Məhkəmə qərarları › İş №2(102)-4022/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4022/2023

29.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4022/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-si 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı, X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi mülki iş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu v ə Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-602/2023 nömrəli iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisə Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən daşınmaz əşya barəsində 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak ın Dövlət Kadastrı və Reyestri PHŞ-si 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər.

3. İddia onunla əsaslandırılmışdır ki, onların mərhum ailə üzvü Mustafayev Ömər Abdulqədir oğlundan miras qalmış Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçılar və Sabir Mustafayevin hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən 08 yanvar 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. X1 iddiaçılara qarşı qaldırmış olduğu iddiasından sonra məlum olmuşdur ki, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin müəyyən hissəsini iddiaçıların razılığı və heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” qüvvədə ola-ola 17 aprel 2018-ci il tarixdə Sabir Mustafayevin adına qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qey diyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirmişdir. Bundan sonra Sabir Mustafayev torpaq sahəsindəki payını X3 bağışlamışdır. X1 həmin əmlak üzərində hüquqları 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmiş, həmçinin texniki pasport tərtib edilmişdir. İş materiallarından da göründüyü kimi, hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən yenə də qeydiyyatı olmayan bir layihəsi var. Həmin sənədlərdə mərhum ailə üzvlərindən miras qalmış həmin əmlak Sabir Mustafayev tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur k i, bunun da heç bir hüquqi qüvvəsi yoxdur.

4. Zaqatala Rayon Məhkəməsinin 2(033)-95/2023 nömrəli iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sabir Mustafayev torpaq sahəsindəki payını X3 bağışlamış, həmin əmlak üzərində sonuncunun hüquqları 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmiş, həmçinin texniki pasport tərtib edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3730/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qərarı ilə həll edilmiş mübahisə digər tələblərlə yanaşı 13 noyabr 2019-cu i l tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunması barədə olsa da, hazırkı tələb 13 noyabr 2019cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv olunması barədə olmaqla hüquqi nəticəsi fərqli olan yeni iddia olmuşdur.

7. Bundan b aşqa, iddiaçıların mübahisələndirdiyi qeydiyyat və onun əsasında verilmiş çıxarış Ceyran Mustafayevanın torpaq sahəsinin 6/12 hissəsinə pay hüququnun əmələ gəlməsi və Sabir Mustafayevin payının eyni miqdarda azalması ilə bağlı olmuş, fərdi yaşayış evi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Lakin iddiaçılar iddia tələblərində həmin qeydiyyat və çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsızlığını tələb etmişlər. Daşınmaz əmlakın fərdi yaşayış evi ilə bağlı qeydiyyat isə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə aparılmaqla, 13 noyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair reyestrdən çıxarış torpaq sahəsi ilə bağlı olmaqla fərdi yaşayış evi barəsində olmamış və Sabir Mustafayevin torpaq sahəsinin özünə düşən 6/12 hissəsini C.Mustafayevaya bağışlaması barədə xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında aparılmışdır.

8. Bununla belə, iddiaçılar C.Mustafayevanın mülkiyyət hüququnun əmələ gəlməsininin əsasını (bağışlanma müqaviləsini) mübahisələndirməmişdirlər.

9. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən çıxarış və onun verilməsinə əsas olmuş qeydiyyat fərdi yaşayış evi ilə bağlı olmamışdır.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2, 152, 324.1, 331.1, 334.1, 337.1, 421.1, 421.2-ci, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 80, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 13 iyul 2009-cu il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin “işin halları” bölməsində qeyd etmişdir ki, “mülki işin materiallarında olan ********** və ********** qeydiyyat nömrəli, 08 yanvar 2016-cı il və 13 noyabr 2019- cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünmüşdür ki, ünvan 2 ünvanda yerləşən 0,0313 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-in hər birinin 2/12 hissə olmaqla paylı mülkiyyət hüququ üzrə onların, torpaq sahəsinin 6/12 hissəsi X1, fərdi yaşayış evinin 102,55 kv.m-in 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m., qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) X5 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır.” Göründüyü kimi, məhkəmə sübutlara düzgün hüquqi qi ymət verməməklə yanaşı, sübutlardakı (********** qeydiyyat nömrəli, 13 noyabr 2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışı) məlumatları təhrif etməklə hazırda mübahisələndirilən qanunsuz və əsassız qətnaməsini qəbul etmişdir. Belə ki, məhkəmə mübahisələndirilən çıxarışın fərdi yaşayış evi ilə bağlı olmadığını qeyd etsə də, işin hallarında isə həmin çıxarışın fərdi yaşayış evinə də aid olmasını qeyd etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-602/23 nömrəli iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Rövşən Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, istənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Əgər əvvəlki məhkəmə iddiaçının 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydi yyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunması barədə iddiasının rədd edilməsi barədə qətnamə çıxarırsa, bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ı mövcud və etibarlı hesab etmişdir.

15. Qeyd edilməlidir ki, eyni səbəb və məntiqə görə də, əgər yuxarıda qeyd edilən qətnamə ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ı etibarsızlığına dair qaldırılan iddia məhkəmə tərəfindən təmin edilmədikdə, bu artıq həmin aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmi ləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın hüquqi nəticə əmələ gətirən etibarlı bir sənəd olduğunun təsdiq olunması deməkdir.

16. Bu səbəblə də ilkin iddia işi üzrə məhkəmə icraatı və həmin icraatlar üzrə qəbul edilən məhkəmə qətnamələri hüquqi və məntiqi zərurət olaraq həmin aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın etibarlı olub-olmadığı məsələsini əhatə etmişdir. Məhkəmə icraatında tərəflərin iddiaçı və ya yeni iddiaçı kimi statuslarının dəyişməsi istinad olunan aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ı n etibarlı olub-olmaması baxımından heç bir əhəmiyyət kəsb etmir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların mübahisələndirdiyi qeydiyyat və onun əsasında verilmiş çıxarış Ceyran Mustafayevanın torpaq sahəsinin 6/12 hissəsinə pay hüququnun əmələ gəlməsi və Sabir Mustafayevin payının eyni miqdarda azalması ilə bağlı olmuş, fərdi yaşayış evi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. İddiaçılar C.Mustafayevanın mülkiyyət hüququnun əmələ gəlməsininin əsasını (bağışlanma müqaviləsini) mübahisələndirməmişlər.

18. Məhkəmə kollegiyası, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdir ənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

19. Məhkəmə kollegiyasnın mövqeyinə görə, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi, mübahisəli əmlakları əldə edən şəxs, yəni iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs (cavabd eh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir.

20. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2, 152-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı2 kassasiya şikayəti verərək (vəkil Nümayəndə) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətinin m əzmunu apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Üçüncü şəxs X4 tərəfindən kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilənlər formal və əsassızdır.

24. Etirazda o da qeyd olunmuşdur ki, hazırkı iddia tələbi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə baxılmışdır və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Belə ki, “hüquqların dövlət qeydiyyatı haqqında daşın maz əmlakın dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunması” və “dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv olunması” eyni predmet və eyni əsaslı iddiadır. İddia tələbləri üzrə “etibarsız” sözü, “ləğv olunma” sözü ilə əvəz edilmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

25. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

26. Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tətbiq olunmalı prosessual hüquq normasını tətbiq etməmişdir.

31. Belə ki, məhkəməyə müraciət etmək hüququ bəzi hallarda qanunla məhdudlaşdırılır. Onlardan biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə daha əvvəl məhkəmədə baxılmış olmasıdır. Bu halda həmin mübahisəyə yenidən baxılması mümkün sayılmır.

32. Ona görə də MPM-in 261.0.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

33. Baxılan işin materiallarından görünür ki, hazırkı işdən əvvəl iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3, X2 üçüncü şəxs qismində cəlb olunduğu, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia qaldırmışlar. Həmin iddiada həmçinin “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunması” barədə tələb də yer almışdır.

34. Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(033)-575/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

35. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 fevral 2021-ci il tar ixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin aktı dəyişdirilmədən saxlanılmışdır.

36. Ali Məhkəmənin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(102)-3730/2021 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın “13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunmasının rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

37. Hazırkı iş üzrə iddia tələbi “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-si 18 saylı ün van 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi” barədədir.

38. Bu işə mahiyyəti üzrə baxan məhkəmələr irəli sürülmüş iddianı yuxarıda qeyd edilən məhkəmə aktları ilə həll olunmuş predmetlə eyni saymamış, fərqli tələb kimi qiymətləndirmişlər. Məhkəmələr mövqelərini belə əsaslandırmışlar ki, bu işdə Ceyran Mustafayevanın adına olan 13 noyabr 2019-cu il tarixli, ********** nömrəli reyestr qeydiyyatının (və onun əsasında verilmiş çıxarışın) fərdi y aşayış evinə dair hissədə ləğv edilməsi tələb olunur, əvvəlki işdə isə eyni qeydiyyatın və çıxarışın etibarsız sayılması barədə iddia həll olunmuşdu (§ 6, 16).

39. Kassasiya məhkəməsi bu mövqe ilə razılaşmır ona görə ki, “ləğv edilmə” və ya “etibarsız sayılma” haqqında tələblər əqdlərə münasibətdə fərqli hüquqi nəticələr doğurur. Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat isə əqd deyil.

40. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllə, m.324).

41. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklül üyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu, m.2.1).

42. Reyestr qeydiyyatı həqiqi hüquqi vəziyyətə uyğun olduqda əsaslı, uyğun olmadıqda isə əsassız hesab edilir. Bu səbəbdən həmin qeydin (yaxud onun əsasında verilmiş çıxarışın) ləğv edilməsi və ya etibarsız sayılması barədə tələb mahiyyətcə əsaslı olmayan qeydiyyatın düzəldilməsi barədə iddiadır. Hansı sözlə (ləğv və ya etibarsızlıq) ifadə olunmasından asılı olmayaraq, iddia icraatında daşınmaz əmlakın dövlət reyestrinin məzmununun mübahisələndirilməsi sözügedən qeyddə düzəlişin aparılması barədə tələb sayılır.

43. Bu səbəbdən Mülki Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutu lmuşdur ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

44. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsassız olması ilə bağlı iddianın predmetini hüququ pozulmuş şəxsin mənafeyi (subyektiv hüququ) təşkil edir. Bu mənafeyin təmin olunması üçün ayrı-ayrı vaxtlarda irəli sürülən tələblərin “dövlət reyestrinin ləğv edilməsi, etibarsız sayılma sı, yaxud qeyddə düzəlişin aparılması və s.” kimi ifadə olunması iddianın predmetinin dəyişməsi mənasına gəlmir. Belə tələblərin hamısı eyni predmet hesab edilir.

45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

46. İddianın əsasını isə irəli sürülən tələblərin əsaslandırıldığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir. İddiaçı ərizəsində tələbinin faktiki əsasını qeyd etməyə borcludur (MPM, m. 149.2.3), hüquqi əsasını isə göstərməkdə isə sərbə stdir.

47. Çünki, tələbin qanuni əsasını yoxlamaq, onun haqlı bir hüquqi əsasa söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığı üçün tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.

48. Baxılan işin materiallarından görünür ki, eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmetə (13 noyabr 2019-cu il tarixli, ********** nömrəli reyestr qeydiyyatının və onun əsasında verilmiş çıxarışın mübahisələndirilməsinə) dair iddia Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə həll edilmişdir.

49. Buna baxmayaraq aşağı instansiya məhkəmələri hazırkı iş üzrə ic aata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verməli olduqları halda iddiaya mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışlar.

50. Kollegiya bildirir ki, belə yanaşma hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə ziddir. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

52. Qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.

53. Göstərilənlərə əsasən və MPM-in 261, 416-419-cu maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-602/2023 nömrəli iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar