Məhkəmə qərarları › İş №2(102)-3995/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3995/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3995/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı Mühəndislik Universitetinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X6 və X7 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Mühəndislik Universitetinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzr ə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1149/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Bakı Mühəndislik Universitetinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi olmuşdur.

2. Bakı Mühəndislik Universitetinin rektorunun 06 iyul 2022-ci il tarixlə 3798 nömrəli əmri ilə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi İddiaçı barəsində “Tələbələri üçün X2”nın 3.2-ci maddəsinin “b” və “d”, 3.3-cü maddəsinin “v” və “m” bəndlərinə əsasən “şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir.

3. Bakı Mühəndisli k Universitetinin rektorunun 22 dekabr 2022-ci il tarixlə 4202 nömrəli əmri ilə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi İddiaçı “Tələbələri üçün X2”nın 3.2-ci maddəsinin “d” və “i”, 3.3-cü maddəsinin “v” və “m”, 3.4-cü maddəsinin “h” bəndlərinə əsasən, əvvəllər “şiddətli töhmət” intizam tənbehi tətbiq edilməsi də nəzərə alınmaqla tələbələr sırasından xaric edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Bakı Mühəndislik Universitetinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Mühəndislik Universitetinin xx.xx.202 2-ci il tarixli, 4202 nömrəli əmrinin qismən, yəni iddiaçıya aid hissisi olan 2-ci bəndinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı Mühəndislik Universitetinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi İddiaçı universitetin həyətində olan zaman tələbələr söhbət edərkən tanımadığı şəxs ona yaxınlaşaraq ondan tələbə biletinin təqdim olunmasını tələb etmiş, lakin o həmin şəxsi tanımadığı üçün bundan imtina edərək həmin şəxsin kim olduğunu aydınlaşdırmağa çalışmışdır. Bu zaman iddiaçı ilə həmin şəxs arasında söz mübahisəsi yaranmışdır. Daha sonra məlum olmuşdur ki, tələbə biletinin təqdim olunmasını tələb edən şəxs universitetin müəllimidir. Bundan sonra, Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmri ilə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi İddiaçı “tələbələr sırasından xaricetmə” növündə intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, tələbə Ələsgərov X5 üçün X1 3.2-ci maddəsinin “d” və “i”, 3.3-cü maddəsinin “d” və “m”, 3.4-cü maddəsinin “h” bəndlərində nəzərdə tutulan intizam pozuntusu xarakterli əməllər törətmişdir. Hesab edirik ki, məlum məsələ ilə bağlı tələbə İddiaçı özünü müdafiə etməsi və əvvəlcədən tanımadığı müəllimin dərsdən kənar lazımsız tələbinə (tələbə biletinin əsassız olaraq tələb etməsi) cavab verməsi, eləcə də özünü qoruması əmrdə qeyd edilən qaydaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz və həmin qaydaların müvafiq bən dlərində göstərilən tələblər isə yalnız hüquq pozuntusu zamanı tətbiq edilə bilər. Belə ki, tələbə İddiaçı öz hüquq və azadlıqlarından istifadə etməsi başqalarına qarşı hörmətsizlik kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə də hər kəsin fikir və söz azadlığı vardır. Eləcə də konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bundan başqa, İV kurs tələbəsi İddiaçı bir müəllimin sifarişi ilə “tələbələr sırasından xaricetmə” növündə intizam tənbehi alması onun təhsilini davam etdirməsinin qarşısını alır. Bir təhsil müəssisəinin rəhbəri olaraq belə h alların qarşısını almaq, gənclərə təhsili sevdirmək, ədalətli olmağı öyrətmək, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssislər yetişdirmək əvəzinə onların təhsil almasına mane olmaq təhsilin əsas məqsədlərinə ziddir. Heç kim bu və digər şəkildə təhsil almaqdan məhrum edilə bilməz. İddiaçı əmrdə qeyd olunan hərəkətləri etmədiyindən haqlı olaraq həmin əməli törətməsini qəbul etmir. Əmrdən də göründüyü kimi, əmrdə göstərilən hallarla bağlı obyektiv araşdırma aparılmamış və sözügedən əmr yalnız prorektor B.Ə.Hüseynzadənin sifariş xarakterli təqdimatı əsasında qəbul edilmişdir. Əmrin ləğv edilməsi üçün Bakı Mühəndislik Universitetinə xx.xx.2023-cü il tarixli pretenziya bildirişi göndərilmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli 03/00009 nömrəli cavab məktubu ilə əmrin ləğv edilməsindən imtina etmişdir.

6. Cavabdeh Bakı Mühəndislik Universiteti tərəfindən iddia tələbinə etiraz olunaraq əsassız olduğu üçün təmin edilməməsi xahiş olunmuşdur.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbəsidir, iddiaçı onun qrup yoldaşıdır. Tənəffüsdə olan zaman uşaqlarla birlikdə dayanıb söhbət edərkən Elgün Fərmanlı nalayiq ifadə işlətmişdir. Həmin vaxt bir neçə müəllim onlara yaxınlaşmışdır. Universitetin Tərbiyə işləri üzrə prorektoru Bayram müəllim onlara yaxınlaşmış və nalayiq ifadənin kimin işlətdiyini soruşmuş, həmin vaxt Elşad onun kim olduğunu soruşmuş, o, universitetin prorektoru olduğunu bildirmişdir. Elşaddan tələbə biletini istə miş, o verməkdən imtina etmişdir. Bu zaman prorektor mühafizəyə zəng edərək Elşadı universitetdən sürüyüb çıxarmağı göstəriş vermişdir. Aralarında mübahisə olmuşdur.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbəsidir, iddiaçı onun qrup yoldaşıdır. Tənəffüsdə olan zaman uşaqlarla birlikdə dayanıb söhbət edərkən Elgün Fərmanlı nalayiq ifadə işlətmişdir. Həmin vaxt Bayram müəllim onlara yaxınlaşmış. Kimin nalayiq ifadə işlətdiyini soruşmuşdur. Həmin vaxt Elşad Bayram müəllimə yaxın istiqamətdə dayandığından cavab verərək nalayiq ifadənin digər tərəfdə işlədildiyini bildirmişdir. Bayram müəllim Elşaddan tələbə biletini təqdim etməyi tələb etdikdə, Elşad nə səbəbdən tələb biletini istədiyini soruşmuşdur. Bayra m müəllim prorektor olduğunu bildirdikdən sonra Elşad tələbə biletini təqdim etmişdir. Bayram müəllim tələbə biletinin şəklini çəkmiş və mühafizəyə zəng edərək Elşadı sürüyüb universitetdən çıxarmağı göstəriş vermişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbəsidir, iddiaçı onun qrup yoldaşıdır. Tələbə yoldaşları ilə tənəffüs zamanı söhbət edərkən istəmədən ağzından nalayiq söz çıxarmışdır. Həmin vaxt Universitetin Tərbiyə işləri üzrə prorektoru Bayram müəllim onlara yaxınlamış və kimin nalayiq ifadə işlətdiyini soruşmuşdur. Elşad onu göstərsə də, Bayram müəllim elə bilmişdir ki, nalayiq ifadə işlədən Elşaddır. Qabağa çıxaraq nalayiq ifadəni özünün işlətdiyini bildirmişdir. Bayram müəllim hər ikisini n tələbə biletini tələb etmiş, şəkilləri çəkmişdir. Sonra dərsə qayıtmış, dərsdə olarkən onu çağıraraq bayram müəllimlə görüş keçirəcəyini bildirmişdir. Bayram müəllim ilə keçirilən görüş zamanı ona töhmət verilmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Bakı Mühəndislik Universitetinin Tədris işləri üzrə dekan müavini vəzifəsində işləyir. Həmin vəzifədə 4 ildir işləyir. İddiaçı Elşad universitetin ən problemli tələbələrindən biridir. Ona dərs deyən bütün müəllimlər narazılıq etmişdir. Onun barəsindəxx.xx.2022-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verilmişdir. Elşad həmin tənbeh verilən zaman mübahisə yaratmış ona və bir neçə müəllimə nalayiq ifadə işlətmişdir. Bir dəfə universitetin müəllimlərindən biri onu otağı na çağıraraq Elşadı otağından çıxarmağı xahiş etmişdir. O da Elşadı öz otağına apararaq ona nalayiq ifadə işlətdiyini xatırlatmadan onunla söhbət etmişdir. İddiaçı barəsində olan axırıncı iclasa dəvət olunsa da işi ilə əlaqədar gec iştirak etmişdir. Həmin iclasda səs vermək hüququ olmamışdır.

11. Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilmiş, cavabdeh Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli, 4202 nömrəli əmri qismən, yəni İddiaçı aid hissəsi olan 2-ci bəndinin ləğv olunması qət edilmişdir.

12. Məhkəmə iddiaçının qeyd edilən davranışına hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, müvafiq əmrin verilməsi üçün əsas sayılmış hallar, iddiaçının barəsində verilmiş əmrin hüquqi əs asını təşkil edən universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək kimi qiymətləndirilə bilməz. Belə ki, təhqir şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdan ibarət təqsirli hərəkətdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı barədə müvafiq əmr verilərkən əmrin verilmə əsaslarını təsdiq edən sübutlar mövcud olmamış, mövcud olmayan əsaslar üzrə, yalnız formal mülahizələr üzrə iddiaçı barəsində əmr verilmişdir.

14. Birinci instansiya məhkəməsi “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə istinad edərək iddianı təmin etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 saylı q ətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsasızdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının “15” noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 3cü maddəsi Tələbələr sırasından xaric edilmə hallarını tənizmləyir. Qaydaların 3.1.3. bəndində də ali təhsil müəssisəsindən xaric edilmə əsaslarından biri kimi ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozması nəzərdə tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin qətnaməsində tələbənin təhsil almaq hüququ əsas kimi qiymətləndirilmiş, ancaq Müəssisədaxili intizam qaydalarının pozulması zamanı tələbələr sırasından xaric etmənin bir tədbir olaraq nəzərdə tutulduğu və zəruri hallarda tətbiq edilməsinin tələbənin təhsil hüququndan məhrum edilməsi kimi qiymətləndirilməsinin düzgün olmadığı nəzərə alınmamışdır. Digər bir məsələ də iddiaçının nümayəndəsi tələbənin təhsil hüquqlarının pozulduğunu, təhsildən məhrum edildiyini və bunun müxtəlif normativ hüquqi sənədlərin tələblərinə zidd olduğunu qeyd etmişdir. Hər bir vətəndaşın Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququ vardır. Ancaq Təhsil müəssisələri də təhsil sahəsində qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq tədris, elmi tədqiqat, kadr, ma liyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstliyə sahib qurumlardır. Bakı Mühəndislik Universiteti də publik hüququ şəxs statusuna sahib bir təhsil müəssisəsi kimi bu fəaliyyətləri həyata keçirərkən dövlət tərəfindən qəbul edilən normativ hüqqi aktlara və onlara uyğun olaraq hazırladığı universitetdaxili Qaydalara əsasən fəaliyyətlərini həyata keçirmək hüququna malikdir. Ali təhsil müəssisəsi də kiçik bir cəmiyyətdir və o cəmiyyət daxilində də münasibətləri tənzimləyən Qaydalar mövcuddur. Cəmiyyətin üzvləri də o Qaydalara riayət etməlidirlər və Qaydalara riayət etməyənlərə qarşı da nəzərdə tutulan tənbeh tədbirlərinin tətbiqi fərdin hüququnun pozulması deyildir, cəmiyyətin mənfəəti naminə bir zərurətdir. Nümunə kimi qeyd edilir ki, hər bir vətəndaşın cəmiyyətdə azad yaşama q hüququ vardır. Ancaq cəmiyyət daxilində yaşamaq üçün riayət edilməsi icbari olan Qaydalar vardır və bu qaydaları pozanların müvafiq Qaydada azad yaşamaq hüquqları məhdudlaşdırılır və bu konstitutsiyada nəzərdə tutulan hüququn pozulması hesab edilə bilməz. Eyni Qaydada kiçik cəmiyyətdə də mövcud ola bilmək üçün zəruri olan Qaydalara da riayət etmədikdə tədbir görülməsi təhsil hüququnun pozulması kimi qiymətləndirilməməlidir. İddiaçı da Tələbələr üçün X1 aşağıdakı təqdim olunan maddə və bəndlərinin tələblərini pozmuşdur: 3.2.a. Universitetin səlahiyyətli şəxsləri tərəfindən tələb olunan məlumatları onlara məqsədli şəkildə natamam və yalnış vermək - 3.2.c. Universitet daxilində ictimai yerlərdə narahat edəcək şəkildə ucadan danışmaq, qışqırmaq (hadisə zamanı tələbələr ucadan və qeyri-etik ifadələrlə müşaiyət olunacaq şəkildə danışırdılar) - 3.2.d. başqalarıyla münasibətlərdə kobud və tərbiyəsiz rəftar etmək - 3.2.i. başqalarına qarşı sözlü və əməli şəkildə hörmətsizlik etmək 3.3.a. intizam qaydalarının pozulması ilə bağlı aparılan təhqiqata mane olmaq (hadisə zamanı universitet ərazisində söyüş söyən birini müəyyən etmək üçün səlahiyyətləri çərçivəsində müdaxilə edən prorektora mane olunmuşdur) 3.4.h. universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək. Yuxarıda da izah olunduğu kimi iddiaçı Qaydaların birdən çox maddəsini pozmuşdur. Məhkəmə iddiaçının qısa müddət içərisində ilkin intizam tə nbehindən nəticə çıxarmayaraq təkrar intizam pozuntusuna yol verməsi kimi iş üçün birbaşa əhəmiyyətli olan faktı yetərincə araşdırmamış və ona heç bi r hüquqi qiymət verməmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1149/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş halları, sübutların qiymətləndirilməsi, maddi və prosessual hüququ normalarının tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış, hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələrdir, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddə sində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi qətnamələrində tələbənin təhsil almaq hüququ əsas kimi qiymətləndirilmiş, ancaq Müəssisədaxili intizam qaydalarının pozulması zamanı tələbələr sırasından xaric etmənin bir tədbir olaraq nəzərdə tutulduğu və zəruri hallarda tətbiq edilməsinin tələbənin təhsil hüququndan məhrum edilməsi kimi qiymətləndirilməsinin düzgün olmadığı nəzərə alınmamışdır. Kassator hesab etmişdir ki, məhkəmələr ( həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi) qətnamə qəbul edərkən hüququn təməlində duran məsələləri nəzərə almamışdır.

21. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin məhkəmə nə məhkəmə zalında təqdim edilmiş video görüntülərə, nə də ki, təqdim edilmiş sənədlərə hüquqi qiymət vermişdir. Həmçinin məhkəmə Qətnaməsi bir birinə ziddiyyətli fikirlərlə əsaslandırılmışdır. Belə ki, Məhkəmə Qətnaməsinin 8-ci səhifəsinin sonuncu abzasında qeyd edir ki, “əmrin verilməsi üçün əsas sayılmış hallar universitet əməkdaşının şərəf və ləyaqətini şəxsiyyətini ağır şəkildə təhqir etmək kimi qiymətləndirilə bilməz”. Məhkəmə bir tərəfdən deyir ki, cavabdehin istinad etdiyi hallar sübut edilmir, ikinci tərəfdən qeyd edir ki, bəs tələbənin hərəkətləri şərəf və ləyaqətin alçaldılması kimi qiymətləndirilə bilməz. Təkcə bu hal onu göstərir ki, tələbənin iddiaçının hərəkətləri olub və bu hallar onun xarakterini xarakterizə edir. İkinci məqam onunla bağlıdır ki, Məhkəmə Qətnaməsinin 9-cu səhifəsinin ikinci abzasında qeyd edir ki, şahidlərlə bağlı cavabdehin apellyasiya şikayətinin dəlili ona görə əsassızdır ki, iddiaçının şahidləri də cavabdehin tələbəsidir. Bu hal onsuzda mübahisələndirilmir ki, iddiaçının şahidləri başqa universitetin tələbələridir. Qeyd edilən şahidlər iddiaçının tələbə yoldaşlarıdır, təbii ki, tələbə yoldaşı digər tələbə yoldaşının əleyhinə şahidlik etməz. Həm də şahidlər özləri də təsdiq edir ki, həmin vaxt onlar a rasında insiden olmuş və nalayiq ifadələr işlədilmişdir. Belə halda necə demək olar ki, iddiaçı nizam intizam qaydalarını əməl edib və onun barəsində tətbiq edilən intizam tənbehi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 167.1 və 167.1.6. Hakim çəkişmə prinsipinə əməl etməklə, tərəflərin barışması üçün tədbirlər görür.

28. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür

29. Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

30. Maddə 418.4 və 418.4.9. İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

34. İşdən görünür ki, iddiaçı məhkəməyə iddia tələbi ilə müraciət edərkən göstərmişdir ki, Bakı Mühəndislik Universitetinin rektorunun 22 dekabr 2022-ci il tarixlə 4202 nömrəli əmri ilə “Tələbələri üçün X2”nın 3.2-ci maddəsinin “d” və “i”, 3.3-cü maddəsinin “v” və “m”, 3.4-cü maddəsinin “h” bəndlərinə əsasən, əvvəllər “şiddətli töhmət” intizam tənbehi tətbiq edilməsi də nəzərə alınmaqla “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası tələbələri sırasından xaric edilmişdir. Rektorun həmin əmrini qanunsuz və əsassız hesab etdiyindən əmrin ləğvi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

35. M əhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə hüquq münasibətləri təhsil sahəsində dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir, işə baxan aşağı instansiya məhkəmələri bu halı diqqətdən qaçırmışdır. 36. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

37. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətləri ndə tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

38. İddiaçının qismən etibarsızlılığını tələb etdiyi Bakı Mühəndislər İnstitutu rektorunun əmri verilərkən rektor xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi deyil, universitetin idarəçiliyi ilə bağlı hakimiyyət səlahiyyətini həyata keçirən, qanuna əsasən universitet daxilində təhsil sahəsində inzibati akt qəbul etmək səlahiyyəti verilmiş, yalnız ona xas olan fəaliyyəti həyata keçirən inzibati orqan kimi çıxış etmişdir. İddiaçının tələbi isə inzibati orqan olan dövlət qurumlarının publik hüquq münasibətindən irəli gələn hərəkətləri ilə bağlıdır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.

40. Şərh olunanlara əsasən məhkəmə kolle giyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən səhvə yol vermiş, işə baxılmasının inzibati məhkəməyə aid olmasını diqqətdən qaçırmışdır.

41. Göstərilənlərdən başqa iş materiallarından görünür ki, həm aşağı instansiya məhkəmələrində işə baxılarkən, həm də iş Ali Məhkəmənin icraatında olarkən cavabdeh Bakı Mühəndislik Universitetinin nümayəndəsi iddiaçının bir semestr sonra universitetə bərpa olunmasını təmin etmək yolu ilə mübahisənin barışıq yolu ilə həll edilməsi barədə müraciətlər etmiş, lakin iddiaçı buna razılaşmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılan apellyasiya instansiyası məhkəməsi bu məsələni bir daha tərəflərin iştirakı ilə müzakirə etməli, mübahisənin tərəflərin barışması həlli üçün tədbirlər görməlidir.

42. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Bakı Mühəndislik Universiteti” Publik Hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1149/2023 saylı 06 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və i ş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar