Məhkəmə qərarları › İş №2(102)-4026/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4026/2020

11.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4026/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı Məhərlimovanın və onun vəkili X1, Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Mingəçevir şəhər Əhalinin X5 və Bakı şəhəri Cavabdeh4nə qarşı "şəhid ailəsi statusunun ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəhid ailəsi statusunun ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Mingəçevir şəhər X5 həvalə edilməsi və Cavabdeh1 doğulmuş Cavabdeh2 kimi qeydə alınmış uşağın adına verilmiş xx.xx.2002-ci il tarixli AZ-İ № 229231 saylı Doğum haqqında şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdeh4nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-2853/2019) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 verilmiş şəhid ailə si statusu ləğv edilmiş, Cavabdeh1 doğulmuş xx.xx.1994-cü il təvəllüdlü göstərilmiş Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayonu VVADQ tərəfindən verilmiş AZ-İ №229231, xx.xx.2002-ci il tarixli doğum haqqında şəhadətnamənin ləğv edilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Rayon məhkəməsi, həmçinin də, Cavabdeh1 faktiki nikahdan 1996-cı ildə doğulmuş uşağına, doğum tarixi xx.xx.1994-cü il təvəllüdlü göstərilməklə və Cavabdeh2 yazılmaqla Bakı şəhəri Nərimanov Rayonu VVADQ tərəfindən verilmiş AZ-İ №229231, xx.xx.2002-ci il tarixli saxta doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı xüsusi qərardad çıxarmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımo v, iş № 2(103)13925/2019) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2853/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən-iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə də təmin edilməsi, Cavabdeh1 verilmiş şəhid ailəsi statusunun ləğv edilməsi qət edilmiş, qətnamə onun apelyasiya şikayətinə münasibətdə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cav abdeh1 vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı Məhərlimovanın və onun vəkili X2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəişdirilmədən saxlanmasını xahiş etdi. Məruzəçi ni, İddiaçı Məhərlimovanın və onun vəkili X1, Cavabdeh1 vəkili Vəkil2 izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ««İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Mingəçevir şəhər Əhalinin X3rşı "şəhid ailəsi statusunun ləğv edilməsi»» hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati aktın etibarsız sayılmasına dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qanunun 2.0.2-ci maddəsinə müvafiq olaraq inzibati orqan tərəfindən ümumi (publik ) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətd ə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan müna sibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd ki, hazırkı kassasiya icraatının predmetini yalnız iddia tələbinin Cavabdeh1 aid hissəsinin qanuniliyinin yoxlanmasından ibarədir. İş üzrə digər cavabdehə qarşı yönəlmiş tələb birinci instansiya məhkəməsi t ərəfindən təmin olunmuş və həmin şəxs iddianın təmin olunan hissəsini mübahisələndirməmişdir. Apelyasiya icraatı iş üzrə iddiaçının apelyasiya şikayəti əsasında və yalnız iddianı təmin olunmayan hissəsi üzrə aparılmışdır. Belə olan halda iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin olunan hissəsi hazırkı kassasiya icraatının predmetinə aid deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, həmin iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Mingəçevir şəhər Əhalinin X3rşı "şəhid ailəsi statusunun ləğv edilməsi" tələbinə baxmaqda məhkəmələr haqlı olmamışlar. Belə ki, şəhid statusunun ləğv edilməsinə dair tələbin fiziki şəxsə qarşı yönəlməsi yolverilən hesab edilə bilməz. Həmin tələb yalnız həmin statusu verən müvafiq inzibati orqana qar şı yönələ bilər. Hazırkı işin halları baxımından isə şəhid statusunun verilməsi və onun ləğv edilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətinə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Mingəçevir şəhər Əhalinin X5 aiddir. Həmin orqanın isə müraciətin təmin edilməsi ilə bağlı aktı isə artıq inzibati akt hesab olunur ki, onun mübahsələndirilməsi isə inzibati icraat qaydasında mümkündür. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Mingəçevir şəhər Əhalinin X3rşı "şəhid ailəsi statusunun ləğv edilməsi tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılması istisna olunur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissə üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, həmin hissədə icraata xitam verilməli və iddiaçıya müvafiq inzibati orqana müraciət etmək, tələbinin həll olunmadığı təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" qərarının 16.3-cü bəndinə əsasən “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilə r. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi «İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Mingəçevir şəhər Əhalinin X3rşı "şəhid ailəsi statusunun ləğv edilməsi» hissəsində ləğv olunsun. Həmin hissədə mülki ş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar