Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3986/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, cavabdehin vəkili M iştirakı ilə, İddiaçı1 cavabdeh X6ma qarşı hasarın sökülməsi, giriş-çıxış yolunun açılması və mülkün əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayətinə açıq m əhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.Şirinov) iddia təmin edilməmiş və iş üzrə məhkəmə ekspertiza xərci olan 100 (yüz) manatın İddiaçı1 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319a ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən L.Süleymanov, hakimlər İ.Şəfiyev və Ç.Məmmədov) İddiaçı1 apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı1 cavabdeh X6ma qarşı hasarın sökülməsi, gi riş-çıxış yolunun açılması və mülkün əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tikilmiş ara barının sökülməsi, gediş-gəliş yolunun açılması və mülkün əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər X, X1 və X7ma qarşı gediş-gəliş yolunun istifa də qaydalarının bərpa olunması, tikintinin tikilməsinin qanunsuz hesab edilməsi və məhlə tərəfə açılan qapı və pəncərələrinin bağlanması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2002-ci il tarixli qətnaməsi ilə İddiaçı1nm cavabdehlər X8, X, X3, X4 və XZ qarşı XZ xx.xx.2001-ci il tarixli xxx saylı sərəncamının ləğv edilməsinə və evdə X tikintilərinin sökülməsinə dair iddiası rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İşin hallarından görünbür ki, İddiaçı1 cavabdehlər X (hazırkı iş üzrə cavabdeh X2 mərhum həyat yoldaşı), X1 və X4 qarşı gediş-gəliş yolunun istifadə qaydalarının bərpa olunması, tikintinin tikil məsinin qanunsuz hesab edilməsi və məhəllə tərəfə açılan qapı və pəncərələrinin bağlanması tələbinə dair məhkəmədə iddia qaldırmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Daha sonra İddiaçı1 cavabdehlər X8, X, X3, X4 və XZ qarşı XZ xx.xx.2001ci il tarixli xxx saylı sərəncamının ləğv edilməsinə və evdə X tikintilərinin sökülməsinə dair məhkəmədə iddia qaldırmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2002-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qüvvədə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X (hazırkı iş üzrə cavabdeh X2 mərhum həyat yoldaşı) tərəfindən qonşuluq hüquqlarımı pozulmasına dair Azərbaycan Respublikası MMnin 169-176-cı maddələrində nəzərdə tutulan əlamətlər və nəticələr yoxdur. Həmçinin, qüvvədə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi və onunla əlaqədar qəbul edilmiş yuxarı instansiya məhkəmələrinin yekun qərarları ilə müəyyən edilmişdir ki, iddiaçının əsas tələbi cavabdeh tərəfindən koridorla düzəldilmiş mətbəxin sökülməsi, giriş-çıxış yolunun açılması və qonşuların həmin yoldan ist ifadə etməklə, iddiaçının istifadə etdiyi giriş-çıxış yolundan istifadə etməməsi ilə bağlı olmuşdur, hansı ki, qonşular daimi olaraq (iddiaçı o məhləyə gələnə qədər) və halhazırda o yoldan istifadə etməklə həmin məhəllədə olan tualetdən, su hovuzundan və kanalizasiya xəttindən istifadə etmişlər. Ona görə də, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Göründüyü kimi, İddiaçı1 cavabdeh X2 mərhum həyat yoldaşı X qarşı gediş- gəliş yolunun istifadə qaydalarının bərpa olunması, tikintinin tikilməsinin qanunsuz hesab edilməsi və məhəllə tərəfə açılan qapı və pəncərələrinin bağlanması tələbi və XZ xx.xx.2001-ci il tarixli xx saylı sərəncamının ləğv edilməsi, evdə X tikintilərinin sökülməsi tələbinə dair iddialarla məhkəməyə müraciət etmiş və qüvvədə olan məhkəmə aktları ilə iddiasının əsas sız olması müəyyən edilərək, iddiaları rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən hər bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndiirlmir və yenidən sübut edilmir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kasasiy a şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3986/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3986/2020
08.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver