, həqiqətən onun mərhum həyat yoldaşı xx.xx.1993-cü il təvəllüdlü MAHHXHQ əsgər-X18 01.11,2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, 01.11 2020-ci ıl tarixdən X18 “Şəhid”, onun ailəsi “Şəhdi ailəsi” hesab edilmişdir. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli 92 saylı arayışın surətindən görünür ki, mərhum X18 vəfat etdiyi günə kimi Qusar rayonu Gündüzqala ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələrii qalmışdır: Cavabdeh2-atası, X17-anası, İddiaçı-həyat yoldaşı, X29-oğlu. Mərhumun ölümündən sonra miras əmlakı Cavabdeh2 idarə edir. xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X15 vərəsələri: ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı və X29 miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak bundan ibarətdir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanuna əsasən ödəniləcək 11000 AZN (on bir min manat) pul vəsaiti. İşdə olan xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X15 vərəsələri: ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı və X29 miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak bundan ibarətdir: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mərhum X15 vərəsələri İddiaçı və X26 əşya-əmlakın əvəzinə ödəniləcək pul kompensasiyası. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli, 06/02-135 saylı məktubdan görünür ki, Qusar rayon Notariat Kontorunun 59 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsində İddiaçı və X26 miras əmlakdan ½ pay ayrılmalı olduğu bildirilmişdir. Gedəzeyxur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02 fevral 2021-ci il tarixli, 127 saylı arayışına əsasən X9 Sevda Sultan qızının himayəsində olduğu qeyd edilmişdir. Bu səbəbdən 17 fevral 2021-ci il tarixdə mərhum hərbi qulluqçu X15 vərəsəsi İddiaçı bank hesabına 11000 manat sığorta ödənişi köçürülmüşdür. "xxxx" ASC-nin Qusar filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TT**********21311000 saylı məxaric orderindən görünür ki, İddiaçı həmin filialdan 11000 manat məbləğində pul verilmişdir. "xxxx" ASC-nin Quba filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, BPM**********18 saylı məxaric orderinin surətindən görünür ki, şəhid ailəsi İddiaçı hesabına Müdafiə Nazirıliyindən daxil olmuş 1418.2 manat məbləğində pul vəsaiti həmin şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair 08 dekabr 2022-ci il tarixli Qərarına əsasən on bir min manat məbləğində birdəfəlik ödəmə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir. Müraciətdə qaldırılan digər məsələ “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinə uyğun olaraq sığorta ödənişlərinin alınması üçün sığortaolunanın vərəsələri tərəfindən digər sənədlərlə yanaşı vərəsəlik hüququnu təsdiq edən sənədin təqdim edilməli olması ilə bağlıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, həmin tarixədək yaranmış mübahisələrin həlli zamanı bu sənədin tələb edilməsi Plenumun bu Qərarının təsviri-əsaslandırıcı hissəsindəki birdəfəlik ödənişin miras əmlaka aid edilməməsinə dair hüquqi mövqeyinə, həmçinin qanunvericinin təqdim edilməsi tələb olunan sənədlər siyahısından vərəsəlik hüququnu təsdiq edən sənədin çıxarılması ilə bağlı yeni tənzimləmə qaydasına uyğun olmamaqla yanaşı, həm də hüquq tətbiq etmədə şəxslərə qarşı qeyri-bərabər münasibətin yaranmasına səbəb ola bilər. Belə ki, Konstitusiyanın 25ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 2.1.5 və 4- 1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur; - “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. İş materiallarından müəyyən olunur ki, X18 şəhid olduğu üçün onun ailə üzvlərinə 11.000 sığorta ödənişi və 1418 manat hərbi paltarları üçün vəsait ödənilmiş və həmin pullar iddiaçı tərəfindən qəbzə imza edilərək götürülmüşdür. İddiaçı məhkəmə kollegiyasının iclasında qəbzlərə imza etsə də həmin pulları Cavabdeh2 verdiyini iddia etmiş, lakin buna dair hər hansı bir sübut təqdim edə bilməmiş və bunu əsaslandıra bilməmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında hər iki tərəf X45 tərəfindən şəhid ailəsi kimi onlara 10.000 manat məbləğində vəsait verildiyini bildirdi. Yəni iş materiallarında həmin pul vəsaitinin alınmasına dair məxaric qəbzi olmasa da tərəflər həmin pulun verildiyini etiraf etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı 10.000 manat pulun verildiyii, pulun masanın üstündə qoyulduğunu, həmin pulu qayınatası Cavabdeh2 götürdüyünü bildirdi. Cavabdeh də həmin pulun verildiyini, lakin iddiaçının götürdüyünü bildirsə də buna dair hər hansı bir sübut təqim edə bilmədi. Məhkəmə kollegiyası 10.000 manat pulun şəhidin ailəsinə verildiyinin işin sübuta ehtiyacı olmayan halı hesab edir. Belə ki, hər bir tərəf həmin pulu bir-biridən tələb edir. Məhkəmə kollegiyası həmin pulun alınmasına dair məxaric qəbzinin olmadığına istinad edərək iddiaçının dəlilini daha inandırıcı hesab edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehlərdən 10.000 manat pulun yarısı 5000 manat tutularaq ona ödənilməli, qarşılıqlı iddia üzrə cavabdehdən 11.000 manatın yarısı 5500 manat və 1418 manatın yarısı, 709 manat tutularaq qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-770/2022 saylı 27 dekabr 2022-ci il tarixli tarixli qətnaməsi ləğv edilməli, iddia və qarşlıqlı iddia qismən təmin edilməli, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və X8 X45 tərəfindən verilmiş 10.000 (on min) manat pulun yarısı, 5000 (beş min) manat pul tutularaq ilk İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Azərsıgorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X4 ailəsinə verilmiş 11.000 (on bir min) manat sıgorta ödənişinin yarısı 5500 (beş min beş yüz) manat və X4 hərbi paltarlarının pulu olan 1418 (min dörd yüz on səkkiz) manatın yarısı 709 (yeddi yüz doqquz) manat tutularaq qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və X14 ödənilməli, iddia və qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayətləri qismən təmin olunsun. Qusar Rayon Məhkəməsinin 2(029)-770/2022 saylı 27 dekabr 2022-ci il tarixli tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Qarşlıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə cavabdehlər Cavabdeh2 və X8 X45 tərəfindən verilmiş 10.000 (on min) manat pulun yarısı, 5000 (beş min) manat pul tutularaq ilk İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Azərsıgorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X4 ailəsinə verilmiş 11.000 (on bir min) manat sıgorta ödənişinin yarısı 5500 (beş min beş yüz) manat və X4 hərbi paltarlarının pulu olan 1418 (min dörd yüz on səkkiz) manatın yarısı 709 (yeddi yüz doqquz) manat tutularaq qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və X14 ödənilsin. İddia və qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar