Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3995/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: çoxmənzilli yaşayış binaları kompleksinin, onun tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisinin, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin, ümumi işığı idarə edən mərkəz şəbəkəsinin və ərazidə olan digər qurğuların təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “çoxmənzilli yaşayış binaları kompleksinin, onun tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisinin, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin, ümumi işığı idarə edən mərkəz şəbəkəsinin və ərazidə olan digər qurğuların təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2763/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMMC (vəkil Nümayəndə) və Cavabdeh MTK (Vəkil4) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 03 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli, 18/04-626 saylı cavab məktubuna əsasən, in şaat pasportu əsasında hazırlanmış Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindəki 3068-ci məhəllədə tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasının təqdim edilmiş eskiz layihəsi (15 girişli, 16 mərtəbəli + texmərtəbə + dam + 1-2 mərtəbəsi – qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbələri – yeraltı qaraj...) razılaşdırılmışdır. 2. 26.07.2022-ci il tarixdə təsis olunmuş İddiaçı MMMC-nin Nizamnaməsinə əsasən Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Nizamnamədə həmçinin qey d olunub ki, İddiaçı MMMC müstəqil təsərrüfat subyekti olmaqla, ünvan 1 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıcağının qərarına əsasən yaradılmışdır. 3. ünvan 2 ünvanında yerləşən binanın zirzəmisində yerləşən qarajların bəziləri bina sakinlərinin xüsusi mülkiyyətindədir. O cümlədən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən, ünvan 2, 2-ci zirzəmi mərtəbəsində 21 və 21 saylı qarajlar (çıxarışda qeyri-yaşayış sahəsinin məhz qaraj olduğu göstərilir) xx.xx.2023-cü il tarixdən X5 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı, yaxud MMMC) Cavabdehnə (bundan sonra cavabdeh, yaxud MTK) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Bi nəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə ünvanında yerləşən çoxmənzilli yaşayış binaları kompleksinin MMMC tərəfindən idarə edilməsinə cavabdeh MTK tərəfindən müxtəlif üsullarla maneələr törədilməsinin qadağan edilməsi, MTK-nın bununla bağlı hərəkətlərinin (fəaliyyətinin) qanunsuz sayılması, həmin əmlak kompleksinin tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisinin, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin, ümumi işığı idarə edən mərkəz şəbəkəsinin və ərazidə olan digər qurğuların təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən MTK tərəfindən inşa edilmiş 16 mərtəbəli 1, 2 və 4 sa ylı yaşayış binaları 12 iyul 2019-cu il tarixdə Dövlət aktına əsasən istismara qəbul edilmişdir. Binalarda yaşayan mülkiyyətçilər MTK-nın binaları təhvil verdikdən sonra Mənzil Qanunvericiliyinin tələblərinə əməl etməyən, hansı ki, 1 ay müddətində ləğv edilməli olan MTK-nın qanunsuz hərəkətlərindən mülkiyyətçiləri incitməsindən və həmçinin kompleskin baxımsız təhlükəli vəziyyətdə saxlanılması və digər hallardan bezərək qanunvericiliyin tələbinə, yəni Mənzil Məcəlləsinə əsasən yaşadıqları binaları - daşınmaz əmlak kompleksini birgə idarə etmək, binalarn ümumi əmlaklarının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixində sahə mülkiyyətçilərinin səs çoxluğu ilə MMMC təsis edilmişdir. Qanuni əsaslarla təsis edilmiş MMMC-nin dövlət qeydiyyatına alınması üçün sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim edildikdən sonra MMMC 16 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə ilə (Qeydiyyat nömrəsi 1122-MM90265) dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət tərəfindən 18 noyabr 2022-ci il tarixdə müvafiq sənədlər MTK-ya təqdim edilərək əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlaklarının istismarını, ona sahibliyi, ondan istifadəni və Qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə göstərilən 1, 2 və 4 saylı yaşayış binalara aid olan sənədləri və texniki qurğuları, 2 mərtəbəli zirzəmi ni və kompleksin ərazisindəki qeyri-yaşayış sahələrini MMMC-yə təhvil verilməsi tələb edilmişdir. MTK qeyd edilən əmlak kompleksinin Mənzil qanunvericiliyinə əsasən idarə edilməsi üçün tələb edilən sənədlər, texniki qurğular, 2 mərtəbəli zirzəmini və kompleksin ərazisindəki qeyri-yaşayış sahələrini MMMC-yə təhvil verməkdən imtina etməklə hazırda da təhvil verməkdən boyun qaçırır. Öhdəliyini icra etməməklə yanaşı MTK kompleksdə hal-hazırda qanunsuz olaraq göstərilməyən xidmət və 2 mərtəbəli zirzəmidə avtomobillərin saxlanmasına görə ödənişlər alır, qanunsuz avtomobillərin dayanması üçün zirzəmidəki yerləri satır, qanunsuz fəaliyyətini davam etdirir, müxtəlif qurumlara böhtan xarakterli və əsassız şikayətlər etməklə kompleksin MMMC adı ilə sakinlər tərəfindən idarə edilməsinə maneələr yaradı r. Bu da öz növbəsində Mənzil Qanunvericiliyinə zidd olmaqla həm öhdəliklərin icra olunmamasına, həm də qanunsuz hərəkətlər edilməsinə gətirib çıxarır. Lakin, MTK ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın ümumi əmlakına daxil olan 2 mərtəbəli zirzəmini, texniki qurğuları, kompleksin işıqlandırılması ilə bağlı mərkəzi şəbəkəni və digər sahələri ümumiyyətlə təhvil verməkdən boyun qaçırır. Əlavə olaraq, qanunsuz hərəkətlərin dayandırılması və sözü gedən ərazilərin iddiaçıya təhvil verilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh qeyd edilən sahələri və qurğuları təhvil verməkdən imtina etmişdir. Bütün bu göstərilənlər iddiaçı MMMC ilə yanaşı kompleksdə mənzil mülkiyyətçilərinin də hüquqlarının cavabdeh tərəfindən əsaslı şəkildə pozulmasına gətirib çıxarır. MMMC-nin dövl ət qeydiyyatına alındığı, yəni xx.xx.2022-ci il tarixdən Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllə ünvanında yerləşən əmlak kompleksinin MMMC tərəfindən idarə edilməsinə MTK tərəfindən müxtəlif üsullarla maneələr törədilməsi qadağan edilməli, MTK-nın hərəkətlərinin (fəaliyyətinin) qanunsuz sayılmalı və ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış kompleksinin, həmin kompleksin tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisi, qanunsuz istifadə edilən qeyriyaşayış sahələri, kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkə və kompleksin ərazisində olan digər qurğular MTK tərəfindən MMMC-yə təhvil-təslim edilməlidir.
6. Cavabdeh MTK iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək etiraz onunla əsaslandırılmışdır ki, MMMC tərəfindən irəli sürülən iddia ərizəsi əsassı zdır. Belə ki, MMMC MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə ünvanında yerləşən coxmənzilli yaşayış kompleksinin, həmin kompleksin tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisini, qanunsuz istifadə edilən qeyriyaşayış sahələrini, kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkəni və kompleksin ərazisində olan digər qurğuları MTK tərəfindən MMMC-yə təhvil-təslim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MTK tərəfindən inşa edilən yaşayış kompleksi 15 girişli 6 binadan ibarətdir və bu binalardan yalnız üçü Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 12 iyul 2019-cu ildə 095 nömrəli istismara icazə aktını almışdır. Kompleksin digər üç binasının tikintisi davam etməkdədir. MMMC-yə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestri tərəfindən (xx/xx/2022-ci il № 05/1613/7-14) verilmiş Cıxarışda onların fəaliyyət ərazisi Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllə ev 1, 2 və 4 (tikintisi başa catmış və istismarına icazə verilən binalar) konkret olaraq göstərilmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, kompleksin ərazisində tikilən və istismarına dövlət icazə aktı alınmayan hec bir sahə MMMC-yə təhvil-təslim verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən MMMC coxmənzilli binada yalnız sahə mülkiyyətçilərinin ümumi əmlakını idarə etmək hüququna malikdir. Bu sahələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1 maddəsində konkret olaraq göstərilmişdir. Bu Məcəlləyə uyğun olaraq MTK MMMC-yə onun fəaliyyət ərazisinə (bina 1, 2 və 4 - tikintisi başa catmış və istismarına dövlət tərəfindən icazə verilən binalar) daxil olan sahələrin hamısını təhvil vermişdir. Digər hər hansı bir qeyri-yaşayış sahələrinin MTK tərəfindən MMMC-yə təhvil verilməsi məsələsi hec bir qanunda nəzərdə tutulmayıb və bununla MMMC-nin qeyri-yaşayış sahələrin MTK-dan təhvil almaq iddiası əsassız sayılmalıdır. Yuxarıda göstərilən binalarda MTK-ya məxsus heç bir yaşayış və ya qeyri-yaşayış sahəsi mövcud deyil. MTK tərəfindən tikilən binaların zirzəmi hissəsində 2 mərtəbəli avtodayanacaq inşa edilmiş, bütün sahələr bina sakinlərinə satılmış və həmin sahələrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən cixarışlar verilmişdir. Bu ərazilər sahə mülkiyyətcilərinin ümumi istifadədə olan saha lər siyahısına daxil olan halda bunlara çıxarışların verilməsi mümkünsüz olardı. Binanın zirzəmisinin -1 mərtəbəsində yerləşən və texniki qurğular (su motorları, sayğaclar və s.) üçün nəzərdə tutulan sahələr isə tam olaraq MMMC-yə təhvil verilib. Buradan MMMC-nin 2 mərtəbəli zirzəmi ərazisini MTK-dan təhvil almaq iddiası əsassız sayılmalıdır. MMMC-nin kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkəni MTK tərəfindən MMMC-yə təhvil-təslim edilməsi aşağıda göstərilən 2 səbəbdən mümkünsüzdür: 1. kompleksin ərazisində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən 6 binanın tikintisi nəzərdə tutullub və bu binaların üçü tikilərək təhvil verilib, digər üçünün tikintisi davam etməkdədir. MTK üçün "xxxx" ASC tərəfindən verilən texniki şərtə (№TX-08-0020) əsasən kompleksin ərazisinə ver ilən elektrik cəryanının gücü (2351 kVt) kompleksdə tikiləcək bütün binalar və qurğular ücün nəzərdə tutulub. Kompleksin ərazisindəki tikilməkdə olan yaşayış və qeyri-yaşayış sahələrin elektrik enercisi ilə təmin olunmaması kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkəni hər hansı bir quruma təhvil verilməsini mümkünsüz edir;
2. MTK üçün "xxxx" ASC tərəfindən verilən texniki şərtin 2-ci bəndinə əsasən (Abonent tərəfindən quraşdırılacaq, "xxxx" ASCnin balansına təhvil veriləcək qurğular) kompleksin işığı idarə edən mərkəzi şəbəkəni MTK yalnız "xxxx" ASC-nin hüquqi varisi olan "xxxx" ASC-yə təhvil verməlidir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh MTK-nın nümayəndəsi X7 izahatında bildimişdir ki, iddia tələbi əsassızdır. Belə ki, kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərə onun müd axilə etmək hüququ yoxdur. Belə ki, həmin ərazilərə dair vətəndaşlar çıxarış alıb və özlərinə məxsus sahələrdən istədikləri kimi istifadə edirlər. 50-60 vətəndaş çıxarış əldə edib və digərlərinin çıxarış almaması da həmin ərazilərə onun müdaxilə edə biləcəyi mənasına gəlmir. Şəxslərin hansı fəaliyyətlə məşğul olması heç kimə aid olmayan məsələdir, buna konkret dövlət orqanları nəzarət edir. İddiaçı yalnız 1, 2 və 4-cü binalara münasibətdə iddia irəli sürə bilər. Qarajın böyük hissəsi kompleksin həyətinin altında tikilib və bu günə qədər dövlət qeydiyyatından keçməyib. Dövlət tərəfindən qəbul edilməyən ərazilərə iddiaçı necə iddia irəli sürə bilər. Dövlət qeydiyyatına alınmamasına baxmayaqraq, həmin ərazi konkret fiziki şəxslərə satılıb. Kompleksin ərazisində 468 mənzil var və hər bir mənzi ldə kommunikasiya xətləri mövcuddur. Mənzildə bununla bağlı hər hansı nasazlıq olarsa mənzilin mülkiyyətçilərinə müraciət edilərək həmin nasazlıqlar aradan qaldırıla bilər. xx.xx.2019-cu ildən MTK-nın heç bir işçisi həmin ərazidə fəaliyyət göstərmir. MTK fəaliyyətini dayandırıb və onun balansında 1 m 2 ərazi belə yoxdur. Baxmayaraq ki, iddiaçının fəaliyyət sahəsindən kənardır, lakin, texniki qurğular yerləşən zirzəmi 1, 2 və 4-cü binalardan kənarda olsa belə o da, iddiaçıya təhvil verilib. İşıqla bağlı isə bildirilməlidir ki, işığı idarə edən qurğu ona məxsus deyil və “Azərenerji” tərəfindən plomblanıb. Həmin qurğunun iddiaçıya təhvil verilməsi onun səlahiyyətlərinə və imkanlarına aid deyil. İşıq stansiyası strateji əhəmiyyətli ərazidir və heç o özü oraya müdaxilə edə bilmir. Mühəndis qurğ uları yerləşən ərazi – texniki zirzəmi isə iddiaçıya təhvil verilib və açarlar da onlardadır. Həmçinin qeyd edilməlidir ki, bina tikən üçün ən çox gəlir qeyri-yaşayış sahələrindən gəlir. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1ci maddəsində sadalanan heç bir sahə cavabdeh tərəfindən satılmayıb. Digər sahələrin isə satılıb-satılmamasının MMMC-yə heç bir aidiyyəti yoxdur. Həmin əmlaklar MMMC-yə məxsus deyil və qanunvericiliyin tələblərinə görə ola da bilməz.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-197/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia ərizəsi qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən yaşayış binaları həmin binalarda mənzillərin hissəsi olmayan və binada birdən artı q sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər hissəsində, həmçinin ümumi işığı idarə edən mərkəzi şəbəkənin 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsi iddiaçı MMMC-yə təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış binalarının MMMC tərəfindən idarə edilməsinə maneələrin törədilməsi cavabdehh MTK-ya qadağan edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin predmetinin əsas hissəsi çoxmənzilli binanın ümumi əmlakına aid deyil. Belə ki, iddiaçı MMMC iddia ərizəsində həmçinin çoxmənzilli yaşayış kompleksinin, həmin kompleksin tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisini, qanunsuz istifadə edilən qeyriyaşayış sahələrini, kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkəni və kompleksin ərazisində olan digər qurğuları MTK tərəfindən MMMC-yə təhvil-təslim edilməsini xahiş etmişdir.
10. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışlara” həmçinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli, 18/04-626 saylı cavab məktubuna istinad edərək qeyd etmişdir ki, iddiaçı MMMC tərəfindən iki mərtəbəli zirzəmi ərazisini, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin cavabdeh MTK-dən tələb edilməsinin hüquqi əsaslarının mövcud olması iş materiallarında olan sənədlərdən müəyyən edilmir. Belə ki, qanunvericilikdə paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan ərazilər konkret olaraq göstərilmiş və əmla k kompleksi iddiaçıya təhvil verilərkən nə MMMC-nin Nizamnaməsindən, nə də ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərindən kənara çıxıla bilməz.
11. Ümumi işığı idarə edən mərkəzi şəbəkənin iddiaçıya təhvil verilməsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, mərkəzi şəbəkənin yalnız artıq istismara verilmiş 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsi ayrılaraq MMMC-yə təhvil verilməlidir. Belə ki, TX-08-0020 saylı “Texniki şərt” verilərkən ümumi olaraq 6 binadan ibarət olacaq çoxmərtəbəli yaşayış binaları kompleksi üçün verilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənizl Məcəlləsinin 35.1, 119.1, 119.2, 119.7, 122.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası nın mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən iddiaçı MMMC və cavabdeh MTK apellyasiya şikayətləri və iddiaçı apellyasiya şikayətinə əlavə verəmişdir.
14. İddiaçı apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavədə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən yaşayış kompleksinin cavabdeh MTK tərəfindən zəbt edilmiş iki mərtəbəli 15.000 kv.metr zirzəminin və istifadə edilən qeyri-yaşayış sahələrinin MTK tərəfindən MMMC-yə təhvil verilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti və şikayətə əlavə iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
16. Cavabdeh MTK apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia ərizəsində ifadə olunmuş “mübahisəli yaşayış kompleksinin ümumi işığı idarə edən mərkəzi şəbəkənin 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsinin MMMC-yə təhvil verilməsi öhdəliyin MTK-nın üzərinə qoyulması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş et mişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, iddianın təmin edilməsi hissəsində səhv nəticəyə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2763/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) hər iki apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı MMMC-nin "xxxx" görünür ki, MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. MMMC müstəqil təsərrüfat subyekti olmaqla, ünvan 1 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıcağının qərarına əsasən yaradılmışdır. Qanunvericilikdə paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan ərazilər konkret olaraq göstərilmiş və mübahisəli əmlak kompleksi iddiaçı MMMC-yə təhvil verilərkən MMMC-nin nizamnaməsindən və Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərindən kənara çıxıla bil məz. İş materiallarında olan sübutlardan binaların zirzəmi mərtəbəsində olan qeyri-yaşayış sahələrinin məhz yeraltı qaraj olduğu müəyyən edilir. Belə olan halda, kompleksin 2 mərtəbəli zirzəmi ərazisinin, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin cavabdeh MTK-dan tələb edilməsinin hüquqi əsası yoxdur. Odur ki, çoxmənzilli binanın ümumi əmlakına aid olmayan hissələrdə iddianı rədd etmiş birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Ümumi işığı idarə edən mərkəzi şəbəkənin iddiaçıya təhvil verilməsinə münasibətdə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, mərkəzi şəbəkənin yalnız artıq istismara verilmiş 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsi ayrılaraq MMMC-yə təhvil verilməlidir. Belə ki, TX-08-0020 saylı texniki şərt verilərkən ümumi olaraq 6 bi nadan ibarət olacaq çoxmərtəbəli yaşayış binaları kompleksi üçün verilmişdir.
20. Bunu nəzərə alan məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hə r bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mənizl Məcəlləsinin 35.1, 119.1, 119.2, 119.7, 122.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına və Mülki Prossesual Məcəllənin 77.1, 119.1, 384, 385. 2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən iddiaçı MMMC (vəkil Nümayəndə) və cavabdeh MTK (Vəkil4) kassasiya şikayətləri verəmişlər.
24. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, MMMC-nin Nizamnaməsində də qeyd edilib ki, cəmiyyətinin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanuncvericiliklə müəyyənləşdilrilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqədlərin yerinə yertirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Məhkəmə ilk növbədə binanın ümumi əmlakı dedikdə nəyi nəzərdə tutulduğunu aydınlaşdırmalı idi. Lakin məhkəmələr tərəfindən formal olaraq Mənzil Məcəlləsinin qeyd edilən normasına istinad edilmiş və birinci instansiyada iddia qismən təmin edilmiş, apellyasiya instansiyasında isə şikayət təmin edilməmişdir. Nə birinci instansiyada, nədəki apellyasiya instansiyasında bu sübuta hüquqi qiymət verməmiş, əvəzində cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2005-ci il tarixli, 18/04-626 saylı cavab məktubuna istinad edilmişdir (çoxmərətəbəli yaşayış binasının təqdim edilmiş eskiz layihəsinə əsasən (15 girişli, 16 mərtəbəli+texnikimərtəbə+dam+1-2 mərtəbəsi qeyri yaşayış sahəsi, zirzəmi mərtəbələri-yeraltı qaraj) razılaşdırılmış). Birinci bu iki sübutlar arasında yerlə göy kimi fərq var. Birincisi istismara icazədə faktiki olaraq istismarına icazə verilmiş tikinti obyektinin döngə nöqtələrinin koordinatları, adı qeyd edilmişdir. Ora da qaraj yoxdur, ikincisi də faktiki olaraq istimara icazə tarix etibari ilə sonuncu sənəddir. Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2005-ci il tarixli, 18/04-626 saylı cavab məktubundan sonra da eskiz layihələrə dəyişklik edilməsi də mümükündür. Nəticə etibari ilə məhkəmə bu məsələləri aydınlaşdırmamış və hüquqi qiymət verməmişdir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində MMMC əmlak k ompleksinin idarə edilməsində qanunla ona verilmiş hüquqlarının həyata keçirə bilmir, vəzifələrini yerinə yetriə bilmir. Həmin sahə MTK tərəfindən MMMC-ə təhvil verilmədiyindən o ərazilərdəki sahə qeyri-qanuni olaraq MTK tərəfindən müxtəlif şəxslərə icarəyə verilir. Hətda zirzəmidə, lap elə məhkəmənin gəldiyi nəticəyə əsasən qaraj hesab etdiyi sahənin müəyyən hissəsi MTK tərəfindən şirniyyat hazırlayan emalatxanaya icarəyə verilib. İddiaçı qeyd edilənlərin təsdiqi kimi sübut təqdim edə bilmir, çünki icarəyə verən MTK və icarəyə alan hüuqi və ya fiziki şəxs həmin müqavilələri MMMC-nin nümayəndəsinə təqdim etmir. Lakin məhkəmə tərəfindən yerli baxışla bunları yerində görüb protokollaşdırmaqla sübut etmək mümkün idi. Bir daha göründüyü kimi nə istsimara icazənin verildiyii 2019-cu ildə, nə ek spertizanın keçirldiyi 2022-ci ildə rəsmi qeydiyyatdan keçmiş qaraj sahəsi olmayıb. Cavabdeh qaeyri-qanuni olaraq həmin sahələri qaraj kimi sakinlərə satır. Məhkəmə DƏDKRX-ə sorğu verərək ümumiyyətlə qaraj kimi necə nəfərin hüquqlarını qeydə aldığını da aydınlaşdırmamışdır. Əlavə onu da qeyd edək ki, cavabdeh dəfələrlə MMMC-nin binanın ümumi istifadə olan sahələrinin təhvil verdiklərini bildirsələr də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdirlər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmmamışdır. Belə ki, qeyd olunan prosessual pozuntular əslində məhkəmənin tərəfimizdən təqdim edilmiş, tam şəkldə iddianın əsasını təşkil edən sübutlara hüquqi qiymət vermədiyini təsdiq edir.
26. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişd irilməsini, iddianın “Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 3068-ci məhəllədə ümumi işığı idarə edən mərkəzi şəbəkənin 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsinin MMMC-yə təhvil verilməsinin cavabdehin üzərinə qoyulmasının” təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq, qətnamədə göstərilən hissələrin ayrılmasının texniki cəhətdən mümkün olubolmamasını, ümumiyyətlə yüksək təhlükə mənbəyi olan obyektdə bu növ işlərin cavabdeh tərəfindən yerinə yetirilə bilib-bilməyəcəyini müəyyən etmədən “ cavabdeh MTK-nın üzərinə ona aidiyyatı olmayan elektrik şəbəkəsindən iddiaçıların tələb etdiyi binalara aid ümumi işığı idarə edən mərkəzi şəbəkənin vəzifəsini cavabdehin üzərinə qoyulmalıdır” kimi əsaslandırması düzgün olmamışdır. Ümumiyyətlə, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həmin hissədə təmin edilməsini və MTK-nın iddia tələbinin həmin hissəsində düzgün cavabdeh olmasını heç bir maddi və prosessual hüquq norması ilə əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh MTK-nın adına TX-08-0020 saylı texniki şərt verilməsi MTK-nın həmin yarımstansiyaının mülkiyyətçisi olması anlamına gəlmir. MTK həmin yarımstansiyanın inşa edilməsini və avadanlıqlarının alınmasını öz və s a it i hesabına həyata keçirsə də, qanunvericiliyin və texniki şərtlərin tələblərinə əsasən həmin elektrik şəbəkəsi balans mənsubiyyətinə əsasən "xxxx" ASC-nin sahibliyi və istifadəsindədir. Belə olan halda, cavabdeh MTK-nın üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış binalarını ümumi işığı idarə edən mərkəzi şəbəkənin iddiaçıya təhvil verilməsi vəzifəsinin qoyulması düzgün deyildir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi belə yüksək təhlükə mənbəyi olan obyektdə qətnamədə göstərilən hissələrin ayrılaraq iddiaçılara təhvil verilməsinin texniki cəhətdən mümkün olub-olmamasını müəyyənləşdirməmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq, qətnamədə göstərilən hissələrin ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasını, ümumiyyətlə yüksək təhlükə mənbəyi olan ob yektdə bu növ işlərin cavabdeh tərəfindən yerinə yetirilə bilibbilməyəcəyini müəyyən etmədən “cavabdeh MTK-nın üzərinə ona aidiyyatı olmayan elektrik şəbəkəsindən iddiaçıların tələb etdiyi binalara aid ümumi işığı idarə edən mərkəzi şəbəkənin vəzifəsini cavabdehin üzərinə qoyulmalıdır” kimi əsaslandırması düzgün olmamışdır. Ümumiyyətlə, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həmin hissədə təmin edilməsini və MTK-nın iddia tələbinin həmin hissəsində düzgün cavabdeh olmasını heç bir maddi və prosessual hüquq norması ilə əsaslandırmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir;
29. Mad də 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır;
30. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir;
31. Maddə 109.5. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas k ooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır;
32. Maddə 109.6. Əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır;
33. Maddə 109-4.4. Kooperativin üzvlərinin aşağıda göstərilən vəzifələri vardır:
34. Maddə 104-4.4.3. bu Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etmək;
35. Maddə 110.4. Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooper ativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar.
36. Maddə 110-3.4. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir;
37. Maddə 113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
38. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzil lərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerlə şən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
39. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
40. Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haq qında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək.
41. Maddə 122.2. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: 122.2.1. çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; 122.2.2. qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın g enişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; 122.2.3. torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; 122.2.4. qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; 122.2.5. əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. H ər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uy ğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməməsi hissə sində, cavabdeh tərəfindən isə iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün t ətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Məhkəmə kollegiyası həmçinin q eyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikay ətlərinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
60. Bu səbəbdən, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2763/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.