Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4020/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin ləğv edilməsi ) ərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1192/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları: Bakı şəhəri, N saylı evin, 14 “a” saylı mənzili 07 oktyabr 1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X3 məxsus olmuş və 23 noyabr 2010-cu il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən həmin mənzili qızı Cavabdeh bağışlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin iyun ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nənəsi X2 özünə məxsus mənzili cavabdehə bağışlayarkən anası X1 və özünün adının göstərilmədiyi 2 №-li forma üzrə arayışı notariat kontoruna təqdim etməsini əsa s göstərməklə X4 ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2010-cu il tarixli bağışlama müqaviləsinin və onun əsasında sonuncunun adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1959/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: R.N.Qafarova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1192/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrl ik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1959/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək bağışlama müqaviləsinin saxta sənədlər əsasında bağlanmasını, məhkəmə isə işin həmin halına düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavi lə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyində n, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Şeyx Şamil küçəsi 24 saylı evin 14 “A” saylı mənzili X3 məxsus olmuş və həmin mənzil onun tərəfindən qızı Cavabdeh notariatda təsdiq olunmuş müqavilə əsasında bağışlanmışdır. İddiaçı bağışlama müqaviləsinin ləğv olunmasını tələb edərkən həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq mənzilin bağışlanmasına razılığının alınmamasını əsas göstərmişdir. İddiaçı mübahisəli mənzildə qeydiyy atda olsa da, kollegiya hesab edir ki, mənzilin bağışlanmasına onun razılığının alınmaması hazırkı vəziyyətdə bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsas verməmişdir. İşdən görünür ki, Qalina Hüseynova 1998-ci ildə mülkiyyətində olan Ş.Şamil küçəsi, 24 saylı evin 14 saylı mənzilini oğlu Robik Hüseynovla (iddiaçının atası) bölmüş, 14 saylı mənzil oğlu Robik Hüseynovun adına, 14 “a” saylı mənzil isə Qalina Hüseynovanın adına rəsmiləşdirilmişdir. 08 avqust 2010-cu il tarixdə Robik Hüseynov vəfat etdikdən sonra onun vərəsəsi olan arvadı X1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və 14 saylı mənzilə dair onun adına mülkiyyət hüququ bildirən şəhadətnamə verilmişdir. İddiaçı bağışlama müqaviləsinin qanunsuz olmasını iddia edərkən müqavilənin ləğv edilməsini tələb etmiş dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (421.2) Hazırkı iş üzrə iddiaçı bağışlama müqaviləsi üzrə tərəf olmamış, müqavilənin bağlanması zamanı onun ləğv edilməsi üçün əsas verən hər hansı əhəmiyyətli pozuntuy a yol verilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1192/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4020/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4020/2021
07.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver