Məhkəmə qərarları › İş №2(102)-4004/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4004/2021

20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4004/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçının cavabdehlər X18, Cavabdeh9 Sergeyevnaya və başqalarına qarşı, Maraqlı şəxsnin üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: yeni yaşayış sahəsi verilməklə mənzilin sökülməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X5, vəkili Vəkil3, Cavabdeh X6, onun və cavabdeh Hamid Efendiyevin vəkili Vəkil2, Cavabdeh X16nın, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli i ş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər X24, X12 və X16 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İddiaçı Başçısının 23.06.2017-ci il tarixli, 172 saylı sərəncamına əsasən, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarı rəhbər tutularaq və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin X saylı, 12.06.2017ci il tarixli şəhərsalma əsaslandırılması barədə məktubu nəzərə alınaraq, Maraqlı şəxs-yə Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, x və xküçələrinin kəsişməsindəki məhəllələrdə yer ləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 07.07.2017-ci il tarixdə İddiaçı başçısı ilə Maraqlı şəxs-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Maraqlı şəxs tərəfindən xi, x və xküçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlər in köçürülməsi işlərinə başlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər X7, Cavabdeh2 Əbdültalıb qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Rza qızına, X18, Cavabdeh8, Cavabdeh9 a qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Başçısının 23 iyun 2017-ci il tarixli, 172 saylı Sərəncamına əsasən sökülməsi və yerində yeni binanın inşasına icazə verilmiş qəzalı vəziyyətdə olan xnın sökülməsinə, cavabdehlər həmin binanın 2 saylı mənzilin sahibi X11, 4 saylı mənzilin sahibi Cavabdeh2, 5 saylı mənzilin sahibi Cavabdeh3, 6 saylı mənzilin sahibi Cavabdeh4, 7 saylı mənzilin sahibi Cavabdeh5, 9 saylı mənzilin sahibi Cavabdeh6, 10 saylı mənzilin sahibi X26, 13 saylı mənzilin sahibi Cav abdeh8, 15 saylı mənzilin sahibi Cavabdeh9 Sergeyevna və onlarla birgə yaşayan ailə üzvləri tərəfindən törədilən maneçilik aradan qaldırılması, qeyd olunan Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanda yerləşən mənzil 2-də yaşayan x ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,6 kv.m. olan mənzildən ümumi sahəsi 92 kv.m. olan xzilinə; Azadlıq prospekti 80 mənzil 4-də yaşayan Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88 kv.m olan mənzildən ümumi sahəsi xsaylı mənzilinə; x mənzil 5-də yaşayan Cavabdeh3 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,7 kv.m. olan mənzildən ümumi sahəsi 105 kv.m olan xküçəsi 92 saylı evin 7 saylı mənzilinə; x saylı evin 8 saylı mənzilinə; A xxx yaşayan Cavabdeh5 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 91,8 kv.m olan mənzildən ümumi sahəsi 75 kv.m olan xküçəsi 63a saylı evin 32 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 9-da yaşayan Cavabdeh6 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,3 kv.m olan mənzildən ümumi sahəsi xxx inə; Azadlıq prospekti 80 mənzil 10-da yaşayan xailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,5 kv.m olan mənzildən ümumi sahəsi 98 kv.m olan xküçəsi 154 saylı evin 11b saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 13də yaşayan Cavabdeh8 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,9 kv.m olan mənzildən ümumi sahəsi 112 kv.m olan Tələt xxmənzilinə; xxn Cavabdeh9 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,7 kv.m olan mənzildən ümumi sahəsi xx lı mənzilinə Maraqlı şəxs-nin vəsaiti hesabına köçürülməsi və cavabdehlərin Azadlıq prospekti 80 ünvanda tikilən yeni binadan yaşay ış mənzilləri ilə təmin edilənədək, onların kirayə haqqının Maraqlı şəxs tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdehlərin sökülməsinə maneələr törətməkdə davam etdikləri xx qəzalı vəziyyətdə olmaqla, həm onların həyatı və həm də ətrafdakılar üçün hər an gözlənilən real təhlükədir. Bu əsasdan da həmin binanın sökülməsi və yerində yeni yaşayış binasının tikilməsi gündəmə gətirilmişdir. Belə ki, Bakı şəhərində sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirləri barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarının icrası məqsədi ilə İddiaçı Başçısının 23 iyun 2017-ci il tarixli 172 saylı Sərəncamına əsasən xi, xa və xküçələrinin kəsişməsində yerləşə n istismar müddəti başa çatmış, yaşayış üçün təhlükəli, qəzalı vəziyyətdə olan, şəhərin görkəmini pozan köhnə üslubda tikilmiş binaların sökülməsi və yerində yüksəkmərtəbəli yeni yaşayış binasının tikintisinin layihələndirilməsi Maraqlı şəxs-yə icazə verilmiş və həmin ərazi 49 il müddətinə ona icarəyə verilmişdir. Sökülməsi tələb olunan binalarda yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin sahiblərinin mülkiyyət hüququnun təmin edilməsi məqsədi ilə həmin ərazidə yeni binaların tikilməsi, yeni tikilən binalardan sakinlərə, mövcud mənzillərin sahəsinə uyğun təmirli mənzillərin verilməsi, yeni mənzillə təmin olunana kimi sakinlərin kirayə haqlarının, kirayə ünvanlarına köçürülməsi xərclərinin ödənilməsi barədə İddiaçı ilə Maraqlı şəxs arasında müqavilə bağlanmışdır. MMC tərəfindən əksər bina sakinləri ilə müəyyən edilmiş qaydalara uyğun və şərtlər daxilində müqavilə bağlanmışdır. Sakinlərin əksəriyyəti binanın qəzalı və təhlükəli olduğunu dərk edib, yeni mənzillə bağlı MMC ilə müqavilə bağlamış və kirayə ünvanlarına köçmüşlər. Lakin adıçəkilən ərazidə - Azadlıq prospekti 80 saylı ünvanda yerləşən qəzalı binanın 2-ci, 4-cü, 5-ci, 6-cı, 7-ci, 9-cu, 10-cu, 13-cü və 15-ci mənzillərin sakinləri onlara təklif olunan şərtlər daxilində köçməkdən imtina etmiş, hal-hazırda mənzillərdə yaşamaqda davam etməkdədirlər. Bu da hər an həm onların həyatı üçün və həm də ətrafdakılar üçün təhlükəlidir. Belə ki, həmin binanın yüngül bir titrəmənin təsirindən çökmə ehtimalı çox yüksəkdir və bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi tərəfindən İddi açınə 29 oktyabr 2018-ci il tarixli telefonoqram daxil olmuşdur. Bundan başqa həmin binanın istismarının təhlükəli olduğu barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən və müstəqil ekspertiza birliyi tərəfindən rəylər verilmişdir. Həmçinin həmin binanın vəziyyəti barədə sərbəst ekspert (mütəxəssis) rəyi alınmışdır. Bu barədə Azərekspertiza Birliyi tərəfindən verilmiş rəylə bir daha Bakı şəhəri, Azadlıq prospekti 80 saylı evin qəzalı və ətrafdakılar üçün təhlükəli olduğu təsdiqlənmişdir. Bütün bunları nəzərə alaraq, Nəsimi rayon Fövqəladə Hallar Komissiyasının sədri Rayon İcra Hakimiyyəti Başçısının müavini ünvanda qəzalı vəziyyətdə olan yaşayış binası ilə bağlı baş verə biləcək qəzanın qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə Komissiyanın fövqəladə iclasını çağırmış və 16.11.2018-ci il tarixli iclasda adıçəkilən binada qalan sakinlərin, onlar üçün müəyyən edilmiş mənzillərə köçürülməklə, qəzalı binadan təxliyyə edilməsi qərara alınmışdır. Nəsimi rayon Fövqəladə Hallar Komissiyasının qeyd olunan 16.11.2018-ci il tarixli qərarı qəzalı binada yaşayan sakinlərin köçürülməsi, müvəqqəti kirayədə saxlanılması ilə bağlı hissədə qeyd olunmuşdur ki, yaşadıqları mənzillər qəzalı və ətrafdakılar üçün təhlükəli olduğundan yaranmış zərurətlə əlaqədar aşağıda göstərilən ailələr müvəqqəti olaraq yaşadıqları mənzillərdən köçürülsünlər (təxliyyə olunsunlar) və yaşayış sahələri ilə təmin edilsinlər: Azadlıq prospekti 80, mənzil 2-də yaşayan x ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,6 kv.m olan mənzildən ümumi sahəsi 92 kv.m olan Azadlıq prospekti 81 saylı evi n, 109 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 4-də yaşayan Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88 kv.m olan mənzildən ümumi sahəsi 154 kv.m olan Tələt Şıxəliyev küçəsi 14 saylı evin 189 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 5-də yaşayan Cavabdeh3 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,7 kv.m olan mənzildən ümumi sahəsi 105 kv.m olan xküçəsi 92 saylı evin 7 saylı mənzilinə; x saylı evin 8 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 7-də yaşayan Cavabdeh5 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 91,8 kv.m olan mənzildən ümumi sahəsi 75 kv.m olan xküçəsi 63a saylı evin 32 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 9-da yaşayan Cavabdeh6 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,3 kv.m olan mənzildən ümumi sahəsi xxx inə; Azadlı q prospekti 80 mənzil 10-da yaşayan Cavabdeh7 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,5 kv.m olan mənzildən ümumi sahəsi 98 kv.m olan xküçəsi 154 saylı evin 11b saylı mənzilinə; X Cavabdeh8 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,9 kv.m olan mənzildən ümumi sahəsi xilinə; A x yaşayan Cavabdeh9 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,7 kv.m olan mənzildən ümumi sahəsi 156 kv.m olan Səməd Vurğun küçəsi 77 saylı evin 85 saylı mənzilinə köçürülsünlər. Adı çəkilən mənzillərin sakinlərinin operativ köçürülməsi üçün işçi qüvvəsi və nəqliyyat vasitələri ilə təmin olunması, onların tikilən binadan yeni mənzillərlə təmin edilənə kimi müvəqqəti yaşayacaqları mənzillərin kirayə haqlarının ödənilməsi Maraqlı şəxs-yə həvalə edilsin, RİHB-nın 2 nömrəli Sahə İƏD üzrə nümay əndəliyinə və 13 saylı MKİS-ə tapşırılsın ki, köçürülən sakinlərin müvəqqəti yaşayacaqları mənzillərin mülkiyyətçiləri ilə kirayə müqavilələrinin bağlanılmasına və vaxtı-vaxtında kirayə haqlarının ödənilməsinin həyata keçirilməsinə müvafiq köməklik etsinlər. Gələcəkdə baş verə biləcək və ətraf üçün təhlükə olan qəzanın qarşısının alınması üçün adı çəkilən sakinlərin təxliyyəsindən dərhal sonra qəzalı binanın sökülüb, ərazinin təmizlənməsinin 3 gün müddətində təmin edilməsi Maraqlı şəxs-yə tapşırılsın. Adı çəkilən qəzalı bina üçün son Nəsimi rayon Fövqəladə Hallar Komissiyasının qeyd olunan 16.11.2018-ci il tarixli qərarının icrası ilə bağlı Maraqlı şəxs MTK bütün imkanlarını səfərbəy edib, hazır vəziyyətə gətirilmiş, lakin cavabdehlər onlara təklif olunan mənzillərə qəsdən köçmələrini lə ngidərək, hərəkətsizlikdə davam etməkdədirlər.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5 nümayəndəsi X8, X3 nümayəndəsi X31 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini xahiş etmişlər.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 13 fevral 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Başçısının 23 iyun 2017-ci il tarixli, 172 saylı Sərəncamına əsasən sökülməsi və yerində yeni binanın inşasına icazə verilmiş, qəzalı vəziyyətdə olan xnın sökülməsinə cavabdehlər həmin binanın 2 saylı mənzilin sahibi X11, 4 saylı mənzilin sahibi Cavabdeh2, 5 saylı mənzilin sahibi Cavabdeh3, 6 saylı mənzilin sahibi Cavabdeh4, 7 saylı mənzilin sahibi Cavabdeh5, 9 saylı mənzilin sahibi Cavabdeh6, 10 saylı mənzilin sahibi X26, 13 saylı mənzilin sahibi Cavabdeh8, 15 saylı mənzilin sahibi Cavabdeh9 və onlarla birgə yaşayan ailə üzvləri tərəfindən törədilən maneçiliyin aradan qaldırılması, qeyd olunan Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanda yerləşən mənzil 2-də yaşayan x ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,6 kv.m. olan mənzildən ümumi sahəsi 92 kv.m. olan xzilinə; Azadlıq prospekti 80 mənzil 4-də yaşayan Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88 kv.m olan mənzildən ümumi sahəsi 154 kv.m olan Tələt Şıxəliyev küçəsi 14 saylı evin 189 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 5-də yaşayan Cavabdeh3 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,7 kv.m. olan mənzildən ümumi sahəsi 105 kv.m olan xküçəsi 92 saylı evin 7 saylı mənzilinə; x saylı evi n 8 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 7-də yaşayan Cavabdeh5 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 91,8 kv.m olan mənzildən ümumi sahəsi 75 kv.m olan xküçəsi 63a saylı evin 32 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 9-da yaşayan Cavabdeh6 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,3 kv.m olan mənzildən ümumi sahəsi xxx inə; Azadlıq prospekti 80 mənzil 10-da yaşayan xailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,5 kv.m olan mənzildən ümumi sahəsi 98 kv.m olan xküçəsi 154 saylı evin 11b saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 13-də yaşayan Cavabdeh8 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,9 kv.m olan mənzildən ümumi sahəsi xilinə; A x yaşayan Cavabdeh9 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,7 kv.m olan mənzildən ümumi sahəsi 156 kv.m olan Səməd Vurğun küçəsi 77 saylı evin 85 saylı mənzilinə Maraqlı şəxs-nin vəsaiti hesabına köçürülmələri və cavabdehlər Azadlıq prospekti 80 ünvanda tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək, onların kirayə haqqının Maraqlı şəxs tərəfindən ödənilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 07.07.2017ci il tarixdə İddiaçı başçısı ilə Maraqlı şəxs-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Maraqlı şəx s tərəfindən xi, x və xküçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən xi, x və xküçələrinin kəsişmələrində yerləşən yaşayış evlərinin normativ istismar müddəti bitmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası ilə əlaqədar mübahisəli evlərin istismar müddətinin bitməsi ilə bağlı onların yerləşdiyi ərazidə müvafiq söküntü işlərinin həyata keçirilməsi, sakinlərin köçürülməsi və sakinlərə vəsaitlərin ödənilməsi Bakı şəhər Nəsimi İcra Hakimiyyətinə həvalə edildiyindən, həmçinin İddiaçı ilə Maraqlı şəxs arasında bağlanılmış 07.07.2017-ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsi “Fədək MMC öz üzərinə götürdüyündən, İddiaçı hazırkı tələblə məhkəmədə iddia irəli sürməyə subyektiv hüququ var. Cavabdehlərin mülkiyyətində olan mənzillərin istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin mənzillərin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, həmin mənzillərin sökülməsi və cavabdehlərin həmin mənzillərdən çıxarılması ilə bağlı tələb tam əsaslıdır. Qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi İddiaçı sərəncamı ilə tikinti məqsədləri üçün Maraqlı şəxs-yə ayrıldığından, hə mçinin İddiaçı ilə Maraqlı şəxs arasında bağlanılmış 07.07.2017-ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini “Fədək MMC öz üzərinə götürdüyündən, iddia tələbi göstərilən qaydada cavabdehlərin müvəqqəti olaraq yuxarıda qeyd olunan mənzillərə Maraqlı şəxs-nin vəsaiti hesabına köçürülmələri və cavabdehlərin Azadlıq prospekti 80 ünvanda tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək, onların kirayə haqqının Maraqlı şəxs tərəfindən ödənilməsi tam qanunamüvafiqdir və cavabdehlərin hər hansı hüquqlarını məhdudlaşdırmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 12.11.2018-ci il tarixli, 324 saylı rəyə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikint idə X9 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, x və xküçələrinin kəsişməsində yerləşən yaşayış binası hal-hazırda qəzalı, yaşayışa yararsız və yaşayış üçün təhlükəli olduğundan sakinlərin həmin ərazidən köçürülməsinin labüdlüyü qaçılmaz haldır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səməov və İ.Şirinov) 16 dekabr 2019-cu il tarixli, nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 b qızının, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə, Cavabdeh6 Rza qızı və Cavabdeh9 Sergeyevnanın birgə, cavabdehlər X11, Cavabdeh8, X13, qətnamə ilə hüquq və vəzifələrinə tox unan X14, X4 və X20 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər X7, Cavabdeh2 qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızına, X18, Cavabdeh8, Cavabdeh9 Sergeyevnaya qarşı qəzalı vəziyyətdə olan binanın sökülməsinə maneənin aradan qaldırılması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan binanın qəzalı vəziyyətdə olmasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə elə iddiaçı tərəfindən təqdim edilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İns titutunun əməkdaşları tərəfindən tərtib edilmiş 16 oktyabr 2017-ci il tarixli Aktda qeyd olunan yaşayış binasının məhdud işlək vəziyyətdə olması təsdiq olunmuşdur. Binanın sonradan həmin ərazidə tikinti aparan şirkət tərəfindən bilərəkdən yaşayış üçün yararsız və qəzalı vəziyyətə gətirilməsi isə iddianın əsaslı olmasına qətiyyən dəlalət edə bilməz. Çünki, həmin binanın sonradan bu vəziyyətə gətirilməsi açıq-aşkar cavabdehlərə təsir etmək məqsədi daşıyır. İddianın irəli sürülməsi dövlət ehtiyacı ilə bağlı olmamışdır. Dövlət ehtiyacının mövcudluğunun istisna olunması işin mübahisəsiz halıdır. 07.07.2017-ci il tarixdə iddiaçı ilə Maraqlı şəxs arasında bağlanılmış müqaviləyə əsasən, Maraqlı şəxs bu işlərin yerinə yetirilməsini öz üzərinə götürsə belə, iddiaçının məhz hazırkı tələblə məhkəmədə iddia irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi qətnaməsində cavabdehləri mülkiyyətində olan, yaşadıqları mənzildən məcburi şəkildə çıxarılmalarına və binanın sökülməsinə maneçilik törətməmələrinə dair qərar versə də, bunun əvəzində onlara konkret olaraq hansı tikiləcək binada, hansı mərtəbədə, neçə otaqlı, hansı ölçüdə və digər əlamətləri olan mənzil verilməli olduğunu göstərməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

10. Kassasiya instansiyası məhkəməsinin icraatı zamanı iddiaçı təşkilat cavabdehlər Cavabdeh6, Cavabdeh5, Marina Quliyeva, Cavabdeh2 və Bikəxanım Hüseynova ilə barışıq əldə etdiklərindən onlara aid hissədə iddiadan imtina etmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakim lər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) x nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh6 Rza qızı, Cavabdeh5, X11, Cavabdeh2 Əbdültalıb qızı və X1 aid hissədə iddiadan imtina barədə ərizəsinin təmin edilməsi, onlara münasibətdə iddiadan imtinanın qəbul edilməsi, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli, X saylı qətnaməsinin cavabdehlər Cavabdeh6 qızı, Cavabdeh5, X11, Cavabdeh2 Əbdültalıb qızı və X1 aid hissədə ləğv edilməsi, onlara münasibətdə iş üzrə icraata xitam verilməsi, qətnamənin digər cavabdehlər Cavabdeh3, X24, Cavabdeh8 və X10 aid hissədə ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

12. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mülki iş materialları, işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehlərin özlərinin izahatları ilə də təsdiq olunur ki, sözügedən yaşayış binasının bir hissəsi qismən sökülmüşdür, digər hissəsi isə qəzalı vəziyyətdədir və həmin hissədən sakinlərin tam köçürülməməsi hər an onların həyatı üçün böyük təhlükə törədir. Digər tərəfdən, kasasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi öz təşəbbüsü ilə iş üzrə müvafiq ekspertizalar keçirməklə və ya ixtisaslı mütəxəssisləri işə cəlb edib mübahisəli yaşayış binasına yerində baxış keçirməklə, həmin binanın qəzalı, yaşayış üçün yararlı olub-olmamasına aydı nlıq gətirə bilərdi (MPM-nin 97.1, 102.1, 102.2, 372.1-cü maddələri). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərini pozaraq, mülkiyyətçinin ona məxsus mənzilin qəzalı vəziyyətə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzilin təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəzalı vəziyyətə düşməsi halında isə, onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini yerinə yetirmədikdə, digər maraqlı şəxslərlə yanaşı, müvafiq icra hakimiyyəti orqanının da mənzilin qəzalı vəziyyətdə olması barədə iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmasını, hazırki halda 07 iyul 2017-ci il tarixli müqaviləyə əsasən sözügedən binanın sökülməsi, onun yerində yeni yaşayış binasının inşa edilməsi, eyni zamanda yeni yaşayış binası tikilənədək binadan köçürülən sakinlərin müvəqqəti kirayə edilmiş mənzillərə yerləşdirməsi və bunun üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və köçürülən sakinlərə yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin verilməsi Maraqlı şəxs həvalə edilsə də, sonuncunun prosesə iddiaçı təşkilat tərəfindən qoşulmasını və onların mənafelərinin üst-üstə düşməsini nəzərə almadan, iddianı rədd etməklə əslində cavabdehlərin öz əmlak hüquqlarından sui-istifadə etmələrinə və onların söküləcək mənzillərin əvəzinə bazar qiymətlərinə uyğun olmayan yüksək məbləğdə kompensasiya tələb etmələrinə süni şərait yaratmışdır. Binanın sakinlərinin əksər hissəsi ilə cavabdehlərə təklif edilən qiymətlərdən, müqavilə şərtlərindən daha ucuz şərtlərlə, qiymətlərlə müqavilələrin bağlanması da qeyd olunan halları tə sdiq edir. Göründüyü kimi azlıqda qalan 4 mənzilin mülkiyyətçiləri olan Cavabdeh3, x Cavabdeh8 və x ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. İşə yenidən apellyasiya qaydasında baxılarkən, Cavabdeh3, x Cavabdeh8 və x ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyünün digər mülkiyyətçilərin hüquqlarını pozub-pozmaması, bunun mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olubolmaması bir daha araşdırılmalı, eləcə də cavabdehlərlə birgə yaşayan ailə üzvlərinin dairəsi müəyyən edilməklə onların məhkəmə iclasında iştirakları təmin edilməli və qeyd olunan cavabde hlərə aid hissədə iddianın əsaslığına düzgün hüquqi qiymət verilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvzaov) 04 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3, X24, Cavabdeh8, X16 və maraqlarına toxunulan şəxslər X4, X14, X20 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin X saylı iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsinin “Azadlıq prospekti 80 ünvanında tikilən yeni yaşayış binasında cavabdehlərə təmin ediləcək yaşayış mənzillərinin sahələri ilə bağlı” hissədə dəyişdirilməsi: Cavabdeh3 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcə k yeni yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 156 nömrəli mənzilin; X18 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 58 nömrəli mənzilin; X2 məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 61 nömrəli mənzilin və Cavabdeh8 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 4-cü giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 159 nömrəli mənzilin təhvil veriləcəyi müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh3, HX, Cavabdeh8 və Xa, o cümlədən onların ailə üzvləri ilə razılığın əldə olunmasının qeyri- mümkünlüyünün digər mülkiyyətçilərin hüquqlarını pozması, bunun mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olması müəyyən edilmiş, eləcə də cavabdehlərlə birgə yaşayan ailə üzvlərinin dairəsi müəyyən edilməklə onların məhkəmə iclasında iştiraklarının təmin edilməsi üçün lazımi qaydada məlumatlandırılma həyata keçirilmiş və işdə cavabdeh olan və maraqlarına toxunan şəxslərə aid hissədə kassasiya instansiyası məhkəməsinin qərarındakı məcburi xarakter daşıyan göstərişləri də nəzərə alınmaqla hüquqi qiymətləndirmə aparılmış və iddia tələbi üzrə irəli sürülmüş təklifin ədalətli olması müəyyən edilmişdir. Hazırkı işdə məhdudiyyət in müddətinin uzun olması barədə məlumat yoxdur. Nəzərə alınmalıdır ki, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ağlabatan müddət lazımdır. İşlərin görülməsinin həvalə olunduğu İddiaçı Maraqlı şəxs ilə bağlanmış müqavilənin icra edilməsi məqsədi ilə tezliklə söküntü və tikinti işlərinə başlamaq istəyir, cavabdeh sakinlər isə mənzillərdən çıxmamaqla əslində bu müddətin uzanmasına səbəb olurlar. Digər tərəfdən, baxılan işdə fiziki şəxslərin düşdükləri zərərin (məhrumiyyətin) əvəzinin artıqlaması ilə ödənilməsi faktları təsbit olunmuşdur. Həm Nazirlər Kabinetinin qərarında, həm də İddiaçı sərəncamında sahə mülkiyyətçisinə binanın yerləşdiyi yerdə tikiləcək yeni binada müvafiq mənzil verilməsi, habelə, tikinti müddətində onların kirayə evə yerləşdirilməklə kirayə pulunun ödə nilməsi təminatları nəzərdə tutulmuşdur. Bundan əlavə, Maraqlı şəxs, İddiaçı ilə bağladığı müqavilə əsasında binanın layihələndirilməsinin, tikintinin vaxtında aparılması və istismara verilməsinin təmin olunması, sakinlərə artıq sahəli, yeni mənzillərin, habelə kirayə haqlarının vaxtında verilməsini öhdəsinə götürmüş və bu öhdəliklərin pozulması halında ciddi məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. İddiaçı, bu tələblərə uyğun olaraq sakinlərin mənzillərinin əvəzinə artıq əlavə sahəsi olan yeni və təmirli mənzillər, habelə tikinti müddətində onların və ailə üzvlərinin qalacağı evlərin kirayəsi üçün aylıq 500 manat kirayə haqları ödəməyi təklif edir. Göründüyü kimi, iddiaçının təklif etdiyi yeni mənzillərin sahəsi, sakinlərin mənzillərinin sahələrindən artıqdır, eləcə də həmin küçədə yerl əşən anoloji mənzillər üçün təklif edilən aylıq kirayə pulu mütənasibdir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

15. Cavabdeh9 kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməsi hissədə ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi x mənzilin mülkiyyətçisidir. Ərizəçinin xüsusi mülkiyyətindəki mənzilin olduğu yaşayış evi, üslubca başqa evlərdən müsbət mənada əhəmiyyətli şəkildə seçilən yaşayış binası, Bakı şəhərinin mərkəzində, onun ən gözəl yerlərindən birində, Koroğlunun heykəli olan parkla üzbəüz yerləşir. Mənzilin eyvanları parka baxır. Mənzillə yanaşı, binanın yerləşdiyi torpaq sahəsi də ümumi paylı mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 31-ci maddəsinə əsasən Ərizəçiyə məxsusdur. 2017-ci ilin yayından başlayaraq icra hakimiyyəti və MMC-nin nümayəndələri ərizəçinin mənzili olan binaya gəlmiş, ona və digər mənzil mülkiyyətçilərinə bildirmişlər ki, bina guya qəzalı vəziyyətdədir, o sökülməli, yerində “pilot-layihə” əsasında çoxmərtəbəli yeni bina tikilməlidir. Həmin vaxtdan binadakı mənzil mülkiyyətçiləri və sakinlərə ciddi təzyiqlər başlamış, sonuncuların bir qismi İcra hakimiyyəti və MMC-nin şərtlərinə razılaşmalı olmuş, MMC ilə, yəni Nizamnamə kapitalı cəmi 100 manat olan şirkətlə, heç bir dövlət təminatı olmadan müqavilələr bağlamışlar. İcra hakimiyyəti və MMC bununla kifayətlənməmiş, boşalmasına nail olduqları mənzilləri yubanmadan sökməyə başlamış, bu zaman yükdaşıyan divar və konstruksiyaları da zədələyərək qonşu mənzillərə, bütövlükdə binanın dayanıqlığına ziyan gətirmiş, ərizəçi, eləcə də binada qalan başqa sakinlərin normal yaşayışını pozmuşlar. Ərizəçinin və İcra hakimiyyəti ilə MMC-nin hərəkətlərindən əziyyət çəkən digər sakinlərin 102 (polis) və 112 (FHN) xidmətlərinə verdikləri məlumatlara əsasən gələn şəxslər heç bir konkret tədbir görməmişlər. Ərizəçiyə o da məlum olmuşdur ki, MMC-nin təsisçisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olmuşdur. Təəccüblü deyil ki, İcra hakimiyyəti və MMC 11 bloklu, 102 mənzildən ibarət binanın 55 mənzilində yaşayış ola-ola ağır texnika vasitəsi ilə söküntü işləri apararaq, Ərizəçiyə və başqa sakinlərə təzyiqləri davam etdirirlər. Ərizəçi, İcra hakimiyyəti və MMC-nin nümayəndələri ilə 14 mart 2018-ci il tarixində görüşüb, mənzilində azyaşlı övladı ilə ərizəçi bildirib ki, mənzilini yalnız o şərtlə tərk edə bilər ki, onun mülkiyyətinə hazır yeni yaşayış binasında 120 kvadrat metr sahəsi olan tam təmirli mənzil verilsin və həmin mənzil də parka baxsın. Avropa İnsan Hüquqları Məhkəməsi Axverdiyev Azərbaycana qarşı (x) iş üzrə 29 yanvar 2015-ci il tarixli və Xalikova Azərbaycana qarşı x iş üzrə 22 oktyabr 2015-ci il tarixli qərarları ilə İnsan Hüquqları və X17 haqqında Konvensiyanın və ona dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntularını müəyyən edərək, göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin dövlət ehtiyaclarına dair qərar qəbul etmək və bu ad altında hər hansı şəxsi mülkiyyətindən məhrum et mək səlahiyyəti olmadığından onun sərəncamı əsasında özgəsinin əmlakının məhv edilməsi mülkiyyət hüququnu kobud şəkildə pozur. Ərizəçinin hüquqlarının pozulması zamanı isə ümumiyyətlə hər hansı dövlət ehtiyacının olmasından söhbət getmədiyindən İcra hakimiyyətinin yanaşması, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına və deməli Azərbaycanın üzərinə götürdüyü beynəlxalq hüquq Öhdəliklərinə hörmətsizliyi ifadə edir. İcra hakimiyyətinin verdiyi iddia ərizəsini, yəni əslində yolverilməz sayılmalı iddia ərizəsini, hansında ki, məhkəmənin üzərinə notarial kontor funksiyası qoyulur, məhkəmə icraatına qəbul etmişdir. İcra hakimiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarına istinad edir. İstinad edilən qərar dövlət ehtiyacını müəyyən etmədiyində n, torpaqların və başqa daşınmaz əmlakın bu məqsədlə alınmasını nəzərdə tutmadığından, burada mülkiyyətçilərə qarşı hər hansı məcburiyyətdən söhbət gedə bilməz. Başqa qonşuların mənzillərinin dağıdılması, binanın əhəmiyyətli hissəsinin və ətrafının xarabazara çevrilməsi, bilərəkdən antisanitariya və ekoloji baxımdan təhlükəli vəziyyətin yaradılması, Ərizəçi və azyaşlı qızı və başqa sakinlərin rahatlığının hər gün və axşam, hətta qeyri-iş günləri də pozulması onu göstərib ki, İcra hakimiyyəti və MMC sakinləri öz mənzillərindən didərgin salmaq istəyiblər. Ərizəçi vurğulayır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı qəbul edilərkən, onların mənzilləri olan bina yaşayış üçün çox gözəl vəziyyətdə olub və yalnız İcra hakimiyyəti və MMC-nin qanunsuz hərə kətləri, sakinləri getmiş mənzilləri yolverilməz qaydada sökdükdən, ümumi istifadədə olan hissələri dağıtdıqdan və zədələdikdən sonra binada yaşayış çətinləşmişdir. İstənilən halda, binanın qəzalı vəziyyətdə olmasına dair heç bir qərar mövcud deyildir. Belə qərar isə yalnız və yalnız məhkəmə qərarı ola bilər ki, o da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən qəbul edilə bilər. İcra hakimiyyəti və MMC, ərizəçi və binanın digər mülkiyyətçi və sakinlərinə müxtəlif cür təzyiqlər göstərir, onları əlverişsiz şərtlərlə müqavilələr bağlamağa vadar edirlər ki, həmin müqavilələrə əsasən ərizəçi və digər mənzil mülkiyyətçiləri öz daşınmaz əmlakından imtina etsinlər, sonra isə MMC-nin kirayələdiyi keyfiyyətsiz mənzillərdə qeyri-müəyyən müddət yaşamalı olsunlar. Bu zaman nəzərə alınmayır ki, 1) binanın sökülməsi üçün heç bir dövlət ehtiyacı mövcud deyil və bu hərəkətlər aşkar qanunsuzluqdur; 2) əmlakından məhrum edilən mənzil mülkiyyətçiləri üçün heç bir seçim yeri qoyulmayır - onlara mənzillərin real dəyərinə görə ödəniş, yaxud münasib real mənzillər təklif olunmur, alternativsiz olaraq gələcəkdə binanın yerində tikiləcək yeni binada münasib sahəli mənzillər, yeni bina inşa ediləcəyi müddətdə isə şəraiti yarıtmaz olan mənzilləri kirayələmək təklif edilir. Bir məsələ də xüsusi əhəmiyyət kəsb edir - mənzil mülkiyyətçilərinə təklif olunan müqavilədə yeni bina inşa etdirilməsi üçün öz vəsaiti olmayan, Nizamnamə Kapitali cəmi 100 manat təyin edilən MMC-nin öhdəliklərinin icrasının dövlət təminatları yoxdur, bu müqavilədə heç bir dövlət orqanı iştirak etmir. Bu, mali yyə mənbələri şəffaf olmayan MMC-nin bu sahədə problemləri yaranacağı halda ona gətirib çıxara bilər ki, o, mənzillərini itirmiş mülkiyyətçilərin nə kirayə haqqını ödəyər, nə də ki, yeni binam inşa edə bilər. Nəticədə isə mənzilsiz mülkiyyətçilər kirayə götürdükləri mənzillərin haqqını ödəmək imkanından belə məhrum olaraq səfillərə çevrilə bilərlər, çünki müqavilə tərəfi olmayan İcra hakimiyyəti, ümumiyyətlə dövlət, bu kimi hallarda mülkiyyətçilər qarşısında heç bir öhdəlik daşımayacaq. Ötən il İcra hakimiyyəti Ərizəçi və b. qarşı iddia ərizəsi verib geri götürdükdən sonra, 26 noyabr 2018-ci il tarixli yeni iddia ərizəsi verərək Ərizəçi tərəfindən mənzillərinin olduğu binanın sökülməsinə törədilən maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 30 yanvar 201 9-cu il tarixində keçirilən məhkəmənin hazırlıq iclasında Ərizəçi məhkəmə aidiyyətinin dəyişdirilməsi haqqında vəsatət verərək, işin baxılması üçün Nizami rayon məhkəməsinə göndərilməsini xahiş edib. Lakin hakim Rəşid Səmədov vəsatətə dair qərardad qəbul etməyib. Fevralın 11-də keçirilən iclasda İcra Hakimiyyəti iddia ərizəsinin dəyişdirilməsi haqqında 30 yanvar 2019-cu il tarixli ərizə verərək, əlavə olaraq Ərizəçinin ailə üzvləri ilə birlikdə xzilinə Maraqlı şəxs-nin hesabına köçürülməsi və onlar Azadlıq prospekti 80 ünvanda tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək, kirayə haqqının MMC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Ərizəçi və digər cavabdehlər məhkəmədən tələb ediblər ki, məhkəmə aidiyyatına dair vəsatət barədə qərardad qəbul etsi n. Hakim bildirib ki, fevralın 13-də bu barədə qərar verəcək. 13 fevral 2019-cu il tarixində məhkəmə iclasında nə ərizəçi, nə də digər cavabdehlər iştirak etməmişdir. Hakim X ifrat qanunsuzluğa yol verərək, həm məhkəmə aidiyyəti barədə vəsatətin rədd olunması haqqında qərardad qəbul etmiş, həm də qətnamə çıxarmışdır. Halbuki, o, işdə iştirak edənlərə əvvəl qərardadı təqdim etməli idi və ərizəçinin sərəncamında həmin qərardaddan şikayət vermə üçün qanunla nəzərdə tutulmuş 10 gün olmalı idi. Həmin müddət ötməmiş məhkəmənin ixtiyarı yox idi ki, işin mahiyyəti üzrə qətnamə qəbul etsin. Maraqlıdır ki, qətnamənin surəti ərizəçiyə göndərilsə də, qərardadın surətini onlar yalnız məhkəməyə təkrar müraciət edərək əldə edə bilmişlər. Apellyasiya baxışı zamanı Ərizəçi məhkəməyə İddiaçı internet səhifə sindən aşağıdakı məzmunda yazını təqdim etdi: “Cavabdeh9 ümumi sahəsi 88,7 kv.m olan 4 otaqlı mənzilinə 750 min manat məbləğində təzminat tələb edir. Onunla aparılan danışıqlar nəticəsində heç bir güzəştə getməyərək 750 min manat ödənilməsini israrla tələb etdiyindən şirkət tərəfindən ödənişə razılıq əldə olunmuşdur. Notarial qaydada ödəniş edilməsi üçün vətəndaş Cavabdeh9 notariusa dəvət edilmiş, lakin o, 750 min manatın 550 min manatını onun şəxsi hesabına köçürülməsini, yalnız qalan 200 min manatının notarial qaydada rəsmiləşdirilməsini tələb kimi irəli sürmüşdür. Danışıqlarda o, bu tələbinin yerinə yetirilmədiyi təqdirdə razılaşmayacağını bildirmişdir”. Ərizəçi vurğulayır ki, bir dəfə ona 750 min manata alqı-satqı müqaviləsi bağlanılması təklif olunsa və bununla bağlı notariusa dəvət e dilsə də, bundan sonra onunla heç bir danışıqlar aparılmayıb, halbuki o, məhkəmə qaydasında barışıq sazişi bağlamağa hazır idi və hazırdır. Apellyasiya baxışı zamanı ərizəçi və digər cavabdehlər onu da vurğuladılar ki, qonşuları Cavabdeh6 qızı ilə icra hakimiyyəti və Maraqlı şəxs razılıq əldə edərək, onun mənzilinin alqısatqısna dair müqavilə bağlatdırıb, Ərizəçinin mənzili ilə eyni ölçülü mənzilinə görə 690000 (altı yüz doxsan min) manat ödəyiblər. İş yeni apellyasiya baxışında olan zaman, 15 dekabr 2020-ci il tarixində İddiaçı və Maraqlı şəxsnin işçiləri polisin fəal dəstəyi ilə ərizəçinin mənzilinə onun razılığı olmadan qapını sındıraraq daxil olub və Ərizəçini azyaşlı qızı ilə mənzildən çıxarıblar. Onların hərəkətlərinin pis rəftara bərabər olması bir də onunla təsdiqlənir ki, bu hərək ətlər ölkədə COVİD-19 pandemiyasına qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlər zamanı soyuq bir gündə baş verib. Ərizəçinin qızı cavabdehlərin amansız hərəkətləri nəticəsində ciddi psixoloji gərginlik keçirib. Bununla bağlı ərizəçinin verdiyi qarşılıqlı iddia ərizəsini apellyasiya məhkəməsi nəinki icraata qəbul etməkdən imtina edib, hətta bu barədə ayrıca yazılı qərardad belə qəbul etməyib. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarına əsasən Ərizəçinin qarşılıqlı iddiası icraata qəbul edilməli idi, belə ki, o hərtətərəfli əsaslandırılmışdı və onun verilməsini mümkün və labüd edən səbəb - 15 dekabr 2020-ci il tarixində Ərizəçinin qızı ilə mənzildən zorla çıxarılması yalnız ikinci apellyasiya baxışı zamanı ortaya çıxıb. Ərizəçinin tam əsaslandırılmış və əvvəllər təqdim edilməsi fiziki baxımdan mümkün olmayan qarşılıqlı iddia ərizəsinin icraata qəbul etməkdən imtina edən apellyasiya məhkəməsi əvəzində İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə”, əslində isə iddianın dəyişdirilməsi barədə ərizəni, bu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə, o cümlədən 372-ci maddənin tələblərinə tamamilə zidd olsa da, icraatına qəbul edib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə ərizəçinin apellya siya şikayəti (sözdə) qismən təmin edilib; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin x saylı iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsi “Azadlıq prospekti 80 ünvanında tikilən yeni yaşayış binasında cavabdehlərə təmin ediləcək yaşayış mənzillərinin sahələri ilə bağlı hissədə dəyişdirilib: Cavabdeh9 Sergeyevnaya ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 61 nömrəli mənzilin veriləcəyi müəyyən edilib. İcra hakimiyyətinin Ərizəçinin evinin guya hələ 2017-cı ildə qəza vəziyyətində olması barədə bildirdikləri tam uydurmadır, belə olmasa idi, o, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi - o və inzibati orqanlar nə məhkəmənin evin qəza vəziyyətində olmasına dair qərar əldə etmişlər, nə də ki, bu barədə ümumiyyətlə iddia vermişlər. Onlar tamamilə əks mövqe tutub özləri evin qəza vəziyyətinə salınmasında israrlı olublar və artıq binanı məhv ediblər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan mülkiyyət hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üç ün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin qanunun 54.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 66.4-cü maddəsinə əsasən, çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış və 10 ildən artıq müddətdə yaşayan şəxsin alınan yaşayış sahəsi üçün Ərizəçiyə ödəniləcək ümumi məbləğinin 10 faiz miqdarında kompensasiya müəyyən edilmişdir. Bundan başqa, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanının 2.3-cü maddəsinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmamışdır və mülkiyyətçilər yəni birgə ərizəçi istənilən məbləğə ona məxsus olan mənzili sata bilər. Lakin qanunun analogiyasını tətbiq edərək ərizəçiyə daşınmaz əmlakının (mənzillər və müvafiq torpaq sahəsi) bazar qiymətinin 20 faiz miqdarında kompensasiya və 10 faiz miqdarında çətinliklə bağlı kompensasiya ödənilməlidir. Dövlət ehtiya cı olmadığına görə, Ərizəçi öz əmlakına istədiyi qiyməti müəyyən edə bilər, çünki MM-in 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, Maraqlıdır ki, nə icra hakimiyyəti, nə də məhkəmə iddia ərizəsini təmin edərkən heç bir maddi hüquq normasına istinad belə etməmişlər. Ona görə ki, belə norma yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3 və Mənzil Məcəlləsinin 15-ci maddələrinə istinad aşkar qanunsuz qətnaməyə hüquqi don geydirməyə uğursuz cəhddən savayı bir şey deyildir. Belə ki, Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Bu o deməkdir ki, məhkəmə konkret qanunun konkret normasına istinad etməli idi, amma istinad edə bilmir - yoxdur belə müddəa. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərespertiza” Birliyinin rəyinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi «Azərdövlətlayihə» DBLİ-nin rəyinə istinadən evin guya qəza vəziyyətində olması barədə nəticə tamamilə həqiqətdən uzaqdır, belə ki, məhkəmənin özünün istinad etdiyi, lakin tamamilə qüsürlu şəkildə yozduğu qanun müddəalarına, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mənzilin (binanın) qəz a vəziyyətində olması yalnız və yalnız məhkəmə qərarı ilə müəyyən oluna bilər. Ərizəçi bir daha onu vurğulayır ki, adıçəkilən evin qəza vəziyyətində olması barədə nəinki heç bir məhkəmə qərarı olmamışdır, hətta bu barədə nə İcra hakimiyyəti, nə də başqaları heç iddia da verməmişlər. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına tez-tez istinad edən məhkəmə faktiki olaraq ərizəçi və azyaşlı qızının başına açılan oyunlar üçün bilavasitə Azərbaycan Hökumətinin məsuliyyət daşıdığını bildirir. Ondan fərqli olaraq, ərizəçi hesab edir ki, Nazirlər Kabinetinin qərarından heç də o nəticə çıxmır ki, o, tam özbaşınalıq şəraitində pis rəftara məruz qalmalı, evindən zorla çıxarılmalı və mülkiyyətindən məhrum edilməli idi. Ərizəçinin evinin yerində tikiləcək yaşayış binasında gələ cəkdə mənzillə təmin edilməsi məsələsinə gəlincə, bu, məhkəmənin nə dərəcədə qərəzli olmasını bir daha göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin bilavasitə hazırki işə aid olan (Axverdiyev Azərbaycana qarşı, ərizə 29 yanvar 2015-ci il; Xa Azərbaycana qarşı, 42883/11, 22 oktyabr 2015-ci il) qərarların adları çəkilsə də, onların məzmunu da təhrif olunur. Halbuki, Axverdiyevin işi üzrə həmin Məhkəmə müəyyən edib ki, hətta sökülmüş evə görə təklif olunan hazır mənzillər Ərizəçini qane etmirsə, o heç bir vəchlə məhkəmə qərarı ilə həmin mənzillərə köçürülə, onların mülkiyyətçisi ola bilməz. Apellyasiya məhkəməsi istinad etdiyi Mənzil Məcəlləsinin 84-88-ci maddələrini belə təhrif etməkdən çəkinməyib. Belə ki, həmin müddəaların adıçəkilən məcəllənin “Yaşayış sahəsinin sosial kirayəsi” fəslin ə aid olması “unudulub”, həmin hüquq qaydalarının tətbiq dairəsi xüsusi mülkiyyətdə olan yaşayış sahələrinə aid edilib, yəni faktiki olaraq apellyasiya məhkəməsi qanunverici orqanın səlahiyyətlərinə də müdaxilə edib. Maraqlıdır ki, İddiaçı müqavilə bağladığı Maraqlı şəxs bu və ya digər şəkildə razılaşdığı sakinlərin belə heç də hamısının kirayə haqqını ödəmir - məsələn, Fəridə Səfərova bununla bağlı məhkəməyə müraciət etməli olub. İcra hakimiyyəti və MMC-nin qanunsuz hərəkətləri və məhkəmə baxışı nəticəsində ərizəçinin “İnsan hüquqlarının və X17 haqqında” Konvensiyanın 3, 6, 8, 13, 14, 17, 18-ci maddələri və ona dair 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2-ci maddəsi ilə nəzərdə tutulan hüquqları da kobudcasına pozulub.

16. Hamid Efendiyev və Gülarə Əfəndiyeva kassasiya şik ayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2018-ci ilin may-iyun aylarından başlayaraq Maraqlı şəxs Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının 23 iyun 2017-ci il tarixli, 172 nömrəli Sərəncamın və iddiaçı ilə bağladığı 07 iyul 2017-ci il tarixli Müqavilənin tələbini kobud şəkildə pozaraq mənzilin yuxarı mərtəbəsində yerləşən mənzilləri ağır texnikadan istifadə edərək cavabdehin mənzilini qəsdən yararsız hala salmaq məqsədi ilə əvvəlcə binanın dam örütyünü və daha sonra isə yuxarı mərtəbələrdə yerləşən mənzilləri sökmüşdür. İddiaçının və Maraqlı şəxs-nin hər ikisinin nümayəndələrinin iştirakı ilə təxminən 2018-ci ilin əvvəllərin dən başlayaraq iddiaçının mənzilinin də yerləşdiyi yaşayış binasının yuxarı mərtəbəsində yerləşən mənzilləri ağır texnikadan istifadə edərək, iddiaçının mənzilini qəsdən yararsız hala salmaq məqsədi ilə dam örütyünü sökmüşdür. İddiaçının və Maraqlı şəxs-nin bu yol cavabdehi onun şərtləri ilə razılaşmağa məcbur etmişdir və dəfələrlə onunla əlverişsiz müqavilə bağlamağı təklif etmişdir. Məhkəmədə tərəflər arasında məhkəmə mübahisəsi getdiyi və tikinti işlərinə qadağa edilməsi barədə məhkəmə qərardadı olduğu dövrdə də söküntü işləri davam etdirilib. Nəhayət 2020-ci ilin dekabr ayının 15-də iddiaçının mənzili tamamı ilə yararsız hala salınmışdır, cavabdeh dəfələrlə mənzildəki əşyalarını götürmək üçün mənzilə daxil olmaq istədikdə İddiaçı və Maraqlı şəxs-nin nümayəndəsi imkan verməyib. Bu prose s məhkəmə mübahisəsinə Bakı Apellyasiya Məhkəməsində baxılan zamanı da davam edib. Dəfələrlə iddiaçının və Maraqlı şəxs-nin, xüsusi ilə də, İddiaçı tərəfindən bildirilib ki, müqavilə bağlandıqdan sonra əşyaları götürülə bilər. Bu cür təzyiqlər mütəmadi olaraq davam etdirilib. Cavabdehin mənzildə yaşaması, hər hansı formada istifadə etməsi mümkün olmadığı üçün səhhətində ciddi problemlər yaranıb. 2021-ci yanvar ayında iddiaçı mənzilinə baxanda məlum olub ki, mənzilin otaqlarına daxil olmaq mümkün deyil. Belə ki, mənzilin bir otağının tavan hissəsi çökərək içərisindəki əşyalar tam yararsız hala salıb. Cavabdeh mənzilində qiymətli qızıl-zinət əşyalarının, mebel və mənzildəki məişət avadanlıqlarının, o cümlədən şəxsi əşyalarının olması və onların oğurlanmasının, və hər hansı formada məhv edilm əsinin qarşısının alınması məqsədi ilə dövlət orqanlarına və iddiaçı və Maraqlı şəxs-yə müraciət edib. Cavabdeh hesab edir ki, onun Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə təminat verilən hüququ pozulub. Onun mülkiyyətinə edilən müdaxilə qanunsuz və əsassızdır. İşə baxan məhkəmələr qeyd edilən normaların ali hüquqi qüvvəsini, mahiyyətini və cavabdehin konstitusion hüququnu nəzərə almayıb. Məhkəmə işə bu normaların işığında araşdırılmasından sanki bilərəkdən yayınıb. Bu normalar cavabdehə əmlakının toxunulmazlığı ilə bağlı dövlət tərəfindən verilən ən yüksək təminat olub. Məhkəmədə cavabdehin mənzilinin sökülməsinin bu normalara münasibətdə araşdırmasından yayınıb. Cavabdehin əmlakından məhkəmə qərarı olmadan və ədaləti i əvəz ödənilmədən məhrum edilməsi milli qanunvericilikdə qadağan edilir. Cavabdeh mülkiyyətə malik olub və bu hüquq səlahiyyətli dövlət orqanları tərəfindən tanınıb. Ərizəçi mülkiyyət hüququnu öz vəsaiti və bütün hallarda qanunun tələbinə riayət etməklə səlahiyyətli dövlət orqanlarının qərarları, razılıqları əsasında əldə edib. İşin ümumi mahiyyətində də görünür ki, məhkəmə icraatı zamanı cavabdehin mülkiyyətinin mövcudluğu mübahisələndirilməyib və məhkəmə bu hüququ faktiki olaraq tanıyıb. Cavabdehin mülkiyyətinə müdaxilə olub və bu müdaxilə qanunsuz olub. Hazırda cavabdehin mülkiyyətinə müdaxilə iki formada: 1) aktiv fiziki müdaxilə formasında - mənzilin yararsız hala salınması, istifadəsinə maneçilik edilməsi, binanın sökülməsi və mülkiyyət obyekti kimi mənzilin məhv edilməsinə yönəldilmiş söküntü işləri. Bu müdaxilə məhkəm ədən kənar və artıq 2018-ci ilin əvvəllərindən başlayaraq hazırda da davam edir. Müdaxiləni edən birbaşa "Fədək” MMC və dolayısı yolla isə İddiaçıdir. 2) Hüquqi müstəvidə qanunsuz müdaxilə formasında - məhkəmədə əsasız və səlahiyyətsiz iddiaların qaldırılması, qanunsuz qətnamənin, qərarların qəbul edilməsi. Hazırkı işdə iddiaçının əsassız və cavabdehi əlverişsiz vəziyyətə salan, ən əsası buna subyektiv hüququ olmadan iddia qaldırılmaqla bu müdaxilə başlayır. İşə baxan məhkəmə tərəfindən qanunsuz və əsasız qərar qəbul edilməklə müdaxilə davam etdirilir. Cavabdeh iddia edir ki, qeyd edilən müdaxilələr 1 saylı Protokolun 1-ci maddəsinin ikinci cümləsinin məzmunu baxımından “mülkiyyətdən məhrumetməyə” bərabərdir. Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fə rqli qaydada nəzərdə tutulur: birinci qayda - birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda - birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda - ikinci bənddə nəzərdə tutulmuşdur. Dövlətlərin digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-biri ilə əlaqədardır, ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdır və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidir. Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: Birinci şərt - o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, "qanunla nəzərdə tutulmuş şənlərə" uyğun olaraq həyata keçirilməldir; ikinci şərt - "ictimai marağa" uyğun olmalıdır: Üçüncü şərt - mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Hazırkı işdə hüquqi müstəvidə qanunsuz müdaxiləni başladan iddiaçı və bu müdaxiləni qanunsuz qətnaməsi ilə əsaslandıran məhkəmə yalnız iki arqumentə binanın qəzalı olması faktına və Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarına istinad edir. İşə baxan məhkəmə nəzərə almayıb ki. cavabdehlə eyni binada olan digər mülkiyyətçilərə eyni küçədə daha geniş abad mənzil alınaraq verilmişdir. Hətta cavabdehin qonşusu olan, eyni ölçülü mənzillərə malik olan və eyni ilə birinci mərtəbədə yerləşən qonşusu Cavabdeh6 qızına 690.000 manat kompensasiya verilib və bununla bağlı Bakı şəhəri 12 saylı notariat kontorunda müqavilə bağlanıb. Həmin müqavilə 24.08.2020-ci il (sistemə daxil edilmə tarixi: 21.08.2020) tarixdə 1903 reyestr nömrəsi qeydiyyata alınıb. Bununla bağlı məhkəmədə vəsatət verilsə də məhkəmə qanunsuz olaraq təmin edilməyib. Bundan əlavə məhkəmədə digər qonşular kimi ona da eyni küçədə yerləşən eyni texniki göstəriciləri olan mənzilin alınıb verilməsini tələb etsə və bununla bağlı məhkəmədə konkret mənzillər barədə məlumat verərək vəsatət verilməsinə baxmayaraq məhkəmə bu vəsatəti təmin etməmişdir. Məhkəmə ümumiyyətlə cavabdehə hansı səbəbdən fərqli mövqe nümayiş etdirildiyini araşdırmamışdır. Məhkəmə Nazirlər Kabinetinin 25 fevral 2016- cı il tarixli qərarım səhv təfsir edib və Maraqlı şəxs-nin iddiaçı qarşısında götürdüyü müqavilə öhdəliyini nəzərə almayıb. Məhkəmə qərarında Cavabdehin mülkiyyətinə müdaxiləni Azərbaycan Respublikası Nazirlər Kabineti 25 fevral 2016cı il tarixdə "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərara istinad edərək cavabdehin əmlakının dövlət ehtiyacları və ictimai maraqlar naminə alındığım, yəni sökülüb yerində daha abad və müasir bina tikilməli olduğunu qeyd edirlər. Cavabdeh hesab edir ki, bu arqument əsasız olmaqla məntiqi əsası yoxdur. Belə ki, iş materiallarından da tam sübuta yetirilir ki, həmin qərarda ərazidə yaşayan sakinlərin mülkiyyətinə qanuns uz müdaxiləyə haqq qazandıran hər hansı bənd və ya əsas yoxdur. Əksinə, həmin qərarın preambulasında qərarın məqsədlərindən biri də ərazidə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur. İş materiallarından, aparılmış digər məhkəmə araşdırmalarından tam sübuta yetrilir ki, iddiaçı tərəfindən Sərəncam qəbul edilənədək və sakinlərlə məhkəmə mübahisələri başlanılan tarixədək cavabdehin mənzilinin yerləşdiyi binanın qəzalı vəziyyətdə olması barədə hər hansı rəy, dövlətin qərarı və bununla bağlı sakinlərə xəbərdarlıq və ya digər hər hansı sübut olmayıb. Müəyyən olunur ki, iddiaçı bu məsələ i lə bağlı 2018-ci ildən başlayaraq ən azı 2-3 məhkəmə mübahisəsi açmış. Eyni zamanda 2018-ci ildən başlayaraq Maraqlı şəxs və sakinlərin də müxtəlif vaxtlarda məhkəmə mübahisələri başlatmışdır. Bu məhkəmə mübahisələri ilə aparılmış araşdırmalarda da binanın qəzalı vəziyyətdə olması barədə sübut olmayıb. İddiaçı digər işlərdə də FHN-nin 16.10.1 7-ci il tarixli rəyinə istinad etsə də, həmin rəyin mətnində ümumiyyətlə qəzalı vəziyyət ifadəsi işlədilməyib. Həmin rəydə məhdud işlək vəziyyətdə olması qeyd edilib. Cavabdehin mənzilini birbaşa "FƏDƏK” MMC tərəfindən qəzalı vəziyyətə gətirilib. Belə ki, çoxmənzilli binanın bəzi sakinləri ilə razılıq əldə edilməsini əsas tutaraq yuxarı mərtəbədə yerləşən mənzilləri sökərək binanın ümumi konstruksiyasını dağıdılıb. Hazırkı işdə istinad edilən sübutlar bu müdaxilədən sonra tərtib edilib. İş materiallarında olan Nəsimi Rayon Fİİ Komissiyasının 16.11.2018-ci il tarixli protokolu və FHN TTNDA-nin 29.10.2018-ci il tarixli telefonoqrama cavabdehin mənzilinin yerləşdiyi bina sökülərək qəzalı vəziyyətə gətirildikdən sonra tərtib edilib. Cavabdeh hesab edir ki, onunla və həmin binada yaşayan bütün sakinlərlə razılıq əldə edildikdən sonra binada söküntü işlərinə başlanılmalı idi. İşə baxan məhkəmə bu hallan aydınlaşdırmamaqla yanaşı özünün 13.11.2018-ci il tarixli, X saylı qərardadı nəzərə almamışdır. Belə ki, həmin işin də araşdırılması zamanı sübut edilir ki, mülkiyyətə müdaxilə, söküntü işləri məhkəmənin istinad etdiyi sübutlardan daha əvvəl həyata keçirilmiş və mənzilin yerləşdiyi bina qəzalı vəziyyətə düşmüşdür. Nəsimi Rayon Məhkəməsinin 13.11.2018-ci il tarixli, X saylı qərardadı Maraqlı şəxs və digər şəxslərə binada aparılan söküntü işlərini qadağan etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin və ailə üzvlərinin köçürüldüyü ünvanların mövcud olub olmamasını, həmin ünvanda yerləşən mənzil mülkiyyətçilərinin buna etiraz etmələri və hətta hər hansı məlumatlarının olmamasını və bununla bağlı apellyasiya şikayətinin dəlilərini araşdırmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən cavabdeh Xa və vəkili Vəkil2 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

20. Məhkəmə iclasında iştirak edən cavabde h x və vəkili Vəkil1 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X və vəkili Vəkil3 kassasiya şikayətlərinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Vəkil3 həmçinin bildirmişdir ki, Azadlıq prospekti 80 ünvanında tikilən yeni yaşayış binasında kassatorlara təmirli mənzillər veriləcəkdir.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitu siyası:

23. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə 459.1 və 459.5. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

26. Maddə 4.1 və 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planl aşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.

27. Maddə

17. Ərazinin planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri tə bii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.

28. Maddə 84.0. Yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə, evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması nəticəsində yaşayış sahəsini saxlamaq mümkün olmadıqda və s. vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar.

29. Maddə

86. Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə, həmin yaşayış sahəsindən çıxarılan vətəndaşlara kirayəyə verən tərəfindən sosial kirayə müqaviləsi əsasında digər abadlaşd ırılmış yaşayış sahəsi verilir.

30. Maddə 88.1. Bu Məcəllənin 85-87-ci maddələrində nəzərdə tutulmuş əsaslarla yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə verilən digər yaşayış sahəsi müvafiq yaşayış məntəqəsinin mövcud olan şəraitinə uyğun olaraq abadlaşdırılmış olmalı, ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı, müəyyən edilmiş tələblərə cavab verməli və həmin yaşayış məntəqəsinin hüdudlarında yerləşməlidir.

31. Maddə 88.3. Məhkəmə qaydasında çıxarılan vətəndaşa verilən yaşayış sahəsi məhkəmənin çıxarılma haqqında qərarında göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

416. Kassa siya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Məhkəmə kollegiyası, qətnaməni tərəflərin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

38. Cavabdeh3, Cavabdeh8, Cavabdeh9, X26 müvafiq olaraq ünvan 4 ünvanında yerləş ən 4,5,9 və 15 saylı mənzillərin mülkiyyətçiləridirlər.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, İddiaçı 23 iyun 2017-ci il tarixli sərəncamına əsasən sözügedən binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün onun yerləşdiyi torpaq sahəsi 49 il müddətinə Maraqlı şəxs icarəyə verilmişdir. 40. 07 iyul 2017-ci il tarixdə İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış müqavilənin şərtlərinə görə sonuncu sözügedən binanı sökməyi, onun yerində yeni yaşayış binasın ı inşa etməyi, həmçinin yeni yaşayış binası tikilənədək binadan köçürülən sakinləri müvəqqəti kirayə edilmiş mənzillərə yerləşdirməyi və bunun üçün lazımi maliyyə vəsaitini ödəməyi, köçürülən sakinlərə yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər verməyi və sair öz öhdəsinə götürmüşdür.

41. Maraqlı şəxs binada yaşayan sakinlərin əksər hissəsini qarşılıqlı razılaşmaya əsasən yaşadıqları mənzillərdən köçürmüş, lakin ünvan 4 ünvanında yerləşən 4,5,9 və 15 saylı mənzillərin mülkiyyətçiləri olan 4 cavabdehlə cavabdehlə hər hansı razılaşma əldə olunmadığı üçün, İddiaçı onlara qarşı hazırki iddia ərizəsi ilə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinə müraciət edərək, yeni yaşayış binasının tikintisinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması, onların Maraqlı şəxs vəsaiti hes abına kirayə tutulmuş mənzillərə köçürülmələri, yeni tikilən binadan yaşayış sahələri ilə təmin edilənədək kirayə haqqının Maraqlı şəxs tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən xi, x və xküçələrinin kəsişmələrində yerləşən yaşayış evlərinin normativ istismar müddəti bitmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri İddiaçınə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma norm alarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır.

43. Digər tərəfdən, qalan 4 mənzilin mülkiyyətçiləri olan Cavabdeh3, C, Cavabdeh8 və C111 Maraqlı şəxs tərəfindən yuxarıda qeyd olunan ünvanda tikiləcək binadan yaşadıqları mənzillərin sahəsindən 100 faiz əlavə sahəyə malik mənzillər, həmçinin bina tikili b tam təhvil verilənədək hər birinə, hər ay 500 manat kirayə haqqı ödəməyi təklif etsə də, onlar bu təkliflərlə razılaşmamışlar. Eyni zamanda, iddiaçı təşkilat tərəfindən mülkiyyətində olan mənzilin əvəzinə xya 300.000 manat pul kompensasiyası təklif edilsə də, o bu təkliflə də razılaşmamışdır. Bu hal iş materialları ilə təsdiq olunur.

44. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq cavabdehlər Cavabdeh3, x Cavabdeh8 və xya aid hissədə - təklif olunan mənzillərin ölçülərinin dəqiqləşdirilməsi halı istisna olmaqla digər hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamış, iş üzrə əhəmiyyətli olan halları tam, hərt ərəfli və obyektiv araşdırmışdır. Həmçinin, cavabdehlər apellyasiya şikayətlərinin dəlillərində iddiaçının sözügedən binanın qəzalı vəziyyətdə olmasına dair məhkəməyə heç bir yazılı sübut təqdim etməməsini göstərsələr də, məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyini və dəyərləndirməsini düzgün qiymətləndirir.

45. Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin “Azərdövləttikintilayihə Dövlət Layihə İnstitutunun əməkdaşlarının tərtib etdiyi 16 oktyabr 2017-ci il tarixli akta əsasən, ünvan 5 ünvanda yerləşən 1929-cu ildə tikilmiş 4 mərtəbəli, 24 mənzilli yaşayış binasına baxış keçirilib və müəyyən edilib ki, binanın pilləkən qəfəslərinin marşlarında yığma dəmir-beton pillələr yerindən qoparaq laxlamış, bəzi ləri aşınmış və sınmışdır. Binanın dam konstruksiyaları, eyvanlar və ağac materaillarından olan mərtəbələrarası örtüklər fiziki aşınmaya məruz qalmışdır. Eyvanlarda armaturun mühafizə qatının aşılaraq tökülməsi, armaturların ciddi korreziyaya uğramasına səbəb olmuşdur. Mərtəbələrarası örtüklərin ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədir. Dam örtüyü təmirsiz istismar nəticəsində yararsız hala düşmüşdür, yağan atmosfer sularının sızması nəticəsində binanın pilləkən qəfəslərinin daxili tavan və divarlarında rütubət izləri, beton mühafizə qatının tökülməsi müşahidə olunur. Yaşayış binası məhdud işlək vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir.

46. Fövqəladə Hallar Nazirliyi T ikintidə X9 Agentliyinin İddiaçınə ünvanlanmış 29 oktyabr 2018-ci il tarixli telefonoqramından görünür ki, Nəsimi rayonu, Azadlıq prospekti, 80 saylı ünvanda Maraqlı şəxs pilot layihəsi çərçivəsində yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmışdır və hal-hazırda tikinti-quraşdırma işləri aparılır. Ərazidə yerləşən 4 mərtəbəli yaşayış evinin bir hissəsi qismən sökülmüşdür, digər hissəsi isə qəzalı vəziyyətdədir və həmin hissədən sakinlər tam köçürülməmişdir. Bu da hər an xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər. Qeyd edilənlərə əsasən adı gedən ünvanlardan sakinlərin təcili şəkildə köçürülməsinin təmin edilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur.

47. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyinin 12 noyabr 2018c i il tarixli mütəxəssis rəyindən görünür ki, xi, x və xküçələrinin kəsişməsində yerləşən yaşayış binası hal-hazırda qəzalı, yaşayış üçün yararsız və təhlükəlidir.

48. Nəsimi Rayon Fövqəladə Hallar Komissiyasının 16 noyabr 2018-ci il tarixli protokol-qərarı ilə müəyyən olunur ki, cavabdehlərin yaşadıqları mənzillərin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğundan və ətrafda yaşıyanlar üçün təhlükə törətdiyindən yaranmış zərurətlə əlaqədar olaraq onların müvəqqəti olaraq yaşadıqları mənzillərdən köçürülmələri (təxliyyə edilmələri) və yaşayış sahələri ilə təmin edilmələri qərara alınmışdır.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sözügedən binanın qəzalı vəziyyətdə olmasına dair iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlara və mütəxəssis rəy inə istinad edərək, MPM-nin 88, 102.2, 103.1, 103.2, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir. Belə ki, həm mülki iş materialları, həm də işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehlərin özlərinin məhkəmə iclaslarında verdikləri izahatları ilə də təsdiq olunur ki, sözügedən yaşayış binasının bir hissəsi qismən sökülmüşdür, digər hissəsi isə qəzalı vəziyyətdədir və həmin hissədən sakinlərin tam köçürülməməsi hər an onların həyatı üçün böyük təhlükə törədir.

50. Apellyasiya kollegiyası cavabdehlərin iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı dəlillərini əsaslı hesab etməyərək, Bakı şəhəri İddiaçı hazırkı iddianı qaldırarkən Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının və qüvvədə ola n qanunvericiliyin tələblərinə riayət etməsi, yəni, hazırkı iddianın irəli sürülməsinin dövlət ehtiyacı ilə bağlı olması və ümumiyyətlə iddiaçı təşkilatın tələblə məhkəməyə müraciət etməsinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Nazirlər Kabinetinin sözügedən Qərarı ilə İddiaçınə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin istismarına icazənin verilməsi, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin mü vəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır.

51. Nazirlər Kabinetinin bu qərarına uyğun olaraq, İddiaçı Başçısının 23 iyun 2017-ci il tarixli, 172 saylı Sərəncamı ilə ünvan 7 ünvanda yerləşən 4 mərtəbəli yaşayış binasının söküntüsünün Maraqlı şəxs tərəfindən yerinə yetirilməsinə və çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi ü çün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının Maraqlı şəxs-nin vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır.

52. Yuxarıda sadalanan normativ hüquqi aktlar sadalanan maddələrin tələblərinə uyğun olaraq Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin normativ hüquqi aktlar qəzalı vəziyyətdə olan mənzillərin mülkiyyətçidən alınması deyil, məhz, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.

53. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericiliyində nəzərdə tutulmuş müvafiq qaydalara riay ət olunması tələb olunur.

54. Mülkiyyətçi olan cavabdehlərin onlara məxsus mənzillərin qəzalı vəziyyətə düşməməsi üçün onları vaxtlı-vaxtında əsaslı təmir etmək vəzifələri vardır və onlar, mənzilin təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəzalı vəziyyətə düşməsi halında da onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyırlar. Mülkiyyətçilər bu vəzifəni yerinə yetirmədikdə, digər maraqlı şəxslərlə yanaşı, müvafiq icra hakimiyyəti orqanı da mənzilin qəzalı vəziyyətdə olması barədə iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malikdir.

55. Apellyasiya məhkəməsi bildirmişdir ki, hazırkı halda 07 iyul 2017-ci il tarixli müqaviləyə əsasən sözügedən binanın sökülməsi, onun yerində yeni yaşayış binasının inşa edilməsi, eyni zamanda yeni yaşa yış binası tikilənədək binadan köçürülən sakinlərin müvəqqəti kirayə edilmiş mənzillərə yerləşdirməsi və bunun üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və köçürülən sakinlərə yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin verilməsi Maraqlı şəxs həvalə edilsə də, sonuncunun prosesə iddiaçı tərəfindən qoşulması və onların mənafelərinin üst-üstə düşməsi nəzərə alınmalı, cavabdehlərin iddiaya etiraz etməkəri əslində öz əmlak hüquqlarından suiistifadə etmələrinə və onların söküləcək mənzillərinin əvəzinə bazar qiymətlərinə uyğun olmayan yüksək məbləğdə kompensasiya tələb etmələrinə süni şərait yarada bilinməsi diqqətdən qaçmamalıdır. Halbuki, Mülki Məcəllənin 560.2-ci maddəsində göstərilir ki, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkət lər isə etibarsızdır. Binanın sakinlərinin əksər hissəsi ilə cavabdehlərə təklif edilən qiymətlərdən, müqavilə şərtlərindən daha ucuz şərtlərlə, qiymətlərlə müqavilələrin bağlanması da qeyd olunan halları təsdiq edir. Göründüyü kimi, azlıqda qalan 4 mənzilin mülkiyyətçiləri olan Cavabdeh3, x Cavabdeh8 və x ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

56. Bundan başqa, işdən görünür ki, Fədək” MMC tərəfindən cavabdehlər - Cavabdeh3 mənzilinin əvəzində mənzilin yerləşdiyi ərazidə tikiləcək yeni binanın 4(d) bloku, 3-cü mərtəbədə sahəsi 191,8 kvm olan 4 otaqlı, 156 №li mənzil və mənzil təhvil ve rilənədək aylıq 500 manat kirayə haqqı, X18 mənzilin əvəzində mənzilin yerləşdiyi yer üzrə tikiləcək yeni binanın 2(b) bloku, 3-cü mərtəbədə sahəsi 191,8 kvm olan 4 otaqlı, 58 №-li mənzil və mənzil təhvil verilənədək aylıq 500 manat kirayə haqqı, X10 mənzilinin əvəzində mənzilin yerləşdiyi yer üzrə tikiləcək yeni binanın 2(b) bloku, 4-cü mərtəbədə sahəsi 191,8 kvm olan 4 otaqlı, 61 №li mənzil və mənzil təhvil verilənədək aylıq 500 manat kirayə haqqı, Cavabdeh8 mənzilin yerləşdiyi yer üzrə tikiləcək yeni binanın 4(d) bloku, 4-cü mərtəbədə sahəsi 191,8 kvm olan 4 otaqlı, 159 №li mənzil və mənzil təhvil verilənədək aylıq 500 manat kirayə haqqı ödənilməsi təklif edir.

57. Məhkəmə tərəfindən araşdırma aparılarkən Cavabdeh3, x Cavabdeh8 və x, o cümlədən onların ailə üzvləri ilə razılığın əldə ol unmasının qeyri-mümkünlüyünün digər mülkiyyətçilərin hüquqlarını pozması, bunun mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olması müəyyən edilmiş, eləcə də cavabdehlərlə birgə yaşayan ailə üzvlərinin dairəsi müəyyən edilməklə onların məhkəmə iclasında iştiraklarının təmin edilməsi üçün lazımi qaydada məlumatlandırılma həyata keçirilmiş və işdə cavabdeh olan və maraqlarına toxunan şəxslərə aid hissədə kassasiya instansiyası məhkəməsinin qərarındakı məcburi xarakter daşıyan göstərişləri də nəzərə alınmaqla hüquqi qiymətləndirmə aparılmış və iddia tələbi üzrə irəli sürülmüş təklifin ədalətli olması müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası, fiziki şəxslərin mülkiyyət və digər hüquqlarına müdaxilənin haqq qazandırıla bilən olub-olmaması ilə bağlı bildirm işdir ki, binanın məhdud işlək vəziyyətdə olması, bu vəziyyətdə dövlətin real tədbirlər görmək vəzifəsi, eləcə də mülkiyyətçilərin zərərinin tam qarşılanması (yeni yaşayış sahəsi ilə təmin olunmaları) üçün real təminatların nəzərdə tutulması müdaxiləni həm zəruri, həm də mütənasib edir. Belə ki, faktiki vəziyyətdə bu müdaxilənin edilməməsi dövlətin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq üzərinə götürdüyü bir sıra pozitiv öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Çünki, Azərbaycan Respublikası, Avropa Konvensiyasına qoşulmuş tərəf kimi yurisdiksiyası altında olan şəxslərin yaşamaq, mülkiyyət və s. hüquqlarının pozulmaması üçün zəruri olan bütün tədbirləri vaxtında və tam şəkildə görmək öhdəliyini öz üzərinə götürmüşdür. Hazırkı işdə faktiki vəziyyət ondan ibarətdir ki, saki nlərin həyat və sağlamlığı, əmlakı təhlükə altındadır. Çünki, onların yaşadığı bina uzunmüddətli istismar nəticəsində məhdud işlək vəziyyətdədir, tikinti norma və qaydalarına və mövcud şəhərsalma tələblərinə cavab vermir. Digər mənzil sahibləri ilə əldə olunan razılaşmalardan sonra aparılacaq söküntü işlərinin həmin vəziyyəti daha da pisləşdirəcəyi (yaxud pisləşdirə biləcəyi) nəinki istisna olunmur, hətta yüksək ehtimal daxilindədir. Belə olan halda, cavabdeh sakinlərin həmin mənzillərdən çıxarılması, onların kirayə mənzillərlə təmin edilmələri, aparılacaq tikinti və təmir işlərindən sonra onların yeni yaşayış sahələri ilə təmin edilmələri ilk növbədə onların həyat və sağlamlığı, əmlakının salamatlığı, ikinci növbədə isə bu kimi halların baş verməməsi üçün dövlətin vaxtında lazımi tədbirlə r görməsi üçün zəruridir. Bu səbəblərdən hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsinin sakinlərə veriləcək yaşayış sahələrinin ölçülərinin dəqiqləşdirilməsi ilə bağlı hissədə dəyişdirilməsi barədə qərar qəbul edilməsi əslində elə onların özlərinin hüquqlarının və dövlətin pozitiv öhdəliklərinin pozulmasının qarşısının alınması ilə nəticələnəkdir.

59. Digər tərəfdən, Avropa Məhkəməsi baxdığı bir çox işdə mülkiyyətə müdaxilənin zəruri (haqq qazandırılmalı və mütənasib) olduğunu təsbit etmək üçün cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilməsi məsələsinə vurğu edir. Ədalətli tarazlığı pozan vəziyyət dedikdə, mülkiyyətçinin məruz qaldığı məhdudiyyət yükünün ağırlığı nəzərə alınır. Bununla belə, hesab edir ki, ə gər həmin məhdudiyyətin müddətlərinin azaldılması və zərərin əvəzinin ödənilməsi halları varsa müdaxilə qanuni sayıla bilər (Sporronq və Lonnrot İsveçə qarşı iş, 1986).

60. Apellyasiya kollegiyası bildirmişdir ki, hazırkı işdə məhdudiyyətin müddətinin uzun olması barədə məlumat yoxdur. Nəzərə alınmalıdır ki, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ağlabatan müddət lazımdır. İşlərin görülməsinin həvalə olunduğu İddiaçı Maraqlı şəxs ilə bağlanmış müqavilənin icra edilməsi məqsədi ilə tezliklə söküntü və tikinti işlərinə başlamaq istəyir, cavabdeh sakinlər isə mənzillərdən çıxmamaqla əslində bu müddətin uzanmasına səbəb olurlar. Digər tərəfdən, baxılan işdə fiziki şəxslərin düşdükləri zərərin (məhrumiyyətin) əvəzinin artıqlaması ilə ödənilməsi faktları təsbit olunmuşdur. Həm Nazirlər Kabinetinin qərarında, həm də İddiaçı sərəncamında sahə mülkiyyətçisinə binanın yerləşdiyi yerdə tikiləcək yeni binada müvafiq mənzil verilməsi, habelə, tikinti müddətində onların kirayə evə yerləşdirilməklə kirayə pulunun ödənilməsi təminatları nəzərdə tutulmuşdur. Bundan əlavə, Maraqlı şəxs, İddiaçı ilə bağladığı müqavilə əsasında binanın layihələndirilməsinin, tikintinin vaxtında aparılması və istismara verilməsinin təmin olunması, sakinlərə artıq sahəli, yeni mənzillərin, habelə kirayə haqlarının vaxtında verilməsini öhdəsinə götürmüş və bu öhdəliklərin pozulması halında ciddi məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.

61. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı, bu tələblərə uyğun olaraq sakinlərin mənzillərinin əvəzinə artıq əlavə sahəsi olan yeni və təmirli mən zillər, habelə tikinti müddətində onların və ailə üzvlərinin qalacağı evlərin kirayəsi üçün aylıq 500 manat kirayə haqları ödəməyi təklif edir. Göründüyü kimi, iddiaçının təklif etdiyi yeni mənzillərin sahəsi, sakinlərin mənzillərinin sahələrindən artıqdır, eləcə də həmin küçədə yerləşən anoloji mənzillər üçün təklif edilən aylıq kirayə pulu mütənasibdir. Belə ki, iddia ərizəsində qeyd olunan kirayə haqları hər bir sakinin mənzili üzrə kirayə haqqı məbləğlərinə uyğundur.

62. Məhkəmənin bu mövqeyi həm hüquq normalarının tətbiqi baxımından, həm də iş üzrə faktiki halların müəyyən edilməsi baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il ta rixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli qərarındakı mövqeyinə uyğundur. Plenumun qərarında göstərilir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti iş lərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır”.

63. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iştirakçıların hüquq və vəzifələrinin qanunverici tərəfindən tam müəyyən edilməməsi məhkəmənin mübahisənin həllindən imtina etməsi və ya mübahisənin həll edilməməsi kimi başa düş ülməməlidir. Bunun üçün oxşar münasibətləri tənzimləyən hüquq normalarının da analogiya üzrə mübahisəyə tətbiqi mümkün sayıla bilər. Sakinlərə öz mənzillərinin sahəsindən artıq olan, yeni və təmirli mənzillərin, habelə tikinti qurtaranadək müvafiq kirayə haqlarının verilməsi mahiyyət etibarilə onların düşdükləri zərərin əvəzinin naturada və pulla ödənilməsidir. Odur ki, mübahisənin bu qaydada həlli həm də sakinlərin düşdükləri zərərin bərpası mahiyyətindədir. Həmin sakinlərə mənzillərinin əvəzinə yeni və təmirli, özü də artıq sahəli mənzillərin verilməsi (daşınmaz əşyanın bütövlükdə yenisi ilə əvəzlənməsi) qənaətinə gəlindiyi üçün apellyasiya kollegiyası hesab etmişdir ki, mənzillərin dəyəri və onlara dəymiş zərərin həcmi artıq mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir və prosessual qəna ət prinsipi də nəzərə alınmaqla, bu xüsusat üzrə əlavə araşdırma aparmağa zərurət yoxdur.

64. Kassasiya məhkəməsi kassatorların binanın qəzalı vəziyyətdə olmaması, əmlakın özgəninkiləşdirilməsinə səbəb olan ehtiyac, dəymiş zərərin ədalətli kompensasiyası, zərərin əvəzi kimi cavabdehlərə verilən mənzillərin yeri və həcmi barədə dəlillərinə dair apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymət və gəldiyi nəticə ilə razılaşır.

65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdı rılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

67. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxxx nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar