Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4014/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili X1, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1871/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ndən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh2 məxsus **-NB-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsi 24 iyul 2017-ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya ASC) tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 26 yanvar 2018-ci il tarixdə Cavabdeh1 qeyd edilən avtonəqliyyat vasitəsini idarə etmiş və onun, eləcə də **-SH-*** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı, **-FP*** dövlət qeydiyyat nişanlı “VAZ 21061” markalı və **-BC-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” markalı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin (Binəqədi RPİ) Tədqiqat Şöbəsinin 26 yanvar 2018-ci il tarixli qərarı ilə həmin tarixdə Cavabdeh1 iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmişlərin xəsarət almaları faktı ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 327.8-ci maddəsi ilə tənbeh verilməsi üçün qərarın Binəqədi RPİ-in X4 Şöbəsinə (DYPŞ) göndərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən subroqasiya hüququ üzrə 5750 manat məbləğində dəymiş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, baş vermiş hadisənin səbəbləri araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. ASC tərəfindən tərtib olunmuş 02.02.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-SH*** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21061” markalı və **-BC-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” markalı nəqliyyat vasitələrinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı mütənasiblik nəzərə alınmaqla 5000 manat miqdarında m üəyyən olunmuş, həmin vəsaitin hadisə nəticəsində zərərçəkmiş şəxslərə ödənilməsi barədə qərar qəbul olunmuş və icra edilmişdir. Həmçinin, **-SH-*** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtonəqliyyat vasitəsinin sürücüsünun yüngül xəsarət alması ilə bağlı 750 manat sığorta ödənişi zərərçəkmişin hesabına köçürülmüşdür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İcbari sığortalar haqqında” Qanun) 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmiş və həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığ orta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığortaçının bu hüququ yaranmış olur. Odur ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayındığına görə, Cavabdeh2 isə sonuncunun idarə etdiyi və sığortalanmış **-NB-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi kimi subroqasiya qaydasında mülki məsuliyyətə cəlb olunmalıdırlar. Cavabdeh1 məhkəmə iclasında iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, özünü hadisənin törədilməsində təqsirli hesab etmir. Əslində yol-nəqliyyat hadisəsi **-SH-*** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtonəqliyyat vasitəsinin sürücüsünün təqsirli hərəkətləri nəticəsində baş vermişdir. O, həmin hadisə zamanı özü də xəsarət aldığına görə özünü pis hiss etmiş və hadis ə yerini tərk etmişdir. Bununla belə o, hadisə yerini təqsirli şəxs kimi deyil, zərərçəkmiş şəxs kimi tərk etmişdir. Hadisə ilə əlaqədar cəmi bir dəfə Xətai Rayon Polis İdarəsində müstəntiqin yanında olaraq izahat vermiş, bundan sonra heç bir yerə dəvət olunmamış, barəsində heç bir tədbir görülməmişdir. Belə olan halda iddianı qəbul etmir və rədd olunmasını xahiş edir. Cavabdeh2 iddia tələbi ilə razılaşmayaraq izahatında göstərmişdir ki, o, baş etibarnamə verməklə avtonəqliyyat vasitəsini faktiki olaraq satmışdır. Bu zaman sığortaçı ASC-yə məlumat vermədiyinə görə məsuliyyətini dərk etsə də, özünü iddia tələbində qeyd olunmuş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilmir, bu hadisə nəticəsində vurulmuş maddi zərərə görə cavabdehlik daşımır və ona münasibətdə iddianın rədd edilmə si barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(010)-3334/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) iddia tələbi təmin olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 İXM-in 327.8 maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması, yəni qeyd olunan yolnəqliyyat hadisəsini təqsirli olaraq törətdiyini müəyyən edən və qanunla bu qərarın qəbul edilməsi səlahiyyətinə aid edilmiş müvafiq icra hakimiyyəti orqanın qərarı iddiaçı tərəfindən təqdim olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, cinayət işinin başlanmasının rədd olunması barədə qərarla Cavabdeh1 barəsində inzibati tənbeh verilməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınsa da, bu zaman ona tənbeh verilməsinin əsası kimi yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət müəyyən edən İXM-in 327.6-cı maddəsi deyil, həmin Məcəllənin 327.8 maddəsi göstərilmişdir. Bu baxımdan, Cavabdeh1 yol-nəqliyyat hadisəsinə görə səlahiyyətli orqanın qərarına əsasən İXM-in 327.6-ci maddəsi ilə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyətə cəlb edilmədiyindən həmin cavabdehə qarşı subroqasiya qaydasında iddia tələbi əsassızdır. Məhkəmə Cavabdeh2 barəsində iddia tələbini də əsassız hesab edərək, qeyd etmişdir ki, həmin cavabdehə qarşı irəli sürülmüş tələb iddia ərizəsində əsaslandırıl mamış, məhkəmə iclasında isə iddiaçının nümayəndəsi bu tələbi onunla əsaslandırmışdır ki, avtonəqliyyat vasitəsi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuş, bu hal isə sonuncunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1108.2-ci maddəsinə əsasən mülki məsuliyyətə cəlb olunması üçün əsasdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, hadisə baş verərkən avtomobil etibarnamə əsasında, yəni qanuni əsasla Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur. Bu isə ona dəlalət edir ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh2 mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1108.1, 1108.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apell yasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh1 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, hadisə baş verdikdən sonra özünü pis hiss etdiyi üçün hadisə yerindən çıxıb getmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş cavabdehin izahatında da bu öz əksini tapır. Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin 26 yanvar 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 İXM-in 327.8-ci maddəsi ilə təqsirli hesab edilmiş və ona İXM-in 327.8-ci maddəsi ilə (həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır) tənbeh verilməsi üçün qərar Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan heç bir şikayət edilməmişdir. Bundan başqa, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1161/2018 nömrəli, 27 aprel 2018-ci il tarixli qərarına əsasən Cavabdeh1 İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinmiş və onun 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1871/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi əsassızdır, qanuna müvafiq şəkildə çıxarılmamışdır, məhkəmə işin faktiki hallarını və sübutları nəzərə almamış, düzgün qiymətləndirməmişdir. Şikayətin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassator əlavə olaraq göstərmişdir ki, tərəflərindən cinayət işinin başlanmasının rədd olunması barədə 26.01.2018-ci il tarixli qərardan şikayət verilmiş, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şikayət təmin olunmuş və iş araşdırılması üçün yenidən aidiyyəti üzrə göndərilmişdir. Yeni araşdırma zamanı Cavabdeh1 hadisə yerindən yayınması öz təsdiqini tapmışdır. İşə baxan məhkəmələr Mülki Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozmuşlar. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci, 217.4-cü maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun nümayəndəsi və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3- cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi nin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətiri b çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Fa ydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari sığortalar haqqında” Qanun Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (maddə 63.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə birinci və apellyasiya instansiyası məhkəməl ərinə təqdim edilməmiş sübutların qiymətləndirilməsi ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1871/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4014/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4014/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver