Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4013/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli 2(107)-265/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ə.M.Hüseynov, iş № 2(051)-415/2018) İddiaçı Cavabdeh və qeyrilərinə qarşı mənzildən çıxarma tələbinə dair iddiası təmin edilməmiş, C avabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək birgə nikah dövründə əldə edilmiş N saylı mənzilinə 2/3 hissədə Cavabdeh, 1/3 hissədə İddiaçı payları müəyyən edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) İddiaçı apellyasiya şikayəti təmin edilərək Mingəçevir şəhər məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən – birgə nikah dövründə əldə edilmiş mənzi lə tərəflərin paylarının müəyyən edilməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia rədd edilməklə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin eyni tarixli qərardadı ilə Mingəçevir şəhər məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi “və qeyrilərinə qarşı mənzildən çıxarılma” tələbinə dair hissədə ləğv edilmiş ərizə həmin hissədə baxılmamış saxlanılmışdır. İşin halları: N saylı evin 7 saylı bir otaqlı mənzili 19 iyul 2011-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Mənzilin mülkiyyətçisi İddiaçı 2017-ci ilin dekabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1983-cü ildən rəsmi nikahda olduğu və 2004-cü ildə nikahları məhkəmə qaydasında pozulmuş Cavabdeh həmin vaxtdan m ənzildə yaşamamaqla başqa daimi yaşayış yerinə köçməsini əsas göstərməklə mənzilin ikidə bir hissəyə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh mənzilin iddiaçı ilə birgə nikahda olduqları dövrdə əldə olunmasını əsas göstərməklə mənzilin 7/10 hissəsinə onun, mənzilin 3/10 hissəsinə isə İddiaçı paylarının müəyyən olunması barədə qarşılıqlı tələb irəli sürmüşdür. İş üzrə 3-cü şəxs X2 da onun və iki uşağının mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə məhkəmədə iddia qaldırmışdır. Hər üç iddia tələbi üzrə işə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çı xarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh və üçüncü şəxs X2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmə dən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Müəyyən olunmuşdur ki, mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aid olmuş və tərəflərin birgə nikahda olduqları dövrdə İddiaçı adına özəlləşdirilmiş və buna Cavabdeh da razılıq vermişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Belə olduqda, kollegiya mənzilin tərəflərin birgə mülkiyyəti olmaması barədə nəticəyə gələrək hesab etmişdir ki, mübahisəli mənzilin tərəflər arasında bölünməsi üçün qanuni əs aslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd olunduğu kimi mübahisəli mənzil tərəflərin ümumi birgə mülkiyyəti olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya mənzilin bölünməsi tələbinin əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzr ə olan 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4013/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4013/2019
04.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver