Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4001/2020 30.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı X12 nümayəndəsi X9, vəkili X22, Cavabdehlər Cavabdeh1 və X10 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X19 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, X13 və “xxxx” MMC-yə qarşı iddia qaldıraraq, cavabdehlərdən 50.000 ABŞ dolları məbləğində vəsaitin, 5.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, 5% dərəcəsi ilə hesablanmaqla 5.000 ABŞ dolları faiz borcunun (ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), cəmi 60.000 ABŞ dolları və mənəvi zərərə görə 20.000 manat məbləğində pulun, məhkəməyə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi, borc üzrə tutulmanın cavabdehlərin “xxxx” MMC-nin əmlakındakı paya yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 50.000 ABŞ dolları məbləğində vəsaitin, 5.000ABŞ dolları məbləğində əldən çıxmış faydan ın, 5% dərəcəsi ilə hesablanmaqla 5.000 ABŞ dolları faiz borcunun, cəmi 60.000ABŞ dolları (ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və mənəvi zərərə görə 20.000 manat məbləğində pulun, məhkəməyə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutalaraq onun xeyrinə ödənilməsi, borc üzrə tutmanın cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus binada yerləşən mərhum X3 çatası payın dəyərinə yönəldilməklə cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3 ona birgə borclu kimi borcun cəmi 60.000 ABŞ dolları (ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 20.000 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus binada yerləşən ünvan 1 ünvanında 21 saylı yaşayış sahəsi satılaraq əldə olunan vəsaitdən cəmi 60.000 ABŞ dolları və 20.000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi, borc üzrə tutmanın cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus binada yerləşən mərhum X4 çatası payın dəyərinə yönəldikdən sonra həmin yaşayış sahəsi satıldıqdan sonra Cavabdeh1, X11 və Cavabdeh3 həmin yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim M.Rüstəmli) xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-4041/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X19 və Cavabdeh3 müştərək qaydada 50.000 (əlli min) ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, və 87.500 (səksən yeddi min beş yüz) manatdan artıq olmamaqla) tutularaq iddiaçı X14 ödənilməsi, cavabdehlər Cavabdeh1, X19 və Cavabdeh3 müştərək qaydada dövlət rüsumuna görə ödənilmiş məbləğin 20 (iyirmi) manatının tutularaq iddiaçı X14 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sərlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X19 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassatorlar həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi x və vəkili x kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Xməhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. X15 şəxsində “xxxx” MMC (icraçı) ilə X6 (sifarişçi) arasında bağlanan x x xxxxxx 2009cu il tarixli Daşınmaz Əmlakın (Yaşayış mənzilinin) sifarişi üzrə müqavilənin 1-ci bəndinə əsasən sifarişçi ailəsinin mənzil təminatını ödəmək üçün x qarşısında inşa edilən yaşayış sahəsində 1-ci binanın 6-cı mərtəbəsində, 3 otaqlı (ümumi sahəsi 128,6 kv.m. olan) 21 saylı mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərclərin ödənilməsini öz öhdəsinə götürür, icraçı isə sifarişçinin istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öhdəsinə götürür. “xxxx” MMC-nin direktoru xtərəfindən verilmiş “Maliyyə arayışı”nın təsdiq edilmiş surətindən görünür ki, x qarşısında inşa edilən yaşayış binası “xxxx” MMC-yə məxsusdur. Bu binanın 6-cı mərtəbəsində, 3 otaqlı (ümumi sahəsi 128,6 kv.m. olan) 21 saylı yaşayış sahəsinin dəyəri payçı X6 tərəfindən tam ödən ilmişdir və hazırda onun MMC-yə borcu yoxdur. X6 ilə İddiaçı arasında 43 saylı notariat kontorunda bağlanan xx xxxx 2016-cı il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, tərəflər, xx xxxx 2017-ci il tarixinədək “xxxx” MMC tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş müqaviləyə əsasən “Satıcı” X4 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5”B” qarşısında inşa edilən, 1-ci binanın, 6-cı mərtəbə, 3 otaqlı ümumi sahəsi 128,6 kv.m. olan 21 saylı mənzili özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 90.000 ABŞ dolları “Alıcı” İddiaçı ilə satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışdırlar. Müqavilənin 1.2-ci maddəsinə əsasən satılacaq “xxxx” MMC tərəfindən xx.xx.2009-cu il tarixdə veri lmiş müqaviləyə əsasən satıcı X5 ayrılmış xqarşısında inşa edilən 1-ci binanın, 6-cı mərtəbə, 3 otaqlı, ümumi sahəsi 128.6 kv.m olan 21 saylı mənzili X4 ayrılmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən X1 mənzili 90000 ABŞ dolları qiymətləndirir və gələcəkdə mənzili həmin qiymətə alıcı İddiaçı ilə alqı-satqı müqaviləsi bağlayaraq satmağı öhdəsinə götürür. Alıcı İddiaçı isə mənzili gələcəkdə 90000 ABŞ dolları almağı öhdəsinə götürür. Alıcı Museyibov Səməd Telman oğlu isə satış məbləğini 50000 ABŞ dolları nağd şəkildə satıcıya ödəmişdir, satıcı isə həmin məbləği almışdır. Qalan 40.000 ABŞ dollarını ödədikdən sonra satıcı mənzili alıcının adına rəsmiləşdirilməyi öz öhdəsinə götürmüşdür. Nəsimi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Əyyub Bəşirovun xx xxxxxxxx 2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X2 ölməsi faktına görə Azərbaycan respublikası CM-nin 125-ci maddəsi ilə başlanmış ********* №-li cinayət işi üzrə icraata cinayət tərkibinin əlamətlərinin olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X6 işlədiyi dülgər sexində xx xxxx 2017-ci il tarixdə özünü iplə asaraq intihar etmiş, hadisə zamanı Fəxrəddin Xıdırovun avtomaşınından aşkar edilmiş əlyazma vərəqəsində Xıdırov Fəxrəddin “Hər şeyin birdən dayanması məni pis vəziyyətə qoydu, həkim dedi ürəyində dəyişiklik var, şəkərə meyillisən. Hər şeyi ürəyimə saldım, yer xəstəsi olub aciz qalmaq istəmədim, hamıdan – o bir Allahdan bağışlanmağımı istəyirəm”, eləcə də Hacı Səmədə 50.000 dollar borcu olma sını, qaraj və hər ay verdiyi pulları çıxdıqda 28.000 dollar borcunun qalmasını, bundan başqa işarələrlə Xaləddinə 30.000 manat 5.000 dollar borcu olmasını göstərmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx xxxx 2007-ci il tarixli, 13706 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş üzərində “Hər şeyin birdən dayanması məni pis vəziyyətə qoydu” yazıları ilə başlayıb “..x rəqəmləri ilə bitən standart kağız vərəqəsindəki yazılar xx xxxx 2016-cı il tarixli ilkin müqavilədə “X6” qrafasındakı yazılar və imza – X6 tərəfindən icra olunmuşdur. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx xxxx 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 210 saylı aktla qeyd aparıl mışdır. Ölümün səbəbi “Mexaniki asfiksiya” göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, X6 ilə İddiaçı arasında imzalanmış və Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli (reyestrdə nömrə ilə qeyd edilmiş) ilkin müqavilə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Məhkəmə qərarının qanuni qüvvəyə minməsi barədə xx xxxx 2019-cu il tarixli, x saylı arayışından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x 9 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. “xxxx” MMC-nin direktoru xtərəfindən verilən sənəddən görünür ki, ünvan 2 ünvanında inşa edilmiş binada mərhum X2 adına olan 21 saylı mənzildə 2011-ci ildən onun ailə üzvləri arvadı Cavabdeh1, oğlanları X20 və X21 yaşayırlar. “Med Servis” özəl tibb mərkəzi tərəfindən verilən xx xxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 2010-cu il tarixdən “Medservis” özəl tibb mərkəzidə “böyrəklərin polikistozu, X24-V.D. Nefrogen hipertoniya, Renal anemiya” diaqnozu ilə proqramlı hemodializ mualicəsi rejimində olub. 2014-cü ildə İran İslam Respublikasında canlı donordan böyrək köçürülüb. Hal-hazırda “Alloqraft nefropatiyası, X24 V.T” diaqnozu ilə ambulator nefroloji nəzarətdədir. “Legal Prime” Hüquq və konsaltinq şirkətini n x saylı xx xxxxxxxx 2019-cu il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi”ndən görünür ki, ünvan 2 ünvanında “xxxx” MMC tərəfindən inşa olunan binada yerləşən 21 saylı mənzilin 2017-ci il tarixə olan satış qiyməti 175.000 manat, hazırki dövrə satış qiyməti 180.000 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151-ci maddəsinə əsasən mira sa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ərarvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsi nə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli öz ünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.3-cü maddəsində göstərilmişdir ki,əgər borclu kreditora öhdəliyin təsd iqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə X7 xx xxx 1991-ci il tarixdə nikaha daxil olmuşlar. Digər cavabdehlər X19 və Cavabdeh3 həmin nikahdan doğulmuş uşaqlardır. Birgə nikah dövründə Cavabdeh2 cavabdeh “xxxx” MMC ilə xx xxxxxx 2009-cu il tarixli müqavilə imzalayaraq x qarşısında inşa edilən yaşayış sahəsində 1-ci binanın 6-cı mərtəbəsind ə, 3 otaqlı (ümumi sahəsi 128,6 kv.m. olan) 21 saylı mənzilin dəyərini tam ödəmiş və mənzil Cavabdeh2 sahibliyinə verilmişdir. Cavabdeh2 xx xxxx 2017-ci il tarixdə ölmüşdür. Mütəxəssis rəyinə əsasən həmin mənzilin 2017-ci ildə dəyəri 175.000 manat təşkil etmişdir. Cavabdehlər Cavabdeh1, F.Xıdırlı və Cavabdeh3 qeyd olunan mənzildə 2011-ci ildən yaşayırlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən hazırki iş üzrə iddiaçı mərhum Cavabdeh2 50.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1, x və Cavabdeh3 həmin məbləğin ödənilməsini tələb edir. Qanunvericiliyin yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib su rətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Eyni zamanda, miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, x və Cavabdeh3 mərhum Cavabdeh2 tərəfindən dəyəri ödənilmiş x qarşısında inşa edilən yaşayış sahəsində 1-ci binanın 6-cı mərtəbəsində, 3 otaqlı 21 saylı mənzildə yaşamaqla hə min mənzili miras aktivi kimi qəbul etdiklərinə görə onlar Cavabdeh2 öhdəlikləri üzrə birgə borclu kimi cavabdehdirlər. Onlar tərəfindən qəbul edilmiş miras əmlakın dəyəri isə 87.500 manat hesab edilməlidir. Belə ki, miras açıldığı vaxt mənzilin dəyəri 175.000 manat təşkil etmiş və həmin dəyərin yarısı, yəni 87.500 manatı birgə nikah dövründə əldə edilmiş əmlak kimi mərhum Cavabdeh2 arvadı Cavabdeh1 məxsusdur. Beləliklə, apelyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin 50.000 ABŞ dolları vəsaitin tutulması hissəsində təmin edilməsi və cavabdehlər Cavabdeh1, X19 və Cavabdeh3 müştərək qaydada 50.000 (əlli min) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və 87.500 manat məbləğdən artıq olmamaqla tutularaq iddiaçı X14 ödənilməsi barədə birinci instansiya məhkəm əsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4001/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4001/2020
30.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver