Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3977/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 19 saylı Notariat Ofisinə, Bakı şəhəri 46 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbinə dair iddiaları; Cavabdeh4 iddiaçılar İddiaçı1 və İddiaçı2, qarşılıqlı iddia üzrə cavabdehlər X11, X10, X13, X20 qarşı tələbinə dair qarşılıqlı iddiası üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbayca n Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3732/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs X29 oğlunun kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, ünvan 2ə qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra İddiaçı1 nümayəndəsi və vəkili X21 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin həcminin artırılması i lə bağlı ərizə təqdim edərək, Cavabdeh4, ünvan 3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsini əlavə olaraq cavabdehlər qismində cəlb olunmasını xahiş edərək, yekun olaraq məhkəmədən: Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair ünvan 2in Xüsusi X3 tərəfindən 4Ə-422 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisində verilmiş 07 oktyabr 2019-cu il tarixli 15189 reyestr nömrəli etibarnamə əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 08 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsini; Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair ünvan 2in Xüs usi X3 tərəfindən 4Ə-441 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı1 və İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisində verilmiş 25 oktyabr 2019-cu il tarixli 16207 və 16208 reyestr nömrəli etibarnamələr əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 26 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.mdən ibarət mənzilinə dair ünvan 3n Xüsusi X1 tərəfindən 4Ə461 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında 30 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin; Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.mdən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Bakı şəhər 3 0 saylı Notariat Ofisinin xüsusi X1 tərəfindən 4Ə-505 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında 14 noyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh7 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********01- 05101-093003 reyestr nömrəli, 09 oktyabr 2019-cu il tarixli və Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********01- 05101- 083001 reyestr nömrəli, 31 oktyabr 2019-cu il tarixli çıxarışların və Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestri ndə aparılmış qeydin ləğv edilməsi; Cavabdeh4 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə və Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair çıxarışların və Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə İddiaçı2 və Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair isə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olan adlarına çıxarışların verilməsi vəzifəsinin Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-206/2024 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, ünvan 4 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilə dair İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) ilə X15 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 4 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzilə dair X15 ilə X26 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X17 ünvan 4 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzili üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış qeydiyyat (reyestr nömrəsi **********01-05101-093003, qeydiyyat nömrəsi **********) yazısının ləğv edilməsi, ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinə (emalatxanaya) dair İddiaçı1 (İddiaçı1 əvəzinə xx.xx.2019-cu il tarixli 16297 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7), İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) və X8 (X8 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X15) arasında Bakı ş əhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X14 (X8 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X15) ilə X18 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyriyaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X14 (X8 əvəzinə xx.xx.2020-ci il tarixli 7098 reyestr nömrəli etibarnamə əsasında X15) ilə X18 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarix li 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X12 ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə (7,8 kv.m) (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********), xx.xx.2021-ci il tarixdə (15,6 kv.m) aparılmış qeydiyyat (reyestr nömrəsi **********01- 05101-083001, qeydiyyat nömrəsi **********) yazısının ləğv edilməsi, ləğv edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)1011/2020 nömrəli qətnaməsinin icrasına dönüş edilməsi, ünvan 4 ünvanda yerləşən sahəsi 28.5 kv.m olan mənzilin və Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.mdən ibarət qeyri-yaşayış sahəsi nin (3 saylı emalatxana) üzərində Cavabdeh4 mülkiyyət hüququnun bərpa ediləsi və Cavabdeh4 adına həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışların verilməsi, daşınmaz əmlakın dövlət reyestrində hazırkı iş üzrə çıxarılmış qətnaməyə uyğun olaraq müvafiq dəyişiklik aparılmasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, X17 ünvan 4 ünvanda yerləşən sahəsi 28.5 kv.mdən ibarət olan mənzildən və X12 Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.mdən ibarət qeyri-yaşayış sahəsindən (3 saylı emalatxana) çıxarılması və həmin sahələrin boşaldılıb Cavabdeh4 təhvil verilməsi, xx.xx.2020-ci il tar ixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə ödənilmiş 120.000 (yüz iyirmi min) manatın İddiaçı2 alınaraq X11 qaytarılması, xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə ödənilmiş 186.150 (yüz səksən altı min yüz əlli) manat X9 alınaraq X20 ödənilməsi, xx.xx.2020-ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə müqaviləsi üzrə ödənilmiş 100.000 (yüz min) manat pulun - 50.000 (əlli min) manatının İddiaçı1 alınaraq X10, 50.000 (əlli min) manatının isə İddiaçı2 alınaraq X10 ödənilməsi, xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə ödənilmiş 50.000 (əlli min) manat və xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqı-s atqısı müqaviləsi üzrə ödənilmiş 30.000 (otuz min) manat olmaqla, cəmi 80.000 (səksən min) manatın X4 alınaraq X13 ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
3. Qətnamədən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, X26, X18 və ilkin iddia tələbi üzrə İddiaçı1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3732/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamədən üçüncü şəxs X29 oğlu kassasiya şikayəti verm işdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qal dırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.
8. İşdən məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə üçüncü şəxs X29 oğlunun vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuş, kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə sözügedən kabinetə yerləşdirilməklə verilmiş və bununla da, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət buraxılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi də qanunvericiliyin ist inad olunan imperativ tələblərini diqqətdən qaçıraraq, qətnamə MPM-in 408.1.4.-cü maddəsinin tələblərini nəzərə alaraq qanunla nəzərdə tutulan prosessual müddət buraxılmaqla verilmiş şikayətini qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
10. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti müəyyən olunmuş müddət ötürülməklə verildiyi üçün qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
11. Göstərilənlərə əsasən və MPM-in 404-1 və 408.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3732/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarix li qətnaməsindən üçüncü şəxs X29 oğlunun kassasiya şikayəti qeyrimümkün hesab edilsin və şikayət ona qaytarılması üçün mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.