Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3983/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3983/2023 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, dövlət rüsumunun lazımi qaydada ödənilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-599/2023 nömrəli, 16 avqust 2023cü il tarixli qərardadından Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya ş ikayətinə 16 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 23.000 manat borcun, illik 5 faiz dərəcəsi ilə hesablanmış 1.150 manat dəbbə pulunun və iddia ərizəsi üçün ödənilmiş 162,45 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Zaqatala Rayon Məhkəməsinin e2(033)-167/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 23.000 (iyirmi üç min) manatın alınaraq İddiaçı2 verilməsi, iddiaçı tərəfindən ödəni lmiş 162,45 (bir yüz altmış iki manat qırx beş qəpik) manat dövlət rüsumunun 159 (bir yüz əlli doqquz) manatının Cavabdeh alınaraq İddiaçı2 verilməsi, qalıq 3,45 (üç manat qırx beş qəpik) manatının isə İddiaçı2 özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qəntaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-599/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin e-2(033)-167/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) qətnamədən kassasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-599/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-599/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbinin qiyməti 24.150,00 manat təşkil etdiyindən iddia ərizəsinin verilməsi üçün nəzərədə tutulan dövlət rüsumunun məbləği 162,45 manat, həmin iddia tələbi üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-599/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun məbləği isə 81,23 manatdır.
8. Lakin iş materiallarından da göründüyü kimi, Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə tərəfindən imzalanmışdır) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-599/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş olsa da, o, qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun tam ödənilməsini təsdiq edən sənədi apellyasiya şikayətinə əlavə etməmiş, apellyasiya şikayətinə 79,50 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.2, 407.4, 408.1.3, 408.3, 402.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
10. Qərardaddan cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.
11. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən məhkəmənin qət etdiyi məbləğə uyğun rüsum ödənilmişdir. Zaqata la Rayon Məhkəməsi qətnamə çıxardaraq iddianı qismən təmin etmiş Cavabdeh 23.000 manat pulun İddiaçı2 verilməsini qət etmiş, eyni zamanda ödənilmiş dövlət rüsumundan 159 manat hissəsini Cavabdeh alınaraq İddiaçı2 verilməsi qət edilmişdir. Dövlət rüsumunun ödənilməsi qaydalarına əsasən 23.000 manat iddia tələbi üçün 159 manat birinci instansiyaya dövlət rüsumu ödənilməlidir. Apelyasiya və kassaisya şikayətləri üçün isə ödənilməsi nəzərdə tutulan rüsumun 50%-i ödənilir. 159 manatın 50%-i isə 79,50 manat təşkil edir. Hazlrda isə kassasiya şikayəti üçün eyni məbləğ tərəflərindən ödənilmiş, lakin apelyasiya məhkəməsi ödənilmiş dövlət rüsumunu həmin məbləğdə kifayət hesab etməmiş, kassasiya şikayətini geri qaytarmışdır. buna görə də qəbul olunmuş qərardad MPM-nin 408-ci maddəsinin tələbləri pozu lmaqla qəbul edilmişdir. Qərardad tamamilə ləğv edilməlidir. Bundan başqa apellyasiya məhkəməsinin əksik hesab etdiyi dövlət rüsumunun məbləği 1,73 manat olduğu halda tərəflərindən artıqlaması ilə 2 manat olaraq ödənilmişdir. Apellyasiya məhkəməsini hazırki qərardadı Ali Məhkəmə tərəfindən ləğv edildiyi halda sonradan ödədikləri 2 manat dövlət rüsumu cavabdehə geri qaytarılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
12. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxç ıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
13. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
14. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
15. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
16. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olu nmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
19. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təm in etmədən saxlaya bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu:
20. Maddə 8.1.6. Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə dövlət rüsumu 100 manat miqdarında, qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
21. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müva fiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Kassasiya baxışının hədləri:
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya i nstansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Cavabdehin Zaqatala Rayon Məhkəməsinin qətnamə çıxardaraq iddianı qismən təmin etməsi Cavabdeh 23.000 manat pulun İddiaçı2 verilməsini qət etməsi, 23.000 manat iddia tələbi üçün 159 manat birinci instansiyaya dövlət rüsumu ödənilməli olması, apelyasiya və kassaisya şikayətləri üçün isə ödənilməsi nəzərdə tutulan rüsumun 50%-nin 79,50 manat təşkil etməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.
26. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən verilmiş iddianın qiyməti 24.150,00 manat olmuş, birinci instansiya məhkəməsində id dia vermək üçün ödənilmiş dövlət rüsümünun məbləği isə 162,45 manat təşkil etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən 81,23 manat dövlət rüsumu ödəməsin baxmayaraq, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün də 81,23 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda cəmi 79,50 manat miqdarında rüsum ödəmişdir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən də dövlət rüsumunu əvvəl 79,90 manat məbləğində ödəmiş, daha sonra məhkəmə gedişində qalan 4,40 manatı ödəməklə dövlət rüsumunu 81,23 manat məbləğinədək tamamlamışdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kassasiya şikayətinin geri qaytarılması barədə qənaətə gəlmişdir.
29. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
30. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu qanunvericiliyin tələblərinə düzgün riayət edilmədən ödənilməmişdir.
31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verdikdən sonra əlavə olaraq 2,40 manat məbləğində dövlət rüsumunun ödənilməsi, hazırki mərhələdə əhəmiyyət kəsb etmir və bu hal onun tərəfindən qətnamənin icrasının gecikdirilməsinə yönəlmiş davranış kimi qiymətləndirilə bilər.
32. Bu səbəbdən kassasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti tə min edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-599/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.