Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3981/2021 12.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququna dair reyestr çıxarışının və reyestr qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1262/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 avqust 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.12.2019-cu il tarixli məktubundan görünür ki, ünvan fərdi yaşayış evi XXX adına tarixsiz olaraq ilkin qeydiyyatdan keçmişdir. 12 saylı DNK-nın 2v-2-391 reyestr nömrəli 12.12.2000-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 adına 11.01.2001-ci il tarixdə qeydiyyatdan keçmişdir Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2-997/2002 nömrəli 29.10.2002-ci il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi X5, 1/2 hissəsi X8 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəmə sinin 2-382/2001 nömrəli 27.03.2001-ci il tarixli icra vərəqəsinə, 6 k 1822 nömrəli 2002-ci il tarixli qərarına əsasən sözügedən fərdi yaşayış evinin 1/2 hissədən 1/4 hissəsi (1otaq y/s-14,8kv.m, k/s-8,8kv m) X12 qalan hissə X8 adlarına qeydiyyatdan keçmişdir. Yasamal Rayon Məhkəməsinin 2-590/2003 nömrəli 05.03.2003-cü il tarixli qətnaməsinə əsasən X8 məxsus hissədən 1/4 hissəsi X7 adına qeydiyyatdan keçmiş, qalan hissəsi X8 mülkiyyətindədir. Cavabdeh 12 saylı DNK-nın 2v-67 reyestr nömrəli 22.05.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 fərdi yaşayış evinin 2/4 hissəsini 27.05.2017-ci il tarixdə vərəsəlik qəbul etmişdir. 14 saylı DNK-nın 4Ə-07 reyestr nömrəli 08.01.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin ¼ hissə si (1 otaq, y/s-14,8 kv.m., k/s-8,8 kv.m) X11 adına 25.01.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Hazırda ünvan fərdi yaşayış evinin ¼ hissədən qalan hissə X8, ¼ hissə X7, 2/4 hissə Cavabdeh, ¼ hissədən - 1 otaq (y/s-14,8 kv.m., k/s8,8kv.m) X11 mülkiyyətlərindədir. 22.05.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 saylı Notariat Kontorunun xüsusi notariusu X17 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, Cavabdeh 17.11.2016-cı il tarixdə ölmüş X5 vərəsəsidir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 17.11.2016-cı ildə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna dair çıxarışın və qeydiyyatın ləğv edilməsi tə ləbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evə dair Cavabdeh adına verilən 27.05.2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ilin yayında və həyat yoldaşı XXX özləri üçün Bakı şəhərində mənzil almaq qərarına gəldilər və bu məqsədlə müəyyən qədər vəsait də toplamışdılar. İmkana uyğun olan evlərlə maraqlananda həyat yoldaşının bacısı XXX onlara bildirdi ki, onun qaynatası X10 öz həyət evini satır. X10 həm qohumluq münasibətimiz olan şəxs idi, həm də atası ilə uzun müddətdən bəri tanış və dost idi. Ona görə də onunla görüşüb bu barədə söhbət etdilər. Həmin vaxt X19 qəsəbəsində XXX deyilən ərazidə yerləşə n evində yaşayırdı. Onunla həmin evində söhbət edərkən XXX bildirdi ki, həmin evin qiyməti 7-8 min ABŞ dollarıdır, lakin qohumluq və tanışlıq münasibətinə görə onu 6 min ABŞ dollarına sata bilər. O, razılaşıb həmin məbləği qayınları XXX və XXX də iştirakı ilə XXX verdi. XXX pulu alıb evin açarlarını ona təqdim etdi. Daha sonra isə XXX onun və ailə üzvlərinin həmin evə daimi qeydiyyata alınmağını təmin etdi. Onlar həmin vaxtdan etibarən öz evlərinə köçərək orada yaşamağa başladılar. 16 ildir ki, qeyd olunan ünvanda fasiləsiz və etirazsız yaşayırlar. Uşaqları həmin evdən məktəbə getmiş, evə görə bütün kommunal ödənişləri və ailə üzvləri ödəmişlər. Halhazırda da həmin evdə yaşayırlar. Qeyd olunan ev bir mərtəbəli 1 otaqdan ibarət idi və yaşayış sahəsi 40 kv.m təşkil edirdi. Ev köhnə və təmirs iz idi. 2016-ci ilin yay və payız aylarında həmin evi sökərək yerində iki mərtəbəli, 3 otaqlı yeni ev inşa etdirdilər. XXX həmin vaxt sağ idi və qonşu ilə həyətyanı sahə ilə bağlı narazılıq olmaması üçün torpaq sahəsinin sərhədlərini də onunla dəqiqləşdirmişlər. O da, onlara evin əvvəlki sahibi kimi torpağının dəqiq ölçülərini bildirdi və onlara qohum və tanış kimi xeyir-dua verdi. Bu hadisədən qısa müddət sonra XXX vəfat etdi. Onun qızı, hazırkı iş üzrə Cavabdeh ona qarşı iddia ərizəsində qeyd etmişdir ki, guya atası XXX 2015-ci ildə vəfat etmişdir. Lakin bu, tamamilə yalandır. X10 2016-cı ilin noyabr ayının 7-də vəfat etmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh atasının ölümündən sonra gizlicə qeyd olunan evə dair yalan məlumatlar verməklə çıxarış almışdır. Daha sonra isə ona və ailə üzvlərinə qarşı məhkəmədə iddia qaldıraraq həmin evdən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 2003-cü ildə qeyd olunan evi ona satmış və dəyərini də almışdır. Həmin ildən etibarən o və ailə üzvləri köçüb həmin evdə yaşamağa başlamış və evə daimi qeydiyyata alınmışlar. Həmin vaxtdan etibarən o, mülkiyyətçi kimi qeyd olunan evə sahiblik edərək evdən istifadə etmişdir. Evin bütün kommunal xidmət haqqlarını o ödəmişdir və evdən öz ünvanı kimi istifadə etmişdir. 2016cı ilin sentyabr-oktyabr aylarında isə həmin ev tamamilə sökülmüş və tərəflərindən həmin ünvanda başqa ölçüdə yeni ev tikilmişdir. Hazırda da həmin yeni ev ona məxsusdur və istifadəsindədir. Bundan əlavə, mübahisəli ev fərdi yaşayış evidir, yəni həyət evidir və evi n 1/2 hissəsi X2nun mülkiyyətində olmuşdur. Həmin hissə birmərtəbəli və 1 otaqdan ibarət olmuş və sahəsi 40 kv.m təşkil etmişdir. Lakin hazırkı ev ümumi sahəsi 120 kv.m təşkil edən 3 otaqlı iki mərtəbəli evdir. Yəni cavabdehin adına verilən çıxarışda göstərilən ev faktiki olaraq mövcud deyil və həmin ünvanda ona məxsus yeni bir ev tikilmişdir. Bu mənada hesab edir ki, cavabdehə verilən reyestrdən çıxarış reallığı əks etdirmir və bu qeydiyyat əsassızdır. Cavabdehin adına qeydiyyata alınan əmlak mövcud deyil. Həmin ünvanda texniki göstəriciləri, ölçüləri, sahəsi, otaq sayı və mərtəbəliliyi tamamilə başqa olan ev tikilmişdir. Odur ki, cavabdehin adına verilən çıxarış və aparılmış qeydiyyat hər cür hüquqi mənasını itirmişdir. Bundan başqa, Cavabdeh reyestrdən çıxarışa istinad edərək belə bir f ikir irəli sürür ki, guya o atası X6 mirasını qəbul etmiş və bu əsasla da atasından qalan ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Halbuki bu belə deyildir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi X10 vəfat edəndən sonra onun qızı Cavabdeh mirası faktiki olaraq qəbul etməmiş, mirasa sahiblik etməmişdir. Çünki həmin ev həmin vaxt da, halhazırda da onun faktiki sahibliyindədir. Sadəcə olaraq cavabdeh atasının ölümündən sonra hüquqdan sui-istifadə edərək vərəsəlik şəhadətnaməsi almış və atasının adına olan qeydiyyat vəsiqəsini təqdim edərək reyestrdən çıxarış almışdır. Cavabdehin bu hərəkəti hüquqdan sui-istifadədir. Çünki Cavabdeh özü də bilir ki, atası 2003-cü ildə öz evini ona satıb. Cavabdeh bilir ki, 2003-cü ildən etibarən o və ailə üzvləri həmin ünvanda yaşayır və daimi qeydiyyatdadı rlar. Onların evi almağına və orada yaşadıqlarına cavabdeh atasının sağlığında heç vaxt etiraz etməmişdir. Cavabdeh köhnə evin söküldüyünü, yerində onun tərəfindən yeni bir ev tikildiyini də bilir. Bütün bunlara baxmayaraq bilə-bilə yalan məlumat verməklə reyestrdən çıxarış almışdır. Bu cür hərəkətlər isə hüquqdan sui-istifadə olduğu üçün etibarsızdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-293/2020) İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna dair çıxarışın və qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ailə üzləri ilə mübahisəli evdə qeydiyyatları olmaqla yaşamağa davam etsələr də, həmin evin 2003-cü ildə məhz 6000 ABŞ dollar ına X4 alqı-satqı yolu almalarını sübut edə bilməmiş, aralarında alqı-satqı münasibətləri olduğu halda, mərhumun sağlığında ikən bunu reallaşdırmamaqlarının səbəblərinə dair tutarlı arqumentlər irəli sürə bilməmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində mübahisəli evə dair alqı-satqı hüququ və istifadə hüququnun qeydə alınmayan iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsində qeyd edilən maraqlı şəxs statusuna və hazırki iddianı da qaldırmaqda subyektiv hüquqa malik deyildir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərov sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehd iyev və E.Kazımov, iş № 2(103)-1262/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsinin ləğv olunması, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna dair reyestr çıxarışının və reyestr qeydinin ləğv edilməsi barədə” iddiasının rədd olunması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, prosessual qanunvericilikdə “cavabdeh” ifadəsi cavabverən mənasında işlədilir, yəni ona qarşı yönələn iddiaya məhkəmədə cavab verir. Hazırkı mübahisənin düzgün həll edilməsi üçün aydınlaşdırılmalıdır ki, cavabdeh kimi göstərilən Cavabdeh nəyə cavab verməlidir? Müəyyən olunur ki, Cavabdeh hazırkı iddiaya cavab verməli deyil. Belə ki, iddia ərizəsində reyestr qeydi və onun əsasında v erilmiş reyestr çıxarışı mübahisələndirilir. Reyestr qeydinin anlayışı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsində müəyyən olunub. Həmin maddədən görünür ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı hüquqi aktdır. Evin 2/4 hissəsi üzərində cavabdehin atasının mülkiyyət hüququ onun ölümündən sonra vərəsəlik qaydasında cavabdehə keçib. Vərəsəliyin anlayışı da bunu təsdiq edir. Reyestr qeydinin aparılması ilə mülkiyyət hüququnun cavabdehin atasından cavabdehə keçməsi dövlət tərəfindən tanınıb və təsdiq olunub. Əgər hüququn keçməsi (vərəsəlik) mübahisələndirilsəydi Cavabdeh buna cavab verməli idi. Cavabdeh reyestr qeydinin, yəni hüququn keçməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktın düzgünlüyünə görə məsuliy yət daşımır. Çünki reyestr qeydi onun tərəfindən aparılmayıb və ya reyestr çıxarışı onun tərəfindən verilməyib. Reyestr qeydinin anlayışından da görünür ki, bu, dövlət tərəfindən tanınma və təsdiq edilməlidir. Dövlət tərəfindən tanınma və təsdiq edilmənin düzgünlüyünə görə məsuliyyəti dövlətin müvafiq qurumu – qeydiyyat orqanı daşıyır. İddianın əsası ondan ibarətdir ki, qeydiyyat orqanı mövcud olmayan hüququn başqasına keçməsini tanıyıb. Əgər hüquq mövcud deyildirsə o, başqasına keçə bilməz. İddiaçı iddia edir ki, cavabdehin atasına məxsus olan daşınmaz əmlak (evin 2/4 hissəsi) söküldüyünə görə məhv olmuş sayılır. Əgər həqiqətən daşınmaz əmlak məhv olubsa mülkiyyət hüququ itirilmiş (xitam olunmuş) sayılır. Xitam olunmuş (mövcud olmayan) mülkiyyət hüququ vərəsəlik qaydasında bir şəxsdən ( cavabdehin atasından) başqasına (cavabdehə) keçə bilməz. Mövcud olmayan mülkiyyət hüququnun başqasına keçməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi mümkün deyil, əgər tanıma və təsdiq etmə baş veribsə bu barədə olan hüquqi akt (reyestr qeydi) qanunsuz sayılır. Lakin qeydiyyata dair mübahisə qeydiyyatı həyata keçirən orqana qarşı qaldırılmalıdır. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2021-ci il tarixli 2(103)-1262/202 1 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul ediməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X13 izahatında kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, kassasiya baxışının həd lərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. 203.1-ci maddəsinə görə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, «… Reyestr qeydinin aparılması ilə mülkiyyət hüququnun cavabdehin atasından cavabdehə keçməs i dövlət tərəfindən tanınıb və təsdiq olunub. Əgər hüququn keçməsi (vərəsəlik) mübahisələndirilsəydi Cavabdeh buna cavab verməli idi. Cavabdeh reyestr qeydinin, yəni hüququn keçməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktın düzgünlüyünə görə məsuliyyət daşımır. Çünki reyestr qeydi onun tərəfindən aparılmayıb və ya reyestr çıxarışı onun tərəfindən verilməyib.» Beləliklə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri ə sassızdır, həmin dəlillər apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1262/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3981/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3981/2021
12.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver