Məhkəmə qərarları › İş №2(102)-3988/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3988/2023

05.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3988/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-yə qarşı məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5314/2023 nömrəli iş üzrə 11 avqust 2023-cü il tarixli qərardadından cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi xidmət üçün ödədiyi 3.000 manat vəsaitin, məhkəmə qərarlarından verdiyi şikayətlər üzrə ödənilmiş dövlət rüsumlarının əvəzi 45 manat və hazırkı iddia üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-222/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən hüquqi xidmət üçün ödənilmiş 3.000 manat, digər iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, cəmi 3.030 manat pul və hazırkı iş üzrə ödənilmiş dövlət rüsumunun 45 manat hissəsi nin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

3. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5314/2023 nömrəli iş üzrə 11 avqust 2023-cü il tarixli qərardadı ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “... MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mü bahisələndirildiyi göstərilməlidir. Lakin apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl olunmamış, şikayətdə “qətnamənin ləğv edilməsi” məzmunda xahiş əks olunmuş, mübahisənin həlli (iddianın tam, yaxud hansı hissədə qismən rədd edilməsi) ilə bağlı hansı qərarın qəbul olunmasına dair tələb dəqiq ifadə edilməmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi də qanunun müzakirə edilən məcburi tələblərinə zidd olaraq, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməyən apellyasiya şikayətini qaytarma lı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

6. Qərardadla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Kassasiya şikayətinin dəlillərinə görə, mümkünlük üçün əsaslar olmasa belə, məhkəmə tərəfindən qəbul edilməməsi imperativ şərt deyil. Yəni, məhkəmə işi icraata qəbul edib, işə baxılma vəziyyətində də müvafiq şikayət tələbini dəqiqləşdirə də bilər. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayətin mahiyyətini araşdırmadan qeyri-mümkün hesab edilməsi barədə qərardad çıxarmışdır. Verilmiş apellyasiya şikayəti Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin (MPM) 361-ci maddəsinin tələblərinə tam riayət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MPM-in 361.1.4-cü maddəsini əsas götürməklə apelyasiya şikayətini qeyri-mümkün hesab etdiyini əsaslandırsa da, apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, qətnamənin ləğv edilməsi, yəni həmin qətnamə bütünlüklə mübahisələndirilmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti məzmun və mahiyyət etibarı ilə düzgün tərtib edilməsə idi, qanunvericiliyin müəyyən etdiyi qaydada birinci instansiya məhkəməsi tərəfindən şikayət geri qaytarıla və müvafiq düzəlişlər edilərək, yenidən təqdim edilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasın ın Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 10. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

11. MPM: Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci m addəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxla ya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

12. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2 021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

14. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyasının məhkəmə aktı şikayətdə irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.

15. Məhkəmə kollegiyası hüququn inkiş afının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

17. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş h üquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüqu q və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və sözügedən hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər.

18. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən bir qismi MPM-in 363-cü maddəsində müəyyən olunmuşdur. Həmin normada apellyasiya şikayətinin b irinci instansiya məhkəməsi tərəfindən hansı hallarda qaytarılması tənzimlənmişdir.

19. Bu kontekstdə, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməmə si və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. 20. “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavənin “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” adlı 4-cü hissəsindən aydın olur ki, həmin Əlavə həm məhkəmə qətnamələrinə, həm də qərardadlara şamil olunur. Eyni nəticə Əlavənin 7-ci hissəsindən də irəli gəlir.

21. Apellyasiya şikayətinin sözügedən 2 saylı Əlavədə nəzərdə tutulan formada verilməsi MPM-in 361.1-ci maddəsinin tələbidir.

22. Apellya siya instansiyası məhkəməsi də öz qərardadını MPM-in 361.1.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbini və məhkəmə aktının hansı hissədə mübahisələndirdiyini göstərməli olması, lakin şikayətdə qeyd olunan imperativ göstərişə əməl olunmaması, şikayətdə “qətnamənin ləğv edilməsi” məzmunda xahiş əks olunsa da, mübahisənin həlli (iddianın tam, yaxud hansı hissədə qismən rədd edilməsi) ilə bağlı hansı qərarın qəbul olunmasına dair tələbin dəqiq ifadə edilməməsi ilə əsaslandırmışdır.

23. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 361.1-ci maddəsinin və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavənin tələblərinin icrası ilə bağlıdır, sözügedən tələblərə isə cavabdehin apellyasiya ş ikayətində əməl olunmamışdır.

24. Bu mənada, məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşmır və onun dəlillərini əsassız sayır. Belə ki, MPM-in 361.1-ci maddəsinin və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavənin tələbləri imperativdir, yəni icrası həm tərəflər üçün, həm də yerinə yetirilib-yetirilməməsinin yoxlanılması baxımından məhkəmə üçün məcburidir.

25. Eyni qaydada, apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasını tələb edən 363.1.1-1-ci maddəsi də imperativ normadır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən nöqsanları ehtiva edən şikayətin qaytarılmaması həmin prosessual sənədin qanunun imperativ göstərişlərinə cavab verməsi ilə eyniləşdirilə bilməz. 26.Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. 27.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5314/2023 nömrəli iş üzrə 11 avqust 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar