Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3979/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Pakistan Milli Bankı Bakı Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: icraata xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Pakistan Milli Bankı Bakı Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi“ tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4143/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 4 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Pakistan Milli Bankı Bakı Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh Pakistan Milli Bankın Bakı Flilalının adına verilmiş xx.xx.2009-cu il tarixli MH № ******* nömrəli Çıxarışın verilməsinə əsas olan dövlət reyestrində qeydiyyatın ləğv edilməsi, həmin evə İddiaçı2 adına olan qeydiyyatın bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Pakistan Milli Bankın Bakı Filialı ilə X5 arasında bağlanmış 13 mart 2009-cu il tarixli 39 nömrəli kredit müqaviləsinin təminatı kimi Pakistan Milli Bankın Bakı Filialı ilə İddiaçı2 arasında 13 mart 2009-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən İddiaçı2 Məhdi qızının ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzil Bankın xeyrinə yüklü edilmiş və DƏDRX-nin Bakı İdar əsi tərəfindən 29.03. 2009-cu il tarixli MH № ******* nömrəli Çıxarışa əsasən Pakistan Milli Bankın Bakı Filialının xeyrinə ipoteka qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 mart 2010-cu il tarixli 2(005)361/2010 nömrəli qətnaməsi ilə Pakistan Milli Bankın Bakı Filialının cavabdeh X4 və İddiaçı2 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi“ tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X3 cəmi 46692 manat məbləğində pulun Pakistan Milli Bankı Bakı Filialının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı2 mülkiyyətində olan, ünvan 5 ünvanda yerləşən mənzilə yönəldilməsi qət olunmuşdur. Həmin qətnamə qanun qüvvəyə minmiş və 28 oktyabr 2010cu il tarixli icra vərəqəsinə əsasən Nərimanov rayon İcra şöbəsi t ərəfindən təşkil edilmiş hərracın nəticələrinə dair alqı-satqı protokolu üzrə həmin mənzil Pakistan Milli Bankın Bakı Filialının mülkiyyətinə təhvil verilmiş, sonuncunun adına DƏDRX-nin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2012-ci il tarxili MA № 03568 nömrəli Çıxarış verilmişdir. Qətnamə icra edildikdən sonra cavabdeh İddiaçı2 həyat yoldaşı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pakistan Milli Bankı Bankın Bakı Filialı ilə İddiaçı2 arasında bağlanılmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əşrəf İsmayılov öz tələbini belə əsaslandırmışıdır ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş və ər-arvadın birgə mülkiyyətidir, lakin ipoteka müqaviləsi bağlanan zaman ondan razılıq ərizə si alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli, 2(103)-4116/2015 saylı qətnaməsi ilə Əşrəf İsmayılovun apellyasiya şikayəti qismən təmin edilərək, Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, Pakistan Milli Bankın Bakı Filialı ilə İddiaçı2 arasında bağlanılmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, ipoteka müqaviləsi etibarsız olmaqla heç bir hüquqi nəticə doğura bilməz. Yəni, etibarsız sayılan həmin ipotekadan doğuran bütün digər hüquqi nəticələr əhəmiyyətsiz hesab edilmişdir. İpoteka müqaviləsinin etibarsız hesab edilməsi gələcəkdə iddiaçıya yeni əsasla sözügedən tələbləri yenidən irəli sürmək və yaxud Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin yeni açılmış hallarla bağlı ləğvini, bundan sonra isə icrada geri dönüşü tələb etmək hüququ verilir. Pakistan Milli Bankın Bakı Filialının həmin qətnamədən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhkmənin 5 noyabr 2015-ci il tarixli 2(102)-4928/2015-ci il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli 2(103)-4116/2015 saylı qətnaməsinə DƏDKRX-nin Bakı şəhər idarəsi tərəfindən Pakistan Milli Bankın Filialının adına aparılmış qeydiyyatın və xx.xx.2012-ci il tarixli MA № ******* nömrəli dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və İddiaçı2 adına olan qeydiyyatın bərpa edilməsi üçün əsas olmuşdur. X1 vəfat etdiyi üçün digər məsələləri, birgə mülkiyyətdə olan evin bölüməsini və mülkiyyət payının ayrı lmasını başa çatdıra bilməmişdir. Bununla belə, Əşraf İsmayılovun vəfat etməsi mirasın açılmasına səbəb olmuş və onun birinci növbəli vərəsələri olan iddiaçılar (arvadı və övladları) miras qalmış əmlakı faktiki surətdə qəbul etmişlər, hazırda da həmin evdə yaşayırlar və onu idarə edirlər. Onlar həmin evin faktki və qanuni mülkiyyətçiləridir. Bundan irəli gələrək həmin əmlak barəsində müvafiq subyektiv hüquqa malikdirlər. Lakin, Pakistan Milli Bankın adına olan qeydiyyat ləğv edilmədiyi üçün iddiaçılar vərəsəlik üzrə mülkiyyət hüquqularını rəsmiləşdirib qeydiyyata aldıra bilməmişlər. Ona görə, iddiaçılar Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli 2(103)-4116/2015 saylı qətnaməsini təqdim etməklə Bankın Filialının adına olan qeydiyyatın (Çıxarışın) ləğv edilməsi və İddiaçı2 qız nın adına olan qeydiyyatın (Çıxarışın) bərpa olunması tələbi ilə DƏDKRX PŞ-nin 1 saylı Bakı şəhər İdarəsinə rəsmi müraciət etmişlər, lakin cavabdeh məktuba cavab verməmişdir.
3. Cavabdeh Pakistan Milli Bankı Bakı Filialının nümayəndəsi və vəkili məhkəmə iclasları zamanı yazılı ərizə təqdim edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1289/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia rədd olunmuşdır.
5. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, kredit müqaviləsi üzrə tutmanın cavabdeh İddiaçı2 mülkiyyətində olan ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi 38 saylı binada yerləşən 18 saylı mənzilə yönədilərək açıq hərracda satılması barədə Ba kı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 mart 2010-cu il tarixli qətnaməsi qüvvədədir, həmin qətnamənin icrası kimi əmlakın Pakistan Milli Bankı Bakı Filialının mülkiyyətinə keçməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da əsaslıdır və ləğv oluna bilməz.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların qaldırdığı bütün bu məsələlərə, o cümlədən cavabdehin mənzilə mülkiyyət hüququnun əsaslı olmamasına və onun adına aparılmış qeydiyyatın ləğv edilməsinə Azərbaycan Respublikası MPM-nin 45-ci fəsli ilə nəzərdə tutulmuş qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraatda qiymət verilə bilər.
7. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı tələb üzrə iddia müddəti ötürüldüyündən, müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən y azılı ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçıların hazırki iddia tələbi təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamə əsassızdır, prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Şikayətdə eyni tərəflər arasında qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 2(103)-4116/2015 saylı qətnaməsi ilə 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsi nin etibarsız sayılması, həmin müqavilənin heç bir hüquqi nəticə doğurmamasına əhəmiyyət verilməməsi, qətnamədə yeni açılmış hallarla bağlı məhkəməyə müraciət edilməsinin təklif olunması, lakin bunun prosessual normaların tələbləri baxımından mümkün olmaması, iddia müddətinin keçməsi barədə gəlinmiş nəticəsinin qanunvericliyə zidd olması, bununla da iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması qeyd olunmuşdur.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4143/2024 nömrəli, 2024-cü il 10 sentyabr tarixli qərardadı ilə (hakimlər: Rafael Eyvazov-sərlik edən və məruzəçi, Fuad Babayev və Cəmilə Musayeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv olunaraq mülki iş üzrə icraata xitam verilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, id diaçının hazırkı tələbi (bankın adına aparılmış qeydin ləğvi və əvvəlki qeydin bərpası) ilə əvvəlki tələbi eyni predmet barəsində və eyni əsasladır. Eləcə də, hər iki mübahisə eyni tərəflər arasındadır.
12. Həmçinin məhkəmə qeyd etmişdir ki, X6 vəfat etdiyindən, iddiaçılar onun hüquqi varisləri kimi hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Artıq qanuni qüvvədə olan məhkəmə qərarı ilə iddiaçıların hazırkı tələbi ilə mahiyyət baxımından eyni olan müvafiq tələbə baxılmış və ona hüquqi qiymət verilmişdir.
13. Qüvvədə olan məhkəmə aktı ilə izah edilmişdir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi gələcəkdə iddiaçıya yeni əsasla sözügedən tələbləri yenidən irəli sürmək, yaxud Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin yeni açılmış hallarla bağlı ləğv ini, bundan sonra isə icrada geri dönüşü tələb etmək hüququ verir.
14. İddiaçı tərəf həmin qətnamədən sonra müvafiq hərəkətlərin yerinə yetirilmə istiqamətində məhkəməyə hər hansı sübut təqdim etməmiş, yeni əsaslarla iddia qaldırmamışdır. Belə olan halda, həmin tələbə təkrarən məhkəmə qaydasında baxılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, yolverilməzdir.
15. Beləliklə, apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız olaraq tələbə mahiyyəti üzrə baxmışdır (Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2015-ci il tarixli qətnaməsi əvvəldən işdə olmuş, hətta birinci instansiya məhkəməsi hazırkı qətnaməsində ona istinad etmiş, lakin yuxarıda qeyd edilən hallara hər hansı münasibət bildirməmişdir).
16. Həmçinin məhkəmənin hazırkı mövqeyi ipoteka müqaviləsinin etibarsızlığı ilə əlaqədar maraqlı şəxslər tərəfindən digər tələblərin zərər və sair) irəli sürülməsini, habelə yeni əsaslarla hərracın nəticələrinin mübahisələndirilməsi imkanını istisna etmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qərardadın tamamilə ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilmsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aktının işdə iştirak edən tərəf üçün preyudisial əhəmiyyətə malik olması üçün həm subyektiv və obyektiv əsasl ar olmalıdır. Preyudisiallığın subyektiv əsasını məhkəmələrdə baxılan işlərdə ( hər iki işdə) eyni tərəflər (onların varisləri) iştirak etməsi təşkil edir. Lakin müəyyən olunur ki, X7 Rayon Məhkəməsində baxılan 2(005)-361/2010 saylı mülki işdə tərəf kimi iştirak etməmişdir.
19. Məhkəmənin istinad etdiyi Nərimanov Rayon Məhkəməsinin 2 mart 2010-cu il tarixli qətnaməsi ilə müəyyən etdiyi hallar iddiaçı Əşrəf İsmayılov və onun hüquqi varisləri üçün məcburi deyil, çunki onlar həmin məhkəmə işində tərəf kimi iştirak etməmişlər.
20. İddiaçı həmçinin qeyd etmişdir ki, MPM-nin 434.1-ci maddəsində konkret olaraq qeyd edilmişdir, qanununi qüvvəyə minmiş məhkəmə aktindan yeni açılmış halları üzrə ərizəni yalnız həmin işdə tərəf kimi iştirak edən şəxs verə bilər. Əşrəf İsmayılov (onun prosesual hüquqi varisləri) Nərimanov rayon məhkəməsinəd baxılmış 2(005)-361/2010 saylı mülki işdə, eləcədə həmin işlə bağlı apellyasiya və kassasiya məhkəmələrində tərəf kimi iştirak etməmişlər, deməli yeni açılmış hallar üzrə Plenuma müraciət etmək hüququna da malik olmamışlar. İşin bu hallarını iddiaçıya irad tutub və bu əsasla iddianın rədd edilməsi və ya işə xitam verilməsi əsassızdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir.
23. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
24. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı:
26. Hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Qərardaddan kassasiya şikayəti verən iddiaçı onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi (bankın adına aparılmış qeydin ləğvi və əvvəlki qeydin bərpası) ilə əvvəlki tələbi eyni predmet barəsində və eyni əsasladır. Eləcə də, hər iki mübahisə eyni tərəflər arasındadır. X2 vəfat etdiyindən, iddiaçılar onun hüquqi varisləri kimi hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Artıq qanuni qüvvədə olan məhkəmə qərarı ilə iddiaçıların hazırkı tələbi ilə mahiyyət baxımından eyni olan mü vafiq tələbə baxılmış və ona hüquqi qiymət verilmişdir.
31. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4143/2024 nömrəli iş üzrə 10 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.