Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3980/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3980/21 (Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2(103)1201/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 31 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş maddi ziyana görə 151.200 manat, mənəvi ziyana görə 100.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 251.230 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.C.Musayeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini on unla əsaslandırıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə bəraət verilməsi, həmin Məcəllənin 206.1-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 mart 2016-cı il tarixdən hesablanması hökm edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 30 may 2018-ci il tarixli qərarı ilə İddiaçı Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmünün məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişd irilməsi, ona həmin maddə ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrumetmə cəzasının 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilməsi, hökmün qalan hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınıb. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 30 may 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi barəsində qanunsuz olaraq həbs qətimkan tədbirinin seçilməsi mülki iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Belə ki, İddiaçı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona hə min maddələr ilə bəraət verilməsi, daha sonra əməlinin Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi müəyyən edilib və cəzaçəkmə müddətinin əvvəlinin 18 mart 2016-cı il tarixdən (şübhəli şəxs qismində tutulduğu vaxtdan) hesablanması qərara alınıb. Göründüyü kimi, qeyd olunan dövlət orqanları tərəfindən iddiaçıya münasibətdə hər hansı qanuna zidd hərəkətə yol verilməyib. Belə ki, iddiaçıya Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə bəraət verilməsinə baxmayaraq, o, Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinib və 3 il azadlıqdan məhrumetmə cəzasına m əhkum olunub. Belə olan halda, Cinayət Prosessual Məcəllənin 155.3-cü maddəsinin tələblərinə əsasən 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə münasibətdə tutulmasının əsaslılığı və qanuniliyi yoxlanılmaqla, həbs növündə qətimkan tədbirinin seçilməsinin labüdlüyü müəyyən edilib. Eyni zamanda, iddiaçının tutulduğu və həbsdə qaldığı müddət onun azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanıb və bu müddət aşılmayıb. Bu fakt isə özlüyündə həbsdə qalması ilə əlaqədar onun barəsində hər hansı əlverişsiz və ya qanunsuz nəticələrin yaranmasını, onun hər hansı maddi və ya mənəvi ziyana düşməsini istisna edir. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 1 096, 1097.1, 1101.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, m addi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1101.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki qanunvericiliyə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şə xs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (Mülki Məcəllənin 21.1-ci maddəsi). Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkanı tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fıziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəlı şəxslərinin təqsirindən asılı, olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir (Mülki Məcəllənin 1101.1-ci maddəsi). “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fıziki şəxs lərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfin ə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fıziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər v ətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Prosessual qanunvericiliyə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır (MPM-nin 217.3-cü maddəsi). Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxar kən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı apelyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın tam təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Cinayət M əcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə bəraət verilməsi, həmin Məcəllənin 206.1-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 mart 2016-cı il tarixdən hesablanması hökm edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 30 may 2018-ci il tarixli qərarı ilə, İddiaçı Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmünün məhkum İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, ona həmin maddə ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 3 il müddətə az adlıqdan məhrumetmə cəzasına endirilməsi, hökmün qalan hissəsinin dəyişdirilməməsi qərara alınıb. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 30 may 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Hazırda iddiaçı, barəsində həbs növündə qətimkan tədbirinin Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə seçildiyini, lakin bu ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələr üzrə bəraət aldığını və əgər əvvəldən Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinsəydi barəsində həbs deyil, digər qətimkan tədbirinin seçilməyəcəyini bildirərək, bununla əlaqədar ona dəymiş maddi v ə mənəvi ziyanın ödənilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb mübahisənin hüquqi həlli ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ö dəyir. “Təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə görə, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş ha llarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iddia çının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində qanunsuz olaraq həbs qətimkan tədbirinin seçilməsi mülki iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Belə ki, iddiaçıya Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə bəraət verilməsi, daha sonra onun əməlinin Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və cəzaçəkmə müddətinin əvvəli 18 mart 2016-cı ildən (şübhəli şəxs qismində tutulduğu vaxtdan) hesablanıb. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.3-cü maddəsinin tələblərinə görə, həbs və ona alternativ qətimkan tədbirləri yalnız aşağıdakı təqsirlənd irilən şəxs barəsində tətbiq oluna bilər: 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; bu Məcəllənin 155.1.1 və 155.1.3-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq üçün 2 ilədək az müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə. Göründüyü kimi, qeyd olunan dövlət orqanları tərəfindən iddiaçıya münasibətdə hər hansı qanuna zidd hərəkətə yol verilməyib. Belə ki, iddiaçıya Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə bəraət verilməsinə baxmayaraq, o, Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsir li bilinib və o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Belə olan halda, Cinayət Prosessual Məcəlləsinin 155.3-cü maddəsinin tələblərinə əsasən 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə münasibətdə tutulmasının əsaslılığı və qanuniliyi yoxlanılmaqla, həbs növündə qətimkan tədbirinin seçilməsinin labüdlüyü müəyyən edilib. Eyni zamanda, iddiaçının tutulduğu və həbsdə qaldığı müddət onun azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanıb və bu müddət aşılmayıb. Bu fakt isə özlüyündə həbsdə qalması ilə əlaqədar onun barəsində hər hansı əlverişsiz və ya qanunsuz nəticələrin yaranmasını, onun hər hansı maddi və ya mənəvi ziyana düşməsini istisna edir. Kassasiya instansiyası məhkəməsi yuxarıd a qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin yenidən araşdırılmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2(103)-1201/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədə n saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3980/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3980/2021
31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver