Məhkəmə qərarları › İş №2(102)-3985/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3985/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3985/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, preyudisiyallıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2637/2023 nömrəli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə əsasən mülki işə 16 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İŞİN HALLARİ

1. İdd iaçı ilə cavabdeh ər-arvad olmuşlar.

2. Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(103)-5062/2017 nömrəli icra sənədinə əsasən borclu İddiaçı 610000 manat məbləğdə pul vəsaitinin alınıb tələbkar Cavabdeh verilməsi nəzərdə tutulmuş, İcra sənədi üzrə Səbail rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X6 tərəfindən 17 mart 2018-ci il tarixli qərarla icraata başlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 nömrəli, 22 iyun 2016-cı il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 320000 manat pul alınıb tələbkar İddiaçı verilməsi nəzərdə tutulmuş, icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən 01 iyun 2018-cı il tarixli qərarla icraata başlanılmışdır.

4. İcra zamanı tələb borclu Cavabdeh mülkiyyətində olan “Toyota Prado” markalı **FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, həmin əmlakın açıq hərracdan satılması nəticəsində borcun 42000 manatı ödənilmiş və 278000 manat borc qalmışdır. Qarşılıqlı razılığa əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 nömrəli 22 iyun 2016-cı il tarixli icra sənədi üzrə borclu Cavabdehnnın tələbkar İddiaçı verməli olduğu qalıq 278000 manat borc, Bakı Apellyasiya Məhkəməsinin 2(103)5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı Cavabdeh verməli olduğu 610000 manat borcu müvafiq məbləğdə olan hissəsi (yəni 278000 manat) ilə əvəzləşdirilmiş və beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədi qismən təmin olunmaqla, həmin icra sənədi üzrə İddiaçı hazırda Cavabdeh 332000 manat borcu qalmışdır. Göstərilənlərin nəzərə alınması və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədi üzrə qalıq 332000 manat məbləğdə borcun ödənilməsi üçün müvafiq icra tədbirlərinin görülməsi xahiş edilmişdir.

5. Borclu İddiaçı tərəfindən yazılmış və 01 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş ərizədən görünür ki, tələbkar Cavabdeh pul ödənilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin vaxt onun maliyyə imkanı olmadığından mülkiyyətində və hazırda istifadəsində olan “Prado” markalı avtomobil, digər başqa daşınmaz əmlakları təklif etsə də, o, qəbul etməkdən imtina etmişdir. Hazırda ödənişləri bank vasitəsilə tələbkarın hesabına ödəyi r. 12 iyul 2018-ci il tarixdə - 16500 manat, 08 avqust 2018-ci il tarixdə 31830 manat, 16 avqust 2018-ci il tarixdə 20000 ABŞ dolları, yəni 34600 manat, 04 sentyabr 2018-ci il tarixdə 7000 manat, 15 sentyabr 2018-ci il tarixdə 5000 manat pul ödəmişdir. Qəbzlərə görə 94430 manat Cavabdeh hesabına pul ödənilmişdir. Bundan əlavə, tələbkar anası və yaxınları ilə istirahətə gedən zaman ondan otel və digər xərcləri ödəməyi, qarşılığında isə ümumi borcdan çıxmağı xahiş etmişdir. Bunlara görə də 14600 manat pul ödəmişdir. Ümumilikdə 109490 manat pul tələbkara ödənilib. Ümumi borcdan həmin pulların çıxarılması xahiş edilmişdir.

6. İddiaçı tərəfindən yazılmış və 11 mart 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş ərizədən görünür ki, o, tələbkar Cavabdeh 12 oktyabr 2018-ci il tarixdə 20000 manat, 29 noyabr 2018- ci il tarixdə 25000 manat, 31 yanvar 2019-cu il tarixdə 10000 manat, 05 mart 2019-cu il tarixdə 20000 manat, cəmi 75000 manat pul ödəmişdir. 7. “BSB” X7 Məktəbi tərəfindən verilmiş 13 fevral 2020-ci il tarixli 005/3152 nömrəli arayışdan görünür ki, X3 həmin məktəbin 7-ci sinif şagirdidir, onun 2017/2018 və 2018/2019-cu tədris illəri üçün təhsil haqqı İddiaçı tərəfindən tam ödənilmişdir.

8. Borclu İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinə yazılmış 16 mart 2020-ci il tarixli ərizədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin2(103)-5062/2017 nömrəli icra sənədinə əsasən ərizəçidən Cavabdeh xeyrinə 610000 manat pul tutulmalı idi. 17 mart 2017-ci il tarixdə icra başlamışdır. Cavabdeh ona olan borcu əvəzləşdirilmiş və onun Cavabdeh 332000 manat borcu qalmışdır. 21 aprel 2018-ci il tarixdən başlayaraq o borcunu ödəmiş və bu günədək Cavabdeh bank hesabına 282630 manat pul köçürmüşdür. Eyni zamanda bundan əlavə övladlarının təhsili və digər xərcləri onun tərəfindən ödənilmişdir. Həmin pulun Cavabdeh hesabına ödənilməsi icra işinin başlanmasından sonra baş vermişdir. 282630 manat borcun Cavabdeh hesabına ödənilməsi barədə rəsmi arayış verilməsini xahiş etmişdir. 9. “BSB” X7 Məktəbi tərəfindən verilmiş ********** və ********** nömrəli 17 sentyabr 2021-ci il tarixli arayışlardan görünür ki, həmin məktəbin 11-ci sinif şagirdi X2 və həmin məktəbin 9-cu sinif şagirdi X1 2020/2021 tədris ilinə təhsil haqqı borcu yoxdur. 10. 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 23 av qust 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsi, ev 115 mənzil 18, Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsi, ev 115 mənzil 15, Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsi ev 115-də yerləşən 15 kv.m qeyriyaşayış sahəsi, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 99-da yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin borcun qismən ödənilməsi hesabına tələbkar Cavabdeh verilməsi və onun adına rəsmiləşdirilməsinin və qərardadın icra edilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır.

11. Borclu İddiaçı Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərardadından görünür ki, tələbkar Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 8(009)-205/2022 nömrəli qərardadının ləğv edilməsi, borclu İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)5 062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 28 aprel 2022-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayətin təmin edilməməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 267630 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı tərəfindən Cavabdeh xx.xx.2011-ci il tarixli etibarnaməsi ilə ona verilmiş səlahiyyətlərinin Ş.Mustafaye və verilməsinə dair Bakı şəhəri 51 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli etibarnamə, həmin etibarnamə əsasında mənzilin satılmasına dair etiraz etməməsi ilə bağlı imzaladığı xx.xx.2012-ci il tarixli ərizə və ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi və həmin mənzilin birgə mülkiyyətdə olan əmlak kimi Cavabdeh ilə İddiaçı arasında bərabər payda bölünməklə, Cavabdeh mənzildə 1/2 hissədə payının müəyyən edilməsi, İddiaçı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin hər birinin nizamnamə kapitalında olan 100% və "xxxx" MMC-nin nizamnamə kapitalında olan 50 % təsis paylarının ümumi birgə mülkiyyətdə olan əmlak kimi tərəflər arasında bölü nməsi, İddiaçı adına olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 4,0 ha və 10,0 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətdə olan əmlak kimi tərəflər arasında bölünməsi, həmin torpaq sahələri üzrə Cavabdeh 1/2 hissədə payının müəyyən edilməsi, İddiaçı mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısından əldə olunan 170.000 manat, ünvan 3 ünvanında yerləşən mənzilin alqı-satqısından əldə olunan 190000 manat, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,48 kv metr torpaq sahəsinin alqı-satqısından əldə olunan 120000 manat, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısından əldə olunan 160000 manat, cəmi ******* manat məbləğində pul vəsaitinin ümumi birgə mülkiyyət kimi Cavabdeh ilə İddiaçı arasında bərabər şəkildə bölünməsi və həmin pul v əsaitindən 610000 manatın İddiaçı alınıb Cavabdeh verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi qismən icra olunmaqla, həmin icra sənədi üzrə İddiaçı Cavabdeh 332000 manat borcu qalmışdır. İcra vərəqəsinin icraya yönəldilməsi prosesində borclar qarşılıqlı şəkildə əvəzləşdirilmiş və nəticədə İddiaçı Cavabdeh 278000 manat borcu qalmışdır. xx.xx.2018-ci il tarixdə Səbail rayon icra və probasiya şöbəsi tərəfindən icraat başlanmışdır. İddiaçı icra məmuruna müraciət etmiş və onun təklifi əsasında Cavabdeh məxsus bank hesabına həmin vəsaiti ödəməyə başlamışdır. Səbail rayon icra və probasiya şöbəsi xx.xx.2018-ci il tarixdə icraata başladıqdan sonra, xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh məxsus bank hesabına aşağıdak ı tarixlərdə və məbləğlərdə ödənişlər edilmişdir: xx.xx.2018-ci il tarixdə 3950 manat, xx.xx.2018-ci il tarixdə 400 manat, xx.xx.2018-ci il tarixdə 10000 manat, xx.xx.2018-ci il tarixdə 3650 manat, xx.xx.2018-ci il tarixdə 300 manat, xx.xx.2018-ci il tarixdə 3250 manat, xx.xx.2018-ci il tarixdə 3250 manat, xx.xx.2018-ci il tarixdə 3000 manat, xx.xx.2018-ci il tarixdə 3000 manat, xx.xx.2018-ci il tarixdə 750 manat, xx.xx.2018ci il tarixdə 14480 manat, xx.xx.2018-ci il tarixdə 17350 manat, xx.xx.2018-ci il tarixdə 34000 manat, xx.xx.2018-ci il tarixdə 7000 manat, xx.xx.2018-ci il tarixdə 5000 manat, xx.xx.2018-ci il tarixdə 20000 manat, xx.xx.2018-ci il tarixdə 25000 manat, xx.xx.2019-cu il tarixdə 10000 manat, xx.xx.2019-cu il tarixdə 20000 manat, xx.xx.2019-cu il tarixdə 10000 manat, xx.xx.2019- cu il tarixdə 20000 manat, xx.xx.2019-cu il tarixdə 20000 mana, xx.xx.2019-cu il tarixdə 20000 manat, xx.xx.2019-cu il tarixdə 10000 manat olmaqla, ümumilikdə 267630 manat məbləğində ödəniş edilmişdir. Lakin borc hesabına olunan ödənişlər Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh olan borc ödənişi kimi qəbul edilməmişdir, iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh ödənilmiş pul vəsaitlərinin təyinatı borcun ödənilməsi deyil, “uşaqların təhsil, səyahət və digər ehtiyaclarının ödənilməsi” kimi qiymətləndirilmişdir. Halbuki, Cavabdeh ilə iddiaçının uşaqlarının təhsil, səyahət və digər tələbatlarının ödənilməsi üçün sözügedən məhkəmə qərardadından əvvəlki dövrlərdə iddiaçı tərəfindən bu kimi ödənişlər aparılsa da, heç bir vaxt Cav abdeh bank hesabına köçürülməmişdir. Eyni zamanda, İddiaçı uşaqlarının ehtiyaclarının ödənilməsi üçün 2012-ci ildən bu günə qədər, o cümlədən 2018-2019-cu illərdə pul ödəmələrini birbaşa özü həyata keçirirdi. 2018-2019-cu illərdə bu ödəmələri Cavabdeh bank hesabına köçürməsi məntiqsizdir. “BSB” X7 Məktəbi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 005/3152 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçının qızı X1 2017/2018 və 2018/2019 təhsil illəri üçün təhsil haqqı İddiaçı tərəfindən tam ödənilmişdir. xx.xx.2018-ci il tarixli 0274 saylı arayışdan və xx.xx.2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdeh və uşaqların səyahəti üçün “Travel Time” şirkətinə 4680 manat məbləğində və əlavə olaraq 1561 manat pul ödənilmişdir. xx.xx.2018-ci il tarixli 0582 saylı arayış dan və xx.xx.2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdeh və uşaqların səyahəti üçün “Travel Time” şirkətinə 8318,70 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi, iddiaçı bir qayda olaraq, uşaqların təhsil haqqı və səyahət xərclərini şəxsən özü ödədiyi halda, eyni tipli xərclərin ödənilməsini kəskin münasibətdə olan sabiq həyat yoldaşının bank hesabına köçürməzdi. İddiaçı 267630 manat məbləğində olan pul vəsaitini Cavabdeh olan borc məbləğinin ödənilməsi üçün onun bank hesabına köçürmüşdür. Belə ki, Səbail rayon icra şöbəsinə ünvanlanan xx.xx.2018-ci il tarixli ərizəsində İddiaçı qeyd edir ki, “məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mülkiyyətində və tələbkar Cavabdeh istifadəsində olan “Prado” markalı avtomaşını borc əvəzi sonuncuya təklif e tmiş, lakin Cavabdeh həmin avtomobili qəbul etməkdən imtina etmişdir. Qəbzlərə görə tələbkarın hesabına 94930 manat pul ödənilmişdir. Bundan əlavə, tələbkar anası və yaxınlarının səhayətə getməsi ilə əlaqədar 14600 manat pulun ödənilməsini xahiş etmişdir. Həmin dövrdə tələbkar Cavabdeh cəmi 109400 manat ödənilmişdir. Səbail rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən “tələbkar Cavabdeh 75000 manat məbləğində ödəniş edilmişdir. Səbail rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsində İddiaçı qeyd edir ki, “icra işi başlandığı vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən sonra, xx.xx.2018-ci il tarixdən başlayaraq, indiyədək tələbkar Cavabdeh borcunu ödəmiş və bu günədək onun bank hesabına 282630 manat pul köçürmüşdür. Bundan əlavə uşaqlarının ehtiyacları üçün təhsil haqqı və sair onun tərəfindən ödənilmişdir”. İddiaçı ərizəsində xahiş edir ki, 282630 manat borcun Cavabdeh hesabına ödənilməsi barədə rəsmi arayış verilsin. İki dəfə eyni növ xərclərə iddiaçının ödəniş etməsi heç bir məntiqə sığmır. İddiaçı tərəfindən ödənilən 267630 manat məbləğində olan pul vəsaiti cavabdeh tərəfindən “uşaqlarının təhsil, yemək, geyim, istirahət xərcləri və sair” ödənişlər kimi qiymətləndirilmişdir. Əgər həqiqətən də belə idisə, iddiaçı təhsil və istirahət xərclərini əlavə olaraq ödəməli idi. Digər tərəfdən, ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən təyinatı üzrə (uşaqların təhsil haqqı, geyim, səyahət və sair) xərclənməsinə dair hər hansı sübutu varsa, tədqim edilsin. Cavabdehin əsas gətirdiyi “vhatsap yazışmaları” iddiaçını n ödədiyi 267630 manat məbləğlə üstüstə düşmür. Belə ki, cavabdehin təqdim etdiyi “vhatsap yazışmaları” ilə “uşaqların ehtiyacları üçün ödənişlər” arasındakı fərq 87400 manat təşkil edir. Digər tərəfdən, İddiaçı uşaqların saxlanılması üçün 2012-ci ildən indiyədək mütəmadi olaraq aliment ödəyir. Uşaqların bahalı xarici səyahətləri, ödənişli təhsil almaq və digər bu kimi xərclərin imperativ şəkildə ödənilməsi isə ailə qanunverciliyində nəzərdə tutulmamışdır, bu məsələlər tərəflərin qarşılıqlı razılığı əsasında könüllü və müştərək qaydada həll olunur. Cavabdeh bank hesabına ödənilmiş 267730 manat məbləğində pul vəsaiti, uşaqların ehtiyacı üçün deyil, cavabdehə olan 332000 manat borcun ödənilməsi məqsədi ilə həyata keçirilmişdir. İddiaçının uşaqları ilə sosial şəbəkələrdə yazışmaları ilə bağlı qeyd etmək zəruridir ki, “vhatsapp yazışmaları” mötəbərliyi və həqiqiliyi baxımından şübhə yaratmamalı, onların kimin tərəfindən kimə ünvanladığı qanunla müəyyən edilmiş qaydada müəyyən olunmalıdır. Bundan əlavə, İddiaçı tərəfindən tələbkar Cavabdeh bank hesabına ödənilən pul vəsaitlərinin üzərində sonuncunun sərəncam hüququ vardır, yəni Cavabdeh ona məxsus olan pul vəsaitini istədiyi yerə, o cümlədən uşaqlara xərcləyə bilərdi. Bununla yanaşı, heç bir fakt təsdiq etmir ki, iddiaçı tərəfindən Cavabdeh bank hesabına köçürülən pullar uşaqların ehtiyacları üçün xərclənmişdir. İddiaçının bu barədə mümkün olan məsləhətləri cavabdeh üçün məcburi deyildir. Cavabdeh ona köçürülən pul vəsaitini özü bildiyi kimi xərcləmişdir. Ödəniş olduğu müddətdə Cavabdeh həmin bank hesabından aldığı pulları uşaql arın ehtiyacları üçün ödənilməsi barədə icra məmuruna bildirməmişdir. Belə olan halda, cavabdehin bank hesabına ödənilmiş 267630 manat məbləğində pul vəsaiti əsassız varlanma kimi qiymətləndirilərək, cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında iddiaçı tərəfindən cavabdehin bank hesabına ödənilmiş pul vəsaitinin “uşaqların ehtiyaclarının ödənilməsi” kimi qiymət verilməsi ilə bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.3cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı mülki iş üzrə deyil, icra məmurun un qərarından şikayət üzrə icraat qaydasında çıxarılmışdır. Odur ki, hazırki iddia tələbi üzrə sübutlar mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun təhlil edilməli və onlara obyektiv qiymət verilməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

15. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-383/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı ilə uşaqları arasında olan yazışmalardan iddiaçının müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul vəsaitlərini cavabdehin b ank hesabına köçürməsi və həmin köçürmələrin təyinatı aydın görünür. Belə ki, iddiaçı müəyyən məbləğlərdə pul vəsaitlərini cavabdehin bank hesabına köçürdükdən sonra uşaqlarına yazdığı mesajlarda “xadimənin, mühafizəçinin əmək haqqları, müəllimlərin pulu, kirayə haqqı, düşərgə üçün, səyahət və s.” kimi təyinatları göstərərək, cavabdehin hesabına nə üçün nə qədər pul göndərdiyini qeyd etmişdir. Bu yazışmaların heç birində iddiaçı tərəfindən uşaqlara analarına olan borcun (onun bir hissəsinin) ödənişi ilə bağlı qeyd edilməmişdir. Yazışmaların mahiyyətindən pulların əsasən uşaqların xərcləri üçün cavabdehin hesabına göndərildiyi müəyyən olunur. Yəni yazışmalardan görünür ki, iddiaçı həmin pulları uşaqlarının zəruri xərclərini qarşılaması məqsədilə cavabdehə bağışlamışdır. Əgər həmin pullar ic ra sənədi üzrə borcun ödənilməsi məqsədilə cavabdehə göndərilsəydi, iddiaçının həmin pulların təyinatını mesajlarda göstərməzdi. Belə ki, qeyd edildiyi kimi, o, cavabdehə olan borcunu ödəmiş olsaydı, cavabdehin əldə etdiyi pulları hansı istiqamətə xərcləməsi barədə uşaqlara yazdığı mesajlarda göstəriş vermək onun cavabdehin vəsaiti üzərində sərəncam verməsi hesab olunardı. Hazırki vəziyyətdə isə məhkəmə hesab edir ki, iddiaçı, uşaqlarının zəruri xərclərini ödəməkdə cavabdehə kömək etmək məqsədilə və həmin xərclərin ödənilməsi şərtilə ona həmin pulları bağışlamış, bağışlamanın məqsədi uşaqlarına layiqli həyat səviyyəsini təmin etmək olmuşdur.

18. Hazırki mübahisənin predmetini təşkil edən münasibətlər əsassız varlanma deyil, bağışlama müqaviləsindən irəli gələn münasibətlərdir. İddiaçı ümum ilikdə 226430 manat və 20000 ABŞ dolları məbləğlərində pul vəsaitini cavabdehə əsasən uşaqların xərclərini qarşılamaq şərtilə bağışlamış, cavabdeh isə həmin pulu qəbul etmişdir. İddiaçı tərəfindən 14559,8 manat məbləğində pul vəsaiti isə uşaqlarının səyahət etməsi üçün sərf edilmişdir. İddiaçı cavabdehin varlanması üçün xərcləri könüllü olaraq çəkdiyini mübahisələndirmir.

19. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, icra sənədi üzrə cavabdehə olan borcunu ödəmək məqsədilə müxtəlif tarixlərdə ümumilikdə 267630 manat məbləğində pul vəsaitini cavabdehin hesabına köçürmüş, lakin cavabdeh bunu borcun ödənişi kimi qəbul etməyərək iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır.

20. Məhkəmə hesab etmişdir ki, sübutetmə yükü, yəni cavabdehə həmin pulları məhz icra vərəqəsi üzrə bo rcun ödənişi kimi göndərməsini, habelə cavabdehin onun hesabına hüquqi əsas olmadan varlandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

21. İddia tələbini sübuta yetirmək üçün iddiaçı məhkəməyə müxtəlif tarixli qəbzlər, cavabdeh isə etirazının əsası kimi iddiaçı ilə uşaqlarının arasında “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış yazışmaları təqdim etmişdir. Həmin qəbzlərdən iddiaçı tərəfindən cavabdehin hesabına müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə mədaxillər edilməsi, yazışmalardan isə hazırki mübahisənin predmetini təşkil edən pul vəsaitlərinin uşaqların zəruri xərclərinin qarşılanması şərtilə cavabdehə bağışlanması aydın olur.

22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı ilə uşaqları arasında “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış yazışmaların məzmunu iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halın mövcud olmadığı və hazırki mübahisənin predmetini təşkil edən münasibətlərin bağışlama müqaviləsindən irəli gələn münasibətlər olması nəticəsinə gəlməyə əsas verir.

23. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, iddia tələbi əsassız olduğundan, iddia müddətinin tətbiqinə ehtiyac qalmamışdır.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666, 670.1, 1091.1, 1091.2 və 1093.1-ci və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya mə hkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2637/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımovun sədrliyi və məruzəsi ilə, Fuad Abdıyev və Xəyal Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsində və apellyasiya şikayətinin əsasını təşkil edən xüsusatlar Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərardadında araşdırılmış xüsusatlarla eynilik təşkil edir, yəni bu hallar həmin işə baxılarkən araşdırılmışdır. Qey d olunan hallara məhkəmə qətnaməsi ilə deyil, qərardadla qiymət verilsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 yanvar 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə “..., preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyy ətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər.”

28. Birinci instansiya məhkəməsinin qətnaməsində “watsapp” yazışmalarındakı 200230 manat məbləğindəki misallara istinad edilməsi, yazışmalarda 67000 manatın qeyd olunmamasına qiymət verilməməsi barədə dəlilə qiymət verərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərardadı yalnız 200230 manat pul vəsati ilə bağlı qəbul edilməmişdir, qərardadın məzmunundan görünür ki, mübahisənin predmeti məhz hazırkı iddianın predmetini təşkil edən pul vəsaiti olmuş və pul vəsaitinin təyinatı ilə bağlı həmin qərardada əsasən hüquqi dəyərləndirmə aparılmışdır.

29. Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin digər dəlilləri birinci instansiya məh kəməsi tərəfindən mübahisə predmeti olan pul vəsaitinin təyinatı, hansı məqsədlə ödənilməsinin düzgün araşdırılmaması ilə bağlı olduğundan və yuxarıda qeyd olunduğu kimi, bu məsələlərə qanuni qüvvəyə minmiş məhkəmə qərardadına əsasən qiymət verildiyindən həmin xüsusatlar üzrə araşdırmaya hazırkı məhkəmə baxışında zərurət görmür

30. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 1091.1, 1092.1 və 1095-ci, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 82.3, 217.1 və 217.3-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublik asının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 yanvar 2022-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək (Vəkil3), apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmələr tərəflər arasındakı yazışmalarda qeyd edilməyən 67000 manat vəsait hissəsində də iddianı təmin etməklə pozuntuya yol vermişlər. Belə ki, uşaqları ilə vatsapp yazışmalarını sübut kimi qəbul edən məhkəmə, məhz həmin vəsaitin hara xərclənməsini təsdiq edən sənədin olmamasına baxmayaraq, bu halı araşdırmamışdır. Həmçinin telef onda olan yazışmaların həqiqiliyinin müyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə vəsatət versə də, əsassız olaraq təmin edilməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli qərardadı preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, həmin qərardadla hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməmiş, tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməmiş və çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Həmçinin sözügedən qərardadın yuxarı instansiya məhkəməsində mübahisələndirilməsi mümkün olmamışdır. Bunlara baxmayaraq, həmin qərardad preyudisial əhəmiyyətli qiymətləndirilərək, qanunvericiliyin tələbləri pozulmuşdur.

34. İddiaçı kassasiya şikayəti şikayətini Azərbaycan R espublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, və 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 yanvar 2022-ci il tarixli Qərarına, eləcə də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 6.3, 77.1, 81 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzə rdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

38. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

39. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

40. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun m əhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 yanvar 2022-ci il tarixli Qərarı: “...hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliy i prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. Qanunun tələbinə görə, kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiy ası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdı rılmaqla müvafiq prosessual normalarına uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

53. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli qərardadını hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan məhkəmə aktı kimi qəbul etməkdə apellyasiya instansiyası məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozması ilə barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəmə si iddianı rədd edərkən təkcə həmin qərardadla müəyyən edimiş hallara deyil, iddiaçının uşaqları ilə “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış yazışmaları və digər sübutlara istinad etmiş, düzgün olaraq cavabdehin hesabına köçürülmüş pul vəsaitinin məhkəmə qətnaməsinin icrası ilə bağlı olmaması, uşaqlarının zəruri xərclərini ödəməkdə cavabdehə kömək etmək məqsədilə və həmin xərclərin ödənilməsi şərtilə cavabdehə həmin pulları bağışlaması, bağışlamanın uşaqlarına layiqli həyat səviyyəsini təmin etmək məqsədli olması qənaətinə gəlmiş, apellyasiya məhkəməsi haqlı olaraq bu qənaətlə razılaşmışdır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2637/2023 saylı, 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar