Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4000/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4000/2022 Açar sözlər: müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi Bakı şəhəri, 17 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1979/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 283,1 kv, köməkçi sahəsi 94 kv.m olan qeyri-yaşayış sahəsi 5 (beş) il müddətinə İddiaçı icarəsinə verilmişdir.
2. İddiaçı bildirir ki, qeyri yaşayış sahəsini kafe kimi işlətmiş və gəlir əldə etmişdir. 2020-ci ilin mart ayından “Covid-19” infeksiyasının qarşısının alınmasına dair tədbirlər çərçivəsində dövlətin qərarı ilə ictimai iaşə obyektlərinin fəaliyyəti müvvəqəti dayandırılmış, may ayında fəaliyyət bərpa edildikdə isə cavabdeh sahəni onun sahibliyindən götürmüşdür. İddiaçı qeyd olunanlara əsaslanaraq aşağıdakı iddia tələblərini irəli sürmüşdür.
3. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən 5 il müddətinə icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 283,1 kv, köməkçi sahəsi isə 94 kv.m olan qeyriyaşayış sahəsinin təmirinə sərf etdiyi 70.000 (yetmiş min) manat məbləğində pulun, kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93.000 (doxsan üç min) manat pulun və kafedə olan və cavabdeh tərəfindən mənimsənilmiş 10000 (on min) manat dəyərində ərzağın əvəzinin və mənəvi zərərə görə 10000 (o n min) manat məbləğində pulun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsi bağlayaraq ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 283,1 kv, köməkçi sahəsi isə 94 kv.m olan qeyri-yaşayış sahəsini 5 (beş) il müddətində icarəyə götürmüş, və Vergilər Nazirliyində qanuni qeydiyyata alınmaqla həmin qeyri-yaşayış sahəsini kafe kimi işlətmişdir. İcarəyə götürülən əmlak Cavabdeh1 adına olsa da, faktiki sahibi Cavabdeh2dur. İcarə müqaviləsi obyektin mülkiyyətçisi Cavabdeh1 ilə onun arasında bağlandığı halda, müqaviləni etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. Onlar icarə müqaviləsini öz aralarında, yazılı şəkildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ba kı şəhəri üzrə Vergilər Departamentində bağlamış və icarə müqaviləsi vergilər departamentində qeydiyyata alınmışdır, etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. Müqavilə üzrə icarə haqqı hər ay 200 (iki yüz) manat müəyyən edilmişdir. Müqavilənin müddəti xx.xx.2018-ci ildən etibarən 5 (beş) il müddəti təşkil edilmişdir. İcarəyə götürdüyü qeyri-yaşayış sahəsi tam təmirsiz olduğuna və istifadəyə yararasız halda olduğuna görə əsaslı təmirə ehtiyac vardır və cavabdehlə olan razılaşmalarına əsasən obyekti kafe kimi işlətmək üçün təmir etməyə başlamış və təmir 2 ay müddətində başa çatmışdır. İcarəyə götürdüyü kafenin ümumi sahəsi 283 kv metr, köməkçi sahələri isə 94 kv metr təşkil edirdi, 250 kv metr isə kafenin həyəti təşkil edirdi. Beləliklə o, təmirə başlamış və kafenin mətbəxini kərpic arakəs mə ilə iki yerə bölmüş, ümumi zalda kabinetlər tikdirmiş və kabinetlərin arakəsmələrini kərpicdən tikdirmişdir. 95 kv metr olan zala və 50 kv metr olan mətbəxin döşəməsinə metlax döşətdirmiş, Həm zalın, həm də mətbəxin tavanına lambirin vurdurmuş, zalın divarlarına və kabinetlərin divarlarına bahalı divar kağızları vurdurmuş, obyektin bütün elektrik xətlərini yenidən çəkdirmiş və zalın və kabinetlərin işıqlandırılmasına çilçıraqlar alıb vurdurmuşdur. Obyektin həyətinə 250 kv metr metlax döşətdirmiş və həyətin hasarlarını boya ilə rənglətdirmişdir. Obyektin kanalizasiya sistemini yenidən çəkdirmiş, iki ədəd sanitar qovşaq tikdirmiş və içərisinə kafel metlax döşətdirmişdir. İçəridə olan mətbəxə 3000 manat dəyərində olan mətbəx mebeli yığdırmışdır. Bundan başqa həyətdə yay mətbəxi tikdirmiş və ya mətbəxinə də mebel quraşdırmışdır. İki ədəd böyük zontik (günəş çətiri) alaraq həyətdə yerləşdirmişdir. Obyektin təmirinə ümumilikdə 70.000 (yetmiş min) manat vəsait xərcləmişdir. Bundan başqa kafenin istifadəsi üçün lazım olan bütün avadanlıqları da öz hesabına almışdır. Kafedə fəaliyyət göstərdikdən sonra cavabdeh icarə haqqını 200 manatdan 800 manata qaldırmışdır. O vaxtdan bu günə qədər hər ay 800 (səkkiz yüz) manat icarə haqqı ödəmişdir.Kafedə rəsmi əmək müqaviləsi üzrə üç nəfər işçini Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olan X2 aşpaz vəzifəsinə, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ev 11-də qeydiyyatda olan X5 inzibatçı vəzifəsinə və Qubadlı şəhərində qeydiyyatda olan X14 isə ofisiant vəzifəsinə işə götürmüş və Respublikamızda COVİD-19 pandrmiyası ilə əlaqədar karantin rejimi tətbiq olunan günədək onlar kafedə işləmişlər. Müqavilə bağladığı vaxtdan ölkədə karantin rejimi elan olunana qədər həmin kafeni işlətmiş və müqavilə üzrə icarə haqqını hər ay vaxtında ödəmişdir. Lakin xx.xx.2020-ci il tarixdə ölkədə məlum vəziyyət ilə əlaqədar olaraq karantin rejimi elan edildi və kafelərin işləməsinə qadağa qoyuldu. Həmin tarixdə işçilərlə birlikdə kafenin qapısını bağlayıb evə getdik. Qeyd edim ki, kafenin əsas giriş qapısı dəmir metaldan idi və qapının açarları onun özündə olurdu. Ölkəmizdə karantin rejimi yumşaldıqdan sonra, yəni xx.xx.2020-ci il tarixdə işçiləri ilə birlikdə kafeyə gələndə qapının qıfılının dəyişdirildiyini və bağlı olduğunu görmüşdürlər. Dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Nərimanov rayonu 16-cı Pol is Bölməsində aparılan araşdırma nəticəsində məlum oldu ki, Cavabdeh2 onun xəbəri və razılığı olmadan müqavilə əsasında 5 il müddətinə icarəyə götürdüyü kafenin giriş qapısının kilidini sındıraraq çıxarmış və əvəzinə başqa kilid taxaraq açarlarını özü ilə götürmüşdür. Bunun səbəbini cavabdehdən soruşduqda Cavabdeh2 bildirdi ki, o kafeni başqa adama icarəyə verəcək. O, narazılığını bildirərək demişdir ki, “bizini aramızda 5 illik müqavilə var, mən bu kafeyə külli miqdarda xərc çəkərək təmir edib, avadanlıqlar alıb, yararlı vəziyyətə gətirmişəm” Cavabdeh2 cavabında bildirdi ki, “get məhkəməyə müraciət et”. Bundan sonra 16-cı Polis Bölməsinin əməkdaşlarının müdaxiləsi nəticəsində xx.xx.2020-ci il tarixdə kafenin qapısının açılmasına nail olublar və iddiaçı, işçiləri X8, X4 və X16 birlikdə kaf enin içərisinə girdilər. İçəri girdiklərində məlum oldu ki, 27 mart 2020-ci il tarixində kafenin qapısını bağlayarkən içəridə saxladığı 10.000 (on min) manat dəyərində olan spirtli və spirtsiz içkilərin heç biri yoxdur. Ona məxsus içki məhsullarının harda olduğunu Cavabdeh2 soruşduğunda o, xəbəri olmadığını bildirdi və ondan kafedə olan əşyalarını çıxarmağını tələb etdi. Onlar işçilərlə birlikdə həmin gün, yəni 26 may 2020-ci il tarixində kafedə olan 33 adda Soyuducudan tutmuş qaşığa kimi olan mətbəx avadanlıqlarını, soldan tutmuş xalçaya kimi olan mebel əşyalarını kafedən çıxarmış və həmin avadanlıqları və əşyaları götürməyi barədə akt tərtib etmişlər, həmçinin ona məxsus olan 10000 (on min) manat dəyərində, 10 adda spirtli və spirtsiz içkinin kafedə aşkar edilmədiyini aktda qeyd etmişdir. Aktı o, işçiləri X8, X6 və X16 imzaladılar, lakin Cavabdeh2 aktı imzalamaqdan imtina etmişdirlər. Hesab edir ki, ona məxsus olan və kafedə saxladığı içkilər Cavabdeh2 tərəfindən götürülüb, çünki kafenin qıfılı onun tərəfindən dəyişdirilib. Yuxarıda qeyd etdiyi kimi, kafenin təmirinə iddiaçı 70000 manat məbləğində xərc çəkib, bundan əlavə kafenin işləməsi üçün 15000 manat məbləğində xərc çəkib. Cavabdehlə bağlanmış müqavilə şərtlərinə görə iddiaçı hələ bundan sonra kafeni 2 il 7 ay istifadə etməli idi. Əgər qalan müddətdə də istifadə etsə idi gəlir əldə etməli idi ki, hansı ki, hazırda cavabdehin müqavilənin şərtlərini kobud şəkildə, qanunsuz pozması nəticəsində iddiaçı və ailəsi həmin gəlirdən məhrum olublar. Belə ki, kafe işləyən zaman hər ay orta hesabla 3000 (üç min) manat gəlir əldə edirdi. Bundan əlavə kafedə işləyən aşbaz Məmmədova Gülarəyə gündəlik 40 manat, 1 aylıq 1200 manat (1200 x 31 ay = 37200 manat), ofisiant Feyzullayeva Ləyaqətə gündəlik 130 manat, aylıq 900 manat (900 x 31 ay = 27900 manat), administrator Rzayev Seymura 1 gündəlik 30 manat, aylıq 900 manat (900 x 31 ay = 27900 manat) pul ödəyirdi. Lakin kafenin işləməsinə cavabdehin əsassız maneələr törətməsi nəticəsində onlar da bu gəlirdən məhrum edildilər. Bunlardan əlavə iddiaçıya cavabdeh əsassız olaraq işləməyə imkan vermədiyinə görə iddiaçıya ayda 3000 (üç min), 3000 manat x 2 il 7ay = 93.000 manat gəlirdən məhrum olub.
6. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 qarşı 70000 manat məbləğində təmir xərclərinin, 93000 manat əldən çıxmış faydanın, 10000 manat dəyərində ərzağın əvəzinin və 10000 manat mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi və müvafiq tələbləri əsassız olduğuna və hər-hansı sübutlarla təsdiq edilmədiyi üçün təmin edilməməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Cavabdeh1 aid qeyri-yaşayış obyekti olan kafedə hər-hansı təmir işləri görülməmişdir və görüldüyü halda iddiaçı tərəfindən 1 ildən artıq müddət ərzində hər-hansı sübutlar məhkəməyə təqdim edilməli idi. Qeyd edilən obyektdən təmir işləri bilavasitə obyektin faktiki sahibi Cavabdeh2 tərəfindən görülmüş, Cavabdeh1 da həmin işlərdə öz köməkliyini göstərmişir. Qeyd edilən qeyriyaşayış obyekti əvəllər də digər şəxslər tərəfindən icarəyə götürülmüş və kafe kimi işlədilmişdir. Həmin obyektdə təmir işləri cavabdehlər tərəfindən 2013-cü ilin fevral-aprel aylarında görülmüş və başa çatdırılmışdır. Obyektdə görülmüş təmir işləri barədə müqavilə və görülmüş işləri həcmini təsdiq edən digər sənədlər məhkəməyə təqdim edilmişdir. Görülmüş əsaslı təmir işlərinə yalnız əmək haqqı şəklində sərf edilmiş vəsait 5107 manat təşkil etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/724 saylı rəyinə əsasən Teymur Əliyev küçəsi (indiki M.Araz ) ev 118 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir işlərinə sərf edilmiş vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 31615 manat təşkil edir. Həmin qiymətlər material və əmək haqqı ilə birlikdə hesablanmış ki, bu da onların 2013-cü il də gördüyü təmir işləri üzrə əmək haqqı (işçilik) şəklində çəkdikləri 5107 manat məbləğinə uyğundur. Bundan əlavə, İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli İcarə müqaviləsinin 2.2.4cü maddəsinə əsasən İcarəçi olan iddiaçı icarə obyektinin əsaslı və cari təmir işlərini öz hesabına aparmalı və müqavilənin şərtlərinə əsasən bu əsasla İcarəyə verəndən hərhansı vəsaiti tələb edə bilməz. Müqavilənin 2.2.7- ci maddəsinə görə İcarəyə verənin razılığı olmadan icarə sahəsində əsaslı tikinti, rekonstruksiya, yenidənqurma işlərini aparmamalıdır. Tərəfindən iddiaçıya hər hansı təmir və yenidənqurma işlərini aparmaq üçün icazə verilməmiş və həmin işlər onun tərəfindən deyil, 2013-cü ildə onların tərəfindən aparılmışdır. Obyektin yerləşdiyi ərazi üzrə 35 saylı Mənzil-Kommunal İsti smarı sahəsinə sorğu verilmiş, həmin qurumdan alınmış xx.xx.2021- ci il tarixli 35/90 saylı sorğuya cavabdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyekti olan «Dadlı» adlı kafedə xx.xx.2018-ci il tarixdən bu günə qədər hər-hansı təmir-tikinti, abadlıq işləri ilə bağlı müraciət edilməyib və həmin ünvanda təmir tikinti abadlıq işləri ilə rastlaşmamışlar. Bundan başqa, iddiaçı iddia tələbində bildirir ki, etirazda adları göstərilən işə qəbul etdiyi aşbaza aylıq 1200 manat olmaqla 31 ay ərzində 37200 manat, ofisiant və inzibatçıya ayrı ayrılıqda aylıq 900 manat olmaqla hərəsinə 27 900 manat pul ödəməli idi. Həmin işçilərlə bağlı tərəflərindən X12 sorğu verimliş, alınmış xx.xx.2021-ci il tarixli sorğuya cavabla müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi işçilə r olan Rzayev Seymur xx.xx.2020-ci ildə, Fərzullayeva Ləyaqət və Məmmədova Gülarə xx.xx.2020-ci ildə işçi kimi elektron sistemdə qeydiyyata alınmışdır. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi əmək müqaviləsinin bağlandığı vaxtdan deyil, elektron informasiya sistemində qeydiyyata alındığı vaxtdan qüvvəyə minir. İddiaçının xx.xx.2020-ci ildən etibarən Pandemiya ilə əlaqədar kafeni işlətməməsini nəzərə alaraq, qeyd edilən işçilərin 31 ay ərzində gəlirdən məhrum olması və ya onlara zərər dəyməsi ilə bağlı iddiaçının dəlillərinin heç bir əsası yoxdur. İddiaçının özünün ayda 3000 manat (31 ayda 93 000) manat zərərə düşməsi və əldən çıxmış faydanı tələb etməsinin də heç bir əsası yoxdur, ona görə ki, bununla əlaqədar icarə obyektində həmin məbləğdə gəliri əldə etməsinə dair onun tərəfindən hə r-hansı vergi bəyannaməsi və ya əmək müqaviləsi təqdim edilməmişdir. Bu barədə, yəni İddiaçı xx.xx.2018-ci ildən əldə etdiyi gəlir və ödənilmiş vergi məbləğləri barədə Dövlət Vergi Xidmətinə tərəfindən sorğu verilmiş, lakin xx.xx.2021-ci il tarixli məktubla vergi sirri hesab olunduğu üçün vergi orqanı tərəfindən sorğuya cavabın verilməsi mümkün olmamışdır. Bundan əlavə, "xxxx" ASC-nin Nərimanov QİS-nin təqdim etdiyi «Abonent saldosu»na əsasən Teymur Əliyev küçəsi-118 ünvanda yerləşən kafenin 2018-ci ilin dekabr ayı tarixinə 9021 manat məbləğində borcu yaranmış, həmin borc məbləği 2020-ci ilin may ayına 11 536 manata yüksəlmişdir. Həmin dövrdə kafeni iddiaçı Ş.Dadaşov işlətmiş və borc İddiaçı fəaliyyəti nəticəsində yaranmış və ödənişi cavabdeh tərəfindən təmin edilmişdir. Əgər İddiaçı təm ir işlərinə böyük məbləğdə xərclər çəkmiş olsaydı, cavabdehlər üçün kommunal xidmətlərə görə həmin borcu yaratmazdı. Göstərilən halllar İddiaçı səmimi olmadığını və iddiasının əsassız olduğunu bir daha sübuta yetirir. İddiaçının iddia ərizəsində göstərdiyi kafedə olan və 10 000 manat dəyərində spirtli içki və ərzağı kafedə aşkar etməməsinə görə onun əvəzinin cavabdehlərdən tələb edilməsinin də əsası yoxdur. Belə ki, iddiaçı həmin vaxt bununla dağlı «102» zəng mərkəzində zəng edərək məlumat vermiş, Nərimanov rayonu 16-cı PB tərəfindən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsinə görə oğurluq və ya digər cinayət faktı aşkar edilmədiyindən polis bölməsi tərəfindən xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən həmçinin mənəvi zərərin dəyməsini sübut edən dəlillər də təqdim edilməmiş və bu tələbin də heç bir əsasının olmamasını bildirir. Etirazda göstərilən dəlil və faktlarla əlaqədar tərəfimizdən müvafiq sənədlər və sübutlar məhkəməyə təqdim edilmişdir.
8. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş şahid X18 bildirmişdir ki, o cavabdeh Ramin müəllimlə 2013-cü ilə tarixində podrat müqaviləsi bağlayaraq müvafiq işlərin həyata keçirilməsi öhdəliyini götürüb. Ramin müəllimi həmin dövrlərdə tanıyıb. Belə ki, həmin müqaviləyə əsasən onların tərəfindən həmin kafenin bütün təmir işləri həyata keçirilmişdir. Həmin kafe tam şəkildə təmir edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 2021-ci ilin yanvar ayında kafe yerləşən əraziyə yolu düşmüşdü və o zaman kafenin təmirinə baxmaq üçün kafeyə getdi və gördü ki, təmir hələ d ə yaxşı vəziyyətdədir. 2013-cü il tarixində podrat müqaviləsinə əsasən orada briqada şəklində bir neçə usta işləmişdir. Onlar tərəfindən həm kafedə, həm də kafenin həyətində təmir işləri aparılmışdır. Onlara həmin müqaviləyə əsasən ödənişi Ramin müəllim etmişdir. Onlar kafenin təmirini bitirdikdə orada təmirsiz heç bir hissə qalmamışdı. Müqaviləyə əsasən onlar tam şəkildə təmir etməli idilər və onlar da müqavilədən irəli gələn öhdəlikləri tam şəkildə icra ediblər.
9. X3 bildirmişdir ki, iddiaçı onun dayısıdır. Onlar 2018-ci il tarixində işlətmək üçün restoran kirayə götürüblər. Həmin restoran tam təmirsiz vəziyyətdə idi. Ora 2 ay müddətinə onlar tərəfindən tam şəkildə təmir edilmişdir. Onlar obyekti 2 il müddətinə işlədib. Daha sonra pandemiya başladı və bütün işlər dayandı. Onlar pandemiy adan sonra işləmək üçün gəldikdə isə restoranın kilidi dəyişdirilmişdi və onlar obyektə daxil ola bilmədilər. Verilən suallara cavab olaraq bildirmişdir ki, restoran tam şəkildə onlar tərəfindən təmir edilmişdir. Onlar kafeni kirayə götürərkən demək olar ki, heç bir təmir işləri aparılmamışdı. Onlar obyekti sıfır vəziyyətdə olarkən kirayə götürmüş və təmir ediblər. O, kafedə ofisiant vəzifəsində işləyiblər. Təmir zamanı isə dayısına kömək etmək məqsədilə gedərək, ustalara kömək edirdi. O, 2018-ci il tarixindən restoran kirayə götürüldükdən sonra orada işləməyə başlayıb. Əmək müqaviləsinin nə zaman bağlandığı barədə dəqiq məlumat verə bilmir. Əmək müqaviləsi səhv etmirsə, 2018-ci il tarixində bağlanmışdır. İddiaçı tərəfindən əmək haqqı günəmuzd şəklində ödənilmişdir.
10. X1 bildirmişdir ki, iddiaçı onun müdiri olmuşdur. İddiaçı onu işçi kimi işə götürmüşdür. O, sözügedən kafeyə işçi kimi getdiyi zaman kafe tam təmirsiz vəziyyətdə di. Kafe 2 ay müddətində iddiaçı tərəfindən təmir edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlar kafeyə ilk getdiyi zaman ora bərbad vəziyyətdə idi. Onlar tərəfindən 2 ay müddətinə təmir edilmişdir. Kafedə iddiaçı tərəfindən yerə kafel döşənmiş, oboylar vurulmuş, həyətdə təmir işləri aparılmışdır. Demək olar ki, təmir edilməsə həmin kafedə işləmək mümkün deyildi. O həmin kafedə 2018-ci ilin ortalarında işə başlayıb. O, orada aşbaz vəzifəsində işləyib. İddiaçı ilə əmək müqaviləsini işə başladıqdan 2 aydan sonra bağlayıb. İddiaçı təmir işləri apararkən orada köməkçi kimi işləmiş və təmir zamanı təmizlik işləri apararaq, ustalara yemə k hazırlayaraq, müdiriyyətə köməklik göstərib. Kafe tam təmir edildikdən sonra isə aşbaz vəzifəsində işləməyə başlayıb. O günlük olaraq 25 və ya 30 manat məbləğində əmək haqqı alırdı. Kafedə metlax, kafel və oboy vurulmuş, tavanda təmir işləri aparılmışdır. Onlar tərəfindən hər hansı söküntü işləri aparılmamışdır.
11. X3 bildirmişdir ki, o cavabdeh Ramin müəllimi 2013-cü ildə onun kafesində usta kimi işləyərkən tanıyıb. Belə ki, o kafedə santexnik üzrə işlər görüb və bunun qarşılığında da əmək haqqı alıb. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o santexnik ustasıdır. 2013cü il tarixində həmin kafedə santexnik işlərini həyata keçirib. Onlar kafenin təmirini bitirdikdə ora tam təmirli vəziyyətdə idi. Onlar tərəfindən bütün təmir işləri tam şəkildə həyata keçirilmişdi.
12. Azərbayca n Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin ünvan 5 ünvanlanmış məktubundan görünür ki, Rzayev Seymur xx.xx.2020-ci ildə, Fərzullayeva Ləyaqət və Məmmədova Gülarə xx.xx.2020-ci ildə işçi kimi elektron sistemdə qeydiyyata alınmışdır.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2021-ci il tarixli 10/724 saylı rəyinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsində təmir işlərinə sərf olunan vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 31615 manat məbləğində müəyyən olunur.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbli təmin edilməmişdir.
15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 70.000 (yetmiş min) manat məbləğində pulun, kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93.000 (doxsan üç min) manat pulun və kafedə olan və cavabdeh tərəfindən mənimsənilmiş 10000 (on min) manat dəyərində ərzağın əvəzinin və 10000 (on min) manat məbləğində zərərə məruz qaldığını qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir hala dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Be lə ki, məhkəmənin tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməklə gəldiyi qənaətə əsasən iddiaçı qeyri-yaşayış sahəsinin cari təmirini həyata keçirməyə görə cavabdehdən pul tələb edə bilməzdi. Digər tərəfdən müqavilə şərtlərinə əsasən, əsaslı təmir üçün Cavabdeh1 razılığı tələb olunurdu. Odur ki, iddiaçı əgər şahid ifadələrinə istinad etməklə qeyri-yaşayış sahəsinin təmirinə 70000 manat məbləğində xərcin çəkildiyini bildirirsə, məhkəməyə istinad etdiyi halları əsaslandıran mötəbər sübutlar təqdim etməlidir. Bu baxımdan məhkəmə bildirir ki, iddiaçı göstərilən hallarla bağlı şahid ifadələrindən başqa sübut (mübahisəli qeyri-yaşayış sahəsinin əsaslı təmiri ilə bağlı gördüyü işlərlə bağlı xərc-smeta cədvəlləri, mal-material üçün ödənilmiş vəsaitə dair qəbzlər, həmin mal-mate rialların alındığı yerdən qaimələr, təmiri həyata keçirən ustalar barədə məlumatlar, o cümlədən əsaslı təmir üçün cavabdehin razılığına dair sübutlar və s.) təqdim etməmişdir. Məhkəmə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın nədən ibarət olmasını qeyd etsə də, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasının göstərəcək dəlilləri təqdim etməmiş, nəticə etibarilə istinad etdiyi hallar sübuta yetirilməmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2,1096.1,1096.2,1097.1,1097.3-cü, və MPM-nin 14.2,77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, q ətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutları düzgün qiymətləndirmədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1979/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının “qeyri-yaşayış sahəsinin təmirinə sərf etdiyi 70 000 (yetmiş min) manatın xeyrinə tutulması” tələbinə verdiyi qiymətlə razılaşaraq qeyd etmişdir ki, İddiaçı iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, o, icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin təmirinə 70 000 manat xərclədiyini bildirsə də, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə həmin sahədə aparılan təmir işlərinə təqribən 31 615 manat xərcləndiyi müəyyən olunmuş, Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin 35 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışında sözügedən qeyri-yaşayış sahəsində xx.xx.2018-ci il tarixindən sonra hər-hansı təmir-tikinti, abadlıq işləri aparılmadı ğı göstərilmiş, cavabdeh tərəfin təqdim etdiyi 04 fevral 2013-cü il tarixli podrat müqaviləsinə görə isə, sahədə təmir işləri cavabdehlərin sifarişi ilə həyata keçirilmişdir. İddiaçının istinad etdiyi şahid ifadələri ilə bağlı qeyd olunmalıdır ki, həmin şahidlər iddiaçı ilə yaxın münasibətdə (qohumu və tabeçiliyində işləmiş işçi) olan şəxslər olmaqla, onların iddianın təmin edilməsində maraqlı olduqları şübhəsizdir və şahidlərin bildirdikləri başqa mötəbər sübutlarla (qeyri-yaşayış sahəsinin əsaslı təmiri ilə bağlı xərc-smeta cədvəlləri, mal-material üçün ödənilmiş vəsaitə dair qəbzlər, mal-materialların alındığı yerdən qaimələr, təmiri həyata keçirən ustalar barədə məlumatlar və s.) öz təsdiqini tapmamışdır - həmçinin qeyd olunmalıdır ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər n ormativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu zaman həm də nəzərə alınmalıdır ki, İddiaçıla Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsində icarə obyektində əsaslı tikinti, rekonstruksiya, yenidənqurma işlərini aparmaq icarəyə verənin qabaqcadan yazılı surətdə verilmiş razılığının olması ilə şərtləndirilmiş, Cavabdeh1 iddiaçıya belə bir razılıq verdiyi isə müəyyən olunmamışdır.
21. İddiaçının “kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93 000 (doxsan üç min) manatın, kafedə olan və cavabdehlər tərəfindən mənimsənilmiş 10 000 (on min) manat dəyərində ərzağın əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələblərinin təmin olunmasına imkan verəcək hər hansı sübut isə ümumiyyətlə təqdim edi lməmişdir. Buna görə də, kollegiya sözügedən tələblərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iddiaçı, Cavabdeh1la bağladığı icarə müqaviləsinin cavabdehin təqsiri üzündən ləğv edildiyini iddiasının faktiki əsası kimi irəli sürməmişdir; bu isə o deməkdir ki, onun əldə çıxmıış faydanın ödənilməsi tələbinin hüquqi əsası mövcud deyildir.
22. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəllənin 680, 700.1, 1096-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək, Bakı apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2( 103)-1979/2022 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X7 rəyi ilə onun kirayəyə götürdüyü kafeyə çəkdiyi təmir-tikinti xərci 31615.00 manat müəyyən edilsə də, Nərimanov rayon Məhkəməsi heç olmasa ekspert rəyi ilə müəyyən olunan məbləğin cavabdehdən alınıb ona verilməsini təmin etməmişdir. İcarə haqqını vaxtı-vaxtında ödəməyinə baxmayaraq, icarəyə verən cavabdehlər icarə müqaviləsinin tələblərini kobud şəkildə pozmuşlar. Məhkəmə işin bu halına qiymət verməmişdir. Buna görə də Mülki Məcəllənin 21.1, 21.2, 680.1-ci, 677.1.3, 677.4, 685.2, 685.2.1, 685.2.2-ci maddələri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi MPM-in 76-cı mad dəsində nəzərdə tutulan halları araşdırmamış, iddianın təmin edilməsinə dair kifayət qədər sübütlar olsa da, məhkəmə bu sübütlara hüquqi qiymət verməmiş, həmin sübutları yoxlamamışdır. Göründüyü kimi, iddiaçının Cavabdeh1 və Cavabdeh2 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən 5 il müddətinə icarəyə götürdüyü ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 283,1 kv, köməkçi sahəsi isə 94 kv.m olan qeyri-yaşayış sahəsinin təmirinə sərf etdiyi 70.000 (yetmiş min) manat məbləğində pulun, kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93.000 (doxsan üç min) manat pulun və kafedə olan və cavabdeh tərəfindən mənimsənilmiş 10000 (on min) manat dəyərində, 10 adda spirtli və spirtsiz içkinin dəyərinin və mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun cavabdehdən tutulub ödənilməsi barədə iddiası tam əsaslı və qanunidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı bunu tam sübuta yetirsə də, məhkəmə həmin sübutlara qiymət verrməmiş, qətnaməni öz mülahizəsinə əsasən qəbul etmişdir. Apellyasiya məhkəməsi işə birtərəfli qaydada baxaraq, mötəbər sübutlar əldə etmədən, maddi və prosessual hüquq normalarını səhv tətbiq edərək, prosessual pozuntuya yol vermişdir. Belə ki, məhkəmə qətnamədə qeyd edir ki, “iddiaçı əgər şahid ifadələrinə istinad etməklə qeyri-yaşayış sahəsinin təmirinə 70000 manat məbləğində xərcin çəkildiyini bildirirsə, məhkəməyə istinad etdiyi halları əsaslandıran mötəbər sübutlar təqdim etməlidir Məhkəmə kafedə hansı təmir-tikinti işlərinin aparılması i lə bağlı mənim iddia ərizəmdə göstərdiklərimlə Ekspertiza rəyinin üst-üstə düşməsini, şahidlərin bunu təsdiq etməsini sübut kimi qiymətləndirməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Bak Apellysiya Məhkəməsi konstitusion hüququm olan əmlak hüququmu bərpa etmək əvəzinə, bu hüququmun pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdehlər kassasiya şikayətinə qarşı etiraz verməmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Madd ə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
29. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
30. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilə r. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
34. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
35. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
36. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
38. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
39. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kredito r öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
40. Maddə 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur.
41. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
42. Maddə 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.
43. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
44. Maddə 447.2.1. Bunun heç bir nəticə verməyəcəyi aydın olduqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur.
45. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsind ə ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
46. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
47. Maddə 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər;
48. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəs i müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
49. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkət lərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
57. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, iddianın qeyri-yaşayış sahəsinin təmirinə sərf olunmuş 70.000 manat və mənimsənilmiş ərzaqa görə 10000 manat pul tələblərinə aid hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən ed ilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən həmin tələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin tələblərin həllinə dair gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Ona görə də qeyri-yaşayış sahəsinin təmirinə sərf olunmuş 70.000 manat, mənimsənilmiş ərzaqa görə 10000 manat pul tələblərinə aid hissədə kassasiya şikayəti rədd edilməli, qətnamə qüvvəsində saxlanılma lıdır.
62. Bununla belə, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məhkəmə iddianın əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə aid hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
63. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, bu tələblərin təmin olunmasına imkan verən sübutlar təqdim edilməmiş və icarə müqaviləsinin cavabdehin təqsiri üzündən ləğv edildiyi iddianın faktiki əsası kimi irəli sürülməmişdir. Ona görə də əldə çıxmış faydanın ödənilməsi tələbinin hüquqi əsası mövcud deyil (§ 21).
64. Kassasiya kollegiyası bu mövqe ilə razılaşmır, ona görə ki, baxılan işdə əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbləri tərəflər arasında bağlanmış icarə müqaviləsinin cavabdeh tərəfindən pozulması iddiası na əsaslanır (§ 5).
65. Belə olan halda, həmin tələblərin düzgün həlli üçün tərəflər arasında öhdəlik yaradan müqavilə münasibətlərinin yaranıb-yaranmaması, öhdəliklərin nədən ibarət olması və cavabdeh tərəfindən pozulub-pozulmaması, əgər pozulmuşsa iddiaçının zərərin əvəzini tələb etmək hüququna malik olub-olmaması işdəki sübutlar əsasında araşdırılmalı, müəyyən edilmiş hallara tətbiq edilməli olan maddi hüquq normalarının şərtləri əsasında hüquqi qiymət verilməklə iddia həll edilməlidir.
66. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəliyin əmələ gəlməsi üçün əsaslardan biri də onun iştirakçıları arasında müqavilənin olmasıdır (§ 31-32).
67. Hazırkı işdə qeyr i-yaşayış sahəsinə dair İddiaçıla Cavabdeh1 arasında beş il müddətinə 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır.
68. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (§ 46, 48-49).
69. Tərəflər həmin müqavilə əsasında 2020-ci ilin may ayınadək icarə münasibətlərində olduqlarını inkar etmirlər.
70. İddiaçı bildirir ki, cav abdeh tərəf icarə müqaviləsindən irəli gələn öhdəliyini, yəni qeyri-yaşayış sahəsini onun sahibliyinə və istifadəsinə vermək vəzifəsini 2020-ci ilin may ayından etibarən pozmuşdur. İstinad olunan bu hal iddia ərizəsində belə izah edilir ki, iddiaçı, xx.xx.2020-ci il tarixdə kafenin qapısının bağlı olduğunu, qıfılının Cavabdeh2 tərəfindən dəyişdirildiyini aşkarlamış, bundan sonra sonuncu, sahəni başqasına icarəyə verəcəyini bildirmişdir. Ərizədə cavabdehin bu hərəkətlərinə müqavilə şərtlərinin kobud şəkildə pozulması kimi istinad olunur və nəticədə iddiaçının kafeni sonrakı 2 il 7 ay üçün işlətməklə əldə edə biləcəyi gəlirdən məhrum qaldığı göstərilir.
71. O da nəzərə alınmalıdır ki, iddiaçı 2020-ci ilin iyul ayının 7-də hazırkı iddianı qaldıraraq, zərərlərin əvəzinin ödənilməsini istəmiş dir.
72. Qeyd edilənlər ona dəlalət edir ki, iddiaçı, qeyri-yaşayış sahəsinin onun istifadəsinə verilməsi öhdəliyinin və nəticə etibarilə müqavilənin pozulmasına istinad edərək, əldən çıxmış fayda növündə düşdüyü maddi və mənəvi zərərin əvəzini tələb edir.
73. Belə olan halda, iddiaçının icarə müqaviləsini cavabdehin təqsiri üzündən ləğv etməsini iddianın faktiki əsası kimi irəli sürməməsi barədə apellyasiya məhkəməsinin mövqeyi və bu xüsusatlar üzrə lazımi araşdırma aparmaması əsaslı görünmür.
74. Kollegiya vurğulayır ki, bu xarakterli mübahisədə müqavilənin ləğv olunmasının iddiaçı tərəfindən xüsusi olaraq irəli sürməsinə gərək yoxdur. Ona görə ki, zərərin əvəzinin ödənilməsi tələbinin haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Bunun üçün məhkəmə, işin müəyyən edilmiş faktiki halları əsasında hansı tərəfin öhdəliklərini pozduğunu, bu pozuntunun müqavilə münasibətlərinin birtərəfli qaydada xətm olunması və zərərin əvəzini tələb etmək üçün əsas yaradıb-yaratmamasını xidməti vəzifəsinə görə özü müəyyənləşdirməli, tərəflərin bildirdikləri faktlara aidiyyəti hüquq normalarını tətbiq etməlidir.
75. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verəcəm) prinsipinə əsaslanır.
76. Baxılan işdə isə tərəflər arasında bağlanmış müqavilənin hansı səbəbdən (tərəflərdən hansının təqsirindən) pozulması ilə bağlı cavabdehin mövqeyi lazımi şəkildə aydınlaşdırılmamı şdır.
77. Nəzərə alınmalıdır ki, bu barədə iddiaçının bildirdikləri mübahisə və təkzib olunmadığı (yaxud sübuta yetirildiyi) halda, məsələyə öhdəliyin pozulması, bu səbəbdən müqavilədən imtina (onun ləğv) edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsini tənzimləyən normaların şərtləri əsasında hüquqi qiymət verilməlidir.
78. İddiaçı bildirir ki, icarə müqaviləsinin qüvvədə olduğu dövrdə cavabdeh qeyriyaşayış sahəsinin qapısının açarlarını dəyişərək onu içəri buraxmamışdır. İcarəyə götürdüyü əşya üzərindəki sahibliyi (dolayısı ilə icarəyə verənin əşyanı istifadəyə vermək vəzifəsinin cavabdeh tərəfindən) pozulduğu üçün müqavilədən çıxaraq icarə müddətinin sonunadək əldə edə biləcəyi gəlirləri və mənəvi zərərin ödənilməsini tələb edir.
79. Məlum olduğu kimi, müqavilədən irəli gələn tələb hüqu qları, o cümlədən icarə müqaviləsi əsasında əşya üzərində meydana gəlmiş sahiblik vəziyyəti qanunla qorunur. Sahiblik, nəinki üçüncü şəxslərin qanunsuz müdaxilələrindən, hətta əşyanın mülkiyyətçisinin pozuntularından belə müdafiə olunur. Bu səbəbdəndir ki, qanunverici, hərəkəti kimin etməsindən asılı olmayaraq, sahibin iradəsi olmadan sahiblikdən məhrumetməni və onu pozmanı qadağan edilmiş özbaşınalıq sayır və sahibliyin müdafiəsi iddialarını nəzərdə tutur (§ 28-30).
80. Bununla belə, icarəyə götürdüyü əşya üzərində sahibliyinin pozulmasına istinad edən icarəçi, həmin iddiaları irəli sürməyib, öhdəliklərin icra edilməməsinə görə müqavilədən imtina və bunun nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb etmək hüquqlarına malikdir.
81. Belə ki, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra olunmamasıdır. Bir tərəfin müqaviləni pozmasının vurduğu zərər nəticəsində digər tərəf, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olursa, bu hal əhəmiyyətli pozuntu sayılır və müqavilənin ləğv olunmasının əsaslarından biri hesab edilir. Eyni zamanda, ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi müddət təyin etməklə müqavilədən imtina edə bilər. Müqavilədən çıxarkən kreditorun müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb etmək hüququ var. Öhdəliyini icra etməyən borclu isə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydalar Mülki Məcəllənin 421, 441, 442, 443, 447-ci və 677.1.2-ci maddələrində açıqca nəzərdə tutulmuşdur (§ 33- 37, 39-45, 47).
82. O da məlumdur ki, şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) zərərin bir növüdür. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (§ 26-27, 38).
83. Eyni zamanda, müqavilə tərəfinin özbaşına hərəkətləri nəticəsində öhdəliyin kobud pozulmasına görə (şərtləri sübuta yetirilməklə) mənəvi zərərin əvəzinin ödənilməsi istisna olunmur.
84. Buna baxmayaraq, hazırkı işdə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbləri həll edilərkən yuxarıda qeyd edilənlər nəzərə alınmamış, işin müəyyən olunmuş faktiki hallarına sadalanan maddi hüquq normalarının tətbiqindən irəli gələn hüquqi dəyərləndirmə aparılmamışdır. Bu hal isə qətna mənin həmin hissələrdə işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 50, 53-54).
85. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§ 56).
86. Beləliklə, qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə aid hissədə ləğv edilməli, həmin tələblərin göstərilən hüquq normaları əsasında araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apelyasiya baxışına göndərilməli, məhkəmə aktı qalan hissədə dəyişdirilm ədən saxlanılmalıdır.
87. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1979/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apelyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.