Məhkəmə qərarları › İş №2(102)-4010/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-4010/2024

15.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4010/2024 15.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində- Hüseynov Fuad Oqtay oğlu və Ucar rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin forma və məzmuna uyğun olmaması əsası ilə qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Hüseynov Fuad Oqtay oğlu və Ucar rayon İcra və probasiya şöbəsi işə cəlb olunmaqla) qarşı “əmlakın qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-788/2024 saylı 28 avqust 2024cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynov Fuad Oqtay oğlu (onun vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında nəzərdən keçirərək aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçılar İddiaçı1 Xanlar oğlu və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Hüseynov Fuad Oqtay oğlu işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğv edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhər Səbail Rayon Məhkəməsinin (hakim-M. Bağırova) 27 sentyabr 2023-cü il tarixli, 2(009)-61/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

3. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 2(103)-788/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev, F.H.Qasımov) İddiaçı1 Xanlar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(009)-61/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, “X1” MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18-363/16 saylı rəyi və Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ının ləğv edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

5. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəx s Hüseynov Fuad Oqtay oğlu (vəkil- Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)788/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsini ləğv edərək, birinci instansiya məhkəməsinin 2(009)-61/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

6. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.

7. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmaya n və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...

8. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

9. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qe yri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

11. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynov Fuad Oqtay oğlu tərəfindən kassasiya şikayəti verilərkən prosessual normaların tələblərinə tam əməl olunmayıb. Azərbaycan Respublikasının MPM-in 407.1-ci maddəsinin tələbinə əsasən kassasiya şikayəti MPM-lə müəyyənləşdirilən formada verilməlidir. Azərbaycan Respublikasının MPM-ə Əlavə 3-də kassasiya şikayətinin forması müəyyənləşdirilmişdir. Həmin formadan məlum olur ki, kassasiya şikayəti verən şəxs hansı maddi və prosessual hüquq normalarının pozulduğu və düzgün tətbiq edilmədiyini və buna dair mövqeyini, eləcə də məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillərini ayrı-ayrı bölmələrdə c ədvəl şəklində qeyd etməlidir. Hazırkı kassasiya şikayətində isə cədvəl şəklində verilən hissədə sadəcə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinin pozulmasına istinad etsə də qarşısında maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) hissəsində isə işin faktiki halları sadalanmışdır. Kassasiya şikayətinin mətninin maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması ilə əlaqədar digər hissələri isə ümumiyyətlə müəyyənləşdirilmiş formaya (cədvəl) uyğun deyildir. Yəni MPM-in 407.1ci maddəsinin tələbinə tam əməl olunmamışdır.

12. Odur ki, kassasiya şikayəti qanunverilicikdə göstərilmiş formaya uyğun verilmədiyi üçün işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur.

13. Kassas iya şikayətinin müəyyən olunmuş formada verilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi tərəfindən MPM-in 409-cu maddəsinin tələbinə zidd olaraq şikayət iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

16. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynov Fuad Oqtay oğlu kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

18. Məhkəmə kollegiyası yuxarıda gö stərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-788/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynov Fuad Oqtay oğlu tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar