Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-399/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X2 “X1” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: vicdanlı əldə edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu, Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 sentyabr 2023-cü il tarixli, 2(105)-1295/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. X1” ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış 02 mart 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, illik 30 faiz ödəmək şərti ilə 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmiş, 02 may 2012-ci il tarixdə kredit müqaviləsinə edilən 1 saylı əlavəyə əsasən ona kredit xətti daxilində 4000 manat, 05 iyun 2012-ci il tarixdə isə 5000 manat məbləğində kredit verilmişdir.
3. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı məxsus və 40000 manat dəyərində qiymətləndirilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi 02 mart 2012-ci il tarixli ipoteka müqaviləsi əsasında bank qarşı sında ipoteka ilə yüklü edilmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı 02 mart 2012-ci il tarixli, 9615 saylı kredit müqaviləsi üzrə 17.613 (on yeddi min altı yüz on üç) manat məbləğində əsas kredit borcu, 2480 (iki min dörd yüz səksən) manat məbləğində faiz borcu, 750 (yeddi yüz əlli) manat məbləğində cərimə faiz borcu, ümumilikdə isə 20.843 (iyirmi min səkkiz yüz qırx üç) manat kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nin Sumqayıt filialına olan borcun qaytarılması qət olunmuşdur.
5. Abşeron Rayon Mə hkəməsinin 23 noyabr 2018-ci il tarixli (hakim C.Səfiyeva) qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013cü il tarixli qətnaməsinin icrası üzrə İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatın ləğv edilməsi, "Daşınar və Daşınmaz Əmlakların Satışı X3" MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun və X1 ASC ilə bağladığı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əsasda X1 ASC-nin adına DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi) T.Quliyev və G.Tağızadə) apelyasiya şikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Ali Məhkəmənin mülki kollegiyasının 2(102)-1862/2021 nömrəli, 20 may 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-677/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1, X2 “X1” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna, üçüncü şəxslər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Sumqayıt Regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adında olan çıxarışın ləğv edilməsi və torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Maraqlı şəxs2at kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bunun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh1 torpaqdan çıxarılması, mülki iddia qaldırmağına görə ödədiyi 100 manat dövlət rüsumunun cavabdeh tərəfindən ona ödənilməsibarədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia belə əsaslandırılmışdır ki məhkəmə qətnaməsinin nəticəsini bilmək üçün 2015-ci ili n sonunda Sumqayıt Şəhər Məhkəməsində olmuş, şifahi olaraq ona bildirilmişlər ki, qətnamə icra edilməsi üçün Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. Ona görə də Abşeron rayon İcra şöbəsinə müraciət etmişdir. Həmin şöbə tərəfindən ona verilmiş xx.xx.2016-cı il tarixli cavab məktubunda göstərilir ki, ondan “X1” ASC-nin xeyrinə 20863 manat məbləğində pul vəsaitinin tutulmasına, tələbin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsinə, torpaq sahəsinin açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcunun ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsi xx.xx.2013-cü il tarixdə şöbənin icraatına daxil olmuş, torpaq sahəsi mütəxəssis tərəfindən 10000 manat dəyərində qiy mətləndirilərək, satış üçün “Daşınar və daşınmaz əmlakların satış mərkəzi”nə sifariş verilmiş, əmlak 6375 manat məbləğində satıldığı üçün xx.xx.2014-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. “Daşınar və daşınmaz əmlakların satış mərkəzi”nin əmlakının qiymətləndirilməsi hesabatının ləğv edilməsi barədə xx.xx.2018-ci il tarixdə həmin təşkilata rəsmi ərizə ilə müraciət etmiş və ona xx.xx.2018-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, 454 saylı, xx.xx.2013-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvi üçün məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadından göründüyü kimi, məhkəmə mübahisələri davam etdiyi və qətnamə qanuni qüvvəyə minm ədiyi halda, qanunsuz olaraq Abşeron rayon İcra şöbəsi tərəfindən məhkəmə qətnaməsi icra olunmuş və şəxsi mülkiyyəti olan 0,10 ha torpaq sahəsi qanunsuz yolla ucuz qiymətə alıcı qismində banka satılmışdır. Beləliklə, keçirilmiş hərraclar və torpaq sahəsinin ipoteka saxlayanın mülkiyyətinə keçməsi “İcra haqqında” qanuna ziddir. Belə ki, “İcra haqqında” qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat dayandırılır. Həmin qanunun 17.1.7-ci maddəsinə görə icraatda olan iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Bu halda, ap ellyasiya şikayətinin Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi əsasında başlanmış icraat qeyd olunan maddəyə əsasən dayandırılmalı idi. Lakin icraat dayanmamış və nəticədə məhkəmənin yekun nəticəsini gözləmədən torpaq sahəsi mülkiyyətindən çıxmışdır. Bundan sonra, “Daşınar və daşınmaz əmlakların satışı X3” tərəfindən hərrac keçirilmiş, lakin hərracda torpaq sahəsi satılmamışdır. Torpağın qiymətləndirmə prosesində və hərracın keçirilməsində iştirakı təmin olunmamış, mülkiyyətində olan 0,10 ha torpaq sahəsi dəyərindən bir neçə dəfə ucuz olmaqla 10000 manat dəyərində qiymətləndirilmişdir. Abşeron rayon İcra şöbəsinin ona göndərdiyi xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, torpaq sahəsi mütəxəssis tərəfindən 10000 manat dəyərində qiymətləndirilərək, satış üçün “Daşınar və daşınmaz əmlakların satış mərkəzi”nə sifariş verilmiş əmlak 6375 manat dəyərində satıldığı üçün xx.xx.2014-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. Ona məxsus olan Saray qəsəbəsindəki 0,10 ha torpaq sahəsinin hər sotunun 2013-cü ildə bazar qiymətini bilməkdən ötrü Sumqayıt evlərin alğı-satqısı və kirayə verilməsi mərkəzinə müraciət etmiş, həmin mərkəz tərəfindən verilmiş arayışda Saray qəsəbəsi ərazisindəki ona məxsus və eyni zamanda ona yaxın ərazilərdə torpaq sahəsinin hər sotunun 2013-cü ildə bazar qiymətinin 4000- 4500 manat civarında, hazırki vəziyyətdə is ə hər sotunun bazar qiymətinin 4000-5000 manat civarında olması göstərilmişdir. Ona torpağının hərraca qoyulub satılması bildirilməmiş, torpağın qiymətləndirmə prosesində iştirakı təmin olunmamışdır. Qiymətləndirmə prosesində yalnız iddiaçı tərəfin maraqları təmin edilmişdir. Torpaq hərraca qoyulub satılırsa, əvvəlcə torpağı almaq ona təklif olunmalı, imtina etdiyi halda, digər şəxsə satılmalı idi. 40000-45000 manat dəyərində olan torpaq sahəsinin qiyməti ucuz-10000 manat müəyyən edilmişdir. Eyni zamanda, ipoteka saxlayan “X1” açıq səhmdar cəmiyyəti ilə aralarında 02 mart 2012ci il tarixdə bağlanmış 766 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndində onun ipotekaya qoyduğu 0,10 ha torpaq sahəsi bank tərəfindən 40000 manat məbləğində qiymətləndirilmişdir. Nəticə etibarı ilə cavabdeh təşkilat xx.xx.2014-cü ildə hərrac keçirmişdir. Hərracın nəticəsi kimi onun mülkiyyəti olan torpaq sahəsi 14/01 saylı, xx.xx.2014-cü il tarixli protokol ilə 6375 manata “X1” açıq səhmdar cəmiyyətinə satılmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 17 fevral 2014-cü il tarixdə “Daşınar və daşınmaz əmlakların satışı X3”nə müraciət edərək hal-hazırda bankla məhkəmə mübahisəsinin davam etməsi barədə məlumat vermiş, bu məktubu hərrac mərkəzində xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2014-cü il tarixli, 13/57 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsinə aid icra sənədi üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi məhkəmə araşdırmalarının predme ti olduğu zaman icraya yönəlmiş, tələb ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilmiş, həmin torpaq sahəsi təkrar hərracda satılmadığı üçün 10.000 manat ilkin satış qiymətindən 25 % aşağı olmaqla 20 fevral 2014-cü il tarixli, 14/01 saylı protokolla tələbkar banka təklif edilmiş, bankla elə həmin tarixli alğı-satqı müqaviləsi əsasında bank borcun qismən əvəzi kimi 6375 manat dəyər hesabı ilə torpaq sahəsini qəbul etmişdir. 02 mart 2012-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi ipoteka qoyularkən bank tərəfindən 40.000 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixl i hesabatından görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi tələblə təklifın qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 10000 manat təşkil edir. "xxxx" MMC-nin 09 iyun 2020ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı ipotekaya qoyduğu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixinə bazar dəyəri nəzərə alınmaqla ilkin satış qiyməti 45000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı ipotekaya qoyduğu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin orta bazar qiyməti 44000 manat, likvid dəyəri 40000 manat müəyyən edilmişdir. Bundan başqa ipoteka predmetinin ilkin satış qiyməti ilə qiymətlənd iricinin hesabatı arasında kəskin uyğunsuzluq olmuş, bu uyğunsuzluğun aradan qaldırılması üçün digər qiymətləndiricinin rəyinin alınmalı olduğu halda alınmamışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 454 saylı hesabatın, “Daşınar və daşınmaz əmlakların satışı X3” MMC-nin keçirdiyi hərracın nəticələrinin 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolunun, bankla alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də Abşeron Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli (hakim C.Səfiyeva) qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Mə hkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsinin icrası üzrə İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatın ləğv edilməsi, “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun və “X1” ASC ilə bağladığı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əsasda “X1” ASC-nin adına DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Abasov və A.Abbasov) hazırki iş üzrə Abşeron rayon M əhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Abşeron rayon İcra və Probasiya şöbəsinə, X2 “X1” açıq səhmdar cəmiyyətinə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” məhdud məsuliyyətli cəmiyyətinə, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmlakların qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin, 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun, alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi tələbinə dair mülki iş üzrə iddiası təmin edilməmişdir. Ali Məhkəmənin mülki kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi) İ.Xələfov və Ə.Şadıyev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülk i kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, hərracın keçirilmə vaxtına və iş üzrə çıxarılmış məhkəmə aktlarının tarixindən aydın olur ki, hərrac qanuni qüvvəyə minməmiş məhkəmə aktı əsasında keçirilmişdir. Belə ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsini aldıqdan sonra ondan apellyasiya şikayəti vermiş, sonradan şə apellyasiya və kassasiya qaydasında baxılmışdır. İcra icraatı üzrə tələbkar olan hazırkı iş üzrə cavabdeh hərracın keçirildiyi vaxtda həmin iş üzrə çıxarılmış məhkəmə qətnaməsi mübahisələndirilmiş və qətnamə qanuni qüvvəsini almamışdır. “İcra haqqında” qanunun 17.1.4-cü maddəsinə əsasən icra sə nədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat dayandırılır. Həmin qanunun 17.1.4-cü maddəsinə görə icraatda olan iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Bu halda, apellyasiya şikayətinin Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi əsasında başlanmış icraat qeyd olunan maddəyə əsasən dayandırılmalı idi. Lakin icraat dayanmamış və nəticədə məhkəmənin yekun nəticəsini gözləmədən torpaq sahə si mülkiyyətindən çıxmışdır. Bundan sonra, “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” tərəfindən hərrac keçirilmiş, lakin hərracda torpaq sahəsi satılmamışdır. Torpağın qiymətləndirmə prosesində və hərracın keçirilməsində iştirakı təmin olunmamış, mülkiyyətində olan 0,10 ha torpaq sahəsi dəyərindən bir neçə dəfə ucuz olmaqla 10000 manat dəyərində qiymətləndirilmişdir. Abşeron rayon İcra şöbəsinin ona göndərdiyi xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, torpaq sahəsi mütəxəssis tərəfindən 10000 manat dəyərində qiymətləndirilərək, satış üçün “Daşınar və Daşınmaz Əmlakın Satış Mərkəzi”nə sifariş verilmiş əmlak 6375 manat dəyərində satıldığı üçün xx.xx.2014- cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. İddianı təmin etm əyən apellyasiya instansiya məhkəməsi hərrac barədə iddiaçıya məlumat verilməsinə əsaslansa da, nəzərə almamışdır ki, iş üzrə çıxarılmış məhkəmə qətnaməsi mübahisələndirildiyindən və qətnamə qüvvəsini almadan hərrac keçirilə bilməzdi və bu qaydalar pozulmaqla keçirilmiş hərracın nəticələri qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nin xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsində torpağın Cavabdeh1 adına verilməsi barədə çıxarışın və buna dair sənədlərin götürülüb məhkəməyə təqdim edilməsi barədə 3 dəfə həmin idarəyə vəkil sorğuları göndərilsə də, sənədlərin göndərilməsi təmin olunmamışdır. Ona görə də iş üçün mühüm əhəmiyyət kəsb edən-torpaq sahəsinin Cavabdeh1 adına özgəninkiləşdirilməsi barədə çıxarış məhkəmənin qərardadına əsasən götürülməsi zərurəti yaranmışdır. Sumqayıt Asan Xidmət mərkəzinin notariat kontoru tərəfindən təqdim olunmuş xx.xx.2015-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 0,10 ha torpaq sahəsi “X4” ASC tərəfindən 14200 manata Cavabdeh1 satılmışdır. Notariat kontoru tərəfindən təqdim olunmuş Seriya RX ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın sürətindən görünür ki, həmin torpaq sahəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında D aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsində “X1” ASC-nin adına mülkiyyət kimi qeydə alınmışdır.
10. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X2 "X1" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Eyni predmet barəsində məhkəmə qətnaməsi mövcud olduğuna görə qeyd edilən əsaslarla iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(060)-601/2023 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə eyni tərəflər arasında olan mübahisə predmetindən getmədiyindən, qanunvericiliklə işin icraatına xitam verilməsi üçün hallar müəyyən edilməmişdir. İddia tələbinin əsaslı olması məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. əqdin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adında olan çıxarışın ləğv edilməsi və torpaqdan çıxarılma tələbinə dair iddia irəli sürməklə İddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını əsaslandıra bilməmiş, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili iddiaçının əqdin etibarsızlığını, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad etməklə, (vicdanlı alıcı) cavabdeh qismində Cavabdeh1 əqdin etibarsızlığına dəlalət edən hansı hərəkətlərə yön verdiyini əsaslandıra bilməmişdir. Bundan əlavə iş mate riallarında olan apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərkən "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 454 saylı hesabatın da etibarsız hesab edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatını ləğv etmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərini pozması halı müəyyən edilmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutlar qiymətləndirilərkən iddia tələbi əsassız olmaqla öz təsdiqini tapmamışdır.
14. Məhkəmənin mövqeyinə görə İddiaçı ərizəsində qeyd etdiyi hallarla, təqdim etdiyi sübutlar arasında zidiyyət təşkil edərək iddia tələbinin əsası kimi istinad etd iyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324, 337, 390.1, 390.2, 390.3, 337, 339, 427.3, 442, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. İşin faktiki halları ilə müəyy ən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha toppaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə xx.xx.2013-cü il tarixli 454 saylı hesabatı ləğv edilmiş, “Daşınar və Daşınmaz Əmlakın Satışı X3” MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı xx.xx.2014-cü il tarixli protokolu və “X1” ASC ilə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və bu əsasla “X1” ASC-nin adına DƏDRX tərəfindən verilmiş çıxarış ləğv edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyanın xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyanın xx.xx.2021-ci il tarixli qərarı ilə qüvvədə saxla nılmışdır. Qərar icraya yönələndən sonra İddiaçı mübahisəli torpaq sahəsinin Bank tərəfindən Cavabdeh1 dəyərindən bir neçə dəfə ucuz - 14.200 manata alqı-satqı müqaviləsi ilə satılmasını və 4 saylı Abşeron Ərazi İdarəsində Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə çıxarışın verilməsini bilmişdir. Həmin səbəbdən məhkəmənin qərarının icra edilməsinin mümkün olmaması bardə Abşeron rayon İcra şöbəsindən ona rəsmi bildirilmişdir. Halbuki, bank torpaq sahəsini girov kimi yüklü edərkən 40.000 manat dəyrində qiymətləndirmişdir. Bank əmlakı 6375 manata əldə etmişdir. Bankla cavabdeh arasında bağlanmış əqdə əsas olan hərrac və onun hüquqi nəticəsi olan çıxarış məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyi üçün həmin hüquqi sənədlə bağlanmış əqd də etibarsız hesab edilməli və hər şey ilkin vəziyyətə qayıdaraq çıxarışı hüquqi cəhətdən bərpa edilməlidir. Bunu maddi normalar tələb etdiyi halda, məhkəmə iddiasını təmin etməmiş və onun mülkiyyət hüquqları pozmuşdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə pinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Sübutlara obyektiv, qəraəzsiz, hərtərəfli və tam baxdıqdan sonra obyektiv, qəraəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qətnaməsi qanunun mənafeyinə uyğun əsaslandırmalıdır. Lakin hazırkı qətnaməni qəbul edərkən məhkəmə bu prosesual hüquq normalarına əməl etməmiş, onun qəbul etdiyi qətnamə işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır. İlkin hüquqi nəticələr ləğv və etibarsız hesab edildikləri halda, məhkəmə həmin hüquqi sənədlərlə həyata keçirilmiş əqdlərı qanuni hesab etmiş və iddiasını təmin etməmişdir. Qanunsuz hərracla mülkiyyəti əldə etmiş bankın əldə etdiyi çıxarış və bunun əsasında əmlakını satması onun mülkiyyət hüquqlarını pozması tam aydın olduğu halda, məhkəmə öz qətnaməsində göstərmişdir ki, iddiaçı məhz hansı hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. Belə hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə prosesual baxımdan əsassız olmaqla, işin hallarına tam uyğunsuz olmuşdur. Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin gəldiyi nəticəni mübahisələndirməklə öz səlahiyyət həddini aşmış, eləcə də həmin qətnamədə qəbul edilmiş nəticələrin əksinə nəticəyə gəlmişdir. Belə ki, artıq bundan əvvəlki qətnamə ilə hərrac və bankın adına olan çıxarış etibarsız hesab edilmişdir və onun hazırkı iddiası həmin etibarsız sənədlərlə aparılmış əqdlərın (hüquqi nəticələrin) ləğvinə yönəlmişdir və bu zaman onun mülkiyyət hüquqlarının müdafiəsi üçün iddianın təmin edilməsi qaçılmaz olmuş və bu qanunun birbaşa tələbi olmuşdur. Lakin məhkəmə bu prosesual normanın tələblərinə zidd olaraq heç bir əsaslandırma olmadan iddiasını əsassız olaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi əsası kimi ona istinad etmişdir ki, İddiaçı hansı hüquqlarının pozulmasını, iddia tələbinin hüquqi əsasının nədən ibarət olması əsaslandıra bilməməsi ilə nəticəyə gəlmişdir. Göründüyü kimi məhkəmə bankın İddiaçı xəbərsiz və iştirakı olmadan hərracda 40000-45000 dəyərində, eyni zamanda bank torpaq sahəsini ipoteka yüklü edərkən 40000 manat dəyərində qiymətləndirdiyi torpaq sahəsini dəyərindən çox aşağı 6375 manata əldə etməsi və sonra da bankın torpağı dəyərindən çox aşağı olmaqla 14200 manata Cavabdeh1 alqı-satqı etməsini aydınlaşdırmamşdır. İddiaçı mülkiyyət hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 iddiaçı birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 İddiaçı mülkiyyətində olmuş 0,10 ha torpaq sahəsinin kredit müqaviləsində nəzərdə tutulmuş 40000 manat dəyərindən ucuz olmaqla 6375 manata alması və sonra Cavabdeh1 ucuz qiymətə alqı-satqı etməsi ilə bağlı cavabdeh ləğvetmə prosesində olan “X4” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə bağlı hissəsinə qiymət verməmiş, bu barədə mötəbər sübutlar əldə olunmama mışdır.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 5 sentyabr 2023-cü il tarixli, 2(105)-1295/2023 nömrəli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası ilk öncə iddia tələbinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, mülki hüquq münasibətlərində vicdanlılıq prezumpsiyadır (quivis bonus praesumitur) qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Bu prezumpsiyanın əksini iddia edən onu sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə Cavabdeh1 vicdanlı olmadığını sübuta yetirmək yükü iddia tərəfinin üzərinə düşür.
20. Məhkəmə müəyyən etmişdir ki, “X1” ASC mülkiyyətində olan 0,1 ha torpaq sahəsini 10 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətçi (cavabdeh) notarial qaydada təsdiqlənmiş müqavilə əsasında əşyaya sərəncam verməklə onun hüquqi müqəddəratını həll etmişdir. Bu sərəncamın da əvəzli olması iş materiallarından müəyyən edilmişdir. Mübahisəli əşyanı alan şəxsin-satıcının (cavabdehin) mülkiyyət hüquqlarına dair dövlət reyestrindəki qeydinin əsassız olmasını bilməsi, yaxud həmin qeydlərə dair etirazın reyestrə daxil edildiyi mötəbər sübutlarla təsdiqlənmir.
21. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 vicdanlı əldə edən şəxs olduğundan satıcının daşınmaz əmlak üzə rində mülkiyyət hüququnu təsdiq edən çıxarışı ləğv edilsə, həmin çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi etibarsız olsa belə əşyanı vicdanlı əldə edənin bağladığı müqavilə etibarsız sayıla bilməz. Mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında vicdanlı alıcı olaraq Cavabdeh1 aldığından həmin torpaq sahəsinə dair bağladığı müqavilə etibarsız hesab edilə bilməz. İddia tələbinin digər hissələri alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən asılı olduğundan iddianı həmin hissədə əsaslı hesab etmədiyindən iddia tələbi digər hissələrdə də əsassızdır.
22. Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. 2
3. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 140, 182, 324, 337, MPM-nin 14, 77-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində torpağı alan 3-cü şəxs Cavabdeh1 vicdanlı alıcı kimi sayılmaqla əmlak hüquqlar qorunur. Belə olan halda sual doğurur İddiaçı mülkiyyət hüquqlarını kim qorumalıdır? Məhkəmə mübahisə edilən hüquq münasibətlərinə uyğun maddi normalara əməl etməklə qanuna uyğun qətnamə qəbul etməlidir. P ozulmuş hüquqlarının bərpasını təmin etməlidir. Məhkəmə zamanı mənim mülkiytət hüquqlrımın pozulması, mülkiyyətimin qanunsuz hərracla əlimdən alınması, qanunsuz əməliyyat nəticəsində əldə edilmiş çıxarışın ləğv edilməsi müəyyən edildiyi halda, bu çıxarış əsasında bağlanmış əqd də etibarsız hesab edilməli idi. Amma məhkəmə vicdanlılıq prinsipinin əsl hüquqi mahaiyyətini düzgün başa düşməyərək, əmlak hüquqlarının qorunması adı altında, vicdanlı mülkiyyətçinin mülkiyyət hüquqlarını qorumamış, vicdanlı hesab etdiyi alıcının pulunu qaytarmaqla əmlak hüquqlarını qorumalı olduğu halda, iddiamı rədd edərək mənim mülkiyyət hüquqlarımı pozmuşdur. Bu məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılır. Pullar və sənədli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nem ətlərinin toplusudur. Bu maddi normaya əsaslanaraq məhkəmə kollegiyası əqdi etibarsız hesab edərkən, vicdanlı hesab edilən(əslində isə vicdanlı alıcı deyil) əmlak hüquqlarını qorumaq məqsədilə alqı-satqı zamanı ödənmiş pul vəsaitinin bankdan alınaraq alıcıya qaytarılmasını təmin etməklə, həm onun əmlak hüquqlarını, həm də mənim mülkiyyət hüquqlarımı qorumalı idi. Amma məhkəmə iddiamı alıcının vicdanlılıq dəlilinə əsaslanaraq rədd etməklə həm bu maddi normanın məzmun və tələbinə zidd nəticəyə gəlmiş, həm də mənim mülkiyyət hüquqlarımı pozmuşdur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci iltarixli qətnaməsi ilə İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0, 10 ha toppaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin əmlakın qiymətlndirilmsi barədə xx.xx.2013-cü il tarixli 454 saylı hesabat ləğv edilmiş, "xxxx" MMC-nin keçirtiyi hərracın nəticələrinə dair 14/1 saylı xx.xx.2014-cü il tarixli protokolu və X4 ASC ilə bağlanmış alqı- satqımüqaviləsi etibarsız hesab edilmiş və bu əsasla Qafqaz İnkişaf BahkıASC-nin adına DƏDRX tərəfindən verilmiş çıxarış ləğv edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2020-ci il tarixli və AR Ali Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Qərar icraya yönələndən sonra İddiaçı mübahisəli torpaq sahəsinin Bank tərəfindən Cavabdeh1 dəyərindən bir neçə dəfə ucuz- 14.200 manata alqı-satqı müqaviləsi ilə satılmasını və 4 saylı Abşeron Ərazi idarəsində Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə çıxarışın verilməsini bilmişdir. Həmin səbəbdən məhkəmənin qərarının icra edilməsinin mümkün olmaması bardə Abşeron İcra Şöbəsindən ona rəsmi bildirilmişdir. Halbuki, bank torpaq sahəsini girov kimi yüklü edərkən 40.000 manat dəyrində qiymətləndirmişdir. Bank əmlakı 6375 manata əldə etmişdir. Bankla cavabdeh arasında bağlanmış əqdə əsas olan hərrac və onun hüquqi nəticəsi olan çıxarış məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyi üçün, həmin hüquqi sənədlə bağlanmış əqd də etibarsız hesab edilməli və hər şey ilkin vəziyyətə qayıdaraq mənim çıxarışım hüquqi cəhətdən bərpa edilməlidir. Bunu maddi normalar tələb etdiyi halda, məhkəmə mənim Apellyasiya şikayətimi təmin etməmiş və mənim mülkiyyət hüquqlarımı pozmuşdur. Apellyasiya Məhkəməsinin qəbul etd iyi qərarin əsaslandırıcı hissəsi məhkəmənin özünün sübyektiv malahizələri əsasında nəticəyə gəlinmişdir. Qeyd olunur ki, alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi mülki hüquq münasibətlərində vicdanlılıq prezumpsiyasıdır (quivus bonus praesumitur) qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin olduğu etimal edilir. Bu prezumpsiyanın əksini iddia edən onu sübuta yetirməlidir. Hazırkı işdə Cavabdeh1 vicdanlı olmadığını sübuta yetirmək yükü iddia tərəfinin üzərinə düşür. Məhkəmənin gəldiyi həmin nəticə ilə iddia tərəfi olaraq razı deyilik. Nəzərə alaraq ki, iş materiallarında olan “Əmlak ekspert Mərkəzi“ MMC-nin xx.xx.2020- ci il tarixli qiymətlədirmə rəyindən görünür ki, iddiaçı Altay Bayraovun ipotekaya qoyduğu Abşeron rayonu, Saraq qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi ni orta Bazar qiyməti ddiaçı İddiaçıla sözügedən bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasəsən həmin torpaq sahəsinin bank tərəfindən 40000 manata qiymətəndirmişdir. Bank iddiaçının xəbəri olmadan hərrac zamanı torpaq sahəsini dəyərindən dəfələrlə az olmaqla 6375 manata əldə etməklə adına çıxarış əldə etmişdir. Əmir Heydərob xx.xx.2015-ci ildə alqı-satqı müqaviləsinə əsasən 40000 manat dəyərində ola 0.10 ha torpaq sahəsini bankın özünün müəyyən etdiyi dəyərindən 25800 manatdan aşağı olmaqla 14200 manata əldə etmişdir. Torpağın dəyərindən çox aşağı qiymətə ələdə edilməsi Cavabdeh1 vicdanlı alıcı olmamasını bir daha təsdiq edir. İddiaçı Ali Məhkəmnin qərarı icra orqanına göndəriləndən sonra “X4” ASC tərəfindən torpağın Cavabdeh1 alqı-satqı edilməsini bilmişdi r. Belə olan halda iddiaçı Altay Cavabdeh1in vicdanlı alıçı olub-olmamasını bilə bilməzdi. Eyni zamanda cavabdeh Sumqayıt şəhər Məhkəməsi və Sumqayıt Apellyasiya məhkəmələrinin baxış iclaslarına iştirak etməyə gəlmədiyindən ona olan sualların verilməsi mümkün olmamışır. Bu hal bir daha təsdiq edir ki, Cavabdeh1 torpağı dəyərindən çox aşağı qiymətə əldə etməsi, torpaq sahəsinin bankın diqər şəxsin borcuna görə ələdə etməsini bilmişdir və eyni zamanda məhkəmə iclaslarına gəlməməsi onun vicdanlı alıcı olmamasına dəlalət edir. Lakin məhkəmə bu halları nəzərə almamışdır. Həmçinin apellyasiya Məhkəməsinin qərarında MM-nin 6-cımaddəsində əksini tapmış mülki qanunvericiliyin prinsiplərınə istinad etməklə... əqdlərin etibarsızlığı ilə bağlımübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olun malı, həm də vicdanlı alıcının əmlak hüquqları təmin olunmalıdır. Məhkəmə bir daha özünün sübyektiv mülahizələrinə əsaslanaraq qərar qəbul etmişdir. Qərarda torpağı əldə etmiş şəxs Cavabdeh1 əmlak hüquqlarının qorunmasını qəbul edir. Onda İddiaçı münasibətdə mülkiyyət hüquqlarının qorunmasını kim təmin etməlidir. Mən belə hesab edirəm ki, məhkəmə kollegiyası bu maddi normaya istinad etsə də, onun məzmununa və mənasına zidd nəticəyə gəlmişdir. Belə ki, əmlak hüquqları geniş məhvumdur, lakin kollegiya mülkiyyət hüquqları ilə əmlak hüquqlarını eyniləşdirmiş, vicdanlı alıcının əmlak hüquqlarının qorunmasını bu alqı-satqı müqaviləsinin etibarsız və ya ləğv edilməsinin qarşısını alan hüquqi dəlil kimi qiymətləndirmişdir.Hansı ki, pul da əmlakdır və vicdanlı alıcının əmlak hüquqları qorunmalıdır məvhumu altında daşınmaz əmlaka mülkiyyət hüquqları deyil, həmin əmlakı almaq üçün sərf etdiyi pulunun hüquqlarının qorunmasını nəzərdə tutmuşdur. Yəni, etibarsız hesab edilmiş çıxarış əsasında aparılmış alqı-satqı müqaviləsi ləğv edildikdən sonra vicdanlı alıcının həmin əüd üçün ödədiyi pul vəsaiti bankdan alınaraq ona verilməlidir. Bununla da vicdablı alıcının əmlak hüquqları qorunmuş olacaqdır. Amma məhkəmə kollegiyası vicdanlı alıcının əmlak hüquqları qorunmalıdır prinsipini səhv təfsir edərək, bunun əqdin etibarsız hesab edilməsini istisna edən hal kimi qəbul etmiş, nəticədə mənim qanunsuz yolla mülkiyyətimdən çıxarılmış daşınmaz əmlaka dair mülkiyyət hüquqlarımı pozmuşdur. Bu hal isə maddi normaların və Konstitusiyada təsbit edilmiş mülkiyyət hüquqlarının kobdu surətdə pozulması kimi qiymətləndirilərək qətnamənin ləğv edilməsi üçün əsasdır. Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qəraəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qətnaməsi qanunun mənafeyinə uyğun əsaslandırmalıdır. Lakin hazırkı qərar qəbul edərkən məhkəmə bu prosesual hüquq normalsrına əməl etməmiş, onun qəbul etdiyi qərar işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır. İddiaçı tərəfdən təqdim edilmiş sübutlar nəzərə alanmamış, yalnız cavabdehin dəlilləri əsasında qərar qəbul olunmuşdur. Belə hesab edirəm ki, məhkəmənin gəldiyi bu nəticə prosesual baxımdan əsassız olmaqla, işin hallarına tam uyğunsuz olmuşdur. Həmin maddəyə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında hətata keçirir. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Həmin msdddənin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə baxışında Cavabdeh1 Yisif olununun, Apellyasiya Məhkəməsi baxışında mənim və Cavabdeh1 Hüsif oğlunun iştirakı olmadan qərar qəbul olunmuşdur. Belə hesab edirəm ki, məhkəmənin gəldiyi bu nəticə prosesual baxımdan əsassız olmaqla, işin hallarına tam uyğunsuz olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh X2 “X1” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 2023-cü il tarixli, 2(105)-1295/2023 nömrəli qətnaməsinin dəyişd irilmədən saxlanılmasını xahiş etmişdir.
27. Cavabdeh1 kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 2023-cü il tarixli, 2(105)-1295/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqi qiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
31. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
32. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
33. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
34. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyiş dirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
35. Maddə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər ki, “X1” ASC mübahisəli daşınmaz əşyanı hərracda aldıqdan sonra 10 yanvar 2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmış və əşya dövlət reyestrində müəliyyət hüququ ilə sonuncunun adına qeydə alınmışdır. Bundan sonra İddiaçı iddiası əsasında hərrac protokolu, bankın adına DƏDRX tərəfindən verilmiş çıxarış ləğv edilmişdir.
45. Qanuna əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamaml ığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (§ 29,33).
46. Məhkəmələr bu qənaətə gəlmişlər ki, dövlət reyestrindəki məlumatlara güvənərək əşya hüququ əldə edən Cavabdeh1 vicdanlıdır. Bu prezumpsiyanın əksi iddiaçı tərəfindən sübut olunmamışdır. Ona görə də iddia təmin oluna bilməz.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik ol an apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 sentyabr 2023-cü il tarixli, 2(105)-1295/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.