Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4005/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkilləri Vəkil3, Nümayəndə və cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-4001/2019, hakim G.M. Abbasova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, 7500 manat məbləğində dəymiş maddi zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1611/2020, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, iddianın qismən təmin edilən, 7500 manat məbləğində dəymiş maddi zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən çəkdiyi xərclər üçün 1050 manat, təkrar əməliyyat üçün 7500 manat, üç ay ərzində işləmədiyi aylar üçün 3600 manat kompensasiya olmaqla, ümumilikdə 12150 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə yeni il bayramı ilə əlaqədar qaynanasının evinə qonaq getmiş, bacanağı Cavabdeh da öz ailəsi ilə bayramlaşmağa gəlmişlər. Onlar uşaqlarıyla birlikdə həyətə düşmüş, bacanağıyla söhbət edən zaman bacanağının 11 yaşlı oğlu partlayıcı əşyanı yandıraraq onun gözünə a tmış, nəticədə gözündən xəsarət almışdır. Cavabdeh iddia qarşı yazılı etiraz verərək, ümumiyyətlə, hadisə yerində olmadığını, uşaqlarının yanında olan qaynının sözlərinə görə iddiaçının özünün uşaqlardan pirotexniki vasitə alaraq partlatdığını, onun oğlunun iddiaçıdan uzaqda olduğunu göstərmişdir. İş üzrə alınmış ekspert rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən hal istər kənar, istərsə də, zərərçəkmişin öz əlində pirotexniki vasitənin partlaması nəticəsində yarana bilər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əh əmiyyət kəsb edən hallar, cavabdehin oğlunun partlayıcı maddə atması nəticəsində sol gözündən xəsarət almasının təqdim etdiyi sübutlarla mübahisəsiz qaydada təsdiqlənməsi nəzərə alınmamışdır. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkilləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə pirotexniki vasitənin partlaması nəticəsində sol göz nahiyəsindən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət almışdır. İddiaçı hadisənin baş verməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsində cavabdehin birbaşa məsuliyyət daşıdığını bildirərək müalicəsi üçün çəkdiyi və çəkməli olduğu xərclərin, o cümlədən, itirilmiş qazancın əvəzinin ödənilməsini tələb edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya məhz onun oğlunun təqsiri üzündən xəsarət yetirilməsi barədə heç bir sübut yoxdur. Bunu yalnız işin nəticəsində maraqlı olan iddiaçı bildirir. Əksinə, aidiyyəti orqanlar tərəfindən dəfələrlə aparılmış təhqiqatın nəticələri barədə qəbul edilmiş qərarlar, şahid ifadələri, işdə olan xəstəxana sənədləri, iddiaçının xəstəxanada olarkən ilk olaraq söylədikləri və s. göstərir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə gözündən xəsarət alması özünün ehtiyatsızlığı üzündən baş vermişdir. Apellyasiya məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1096, 1097.1, 1103.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları nı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar (maddə 1103.1). Qeyd olunan maddi hüquq normalarına görə iddianın əsaslı hesab edilm əsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: iddiaçıya zərərin dəyməsi, zərərin cavabdehin yetkinlik yaşına çatmayan oğlunun qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin və cavabdehin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin, hazırkı işdə birinci əsas (iddiaçıya zərərin dəyməsi) mövcud olsa da, digər əsaslar müəyyən edilmir. İddiaçı ona zərərin məhz cavabdehin yetkinlik yaşına çatmayan oğlunun qanunsuz hərəkətlərinin nəticəsində vurulmasının təsdiqi barədə sübutları təqdim etməmişdir. Digər tərəfdən, iddiaçıya xəsarətin məhz cavabdehin oğlu tərəfindən yetirilməsi iş materiallarında olan heç bir mötəbər sübutla təsdiq olunmur. İddiaçının təqdim etdiyi CD diskdəki səs yazıları isə sübut kimi qəbul edilə bilməz. Çünki, həmin səs yazıları dinlənilmiş və müəyyən olunmuşdur ki, həmin səs yazıları telefon danışıqlarından ibarətdir və iddiaçı ilə danışan şəxslər yazılışın aparılmasından məlumatsız olmuşlar. Bu növ səs yazıları isə gizli yolla əldə edilmiş hesab olunur. Halbuki, Mülki Prosessual Məcəllənin 95.2-ci maddəsində təsbit olunmuşdur ki, qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Eyni zamanda, Bakı şəhəri Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaçı sol göz almasının orta dərəcəli kontuziyası, hifema, buynuz qişanın eroziyası və ikincili qlaukoma kimi almış olduğu xəsarətlərin ona kənar şəxs tərəfindən və yaxud onun əlində olan pirotexniki vasitənin partlaması nəticəsində əmələ gəlməsini istintaq yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və bilavasitə hadisənin şahidi olmuş X2 ifadəsində partlayıcını kimin atdığını görmədiyini, amma Mirağanın onlardan aralıda zibil qabına partlayıcı atdığını və oradan partlayıcını Elxanın gözünə atmağının mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşaraq eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, pirotexniki vasitələr qanunla mülki dövriyyəsi məhdudlaşdırılmış, yalnız mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən v ə dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalardır. İddiaçı uşaqların həmin qadağan edilmiş vasitələrdən istifadə etmələrindən məlumatlı olmuş, lakin həmin hərəkətlərin qarşısını almamışdır. Həmin vaxt cavabdeh, ümumiyyətlə, hadisə yerində olmamış, uşaqlara nəzarəti bilavasitə iddiaçı və qaynı həyata keçirmişlər. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4005/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4005/2020
07.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver