Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4014/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cuil tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxx2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Şirinov, iş № 2(054)-xx/17) İddiaçı Cavabdeh və üçüncü şəxs X1 qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak ın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ciil tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli-sədrlik edən və məruzəçi, Ə.Məcidov və İ.Quliyev, iş № 2(107)-xx/17) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin xx xxx2017-ci il tаrixli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2017-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev-sədrlik edən və məruzəçi, A.Kalbalıyev və V.İbayev, iş №2(102)-xx/17) İddiaçı kassasiya şikayəti təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının xx xxx 2017-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov-sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Abbasov, iş № 2(107)xx/18) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin xx xxx2017-ci il tаrixli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev-sədrlik edən və məruzəçi, Ə.Mirzəliyev və T.Qoldman iş №2(102)-xx/18) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov -sədrlik edən və məruzəçi, R.Əliyev və İ.Şükürov, iş № 2(107)xx/19) iddiаçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin xx xxx2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdehnə və üçüncü şəxs X1 qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dаi” iddiası təmin edilmiş, X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27.07.2016-cı il tarixli ******* nömrəli Çıxarış ləğv olunmuşdur. Üçüncü şəxs X1 kassasiya şikayəti verərək Şəki A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə və üçüncü şəxs X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Padar kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh tərəfindən X1 adına verilmiş xx xxx 2016-cı il tarixli ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, X3 2011-ci ildə üçüncü şəxs X1 ilə boşanmış və xx xxx2012-ci ildə İddiaçı ilə rəsmi nikaha daxil olmuşdur. Q.Yusifovun birinci nikahdan üç övladı, ikinci nikahdan isə bir övladı olmuşdur. Q.Yusifov xx xxx2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarından həmçinin görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxx1998-ci il tarixli 61 nömrəli qərarı ilə Oğuz rayonu Padar kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi X3 və onun ailə üzvlərinin (üçüncü şəxs və onun x2la birgə nikahından anadan olmuş uşaqları X7, X8 və X4) paylı mülkiyyətinə verilmişdir. Oğuz rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxx 2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən, Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxx 2016-cı il tarixli ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” dan və xx xxx 2016-cı il tarixli Texniki pasportdan görünür ki, Oğuz rayonu Padar kəndində yerləşən, mübahisə predmetinə aid olan iki otaqlı fərdi yaşayış evi tam şəkildə hazırkı iş üzrə üçüncü şəxsin xüsusi mülkiyyətindədir. Evin yerləşdiyi 0,07861 hektar torpaq sahəsi isə 6/30 hissə üçüncü şəxsin adına, 6/30 hissə, 6/30 hissə və 10/30 hissə üçüncü şəxsin uşaqlarının adına olmaqla həmin torpaq sahəsinin cəmi 28/30 hissəsinə üçüncü şəxs və onun u şaqlarının adına mülkiyyət hüququnu tanıyan sənəd tərtib edilmişdir. Qeyd olunan 0,07861 hektar torpaq sahəsinin cəmi 2/30 hissəsi vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək açıq saxlanılmışdır. İddiaçının hazırkı işdə tələbi Oğuz rayonu Padar kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş xx xxx 2016-cı il tarixli ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum əri X1 rayonu Padar kəndində yerləşən, mübahisə predmetinə aid olan fərdi yaşayış evinə dair mülkiyyət hüququna malik olmadığından və həmin ev, yaxud evin bir hissəsi ondan qalan mirasın kütləsinə aid olmadığından iddiaçı da qeyd olunan evə münasibətdə hər hansı hüquq əldə etməmişdir. Bu səbəbdən mübahisəpredmetinə aid olan fərdi yaşayış evinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədi tərtib edilərkən iddiaçının və ya onun azyaşlı uşağının hüquq sahiblərindən biri kimi qeyd edilməsinə hər hansı əsaslar mövcud olmamışdır. Ona görə də Oğuz rayonu Padar kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş (digər hüquq sahibləri X7, X8 və X6) xx xxx 2016-cı il tarixli ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsinə heç bir əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarının hüquqi mövqeyi və göstərişləri kontekstində yenidən araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamış, maddi hüquq normaları düzgün təfsir və tətbiq edilməmiş, ona görə də qəbul edilmiş qətnamə əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxx1998-ci il tarixli qərarı ilə X3 və onun ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Həmçinin işin mübahisələndirilməyən digər halı ondan ibarətdir ki, X3 ailə üzvləri ilə birlikdə onların paylı mülkiyyətinə verilmiş həmin torpaq sahəsində yerləşən və 1990-cı ildə inşa edilən evdə 2011-ci ilə qədər yaşamışlar. 2011-ci ildə X2 X1 ilə arasında olan nikah pozulmuş, sonuncu uşaqları ilə birlikdə həmin fərdi yaşayış evini tərk etmişdir. X3 isə həmin evdə yaşamağa davam etmiş, xx xxx2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğu hazırkı iş üzrə İddiaçı və birgə nikahlarından doğulmuş uşağı da həmin evdə yaşamışlar. X3 xx xxx2015-ci il tarixdə vəfat etmişdir. Bundan sonra həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X2 2011-ci ildə boşandığı arvadı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsinin mərhum əri ilə onun birinci nikahdan olan keçmiş arvadı x1nın paylı mülkiyyəti olduğuna, həmin əmlakın mərhum ərinə məxsus hissəsinə onun qanun üzrə vərəsə kimi hüququ olduğuna və mərhum ərinin vəfatından sonra həmin evdə yaşamaqla mirası faktiki qəbul etdiyinə istinad edərək hazırkı iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsi ilə torpaq sahəsi üzərində hüquqların yaranması əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaql a bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli torpaq sahəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxx1998-ci il tarixli qərarı ilə iddiaçının mərhum ərinin və onun keçmiş ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Bu halda iddiaçının əri x2un mübahisəli torpaq sahəsinə dair üçüncü şəxs x1 ilə eyni əsaslarla hüququ yaranmış, yəni həmin torpaq sahəsinin 1/5 hissəsi x2un, 1/5 hissəsi də x1nın mülkiyyəti olmuşdur. Qeyd edildiyi kimi, X3 xx xxx 2015-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüşşəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (v ərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüşşəxsin əmlakının qanunda göstərilmişşəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsələrin dairəsini müəyyən edən Mülki Məcəllənin 1159-cu maddəsinin tələblərinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Valideynlərin (övladlığa götürənlər) nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zam anı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1163-cü maddəsinəəsasən, nikahı ləğv etmişər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Mübahisələndirilən Çıxarışdan görünür ki, x2dan miras qalmış torpaq sahəsi (0,7861 ha torpaq sahəsinin 1/5 (yaxud 6/30) hissəsi) 6 vərəsə arasında (hərəsinə 1/30 hissə düşməklə) bölünmüş, x1 və 3 övladına (4 nəfərə) düşən 4/30 hissə miras pay Jalə Teymurovanın torpaq mülkiyyətinə əlavə edilməklə sonuncunun həyətyanı torpaq sahəsindəki mülkiyyət payı 10/30 hissə (özünə məxsus 1/5 (yaxud 6/30) hissə + 4/30 hissə miras pay) olmuş, mirasın 2/30 hissəsi isə İddiaçı və uşağına saxlanılmışdır. Halbuki, x1 mərhum x2un vərəsəsi sayılmamalı, sonuncudan miras qalmış torpaq sahəsi 5 nəfər vərəsə (x1nın 3 övladı, İddiaçı və uşağı ) arasında bölünməli və onlardan hərəsinə 1/5 (yaxud 5/25) hissə miras pay verilməli, iddiaçı və uşağına həyətyanı torpaqdan 2/25 hissə miras pay düşməli idi. Mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlincə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin ev üçüncü şəxs x1 ilə mərhum x2un birgə nikah dövründə əldə etdikləri (inşa edilmiş) daşınmaz əmlak kimi qəbul olunmalıdır. Belə ki, x1 mübahisəli evin onun atasına məxsus olduğunu, x2un onunla ailə qurandan sonra həmin evə köçdüyünü və sözügedən evin mərhum atasından ona miras qaldığını iddia etsə də, lakin bəhs edilən evin x1nın atası x3məxsus olmasını və sonuncudan qızı x1ya miras qalmasını təsdiq edən müvafiq sübutlar (x3 adına qeydiyyat vəsiqəsi və ya evin texniki pasportu, x1nın adına vəsiyyətnamə və ya q anun üzrə vərəsəlik hüququ barədə şəhadətnamə və s.) yoxdur. Bundan əlavə, x2 vəfat edənə qədər x4həmin evin atasına və ya özünə məxsus olmasını mübahisələndirməmiş, yalnız x2 vəfat edəndən sonra evin atasına məxsus olmasını və atasından ona miras qalmasını iddia edərək həmin evə mülkiyyət hüququnu öz adına sənədləşdirmişdir. Digər tərəfdən, üçüncü şəxs x1nın adına verilmiş hüquq müəyyənedici sənədlərdə mübahisəli evin inşa edildiyi tarix 1990-cı il kimi qeyd edilmişdir ki, həmin tarix də x2 və x1nın birgə nikah dövrünə təsadüf edir. Bu isə sözügedən evin birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu və evin ½ hissəsinə mülkiyyət hüququnun x2a aid olduğunu təsdiqləyir. Bundan başqa, x1 evi özününkü hesab etdiyi halda onun 2011-ci ildə boşanandan sonra 3 uşağı ilə birlikdə həmin evdən çı xıb getməsi, evin bütünlüklə x2un ixtiyarına verilməsi, sonuncunun başqa qadınla (iddiaçı ilə) ailə qurub həmin evdə yaşamağı davam etdirməsi, x1nın isə “atasından ona miras qalmış öz evinə” sahib çıxmağa, x2 və yeni ailə üzvlərini oradan çıxarmağa heç bir təşəbbüs göstərməməsi də başa düşülən deyildir. Qeyd olunan arqumentlər mübahisəli evi üçüncü şəxs x1nın bütünlüklə öz mülkiyyətinə keçirməsinin qanunsuzluğuna dəlalət edir. Həmin evin x2un payına düşən ½ hissəsi də miras kimi onun vərəsələri arasında (x1 istisna olmaqla) bölünməli idi. x1nın adına tərtib olunmuş xx xxx 2016-cı il tarixli ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” isə qeyd olunan halları özündə əks etdirmədiyindən, habelə bu sənədin verilməsi ilə iddiaçı və uşağın ın vərəsəlik və mülkiyyət hüquqları pozulduğundan həmin Çıxarış qanunsuz və əsassız olaraq verilmişdir. Oğuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2016-cı il tarixli 2(054)xx/2016 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə üçüncü şəxs və qeyrisinə qarşı yaşayış evindən və evə aid yardımçı sahələrdən istifadə hüququnun tanınmasına dair iddia tələbinin təmin edilməməsi, qeyd edilən qətnamənin nəticə etibarilə iddiaçının sözügedən ev üzərində heç bir (o cümlədən istifadə) hüququnun olmamasını və buna görə həmin evə dair üçüncü şəxsin adına verilmiş Çıxarışı mübahisələndirməyə də subyektiv hüququnun olmamasını müəyyən etməsi məsələsinə gəlincə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, istinad edilən qətnamə ilə müba hisəli yaşayış evindən və evə aid yardımçı sahələrdən İddiaçı istifadə hüququnun tanınmamasına həmin evin hazırkı iş üzrə mübahisələndirilən Çıxarışa əsasən cavabdeh (hazırkı iş üzrə üçüncü şəxs) x1nın mülkiyyətində olması əsas olmuşdur. Ona görə də mübahisəli yaşayış evindən və evə aid yardımçı sahələrdən İddiaçı istifadə hüququnun tanınmaması barədə qəbul edilmiş və qanuni qüvvəyə minmiş qətnamə həmin evə dair verilmiş Çıxarışın mübahisələndirildiyi hazırkı iş üzrə preyudisial əhəmiyyətli məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Əgər əksinə olsaydı, yəni ortada mübahisəli evə dair x1nın adına verilmiş Çıxarışın qanuniliyini müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsaydı, bu qətnamə İddiaçı həmin evdən və evə aid yardımçı sahələrdən istifadə hüququnu tanımamağa da əsas verə rdi. Lakin İddiaçı mübahisəli evdən və evə aid yardımçı sahələrdən istifadə hüququnun tanınmaması barədə qətnamənin mövcudluğu onun həmin evə dair başqasının (konkret halda x1nın) adına verilmiş Çıxarışı mübahisələndirməsinə mane olmur. Şərh olunanlardan göründüyü kimi, üçüncü şəxs x1 mübahisəli əmlakın iddiaçının mərhum ərinə məxsus hissəsini heç bir qanuni əsas olmadan öz mülkiyyətinə keçirmişdir. Halbuki, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən, x1 mərhum x2un vərəsəsi ola bilməzdi və iş materialları ilə həmin əmlakın mərhum x2 tərəfindən Ofelya Qasımovanın xeyrinə özgəninkiləşdirilməsi müəyyən edilmir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, üçüncü şəxs X1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz ə mlakın dövlət reyestrindən 27.07.2016-cı il tarixli ******* nömrəli Çıxarış qanuni və əsaslı olmamışdır, buna görə də həmin Çıxarışı mübahisələndirməkdə və onun ləğvini tələb etməkdə İddiaçı haqlıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu da əsaslı olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx xxx2017-ci il tаrixli qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblər inin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh tərəf həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktlar ı sübut edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə əməl olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(107)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4014/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4014/2019
04.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver