Məhkəmə qərarları › İş №2(102)-40/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-40/2023

17.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-40/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Əhməd qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4605/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh məxsusdur. Həmin əmlak 2016-2021-ci il tarixlərdə faktiki olaraq iddiaçının istifadəsində olmuş və onun tərəfindən təmir olunmuşdur, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mübahisəli qeyri-yaşayış sahəsinin faktiki alqısatqısı üzrə pul tələbinə dair iddiası eyni hüquqi əsaslarla tələb olunan pul məbləğinin cavabdeh tərəfindən ödənilməsi sübutlarla (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7065/2016 saylı 19 iyul 2016-cı il tarixli qətnaməsi ilə) təsdiq olunduğundan təmin edilməmiş, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsinin açarları ilə birlikdə İddiaçı alınaraq S.Abbasova qaytarılması qət edilmişdir. İş üzrə qəbul e dilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir xərci olaraq 20.000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, tərəflər arasında birinci instansiya məhkəməsində iki işə baxılıb qətnamələr qəbul edilib, hal-hazırda hər iki iş üzrə qətnamələrdən şikayət verilib və apellyasiva məhkəməsinin icraatındadır, tərəflər arasında 2(011)-3797/2021 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixil qətnamənin predmeti cavabdehin iddiaçıya olan pul borcu olmuşdur, yəni mübahisə sırf pul öhdəliklərindən əmələ gələn mübahisədir, ikinci mübahisə isə 2(011)-5314/2021 nömrəli is üzrə baxılan və qəbul edilən xx.xx.2021-ci il tarixli qətnamənin predmeti isə sırf ünvan 3 ünvanında olan qeyri-yasayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı münasibətlərdir, hazırkı iddia iddiaçının həmin əmlakdan istifadə etdiyi müddət ərzində həmin qeyri-yaşayış sahəsinə çəkdiyi təmir xərclərinin ödənilməsi ilə bağlıdır, faktiki olaraq həmin daşınmaz əmlak cavabdeh tərəfindən iddiaçıya satılmışdır, lakin əmlak həmin vaxtı bankın girovunda olduğundan və həmin vaxt rəsmiləşmənin mümkün olmaması səbəbindən cavabdeh bu qeyri-yaşayış sahəsini iddiaçıya 2015-ilin may ayında 20.000 ABŞ dollarına mülki etibarnamə əsasında faktiki satmışdır, iddiaçı, həmin əmlakın girovdan məhkəmə qaydasında çıxarılması üçün bütün məhkəmə xərclərini öz üzərinə götürmüşdür, qeyd edilən faktlar Xətai rayon Polis İdarəsinin 37-ci X1 əsaslandırma hissəsində əks olunmuşdur, iddiaçı faktiki olaraq həmin əmlaka, istifadəyə başlayan kimi müxtəlif vaxtlarda ümumilikdə 20.000 manat təmir xərci çəkmişdir, hazırda qeyri-yaşayış sahəsinin rəsmi olaraq mülkiyyətçisi olan cavabdeh həmin qeyri-yaşayış sahəsinə iddiaçını buraxmır və çəkilən təmir xərclərini ödəməkdən yayınmaqla bərabər ona məxsus olaraq avadanlıqları verməkdən imtina edir, təmir izlərini məhv etməyə çalışır, bu da hazırda içəri baxış keçirib müstəqil qiymətləndiricidən rəy almaq və işə əlavə sübutlar təqdim etmək imkanından məhrum edir, həmçinin həmin şəxs qeyd edilən əmlakı başqasına satacağını bəyan edir, obyektə demək olar ki, hər gün müxtəlif potensial müştərilər baxış keçirir, banka qarşı iş üzrə qətnamə qəbul edilib qanuni qüvvəyə mindiyi nə görə həbsin götürülməsi yalnız texniki məsələdir, əvvəllər cavabdeh ordan anbar kimi istifadə edirdi və çox köhnə vəziyyətdə idi, iddiaçı tərəfindən isə həmin yer şirniyyat dükanı kimi istifadə edilib, həmin əmlak daxilində 5 il ərzində müxtəlif təmir işləri, avadanlıqların quraşdırılması ilə bağlı müxtəlif kommunal xətlərin çəkilməsi və səkinin təmiri ilə bağlı digər işlər görülmüşdür, lakin 2021-ci ilin ortalarından başlayaraq cavabdeh və oğlanları həmin qeyriyaşayış sahəsinin qapılarını qıraraq zorla ora daxil olmuşlar bir sıra avadanlıqlar yararsız hala düşmüşdür, həmçinin təmir edilən hissələr məhv edilmiş və obyekt dağınıq vəziyyətə gətirilmiş və yenidən səliqəsiz şəkildə anbar kimi istifadə edilmişdir, sübutlardan göründüyü kimi, həqiqətən də tərəflər arasında mülki etibarnamə əsasında həmin yerin iddiaçıya 20.000 ABŞ dolları müqabilində verilməsi faktı olmuşdur, cavabdeh tərəfindən iddiaçıdan əlavə pul almaq qarşılığında ona verilmiş etibarnamələr ləğv edilmiş və pulu aldıqdan sonra həmin daşınmaz əmlakdan istifadə və sərəncam verməklə bağlı etibarnamələr verilmişdir bütün bu faktlar sübutlarda əksini ətraflı olaraq tapmışdır, indi həmin qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ehtimalı kifayət qədər güclüdür, hazırda da həmin obyekti kimin dağıtmağı barədə araşdırma gedir, həmin obyekt 1-2 il əvvəl təmirli vəziyyətdə idi və fəaliyyət göstərirdi, cavabdeh tərəf hazırda əsassız olaraq varlanmışdır, ora çəkilmiş xərclə bağlı ekspertiza təyin olunmalıdır ki, nə qədər xərc çəkdiyi müəyyən olunsun.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Ə.Əliyev) 2(01 1)-1805/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur.

5. Məhkəmə hesab etmişdir ki, əvvəla, iddia tələbi sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, iş materialları ilə əmlaka xərc çəkilməsi ilə cavabdehin əsassız varlanması, o cümlədən mübahisəli əmlaka çəkilmiş təmir xərci hesabına hazırda onun dəyərinin artırılmasını təsdiq edən, əmlakın dəyərinin aşağı salınmasında bilavasitə cavabdehin aidiyyəti olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmir. Həmçinin, iddiaçı, mübahisəli sahədən 2016-cı il tarixdən 2021-ci il tarixədək istifadə etmiş və hazırda həmin əmlak t am təmirsiz vəziyyətdədir.

6. Məhkəmə, iddiaçının “təmir-bərpa xərclərinin müəyyən olunması barədə məhkəmə ekspertizanın rəyinin alınması zəruriliyi” barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin sübut, əmlakın iddiaçının ixtiyarında olduğu dövr ərzində artan dəyərinin məbləğinə və ya cavabdehin hüquqa zidd əməli nəticəsində dəymiş zərərin məbləğinə dair hallarla bağlıdır. Lakin əmlak, iddiaçının ixtiyarında olduğu dövr ərzində təmir olunması iddia olunsa da, hazırda onun təmirsiz vəziyyətdə olması (hətta əvvəlkindən də aşağı səviyyədə) mübahisəsizdir, mübahisə əmlakın belə vəziyyətə salınmasında bilavasitə cavabdehin təqsirinə dair hallarla bağlıdır ki, iş materialları ilə də belə hallar müəyyən olunmur. Belə olan halda məhkəmə hesab etmişdir ki, əmlakın hazırkı dəyərinin iddiaçı nın özünün ixtiyarında olduğu dövrdə çəkdiyi təmir xərci nəticəsində artmasına, iddiaçı tərəfindən əmlaka çəkilmiş xərcin aradan qaldırılmasında cavabdehin aidiyyətinə dair hallar sübut olunmadığından, habelə əmlakın iddiaçı tərəfindən təmir olunmazdan əvvəlki dəyəri barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən çəkilmiş xərc nəticəsində onun (əmlakın) artan dəyərinin müəyyən olunması da iş üçün heç bir əhəmiyyət kəsb etmir və belə vəsatətlərin təmini işə baxılmasının əsassız uzadılmasına, habelə tərəflər üçün əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxara bilər.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 16.1, 386.1, 1092.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 119.1, 124.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini irəli sürmüşdür.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4605/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1805/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə əmlaka xərc çəki lməsi ilə cavabdehin əsassız varlanması, o cümlədən mübahisəli əmlaka çəkilmiş təmir xərci hesabına hazırda onun dəyərinin artırılmasını təsdiq edən, əmlakın dəyərinin aşağı salınmasında bilavasitə cavabdehin aidiyyətinə dair hallar müəyyən edilməmişdir. Digər tərəfdən işin hallarından görünür ki, iddiaçı mübahisəli sahədən 2016-cı il tarixdən 2021-ci il tarixədək istifadə etmiş və hazırda həmin əmlak təmirsiz vəziyyətdədir

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 16.1, 386.1, 1092.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini x ahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normasını işin faktiki hallarına münasibətdə düzgün tətbiq etməmişdir. Belə ki, ilk öncə nəzərinizə çatdırmaq istərdik ki, tərəflər arasında Xətai Xayon Məhkəməsində iki işə baxılıb qətnamələr qəbul edilib. Hal hazırda hər iki iş üzrə qətnamələrdən şikayət verilib və apellyasiya məhkəməsinin icraatındadır. Dəqiqləşdirmə üçün bildiririk ki, tərəflər arasında 2(011)-3797/2021 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qətnamənin predmeti cavabdehin iddiaçıya olan pul borcu olmuşdur. Yəni mübahisə sırf pul öhdəliklərindən əmələ gələn mübahisədir. İkinci mübahisə isə 2(011)- 5314/2021 nömrəl iş üzrə baxılan və qəbul edilən xx.xx.2021-ci il tarixli qətnamənin predmeti isə sırf ünvan 4 ünvanında olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı münasibətlərdir. Hazırkı iddiamız isə iddiaçının həmin əmlakdan istifadə etdiyi müddət ərzində həmin qeyri-yaşayış sahəsinə çəkdiyi təmir xərclərinin ödinilməsi ilə bağlıdır. Apellyasiya instansiya məhkəməsi işə tam və hərtərəfli baxmamış və işdə olan sübutları tam düzgün qiymətləndirməmiş və doğru olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

15. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifə lər doğuran hərəkətlərindən əmələ gəlir.

16. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Mülki Prosessual Məcəllə

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Mad də 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəlləni n 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kollegiya bil dirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4605/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar