Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-401/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 MTK və İddiaçı2 ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, əsassız varlanma obyektinin qaytarmaq hüququ müddətinin keçməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi xxxnun və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apelyasi ya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2293/2020 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 2004-cü il tarixli 107 saylı sərəncamı ilə İddiaçı2 ASC-nin istifadəsində olan ünvan 1 0,3 ha torpaq sahəsində çoxmənzilli yaşayış binasının layihələşdirilməsi və tikintisinə razılıq verilmiş və İddiaçı2 ASC-nin sifarişi əsasında binanın tikintisi İddiaçı1 MTK tərəfindən həyata keçirilmişdir. İddiaçı1 MTK tərəfindən inşa edilmiş həmin binanın birinci mərtəbəsində olan 80 kv.metr qeyri-yaşayış sahəsi müəyyən müddət ərzində Cavabdeh sa hibliyində olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı1 MTK-nın ilk iddiası təmin edilərək, 72000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı1 MTK-nın xeyrinə verilməsini, iddiaçı Cavabdeh qarşılıqlı iddiasının qismən təmin edilərək, 24002 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı1 MTK-dan tutularaq X2 xeyrinə verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və İddiaçı1 MTK-nın Cavabdeh qarşı icarə müqaviləsi üzrə ic arə haqqının ödənilməsi barədə ilk iddiası təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı1 MTK-nın kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 MTK və İddiaçı2 ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 87520 manat pulun əsassız varlanmaya görə faydalanmanın əvəzi olaraq alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İdd ia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 107 saylı sərəncamı ilə İddiaçı2 ASC-nin istifadəsində olan ünvan 1 0,3 ha torpaq sahəsində çoxmənzilli yaşayış binasının layihələndirilməsi və tikintisinə razılıq verilmişdir. İddiaçı2 ASC-nin sifarişi əsasında binanın tikintisini İddiaçı1 MTK həyata keçirmişdir. Binanın tikintisi başa çatdırılmış və təyinatı üzrə istifadəyə yararlı olduğundan, müvafiq komissiya tərəfindən istismara qəbul edilmişdir. Binanın birinci mərtəbəsində yerləşən 80 kv.metr qeyri-yaşayış sahəsi 2011-ci ilin mart ayında razılaşma əsasında İddiaçı1 MTK tərəfindən həmin binadan mənzil almış Cavabdeh icarəsinə verilmişdir. Aylıq icarə haqqı 1500 manat razılaşdırılmışdır. Dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edi lməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə icarə haqqını ödəməkdən imtina etmiş, cavabdehin İddiaçı1 MTK-ya icarə haqqı üzrə 72000 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsinə nail olmaq üçün İddiaçı1 MTK məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və icarə haqqı olaraq 72000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı1 MTK-nın xeyrinə verilmişdir. Həmin məhkəmə işi üzrə müəyyən edilmişdir ki, müvafiq qeyri-yaşayış sahəsi 2011-ci ilin mart ayından 2015-ci ilin fevral ayının sonuna qədər mübahisəsiz olaraq cavabdehin istifadəsində olmuş və o, həmin sahədən sahibkarlıq məqsədləri üçün istifadə etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdehin cəmi 48 ay istifadəsində olan sahənin orta kirayə haqqının dəyəri 20112014-cü illər üzrə 23-25 manat, 2015-2016-cı ilin iyun ayı üzrə 18-20 manat təşkil edir. Beləliklə, cavabdehin həmin qeyri-yaşayış sahəsindən istifadə nəticəsində müvafiq dövrlər üzrə bir kvadrat metr üçün ən aşağı kirayə haqqı qiymətləri əsas götürülərsə, 85720 manat dəyərində faydalanması əslində mübahisəsizdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 MTK-nın cavabdehə qarşı 72000 manat pul tələbinin ödənilməsi barədə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı1 MTK v ə cavabdeh arasında icarə müqaviləsinin bağlanmasını sübut etməli olan iddiaçı həmin icarə müqaviləsinin bağlanması faktını sübut edə bilməmişdir. Belə ki, mübahisəli daşınmaz əmlaka dair tərəflər arasında yazılı formada, notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi mövcud deyildir və cavabdehin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə Ali Məhkəmənin xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur. Cavabdehin İddiaçı1 MTK-nın hesabına faydalanması mübahisəsizdir. Belə hallar əsassız varlanma ilə əhatə edilir ki, bu da öhdəliyin yaranması üçün müstəqil qanuni əsasdır. Daha sonra iddiaçıların nümayəndəsi xxx məhkəməyə vəsatət verərək, məhkəməyə təqdim edilmiş iddia ərizəsində tələbin qanuni əsasl arı kimi Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad olunduğunu göstərmiş və iddia tələbi təmin edilərsə, tələbin qanuni əsasları kimi həmçinin Mülki Məcəllənin 21.2-ci maddəsinin də (əldən çıxmış fayda) nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)291/2019 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia qismən təmin edilərək, 5600 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı “İddiaçı1MTK-ya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət olunmuşdur. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı2 ASC-nin mübahisə ilə bağlı hər-hansı hüquqlarının pozulması, ümumiyyətlə mübahisəyə aidiyyəti müəyyən edilmir. Belə ki, qeyri-ya şayış sahəsinin İddiaçı1 MTK-ya məxsus olması işin mübahisəsiz halıdır. Bu hal Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə də təsdiq olunmuşdur. Birgə iddiaçılar olan hüquqi şəxslərin idarə heyətinin sədrinin eyni şəxs olması İddiaçı2 ASC-yə hazırki mübahisədə iddia qaldırmağa əsas vermir. Odur ki, İddiaçı2 ASC-nin iddiası hazırki mübahisədə cavabdehdən nəyisə tələb etmək üçün subyektiv hüququ olmaması əsası ilə təmin edilə bilməz. Bununla belə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 82.3cü maddəsinə istinad edərək göstərmişdir ki, Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən iddiaçının razılığı ilə istifadə etməklə müəyyən təmir-tikinti işlərini görməsi, təmirə çəkilən xərclərlə bağlı 24002 manatın Cavabdeh xeyrinə İddiaçı1 MTK-dan tutulması, İddiaçı1 MTK və Cavabdeh arasında icarə müqaviləsinin olmaması mülki işin mübahisəsiz hallarına aiddir. Bundan başqa, tərəflərin izahatları ilə də müəyyən edilmişdir ki, cavabdeh həmin qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Belə ki, həmin sahədən istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması, həmin qeyri-yaşayış sahəsinə vəsait xərcləyərək təmir etdirməsi cavabdeh tərəfindən də təkzib edilmir. Mülki işin mübahisələndirilən halı isə cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən hansı müddətdə istifadə etməsi və hansı əsasla sahiblik etməsidir. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsində müəyyən edilmiş halları ilə hazırki mübahisədə tərəflərin izahatları və şahid ifadələri arasındakı ziddiyyətli məqamların əlaqəli təhlilindən belə nəticəyə gəlmişdir ki, cavabdehin yazılı ərizəsi əsasında bildirdiyi məlumatları onun etirafı kimi qiymətləndirilməli və Cavabdeh İddiaçı1 MTK-ya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə yerləşən binanın birinci mərtəbəsində olan 80 kv.metr qeyri-yaşayış sahəsindən 7 ay müddətində, yəni 2014-cü ilin əvvəlindən 2014-cü ilin avqust ayına qədər istifadə etməsinin sübut edilmiş hesab edilməlidir. Daha sonra birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəliyin olmaması iş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Bununla bağlı, MTK ilə Cavabdeh arasında müqavilə münasibətləri olmasa da öhdəliyin yaranmasının digər əsasları yoxlanılmalıdır. Belə ki, iddia tələbinin hüquqi (qanuni) əsasını müəyyən etmək məhkəmənin vəzifəsidir. Cavabdehin iddiaçıya zərər vurması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, iddiaçı “İddiaçı1 MTK mübahisəli qeyri-yaşayış sahəsini könüllü şəkildə cavabdehin istifadəsinə vermiş, cavabdehin əmlakdan istifadə ilə bağlı iddiaçıya birbaşa zərər vurulmasına gətirib çıxaran hər-hansı hüquqazidd və təqsirli hərəkətləri olmamışdır. Odur ki, iddia bu əsasla təmin edilə bilməz. Lakin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 157.5, 1091.1, 1092.1 və 1095-ci maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, cavabdeh 7 ay müddətində mübahisəli qeyri-yaşayış sahəsindən hüquqi əsas (qanuni əsas, müqavilə əsası) olmadan istifadə ed ərək faktiki olaraq icarə haqqına qənaət etməklə əsassız olaraq varlanmışdır. Cavabdeh həmin obyektdən istifadə etdiyi müddətdə gəlir əldə etmədiyini bildirsə də, bu hal təsdiq olunmuş olsa belə, cavabdehin əsassız olaraq varlandığını təkzib etmir. Mübahisəli obyektin yerləşdiyi ərazini, ticarət baxımından gəlirliliyini, daşınmaz əmlak bazarında (əmlak.az, bina.az, yeniemlak.az) həmin ərazi üzrə icarə haqlarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin ərazi üzrə 2014-cü il üçün 1 kv.m görə aylıq icarə haqqı təmirindən, yerləşməsindən və s. hallardan asılı olaraq müxtəlif məbləğlərlə qiymətləndirilsə də, orta hesablama ilə 10 manat təşkil edir. Odur ki, mübahisəli qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının 800 manat müəyyən edilməsi daha inandırıcı və obyektivdir. Beləliklə, cavabde h 7 ay mübahisəli qeyri-yaşayış sahəsindən istifadə edərək əsassız olaraq varlandığına görə 5600 manat məbləğində (80x10x7=5600) pul vəsaiti Cavabdeh tutularaq İddiaçı1 MTK-ya verilməlidir. İddia müddətinin tətbiq olunması ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş ərizəyə münasibətdə isə məhkəmə hesab etmişdir ki, ərizə əsaslı deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında eyni məsələ barədə mübahisə ilə bağlı mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx xxxxxx 2015-ci il tarixdə daxil olmuş, İddiaçı1 MTK eyni məsələ ilə bağlı pul tələbini irəli sürərkən 2014-cü ilə münasibətdə iddia müddətini ötürməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində başlanılmış mülki iş xx xxxxxx 2017-ci ildə Ali Məhkəmənin qərarı ilə yekunlaşmışdır. Bundan sonra hazırki mübahisə eyni məsələ ilə bağlı, digər əsasla xx xxxxxx 2018-ci ildə məhkəmənin icraatına daxil olmuşdur. Bu baxımdan məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki halda iddiaçının (İddiaçı1 MTK) 2015-ci ildə məhkəmədə iddia qaldırarkən tələbin hüquqi əsasını düzgün göstərməməsini onun iddia müddətini ötürməsi kimi qiymətləndirmək iddiaçının pozulmuş hüququnun müdafiə etməsinə mane olmaqla yanaşı, ona münasibətdə ədalətsiz yanaşma olardı. Bu məsələ barədə iddiaçının qarşılaşdığı bu hal üzrlü hesab edilməklə, iddia müddətinin ötürülməsi kimi qiymətləndirilməməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-291/2019 nömrəli qətnamənin tamamilə ləğv edilməsi, iddia müddətinin tətbiq edil məsi və iddia müddətinin keçməsi ilə əlaqədar birgə iddiaçılar İddiaçı1 MTK-nın və İddiaçı2 ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması tələbi”nə dair iddialarından imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı1 MTK apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və İddiaçı1 MTK-nın Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması tələbinə dair iddiasının təmin edilərək, cavabdehdən 87520 manat pulun iddiaçı “İddiaçı1 MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2293/2020 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi il ə, hakimlər E.Ə.Mehdiyevdən və Ş.A.Məmmədovadan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı1 MTK tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edərək, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)291/2019 nömrəli qətnaməsi əldən çıxmış faydanın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi əldən çıxmış fayda ilə bağlı hissədə qismən təmin edilmiş və36080 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, iddiaçı “İddiaçı1MTK-ya ödənilməsi, iddia tələbinin əldən çıxmış fayda ilə bağlı qalan hissədə təmin edilməməsi, qətnamənin İddiaçı2 ASC-yə aid təmin edilməyən hissədə dəyişdirilmədən saxlanılması, qətnaməni n dövlət rüsumu ilə bağlı hissəsinin ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, 12,30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “İddiaçı1 MTK-ya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayan apelyasiya məhkəməsi razılaşmışdır ki, İddiaçı2 ASC-nin hazırki mübahisədə cavabdehdən nəyisə tələb etmək üçün subyektiv hüququ olmamışdır. Əldən çıxmış faydanın tutulması ilə bağlı apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Məhkəmə Azərbaycan Respublikası MP M-in 82.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən iddiaçının razılığı ilə istifadə etməklə müəyyən təmir-tikinti işlərini görməsi, təmirə çəkilən xərclərlə bağlı 24002 manatın Cavabdeh xeyrinə İddiaçı1 MTK-dan tutulması, İddiaçı1 MTK ilə Cavabdeh arasında icarə müqaviləsinin olmaması mülki işin mübahisəsiz hallarına aiddir. Bundan başqa, tərəflərin izahatları ilə də müəyyən edilmişdir ki, cavabdeh həmin qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Mülki işin mübahisələndirilən halı isə cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən hansı müddətdə istifadə etməsi və hansı əsasla sahiblik etməsidir. Belə ki, cavabdehin nümayəndəsi xxx izahatlarında bildirmişdir ki, onun oğlu Cavabdeh həmin qeyri-yaşayış sahəsini alqı-satqı əsasında almış və c əmi 4 ay həmin obyektdən istifadə etmiş, lakin qazanc əldə etməmişdir. Apelyasiya instansiyası məhkəməsi şahid ifadələri və tərəflərin izahatları arasında ziddiyyətlərin mövcudluğunu qeyd edərək, eyni tərəflər arasında qüvvədə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsinə istinad etməklə müəyyən etmişdir ki, cavabdehin qeyri-yaşayış sahəsindən 2011-ci ilin mart ayından istifadə etməsi qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, mötəbər sübut kimi qəbul olunmalıdır. Cavabdehin qeyri-yaşayış sahəsindən 2011-ci ilin mart ayından hansı vaxta kimi istifadə etməsini müəyyən edərkən kollegiya qeyd edir ki, cavabdehin yazılı ərizəsi əsasında bildirdiyi məlumatları onun etirafı kimi qiymətləndirərək Cavabdeh İddiaçı1 MTK-ya məxsus olan qe yri-yaşayış sahəsindən 2014-cü ilin avqust ayına qədər istifadə etməsini sübut edilmiş hesab edilməlidir. Odur ki, cavabdehin İddiaçı1 MTK-ya məxsus olan mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməsi işin halları ilə müəyyən edildiyindən tərəflər arasında öhdəliyin yaranıb-yaranmaması, yaranmışsa hansı əsasla yaranması araşdırılmalıdır. Tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəliyin olmaması iş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Öhdəliyin yaranmasının digər əsaslarını yoxlayan məhkəmə göstərmişdir ki, cavabdehin iddiaçıya zərər vurması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, iddiaçı “İddiaçı1 MTK mübahisəli qeyri-yaşayış sahəsini kö nüllü şəkildə cavabdehin istifadəsinə vermiş, cavabdehin əmlakdan istifadə ilə bağlı iddiaçıya birbaşa zərər vurulmasına gətirib çıxaran hər-hansı hüquqazidd və təqsirli hərəkətləri olmamışdır. Odur ki, iddia bu əsasla təmin edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5, 1091.1, 1091.2, 1092.1, 1095-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh İddiaçı1 MTK ya məxsus olan mübahisəli qeyri-yaşayış sahəsindən 2011-ci ilin mart ayından 2014-cü ilin avqust ayına kimi (həmin ay daxil olmaqla) 41 ay müddətində hüquqi əsas (qanuni əsas, müqavilə əsası) olmadan istifadə edərək, faktiki olaraq icarə haqqına qənaət etməklə əsassız olaraq varlanmışdır. “X4” MMC-nin mütəxəssisi X1 yazılı rəyini əsas götürən apelyasiya məhkəməsi he sab etmişdir, cavabdeh 41 ay mübahisəli qeyri-yaşayış sahəsindən istifadə edərək əsassız olaraq varlandığına görə 36080 manat məbləğində (80 kv.m x 11 manat x 41 ay = 36080) pul vəsaiti Cavabdeh tutularaq İddiaçı1 MTK-ya verilməlidir. İddia müddətinin tətbiq olunması ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş ərizəyə və apelyasiya şikayətinin dəlilinə münasibətdə apelyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin 1095ci maddədə olan müddətin hüquqi təbiəti MM-in 550 və sonrakı maddələrinə əsasən müəyyən edilir. MM-nin 553.1.2.-ci maddəyə əsasən ixtiyarlı şəxs məhkəməyə iddia verirsə, müddətin axımı kəsilir. Tələb 2015-ci il in fevral ayı da daxil olmaqla, müvafiq daşınmaz əmlakdan istifadəyə görə əsassız varlanma ilə bağlıdır, yəni müddətin axımı 2015-ci ilin mart ayından başlayır. İddiaçı ilk dəfə məhkəməyə xx xxxxxx 2015-ci il tarixdə iddia verib, yəni 24 ay – 6 ay (2015-ci il ilin mart-avqust ayları) = 18 ay. İlkin iddia ilə qətnamə qanuni qüvvəyə minib xx xxxxxx 2017-ci ildə (ilkin iddia ilə bağlı Ali Məhkəmənin qərarı) və həmin tarixdən müddətinin axımı bərpa olunub, yəni qalan - 18 ay. Sonradan yenidən iddia ilə müraciət olunub Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə 2018-ci ilin fevral ayının əvvəlində, yəni bu anda yenidən müddətinin axımı dayanıb. 18 ay – 6 ay (xx xxxxxx 2017-ci ildən 2018-ci ilin fevral ayı da daxil olmaqla cəmi 6 ay) = 12 ay. Beləliklə, MM-nin 1095-ci maddədə olan 2 ildən hələ 12 ayı qalıb. Digər tərəfdən, MM-nin 552.3-cü maddəsi nəzərə alınaraq, belə çıxır ki, əslində müddətin axımı x x xxxxxx 2017-ci il tarixli qərardan başlayıb. Bu variantda, ümumiyyətlə, müddətin keçməsinə hələ 18 ay var. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı1 MTK kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2293/2020 nömrəli qətnaməsinin iddia tələbinin əldən çıxmış fayda ilə bağlı qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməklə, cavabdehdən 87520 manat pulun alınaraq “İddiaçı1MTK-ya ödənilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul ed ilmişdir. Belə ki, apelyasiya instansiya məhkəməsi mütəxəssis rəyinə istinad etsə də, həmin rəydə göstərilənlərin əsl reallığı, yəni ünvan 2 məhəllədə yerləşən binanın 1-ci mərtəbəsində olan 80 kv.m-lik qeyri-yaşayış sahəsinin cavabdehin istifadəsində olan müddətdə olan icarə haqqı məbləğlərini əks etdirməməsini nəzərə almamışdır. Cavabdehə verilmiş sahənin orta kirayə haqqının dəyəri 2011-2014-cü illər üzrə 23-25 manat, 20152016-cı ilin iyun ayı üzrə 18-20 manat təşkil etmişdir. Həmçinin Cavabdeh kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2293/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmin kasasiya şikayəti işin fakt iki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2, 1095-ci maddələrini tətbiq etməmişdir. Həmçinin məhkəmənin istinad etdiyi şahid ifadələri əsassızdır, həmin şahidlər iddiaçıdan asılıdırlar, onun işçiləridirlər. Həmçinin apelyasiya instansiyası məhkəməsi cavabdehin gətirdiyi şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmiş, iddiaçının subyektiv hüququnun olub-olmamasını yoxlamamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətlərinə dair hər hansı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 iddiaçının kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini cavabdehin kasasiya şikayətinin dəlillərinə isə etiraz edərək, rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi xxx və vəkili Vəkil1 özlərinin kasasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının kasasiya şikayətinin dəlillərinə isə etiraz edərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən hər iki tərəf kasasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişlər. Bu səbəbdən hazırki kasasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin maddi və prosessual hüquq normalarının tətbiqi baxımından tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödə məlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi a ndan başlanır. 552.3-cü maddəsinə əsasən müddətin axımı kəsilirsə, kəsilmə anınadək keçən vaxt nəzərə alınmır; yeni müddət yalnız kəsilmə qurtardıqdan sonra başlanır. 553.1.2-ci maddəsinə əsasən ixtiyarlı şəxs məhkəməyə iddia verirsə müddətin axımı kəsilir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının hesabına əsassız varlanması və varlandığı halda, iddiaçının qanunla müəyyən olunmuş kəsici müddətinin ötürülməməsi hissəsində maddi hüquq normalarını pozmuş və həmin hissədə işin hallarını tam və hərtərəfli araşdırma aparmayaraq, prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5, 1091.1, 1091.2, 1092.1, 1095-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh iddiaçıya məxsus olan mübahisəli qeyriyaşayış sahəsindən 41 ay müddəti ndə hüquqi əsas (qanuni əsas, müqavilə əsası) olmadan istifadə edərək, faktiki olaraq icarə haqqına qənaət etməklə əsassız olaraq varlanmışdır. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmadırır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hal ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən müəyyən müddət istifadə etmiş və həmin dövr üçün icarə haqqına qənaət etməklə varl anmışdır. Beləliklə, əsassız varlanmanın şərtlərindən birinci və ikincisi mövcud olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan şərtlərdən üçüncüsünün mövcudluğu tam araşdırılmamışdır. Belə ki, məhkəmə bununla bağlı Azərbaycan Respublikası MM-in 1092.1-ci maddəsini və həmin maddənin istinad olunduğu 157.5-ci maddəsini tətbiq etmişdir. Lakin nəzərə alınmamışdır ki, MM-in 157.5-ci maddədə əmlakın qanunsuz sahibliyində olan şəxsin vicdanlı və ya vicdansız olmasından asılı olaraq, mülkiyyətçinin ondan əvəzin tələb edilməsinin müxtəlif hədləri müəyyən olunmuşdur. Hazırki işdə isə apelyasiya məhkəməsi özü, iddia tələbinin maddi zərərlə bağlı əsasını yoxlayarkən müəyyən olunmuş hal kimi ona istinad etmişdir ki, iddiaçı və cavabdeh aras ında müqavilə münasibətləri olmasa da, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsini könüllü şəkildə cavabdehin istifadəsinə vermişdir. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-in 1095-ci maddəsində göstərilmiş müddətin əsaslı olaraq kəsici müddət kimi qiymətləndirsə də, iddiaçının əvvəlki iddia ilə məhkəməyə müraciət etməklə, həmin müddətin dayandırılması və ya kəsilməsi qənaətinə gəlmişdir. Məhkəmə mövqeyini əsaslandırarkən göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddədə olan müddətin hüquqi təbiəti MM-in 550 və sonrakı maddələrinə əsasən müəyyən edilir və ixtiyarlı şəxs məhkəməyə iddia verdiyi halda, müddətin axımı kəsilir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci iltarixli qərarında izah etmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya məhkəməsi həmin qərarında iddia müddəti və kəsici müddət arasındakı fərqlərdən biri kimi göstərmişdir ki, iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafında təsbit olunmuş öhdəliyə xitam üçün müəyyən edilmiş müddətlərə dair müddəalara istinad etməklə, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı2 ASC-yə aid təmin edilməyən hissədə yoxlayıb, həmin hissədə dəyişdirilmədən s axlamaqla apelyasiya baxışının hədləri ilə bağlı prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarından müəyyən olunur ki, iddia İddiaçı1 MTK ilə yanaşı İddiaçı2 ASCnin adından verilsə də, sonuncu hüquqi şəxsə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən rədd olunmuş və həmin iddiaçı qətnaməni mübahisələndirməmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi qətnaməni İddiaçı2 ASC-yə aid təmin edilməyən hissədə dəyişdi rilmədən saxlamışdır. İddiaçı1 MTK-nın kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassız varlanma nəticəsində tutulmalı olan məbləğin dəyərləndirilməsi ilə bağlıdır və bu səbəbdən təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 417.1.4cü maddəsinin tətbiqi müstəsna olaraq kasasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kasasiya instansiyası məhkəməs inin vəzifəsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kasasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarı və s.). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 MTK-nın kasasiya şikayəti təmin olunmamalı, Cavabdeh kasasiya şikayəti isə təmin olunaraq, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş yeni apelyasiya baxışına göndərilməklə, əlavə araşdırma zamanı cavabdehin iddiaçının hesabına əsassız varlanıb-varlanmaması məsələsi yenidən araşdırılmalı, varlandığı halda, iddiaçının hazırki iddianı verdiyi tarixdə varlanma obyektini qaytarmaq hüququ qüvvədə olub-olmamasına hüquqi qiymət verilməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlə ri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 MTK tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2293/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-401/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-401/2021
15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver