Məhkəmə qərarları › İş №2(102)-4011/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4011/2019

12.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4011/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı Yevlax rayon İddiaçı vəkili Vəkil, Cavabdeh və vəkili Xnın iştirakları ilə, İddiaçı Yevlax rayon İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.01.2019-cu il tarixli, 2(107)-454/2019 nömrəli qətnaməsindən iddiaçı Yevlax rayon İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yevlax rayon İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən heç bir icarə müqaviləsi olmadan Yevlax rayon Aran qəsəbəsində yerləşən 13 ha torpaq sahəsi üzərində icarə hüququna dair həmin qəsəbə sakini X4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.10.2017-ci il tarixli ********** qeydiyyat nömrəli (RX-1142470) çıxarışın, həmçinin Yevlax rayon Aran qəsəbəsində yerləşən 37 ha torpaq sahəsi üzərində icarə hüququna dair X4 adına verilmiş 10.07.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli (RX-114246 9) digər çıxarışın etibarsız hesab edilməsi və icarəyə götürülmüş torpaq sahəsinin torpağın təyinatı üzrə istifadəsi üçün cavabdehin qanunsuz istifadəsindən alınaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən 10.10.2017-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX-1142469 saylı çıxarışa müvafiq olaraq 37 ha torpaq sahəsi örüş otlaq sahəsi kimi X1nın adına sənədləşdirilmişdir. Elə həmin gün hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX1142470 saylı çıxarışa əsasən (çıxarışda qeyd edildiyi kimi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin olmamasına baxmayaraq) 13 ha torpaq sahəsinin örüş otlaq sahəsi kimi icarəyə veri lməsi ilə bağlı X1nın adına 2-ci bir hüquq müəyyənedici sənəd verilmişdir. Göründüyü kimi, hər iki çıxarış eyni gündə 10.10.2017-ci il tarixdə tərtib edilərək verilmişdir. 10.10.2017-ci il tarixli RX-11422169 saylı çıxarışa görə Yevlax rayon İddiaçınə məxsus 37 ha torpaq sahəsi bələdiyyə ilə Yevlax rayon Aran qəsəbə sakini X1 arasında bağlanmış icarə müqaviləsinə əsasən onun icarəsinə örüş otlaq sahəsi kimi verilmişdir. Həmin torpaq sahəsindən örüş otlaq sahəsi kimi istifadə edilməsi üçün icarəyə verilmişdir. Qeyd edildiyi kimi, bu barədə həmin çıxarış 10.10.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. X1 02 iyun 2011-ci ildə vəfat etmiş, ölümündən 7 il sonra isə onun adına çıxarış verilmişdir. Digər 2-ci çıxarışın verilməsi isə sadəcə olaraq ciddi qanun pozunt usu olmaqla, bələdiyyəyə məxsus olan əmlak, yəni 13 ha torpaq sahəsi onların icazə və razılığı olmadan, heç bir icarə müqaviləsi tərtib edilmədən örüş otlaq sahəsi kimi vəfat etmiş şəxsə adına çıxarış verilməklə sənədləşdirilmişdir. Bütün bunlar İddiaçı maraq və mövqeyinə ciddi zərbədir. Hər iki çıxarış həyatda olmayan şəxsin adına sənədləşdirilmişdir. Yevlax rayon Aran qəsəbəsində qeydiyyatda olmuş mərhum X1nın 02 iyun 2011-ci il tarixdə vəfat etməsinə dair Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 06.09.2018-ci il tarixli arayışını məhkəməyə təqdim edir. Göründüyü kimi, şəxs vəfat etmişdir. Vəfat edən şəxsin adına onun ölümündən 7 il sonra müvafiq əməliyyatlar aparılmış və bu əməliyyatlar çərçivəsində qanunsuz olaraq, bələdiyyə rəhbərliyinə məlumat verilmədən bələdiyyə t orpaqları üzərində özbaşına sərəncam verilmişdir. Bununla da, mülkiyyətçinin razılığı olmadan onun torpaqları icarəyə verilmiş, bələdiyyənin mülkiyyət hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi zamanı İddiaçı vəsatəti üzrə DƏDRX-nin 17 saylı Ərazi İdarəsi cavabdeh kimi icraata cəlb edilmişdir. Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli, 2(039)-2410/2018 saylı qətnaməsi ilə (hakim T.M.Əliyev) iddiaçı Yevlax rayon İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Yevlax rayon İddiaçı ilə X6 arasında bağlanmış 06 yanvar 2002-ci il tarixli, 02 nömrəli torpaq sahəsinin icarəyə verilm əsi haqqında müqavilə əsasında Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 37 ha torpaq sahəsinin icarə hüququ əsasında X4 xeyrinə yüklü edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli (RX-1142469) və eyni müqavilə əsasında Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 13 ha torpaq sahəsinin icarə hüququ əsasında X4 xeyrinə yüklü edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli (RX-1142470) çıxarışların etibarsız hesab edilməklə həmin torpaq sahələrinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi (iddiaçı) İddiaçınə qaytarılması və iş üzrə ödənilmiş 20 (iyirmi) manat 40 (qırx) qəpik dövlət rüsumu əvəzinin cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 17 saylı Ərazi İdarəsindən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (X1 (sədrlik edən və məruzəçi) hakimlər X7 və X2) 28 yanvar 2019-cu il tarixli 2(107)-454/2019 nömrəli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli, 2(039)-2410/2018 nömrəli qətnaməsi ləğv edilərək iddiaçı Yevlax rayon İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamənin qəbul edilmişdir. İddiaçı Yevlax rayon İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.0 1.2019-cu il tarixli, 2(107)-454/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin bütün faktiki halları, hərtərəfli, tam, obyektiv araşdırılmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, ədalət mühakiməsinin təməl prinsiplərindən olan çəkişmə və tərəflərin bərabərliyi prinsipi, eləcə də ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur. Belə ki, İddiaçı ilə icarə müqaviləsi bağlamış X2 02 iyun 2011-ci il tarixində vəfat edəndən sonra qeyd olunan hüquqlar vərəsəlik hüquqlar qaydasında bir tərəfdən digər tərəfə (tərəflərə) keçməmi ş, vərəsə hesab edilən şəxslər bu hüquqla bağlı heç bir notariat orqanına müraciət etməmiş, həm hüquqi cəhətdən, həm də faktiki cəhətdən icarə torpaq sahəsini idarə etməmişdir. Şəxs ölməklə onun hüquqlarına da xitam verilir. İcarə müqaviləsini mərhumə X2 bağlamış, bu münasibətləri davam etdirməyə hüququ olan şəxs rəsmi əsaslarla ortaya çıxmamışdır. X2nın 2011-ci il tarixində vəfatından sonra onun icarə müqaviləsi üzrə vərəsələri rəsmi olaraq qeydiyyatdan keçməmiş, DƏDRX onun ölümünə əhəmiyyət vermədən 7 il sonra onun hüquqlarını qeydə alan çıxarış vermişdir. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinin tələblərinə əsasən qanun normasını pozmaqla verilən çıxarışın mübahisələndirilməsi üçün hüquqi zəmin yaratmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının i clasında iddiaçı Yevlax rayon İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili X kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün he sab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Yevlax rayon İddiaçı 03 yanvar 2002-ci il tarixli, 03 nömrəli qərarı əsasında Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 50 ha torpaq sahəsinin X1ya 30 il müddətinə icarəyə verilməsi barədə Yevlax rayonu, İddiaçı ilə X1 arasında 06 yanvar 2002-ci tarixli icarə müqaviləsi bağlanmışdır. X1 02 iyun 2011-ci il tarixdə vəfat etmişdir. Onun 50 ha torpaq sahəsi üzərində icarə hüququ isə 10 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına 37 ha və 13 ha torpaq sahələri olma qla ayrı-ayrı çıxarışlar verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən etmişdir ki, qanunvericilik daşınmaz əmlak üzərində hüquq əldə etmiş və bu hüququn dövlət qeydiyyatına alınması üçün müvafiq orqana (DƏDRX-nin ərazi idarəsinə) müraciət etmədən ölmüş şəxsin vərəsələri tərəfindən zəruri sənədlərlə həmin orqana miras keçən hüququn qeydiyyatı üçü n müraciət edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Bu zaman daşınmaz əmlak üzərində əldə edilmiş hüququn dövlət qeydiyyatı ölmüş (vəfat etmiş) şəxsin adına aparılır və həmin şəxsin adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” tərtib edilərək verilir. Hazırkı iş üzrə də cavabdeh inzibati orqan, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsaslana raq mərhum X1nın adına torpaqdan istifadə (icarə) hüququnu müəyyən edən sənədlər - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar vermişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, 10.10.2017-ci il tarixli RX-1142469 və RX-1142470 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ların ölmüş şəxs X1nın adına tərtib edilməsinin qanunsuz və etibarsız olması barədə iddiaçının mülahizələri əsassızdır. Bununla bağlı cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. Bundan başqa icarəçi X1 vəfat edəndən sonra icarəyə verən (iddiaçı Yevlax rayon İddiaçı) torpaq icarəsinə dair müqaviləni ləğv etmək niyyəti barədə icarəçinin vərəsələrinə vaxtında və lazımi qaydada müraciət etməmiş, bununla müqavilə üzrə hüquq münasibətlərini davam etdirməkdən imtina etmək niyyətinin olmamasını nümayiş etdirmişdir. Bundan başqa, məhkəmə kollegiyasına təqdim olunmuş sənədlərdən görünür ki, icarəçinin vərəsələri icarə müqaviləsinin şərtlərinə əməl etməyi davam etdirərək vaxtlı-vaxtında icarə haqqını ödəmiş və icarədə olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmişlər. Yevlax RİHB-nın Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Cavabdeh icarədə olan örüş-otlaq təyinatlı torpaq sahəsində ferması var və həmin fermada 400 baş xırda buynuzlu, 20 baş iri buynuzlu heyvanlar saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğu n olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə görə, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 719.6-cı maddəsinə əsasən, icarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə a ltı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. Etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib ed ilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir. Həmin Məcəllənin 720.3.4-cü maddəsinə əsasən, icarəyə verən müvəqqəti icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan qanunla müəyyənləşdirilmiş və ya digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda – icarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci bəndinə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, döv lət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi n əticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Yevlax rayon İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.01.2019-cu il tarixli, 2(107)454/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar