Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4026/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" şirkətinin cavabdeh Çimen Yakupa qarşı ilk, Çimen Yakupun "xxxx" şirkətinə qarşı qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" şirkətinin cavabdeh Çimen Yakupa qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, Çimen Yakupun "xxxx" şirkətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və ezamiyyət xərclərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2818/2023 nömrəli qətnaməsindən cavabdeh və qarşılıqlı iddiaçı Çimen Yakup tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İŞİN HALLARİ 1. 18 mart 2019-ci il tarixli əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən X5 "xxxx" şirkətində 18 mart 2019-ci il tarixdən zavod direktoru vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 07 mart 2020-ci il tarixədək müəyyən olunmuş, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində işəgötürənə vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür. 2. 01 noyabr 2019-ci il tarixli əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən X5 "xxxx" şirkətində 01 noyabr 2019-ci il tarixdən istehsal müdiri vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 07 mart 2020-ci il tarixədək müəyyən olunmuş, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində işəgötürənə vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür. 3. 20 may 2020-ci il tarixli əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən X5 20 may 2020-ci il tarixdən "xxxx" şirkətinin direktoru vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 08 mart 2021-ci il tarixədək müəyyən olunmuş, əm ək müqaviləsi üzrə vəzifə funksiyalarını yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində işəgötürənə vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür.
4. İş materiallarında olan e-mail yazışmalarından görünür ki, "xxxx" şirkətinin rəsmi saytı olan “matanata.az” saytı üzərindən Çimen Yakup 16 oktyabr 2019-cu il tarixdə şirkətin direktoru Tolqa Sarıya aşağıdakı məzmunda e-mail məktub göndərilmişdir: “Azerlime zavodunun açılış işleri ile bağlı yolların boyanması, tüm siloların ve çelik konstriksiyonun boyanması 4500 ton hazır mehsulun daşınması ve hazır mehsul anbarı konstriksiyonun yıkanıp silinmesi ile alakalı 15.0.2019 tarihinden 15 fehle 10 gün süreli olarak işletmeye icaze vermeyinizi xaiş edirem. (gündelik 1 fehle 5 AZN-dir)”. Tolqa Sarı tərəfindən həmin e-maile “ Uyğundur. Ancak işi bilen olmalı. Boş adamları almayalım” məzmunlu cavab verilmişdir.
5. İş materiallarında olan e-mail yazışmalarından görünür ki, "xxxx" şirkətinin rəsmi saytı olan “matanata.az” saytı üzərindən Avil Qurbanov tərəfindən Çimen Yakupa 02 aprel 2020-ci il, 17 iyun 2020-ci il, 16 noyabr 2020-ci il və 18 noyabr 2020-ci il tarixlərində “Azerlime” əhəng zavodunda açılış işləri ilə əlaqədar olaraq hazır məhsul anbarında olan əhəng məhsullarının zavodun torpaq ərazisinə daşınması, güclü külək və yağışın təsirindən məhsulların yararsız vəziyyətə düşməsi, malların torpaq ərazidə yığılmağı nəzərə alınmaqla kisələrin də öz keyfiyyətini itirməsi barədə məlumat verilmişdir. 6. "xxxx" şirkətinin 03 dekabr 2020-ci il tarixli, 412 saylı əmrinə əsasən şirkətin direktoru X5 03 dekabr 2020-ci il – 01 yanvar 2021-ci il tarixlərdə Gürcüstan Respublikasına ezam olunmuşdur. 7. "xxxx" şirkətinin direktoru Çimen Yakup tərəfindən imzalanmış 05 yanvar 2021-ci il tarixli, 41 M saylı əmrə əsasən şirkətin direktoruna 2019-2020-ci iş ili üzrə növbəti məzuniyyət hesabına 05 yanvar 2021-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək 27 gün müddətinə əmək məzuniyyəti verilmiş, işə başlama tarixi 01 fevral 2021-ci il müəyyən olunmuşdur. 8. "xxxx" şirkəti tərəfindən Çimen Yakupa ünvanlanmış 06 may 2021-ci il tarixli məktubda sonuncu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin nəzərdə tutulması, vəzifə səhlənkarlığı nəticəsində şirkətə külli miqdarda ziyan dəyməsi, təhvil – təslim aparılmaması barədə məlumat ver ilmiş, izahatın alınması ilə bağlı şirkətə dəvət olunmuş və bildirişin alındığı tarixdən 3 gün ərzində gəlməməsinin izahat verməkdən imtina kimi qəbul olunacağı ilə bağlı xəbərlarlıq edilmişdir. 9. "xxxx" şirkətinin Daxili Audit şöbəsi və Maliyyə departamenti tərəfindən tərtib olunmuş aktda gööstərilmişdir ki, malların zavodun həyətində saxlama şəraitinə uyğun olmayan mühitdə saxlanılmasına görə Çimen Yakupa məlumat verilməsinə baxmayaraq sonuncu tərəfindən heç bir tədbir görülməmiş, onun vəzifə səlahiyyətlərini düzgün icra etməməsi nəticəsində şirkətə dəymiş zərər 648255,36 manat, həmin məhsullar təkrar emal olunduğu təqdirdə zərərin məbləği 204977,36 manat təşkil edir. 10. "xxxx" şirkətinin 08 may 2021-ci il tarixli, 202K saylı əmrinə əsasən şirkətin direktoru X5 ilə bağlanmış əmək müq aviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (Əmək Məcəlləsinin 72- ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə ziyan vurması) bəndinə əsasən xitam verilmişdir. 11. "xxxx" şirkəti tərəfindən Çimen Yakupa ünvanlanmış 08 may 2021-ci il tarixli məktubda sonuncu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat 12. "xxxx" şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını yerinə yetirməməsi, əmək vəzifələrini pozması nəticəsində vurulmuş 204977,36 manat məbləğində zərə rin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Çimen Yakupdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh işlədiyi dövrdə əmək müqaviləsi üzrə əmək vəzifələrini düzgün icra etməmiş, səhlənkarlığa yol vermiş və bununla da şirkətə ciddi ziyan vurmuşdur. Belə ki, zavod direktoru və istehsal müdiri kimi cavabdehin əmək müqaviləsi üzrə vəzifələri sırasına istehsal tapşırıqlarının yerinə yetirilməsi, yüksək keyfiyyətli məhsulun istehsal edilməsi, əsas və dövriyyə vəsaitlərində səmərəli istifadənin təmin edilməsi, məhsulun maya dəyərinin aşağı salınmaması, istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi üçün illik planların hazırlanması, gündəlik istehsal normalarının yerinə yetirilməsinə nəzarət edilməsi və yoxlanılması, ona tabe olan xidmət istehsal sexinin gündəlik iş nəticələrinin növbə üzrə hesabatlarının qəbul edilməsi daxil olmuşdur. Həmçinin, direktor kimi cavabdeh digər vəzifələrlə yanaşı istehsal tapşırıqlarının yerinə yetirilməsi, yüksək keyfiyyətli məhsulun istehsalı, istehsalatın texnoloji hazırlığı və texniki cəhətdən yenidən qurulması, xammala, materiala əmək sərfinə qənaət edilməsi, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkil edilməsi, gündəlik istehsal normalarının yerinə yetirilməsinə nəzarət edilməsi və yoxlanılması, müəssisə və onun bölmələri üzrə istehsal proqramları və təqvim qrafiklərinin hazırlanması, operativ istehsal planlaşdırılmas ı üçün normativlərin tətbiqinin həyata keçirilməsi, istehsal gedişinə operativ nəzarət, istehsalatın yeni növ məhsul istehsalına hazırlığının həyata keçirilməsinin təşkil edilməsi, istehsal gedişinin gündəlik operativ uçotunun təmin edilməsi, kəmiyyət və nomenklatura üzrə sutkalıq hazır məhsulun buraxılışı tapşırığının yerinə yetirilməsi, başa çatmış istehsalın durumuna və tamlığının vəziyyətinə nəzarət edilməsi, iş yerləri və anbarlarda müəyyən edilmiş artıq məhsul normasına riayət olunmasına nəzarət edilməsi vəzifələrini daşımışdır. Cavabdeh 2019-cu ilin sonunda direktor olduğu Qazax zavodunda hazır məhsul anbarlarında yerləşən məhsullar və kisələrin zavod ərazisində açıq hava şəraitində yığılmasına göstəriş vermiş, zavodda ölkə rəhbərliyinin iştirakı ilə həyata keçirilən açılışdan sonra zavod ərazisinə yığılmış məhsulların anbara yığılması üçün rəhbərlik tərəfindən göstəriş verilməsinə baxmayaraq, məhsulun anbara yığılması təmin edilməmişdir. Nəticədə torpaq səthinin üzərində yığılmış məhsullar və kisələr açıq hava şəraitində saxlanılması səbəbindən yararsız vəziyyətə düşmüşdür. Qeyd edilən malların zavodun həyətində, saxlama şəraitinə uyğun olmayan mühitdə saxlanılmasına görə məhsulun və kisələrin xarab olması ilə bağlı cavabdehə dəfələrlə elektron poçt vasitəsi və şifahi qaydada xəbərdarlıq edilmişdir. Belə ki, “Azerlime” zavodunda operator vəzifəsində işləmiş Avıl Qurbanov 02 aprel 2020-ci il tarixdə, 18 noyabr 2020-ci il tarixdə cavabdehə məsələ ilə bağlı məlumat vermiş, lakin sonuncu tərəfindən hər-hansı tədbir görülməmişdir. Cavabdehə baş verənlər barəsində yazıl ı izahat və bu proseslər barədə elektron yazışmalarını Daxili Audit və Nəzarət şöbəsinə təqdim edilməsi təklif edilsə də, o, yazılı izahat verməkdən imtina etmişdir. Cavabdeh tərəfindən yol verilən səhlənkarlıqlar səbəbindən açıq havada yığılmış məhsulların təqribən 70%-i təkrar emala yararlı, 30%-i isə təkrar emala yararsız olmuşdur. Nəticədə Azerlime suvaq üçün əhəng 18 kq – 110770 ədəd, Azerlime suvaq üçün əhəng 20 kq – 57157 ədəd və Azerlime söndürülmüş əhəng 20 kq – 57048 ədəd boş kisə yararsız vəziyyətə düşmüşdür. Maliyyə Departamenti tərəfindən verilən məlumata əsasən qeyd edilən məhsulların satışının həyata keçirilməməsi nəticəsində şirkətə dəymiş ziyan və əldən çıxmış fayda ilə birlikdə 648255,36 manat təşkil edir. Həmin məhsullar təkrar emal olunmadığı təqdirdə 305372,36 manat, ə gər 30 %-i təkrar emal olunduğu təqdirdə 204977,36 manat məbləğində zərər dəymişdir ki, bu ziyanın dəyməsi cavabdehin öz vəzifə səlahiyyətlərini düzgün icra etməməsi, məhsul olduğu sahəyə təsərrüfatsızcasına və səhlənkar yanaşması ilə birbaşa bağlıdır. Cavabdeh öz əmək funksiyalarını qəsdən yerinə yetirməyərək şirkətin Qazax zavodunda istehsal edilmiş məhsulların açıq havada saxlanılması ilə müəssisəyə ciddi şəkildə ziyan vurmuşdur.
14. Çimen Yakup qarşılıqlı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" şirkətinin 08 may 2021-ci il tarixli, 202 saylı əmrinin ləğv edilməsini, X3 "xxxx" şirkətinə işə bərpa edilməsini və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq "xxxx" şirkətindən onun xeyr inə tutulması, habelə X3 03 dekabr 2020-ci il tarixdən 20 mart 2021ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə olduğu müddət üzrə ezamiyyə xərcinin ödənilməsini və ezamiyə xərcinin ödənilməsinin gecikdirilməsinə görə 27 mart 2021-ci il tarixdən başlayaraq, həmin məbləğin ödənildiyi günədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla həmin ödəncin "xxxx" Şirkətindən Yakup Çimen Şahmettin oğlunun xeyrinə tutulmasını xahiş etmişdir.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, işlədiyi müddətdə heç bir pozuntuya və ya səhlənkarlığa yol verməmiş, bu səbəbdən barəsində hər hansı intizam tənbehi tədbiri görülməmişdir. Əksinə, yaxşı işlədiyi üçün vəzifədə irəli çəkilərək şirkətə direktor vəzifəsinə təyin edilmişdir. Başqa işə götürənlə əmək müqaviləsi bağlayaraq, x x.xx.2021-ci il tarixdə işəgötürənə əmək müqaviləsinə xitam verilməsi üçün ərizə təqdim etmiş və ona son haqq-hesabın ödənilməsini xahiş etmişdir. Şirkətin təsisçisi Elxan Bəşirov ilk öncə ondan işdən çıxmamağı xahiş etmiş, lakin o, işdən çıxmaqda israrlı olduğunu bildirdikdə, o, onu cəzalandıracağını və ezamiyə pulunu ödəməyəcəyini bildirmişdir. Daha sonra işdən azad edilməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və son haqq-hesab sənədləri ona verilməmişdir. Bununla bağlı Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, lakin yenə də əmrin surətini əldə edə bilməmişdir. Əmrin surətini işin artıq məhkəmədə baxılması zamanı elektron məhkəmə informasiya sisteminə yerləşdirdikdən sonra 18 avqust 2021-ci il tarixdə əldə etmişdir. Həmin əmrə əsasən onun la bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin təqsirli hərəkətləri ilə mülkiyyətçiyə ziyan vurması əsası ilə xitam verilmişdir. Bununla belə, həm ona qarşı qaldırılmış iddianın, həm də əmrin əsasını işçinin işəgötürənə ziyan vurması təşkil edir. Bu səbəbdən ilk öncə onun işəgötürənə ziyan vurub-vurmaması aydınlaşdırılmalıdır. Belə ki, Əmək Məcəlləsinin bu məsələni tənzimləyən normalarına əsasən işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurduğu aşkar olunmalı, işçinin əməli qanuna zidd olmalı, habelə işçinin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları, ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Hazırki işdə isə həmin halların heç biri mövcud deyil. Bu səbəbdən ziyanın vurulması ilə bağlı işəgötürənin mülahizələri əsassız hesab edilməlidir. Belə ki, "xxxx" şirkəti onun şirkətə ziyan vurmasını onunla əsaslandırmışdır ki, güya o, direktor olduğu dövrdə zavodun anbarında olan məhsulun (əhəngin) daşınaraq, açıq hava şəraitində yığılmasına göstəriş vermiş, daha sonra zavodda ölkə rəhbərliyinin iştirakı ilə həyata keçirilən açılışdan sonra zavod ərazisinə yığılmış məhsulların anbara yığılması üçün rəhbərlik tərəfindən göstəriş verilməsinə baxmayaraq, məhsulun anbara yığılması təmin edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, o, şirkətdə xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək istehsalat müdir i vəzifəsində, ondan sonra əmək müqaviləsinə xitam verilənədək direktor vəzifəsində işləmişdir. Qeyd edilən məhsullar isə ölkə rəhbərliyinin zavodun açılışına gəlməsi nəzərə alınmaqla, 2019-cu ilin sentyabr ayında açıq əraziyə daşınmışdır. Həmin vaxt şirkətin müdiri Tolga Sarı olmuş və həm ambarda, həm də zavodun həyətində olan məhsulların açıq əraziyə daşınıb yığılmasına da göstərişi həmin şəxs vermişdir. Lakin sonradan zavodun açılışı təxirə salınmış və açılışın nə vaxt olacağı qeyri-müəyyən olduğundan məhsullar daşındığı yerdə saxlanılmışdır. Nəhayət zavodun açılışı 03 mart 2020-ci il tarixdə baş tutmuşdur. Altı aydan artıq müddətdə yağışlı havada açıq hava şəraitində qalan əhəng artıq daşlayaraq, yararsız hala düşmüşdür. Hətta həmin məhsullar qapalı şəraitdə anbarda saxlansa belə, onun yararlıq müddəti altı ay olduğundan yenə də yararsız məhsul olacaqdır. Bu səbəbdən açılışdan sonra həmin məhsulların geri anbara yığılması ilə bağlı X8 tərəfindən hər hansı göstəriş verilməmişdir. Əslində zavodun açılışından sonra həmin malların anbara geri yığılması barədə göstəriş verilə bilməzdi. Belə ki, anbarda yalnız satışa yararlı məhsullar yığılıb oradan birbaşa satışa göndərilirdi. Bu məhsulların anbara geri daşınması aylarla yağışlı havada və nəm şəraitdə qalaraq, yararsız hala düşmüş əhəngin istelakçılara satılması olardı ki, bu da qanunla yolverilməzdir. Beləliklə, göründüyü kimi, məhsulun açıq əraziyə daşınması və altı aydan artıq müddətdə açıq hava şəraitində saxlanılması və bunun nəticəsində yararsız hala düşməsi onun direktor təyin edildiyi tarixədək (xx.xx.2021-ci il tari xədək) baş vermişdir. Başqa sözlə, məhsulların açıq havaya daşınması və ya onun geri yığılması ilə bağlı məsələlər onun səlahiyyətində olmamışdır. Bu səbəbdən məhsulların onun təqsiri üzündən yararsız hala düşməsi barədə işəgötürənin qənaəti əsassızdır. İddiaya əlavə edilmiş yazışmaların məzmunundan göründüyü kimi, işçilər həmin malların hazır məhsul anbarına yığılması barədə tədbir görülməsini deyil, əksinə, təkrar istehsalata yararsız hesab edilərək, anbar qalığından silinməsi barədə tədbir görülməsini xahiş edirlər. O, isə yararsız məhsulların təkrar istehsalata verilməsi göstərişini vermiş və zavoda dəyən zərərin həcmini azaltmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, şirkət ziyanın əvəzinin ödənilməsini tələb edərkən, işçi ilə işəgötürən arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsaslanmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən və işin hallarından da göründüyü kimi, məhsulların açıq əraziyə daşınması və onların yararsız hala düşməsi 2019-cu ilin iyun ayından başlayaraq, 2020-ci ilin mart ayınadək olan müddətdə baş vermişdir. Tam maddi məsuliyyət haqqında müqavilə isə onun direktor təyin edildiyi tarixdə, yəni 20 may 2020-ci ildə bağlanmışdır. Bu baxımdan da iddia ərizəsi üzrə tələb edilən maddi ziyanın təmin edilməsi istisna edilir. Bu səbəbdən maddi ziyanın tutulması ilə bağlı iddia əsassızdır. Bundan başqa, o, 04 dekabr 2020-ci il tarixdə şirkət tərəfindən Gürcüstan Respublikasına ezam olunmuş və 20 mart 2021-ci il tarixədək ezamiyyətdə olmuşdur. Lakin şirkət tərəfindən ezamiyyə xərci ona ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarına əsasən Gürcüstan Respublikası üçün 1 günlük ezamiyyə xərci 140 ABŞ dolları müəyyən edilmişdir. 107 gün ezamiyyətdə olduğuna görə ümumilikdə ona 15.000 (107 x 140 +20) ABŞ dolları məbləğində ezamiyyə xərci ödənilməli olduğu halda, bugünədək işəgötürən tərəfindən ödənilməmişdir. Ona görə də həmin məbləğ şirkətdən onun xeyrinə tutulmalıdır. Bundan başqa, ezamiyyə xərci vaxtında ödənilməməsi səbəbindən gecikdirilən hər gün üçün həmin məbləğin ödənildiyi günədək üzərinə faizlər də hesablanmalıdır. İşəgötürən tərəfindən ona qarşı yol verilmiş qanunsuz hərəkətlər onun mənəvi sarsıntı və iztirablar keçirməsinə səbəb olmuşdur. Bu səbəbdən ona dəymiş m ənəvi zərər də işəgötürən tərəfindən kompensasiya edilməlidir.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(001)- 5271/2021 saylı qərardadına əsasən iş üzrə kompleks məhkəmə - xətşünaslıq və məhkəmə - mühasibatlıq ekspertizası təyin edilmişdir. 17. 29 avqust 2022-ci il tarixli, 4/860-9/4136 saylı ekspert rəyində qeyd olunmuşdur ki, ekspertə təqdim olunmuş, “Mətanət - A” şirkətinin adından olan 05 yanvar 2021-ci il tarixli, 41M saylı əmrinin sonunda “Yakup Çimen” yazılarından aşağıdakı imza Yakup Çimen tərəfindən icra olunmuşdur. “Mətanət - A” şirkətinin direktoru olan X5 03 dekabr 2020-ci il tarixdən 01 yanvar 2021-ci il tarixlərdə (30 gün, 29 gecə) Gürcüstan Respublikasına ezam olunması nəzərə alınmaqla ona Gürcüstan Respublikasında olduğu 29 gecə üçün hes ablanmalı olan ezamiyyə xərcləri 4060 ABŞ dolları (140 ABŞ dolları x 29 gecə), köçürülmüş ezamiyyə xərcləri 4213 ABŞ dolları məbləğində müəyyən edilir. Bundan başqa X4 05 yanvar 2021-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək 27 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. “İş vaxtının tabeli” məlumatlarından göründüyü kimi işçi 2021-ci ilin yanvar ayında 27 təqvim günü əmək məzuniyyətində olmuş, həmin ay üzrə hesablanmış məzuniyyət haqqı 883,03 manat təşkil edir. Bundan başqa “İş vaxtının tabeli” məlumatlarından göründüyü kimi işçi 2021-ci ilin fevral, mart və aprel ayları üzrə faktiki iş günləri üzrə işləmiş və onun bankda olan əmək haqqı hesabına 2021-ci ilin fevral ayı üzrə 899 manat, mart ayı üzrə 899 manat, aprel ayı üzrə 899 manat əmək haqqı köçürülmüşdür. Yakup Çimenlə ba ğlanmış əmək müqaviləsinə 08 may 2021ci il tarixdə xitam verildiyi nəzərə alınmaqla ona hesablanmalı olan və hesablanmış son haqq – hesab 1216,93 manat təşkil edir (istifadə edilməmiş 37 gün əmək məzuniyyətinə görə pul əvəzi). DSMF-yə, tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı tutulmaları nəzərə alınmaqla ödənilməli məbləğ 1090,99 manat və həmin vəsait işçinin bank hesabına köçürülmüşdür. Beləliklə, bütün qeyd edilənlərə əsasən 03 dekabr 2020-ci il tarixdən 08 may 2021-ci il tarixədək olan müddət üçün işçiyə “İş vaxtının tabeli” məlumatlarına əsasən əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət xərci və son haqq – hesab hesablanmış, onun bankda olan əmək haqqı hesabına köçürülmüşdür.
18. Birinci instansiya məhkəməsində dindirilmiş Ədliyyə Nazirliyi Məhkəmə X1 ekspertizaları şöbəsinin böyü k eksperti X6 tərtib etdiyi 29 avqust 2022-ci il tarixli ekspert rəyini müdafiə etmiş və verilmiş suallara cavab olaraq göstərmişdir ki, məhkəməmühasibatlıq ekspertizası sənədlər əsasında aparılan tədqiqatdır. Bu səbəbdən işçinin ezamiyyətdə olmasının hesablanması üçün əmrlər və əmrlər kitabı araşdırılır. İşçi ezamiyyətdə olubsa ezamiyyətdən qayıdanda ezamiyyətlə əlaqədar xərclədiyi vəsaitlərlərin məbləğini təsdiq edən avans hesabatı təqdim edilməlidir. Təqdim olunmayıbsa artıq bu məsələdə xüsusi biliyə ehtiyac qalmır. Sadəcə olaraq kalkulyator götürüb hesablamaq lazımdır. Hesablamar da məhz təqdim edilmiş sənədlər əsasında aparılmış və rəy verilmişdir. Məhkəmənin 18 iyun 2022-ci il tarixli məktubu ilə Məhkəmə Ekspertizası Mərkəzinə 20 iyun 2022-ci il tarixli əlavə sənədlər daxil olmuşdur. Təqdim edilmiş əmrə əsasən işçi 03 dekabr 2020-ci il tarixdən 01 yanvar 2021-ci il tarixə kimi 29 gecə 30 gün müddətində ezamiyyətdə olmuşdur. İş materiallarının 212-ci - 218-ci vərəqlərində, habelə 218-219-cu vərəqində vəsaitlərinin köçürülməsini təsdiq edən elan məlumatları öz əksini tapmışdır. Həmin məlumatlarda ezamiyyə xərci olaraq 4.213 ABŞ dolları məbləğində pulun köçürülməsi göstərilmişdir. İş materiallarında olan tabel məlumatlarına əsasən isə işçi 2021-ci ilin yanvar ayında 1 gün işə çıxmış, sonra isə 05 yanvardan 31 yanvar 2021-ci ilə qədər 27 təqvim günü məzuniyyətdə olmuşdur. Həmin dövr üçün hesablanmış məzuniyyət haqqı 888 manat, iş günü üzrə hesablanmış əmək haqqı 43,48 manat təşkil edir. Bu məbləğ bank vasitəsilə ona ödənilmişdir. Bu barədə hesabdan çıxarış da var.
19. Bak ı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(001)- 265/2022 nömrəli qətnaməsinə əsasən ilk iddianın təmin edilərək Çimen Yakupdan 204977,36 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" şirkətinə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Gürcüstan Respublikasında ezamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin "xxxx" şirkəti tərəfindən hesablanmaqla iddiaçı Çimen Yakupa ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Çimen Yakup həm zavodun direktoru, həm də istehsalat şöbəsinin müdiri vəzifəsinə təyin edilərkən, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Çimen Yakup ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda, şirkətə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübariz olması, şirkətin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməsi və lazımi gəldikdə qorxulu vəziyyətin səbəblərinin aydınlaşdırılması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunun aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməsi barədə üzərinə öhdəlik götürmüşdür. Digər tərəfdən həmin məhsulların daşınması ilə bağlı şirkətin direktoru ona tapşırıq verməmişdir. Həqiqətdə ilk olaraq məhz Çimen Yakup ona elektron poç t vasitəsi ilə müraciət edərək, zavodun açılışı ilə bağlı 4500 ton hazır məhsulun daşınmasına icazənin verilməsini xahiş etmişdir. Şirkətin direktoru isə tapşırıq deyil, buna razılıq vermişdir. Bu işin görülməsi Çimen Yakupun mövqeyinə uyğun olaraq hər hansı digər şəxsin, o cümlədən hazır məhsul anbarının, habelə logistik menecerinin səlahiyyətlərinə aid olmuş olsa idi, qeyd edilən məsələ ilə bağlı şirkətin direktoruna onlar tərəfindən müraciət edilərdi. Başqa sözlə, qeyd edilən vəziyyətdə Çimen Yakup məhz öz səlahiyyətlərinə uyğun hərəkət etmişdir. Bu baxımdan qeyd edilən işin Çimen Yakup tərəfindən görülməsinin fors major halın yaranması ilə bağlı olması barədə fikirlər də əsassızdır. Hər bir halda, fors major (hazırki vəziyyətdə daha düzgün ifadə gücləndirilmiş iş rejimi ifadəsidir) hal yaranmışdırsa da, bu halın bütün zavod heyətinə, o cümlədən hazır məhsul anbarı müdirinə və logistik menecerinə də aidiyyəti olmuşdur. Başqa sözlə, zavodun açılışı ilə bağlı bütün zəruri tədbirlərin yüksək, çevik, eyni zamanda tələb olunan müddətlər ərzində görülməsi tələb edilirdi. Hər bir işçi də bu vəziyyətdə öz səlahiyyətlərinə uyğun hərəkət edirdi. Çimen Yakup da zavod müdiri kimi üzərinə düşən vəzifələrə uyğun olaraq bu işi təşkil etməli idi və etmişdir. Nəzərə alınmalıdır ki, hazır məhsul anbarının müdiri vəzifəsində “anbar” sözü var və anbar müdirinin səlahiyyətləri anbara məhsul qəbul etmək, onları saxlamaq və məhsulu təhvil verməkdən ibarətdir. Başqa sözlə, anbar müdirinin səlahiyyətləri anbarın sahəsi ilə məhdudlaşır və bu baxımdan anbar müdiri səlahiyyətlərinin son həddi olara q məhsulun anbardan çıxarılmasının qeydiyyatını apara bilər. Lakin həmin məhsulun anbardan kənara daşınması, onun yerləşdirmə yerinin müəyyən edilməsi və anbardan kənar onun yararsız hala düşməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi onun səlahiyyətlərinə aid edilə bilməz, anbar müdirinin anbardan kənar sahə üçün hər hansı məsuliyyət daşıması mümkün deyil (təbii ki, müstəsna hal olaraq, müəssisə üzrə bütün səlahiyyətlər ona həvalə edilməmişdirsə). Bunu bilmək üçün xüsusi biliyə malik olmağa hər hansı eytiyac yoxdur, sadə məntiqə sığınaraq, bu qənaətə gəlmək olar. Bundan əlavə Çimen Yakupun özü tərəfindən təqdim edilmiş yazışmadan da görünür ki, onun təqdim etdiyi hesabatlarda o, yalnız əhəngin istehsal həcmi ilə deyil, həmçinin əhəngin paketlənməsi, satışı və daşınması həc mi, əhəng və əhəng üçün kisələrin sifarişləri, sifarişlərin dayandırılması barədə də məlumat verir. Elektron poçt vasitəsi ilə göndərilmiş digər məktubda zavodun hazır məhsul anbarında olan məhsulun faktiki sayı barədə hesabat, habelə hazır məhsul anbarının dolması və bu səbəbdən sobanı söndürmək və ya istehsal olunmuş məhsulu açıq havada yerləşdirmək məcburiyyətində qaldıqlarını bildirir və istehsal, paketləmə, daşıma və satış barədə hesabat göndərir. Hər bir halda, əhəng məhsulunun satışı və daşınması onun səlahiyyətlərinə aid edilmədiyi təqdirdə bu barədə onun tərəfindən deyil, digər səlahiyyətli şəxslər tərəfindən belə məzmunlu hesabatlar verilərdi və ya müraciətlər edilərdi. Əhəngin açıq havaya daşınması zamanı artıq yararsız halda olması ilə bağlı qeyd olunmalıdır ki, Çimen Yakup b u mövqedən çıxış etsə də, bu halı təsdiq edən hər hansı sübut mövcud deyil. Əhəngin daşınması dövründə aparılmış elektron poçt yazışmalarında da belə bir fikir əks olunmamışdır. Hər bir halda hazırda bu mövqedən çıxış edən Çimen Yakup zavodun direktoru olaraq, 16 oktyabr 2019-cu il tarixdə şirkətin direktoru Tolga Sarıya əhəng məhsulunun daşınması üçün 15 fəhlənin cəlb edilməsinə icazə istəyən zaman, ona bu barədə məlumat verməli idi. Ən azı bu müraciətə cavab olaraq Tolğa Sarı daşınmaya işi bilən şəxslərin cəlb edilməsinin zəruriliyini bildirdikdə, Çimen Yakup buna hər hansı zərurətin olmadığını, məhsulun artıq yararsız olduğunu qeyd etməli idi. Lakin göründüyü kimi etməmişdir. Tolga Sarının da bu məsələni (işi bilən şəxslərin cəlb edilməsi) xüsusilə qeyd etməsi, məhsulun keyfiyyətinin qo runması, onun yararsız hala düşməsinin qarşısının alınması məqsədi daşımışdır. O da qeyd olunmalıdır ki, Çimen Yakup məhsulun yararlıq müddəti (6 ay), yığılma qaydası (üst-üstə 10 kisə yığılmaqla) və saxlanma şəraiti (qapalı şəraitdə) barədə tam məlumatlı olmuşdur. Hətta məhkəmə iclasında bu məhsulun açıq havaya daşındıqdan bir həftə on gün sonra yararsız hala düşəcəyi barədə fikir söyləyir. Lakin təqdim edilmiş şəkillərdən də görünür ki, əhəng kisələri üst-üstə 10 kisə olmaqla deyil, daha çox kisə yığılmışdır. Bununla da onun rəhbərliyi və nəzarəti altında bu iş artıq 15 okytabr 2019-cu il tarixdə qüsurlu həyata keçirilmişdir. 01 noyabr 2019-cu il tarixədək zavodun müdiri, daha sonra isə bu tarixdən xx.xx.2020-ci il tarixədək şirkətin İstehsalat və Anbarlar Departamentinin Zavod direkoru vəzifəsini (xx.xx.2019-cu il tarixli əmrdə vəzifəsinin adı bu məzmunda qeyd edilibdir) tutan Çimen Yakup hər gün və hər dəfə iş yerinə gedərkən və iş yerini tərk edərkən, bu mənzərəni görmüşdür. Lakin bununla bağlı, yəni qeyd edilən məhsulun başqa yerə daşınması, qorunub saxlanmasının təmin edilməsi, habelə yenidən emal verilməsi barədə hər hansı tədbirin görülməsi müəyyən edilmir. Ümumiyyətlə bu məsələ ilə bağlı onun hər hansı müraciəti (məhz məhsulun yararsız vəziyyətə düşməsi ilə bağlı məsələ qaldırmamışdır) olmamış, ona edilən müraciətlərə uyğun isə zamanında hər hansı tədbir görməmişdir. Belə ki, 02 aprel 2020-ci il tarixdə zavodda işləyən Avıl Qurbanov ona elektron poçt vasitəsi ilə müraciət edərək, məhsulun vəziyyəti, o cümlədən yararsız hala düşməsi ehtimalının olması barədə məluma t verir. X12 tərəfindən bu müraciətə hər hansı məzmunda cavab verməsini təsdiq edən sübut yoxdur. Yalnız 16 noyabr 2020-ci il tarixdə ona qeyd edilən məhsulla bağlı tədbirlərin görülməsi barədə müraciət edildikdə, o, bu məhsulun təkrar istehsala verilməsinin mümkün olduğunu bildirmişdir. Bu yazışmaya qədər onun qeyd edilən məhsulla maraqlanması öz təsdiqini tapmır. Bundan başqa, Çimen Yakup məhkəmədə bildirir ki, o, direktor olduqdan sonra həmin vaxt zavodun meneceri olan Avıl Qurbanov ona məhsulun yararsız məhsul olaraq, silinməsi ilə bağlı müraciət etmişdir. Belə ki, belə bir məsələ ilə bağlı müraciət etmək məhz zavodun menecerinin səlahiyyətidir. Lakin özü zavodun direktoru olduğu zaman belə bir səlahiyyətə malik olmadığını vurğulayır. Burdan belə qənaətə gəlmək olur ki, səlahiyyətlərin ə aid olmadığından Çimen Yakup zavod meneceri (müdiri) olan zaman açıq havaya daşınmış və açıq havada saxlanılan əhəng məhsulunun yararsız vəziyyətə düşməsinin qarşısının alınması üçün hər hansı tədbir görməli, bu məhsulun yararlıq vəziyyəti barədə məlumat verməli deyildir. Lakin ondan sonra zavodun meneceri olan şəxs belə bir vəzifə daşımışdır. Halbuki, ondan sonra bu vəzifəyə təyin edilmiş şəxsin səlahiyyətlərində hər hansı dəyişikliyin olduğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, Azerlime zavodunda istehsal edilməklə xx.xx.2019-cu il tarixdə saxlanılan anbardan açıq havaya daşınmış əhəng məhsulunun yararsız hala düşməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsi, o cümlədən bu məhsulun yararsız vəziyyətdə olması barədə məlumat ın verilməsi bilavasitə həmin vaxt zavodun direktoru olmaqla tam maddi məsul şəxs olan Çimen Yakupunun vəzifəsi olmuş (səlahiyyətlərinə aid olmuş), lakin o, bununla bağlı hər hansı tədbir görməmişdir. Məhz onun qanuna zidd olan bu hərəkətsizliyi nəticəsində qeyd edilən məhsulun yararsız hala düşməsi, o cümlədən onun müəyyən hissəsinin təkrar emal olunması nəticəsində təsisçiyə maddi ziyan dəymişdir. Bu səbəbdən vurulmuş maddi ziyanın əvəzi ondan şirkətin xeyrinə tutulmalıdır.
21. Məhkəmə maddi ziyan məbləğinin tələb edilməsi üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 illik müddətin ötürülməsini və bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qarşı tərəfin ərizəsi ilə bağlı qeyd etmişdir ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə ya rarsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və Çimen Yakupun məhsulun təkrar emala göndərməsi barədə təklifi artıq 2020-ci ilin noyabr ayına aiddir. Hazırki iddia isə 2021-ci ilin iyun ayında qaldırılmışdır. Başqa sözlə, qeyd edilən müddət ötürülməmişdir və bu səbəbdən hazırki iddia iddia müddəti tətbiq edilməklə rədd oluna bilməz.
22. Məhkəmə vurulmuş maddi ziyanın məbləği ilə bağlı "xxxx" şirkəti tərəfindən təqdim edilmiş aktları mötəbər hesab edərək və belə qənaətə gəlmişdir ki, vurulmuş maddi ziyanın əvəzi olaraq Çimen Yakupdan "xxxx" şirkətinin xeyrinə məhz 204977,36 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı onu da qeyd edir ki, Çim en Yakup zavod müdiri vəzifəsindən İstehsalat müdiri vəzifəsinə keçirilmiş, 2020-ci ilin may ayında isə şirkətin direktoru təyin edilmişdir. Lakin onun məhsulun təkrar istehsalata verilməsi barədə təklifi də artıq 2020-ci ilin noyabr ayına aiddir (bu məsələdə də təşəbbüskar olmamış, ona edilmiş müraciətə uyğun təklif vermişdir). Halbuki, məhsulun açıq havaya daşınması zamanı artıq yararsız olması, açıq havaya daşındıqdan sonra 7-10 gün ərzində yararsız hala düşməsi barədə fikirlər söyləyən Çimen Yakup belə bir təkliflə bu tarixdən bir il əvvəl 2019-cu ilin oktyabr-noyabr aylarında, yəni zavodun direktoru olan zaman çıxış etməli idi (ən azı bunu bilən və bu səlahiyyəti daşıyan şəxs olaraq). Bununla da yararsız hala düşmüş məhsulun sayını azaltmış, habelə təkrar emalı mümkün olan məhsulun sa yını artırmış olardı. Başqa sözlə, ən azı 2020-ci ilin may ayında şirkətə direktor təyin edildikdən sonra şirkət üzrə 1 nömrəli səlahiyyətli və bu problem barədə tam məlumatlı olan şəxs olaraq məsələni həll edə bilərdi və bununla da vurulmuş zərərin məbləğini azalda bilərdi. İlk iddianın təmin edilməsi, Çimen Yakupla bağlanmış əmək müqaviləsinə əsaslı olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) bəndinə əsasən xitam verilməsi barədə əmrin əsaslı olması qənaətinə gəlməyə əsas verir və qarşılıqlı iddianın “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması” hissəsi ndə rədd edilməsini şərtləndirir.
23. Məhkəmə, eyni zamanda qeyd etmişdir ki, əmrin rəsmiləşdirilməsi zamanı da əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, o cümlədən Şirkət tərəfindən Çimen Yakupa müraciət edilərək, izahat verilməsi (xx.xx.2021-ci il tarixli məktub, xx.xx.2021-ci il tarixli elektron poçt yazışması) təklif edilmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin “ezamiyyə xərclərinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Çimen Yakup 03 dekabr 2020-ci il tarixdən 20 mart 2021- ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə olduğu və bu müddət üçün ona ezamiyyə xərclərinin ödənilmədiyini, həmin dövrdə məzuniyyətdə olmadığını iddia etsə də, bu halı təsdiq edə bilmir. Belə ki, Çimen Yakup rəsmi olaraq, yəni şirkətin müvafiq əmrləri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (30 gün 29 gecə) Gürcüstan Respublikasında ezamiyyətdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə məzuniyyətdə olmuşdur. Bu dövr üçün ona həm məzuniyyət, həm də ezamiyyət haqqının ödənildiyi, habelə məzuniyyət barədə əmrin onun tərəfindən imzalandığı işdə olan sübutlarla, o cümlədən məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilən və qəbul edilən ekspert rəyi ilə təsdiq olunur. Çimen Yakup ona göndərilən pulların başqa məqsədlərə xidmət etməsini (nizamnamə kapitalının ödənilməsi) bildirsə də bu halı sübut edə bilmir. Həmin pullar da ona köçürmə yolu ilə şirkətin müxtəlif əməkdaşları tərəfindən göndərilmişdir. Bu şəxsin eyni zamanda məzuniyyətdə və ezamiyyətdə olması əmək qanunvericiliyinin tələbləri baxımından mümkün deyil. X11 31 yanvar 2021 -ci il tarixdən 20 mart 2021-ci il tarixədək Gürcüstan Respublikasına ezam edilməsi rəsmiləşdirilməmişdir. Halbuki, onun bu ölkədə məhz şirkətin rəhbərliyinin tapşırığı əsasında ezamiyyətdə olması iş materiallarında olan yazışmalarla öz təsdiqini tapır. Hər bir halda, bu şəxs bir neçə ay Azərbaycanda, o cümlədən iş yerində olmamış, lakin işə gəlməməyə görə onun barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Bu da bir daha onun öz xidməti vəzifələrini əsas iş yerindən kənarda icra etməsini təsdiq edir. Hər bir halda, bu hal şirkət tərəfindən rəsmiləşdirilib rəsmiləşdirilməməsindən asılı olmayaraq, Çimen Yakup qeyd edilən dövr ərzində şirkətin işləri ilə bağlı Gürcüstan Respublikasında olmuşdur. Bu səbəbdən də 31 yanvar 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsi şirkət tərəfindən ona ödənilməlidir. Belə ki, bu sahəni tənzimləyən qanunvericiliyə əsasən Gürcüstan Respublikası üzrə ezamiyyə xərcinin 1 günü 140 ABŞ dolları təşkil edir. Lakin nəzərə alınmalıdır ki, Gürcüstan Respublikasında kirayə əsaslarla şirkətin istifadəsində mənzil mövcuddur. Həmin mənzil məhz bu əsaslarla istifadə edilir (ezamiyyətdə olan əməkdaşların qalması). Bu səbəbdən Çimen Yakupa ezamiyyə xərci ödənilərkən qalma (yaşama) xərcləri həmin ödənişdən çıxılmalıdır. Belə ki, onun başqa bir yaşayış sahəsi tutması və həmin yaşayış sahəsinə görə hər ay kirayə haqqı ödəməsi (1500 ABŞ dolları) ezamiyyə xərcinin tam məbləğdə tələb etməsi üçün əsas ola bilməz. Hər bir halda, tərəflər arasında bu məsələnin razılaşdırılması ilə bağlı hər hansı yazı şma mövcud deyil. Eyni zamanda, qeyd edilən dövr üçün Çimen Yakupa əmək haqqı ödənilmişdir, habelə ekspert rəyinə əsasən ona 4060 ABŞ dolları ezamiyyə xərci ödənilməli olan halda, 4213 ABŞ dolları ödənilmişdir. Qeyd edilən əmək haqqı, habelə artıq ödənilmiş ezamiyyə xərci də ezamiyyə xərcləri ödənilərkən nəzərə alınmalıdır (ödənilən ezamiyyə xərcindən silinməlidir).
24. Eyni zamanda, məhkəmə, qarşılıqlı iddianı “gecikdirilən dövr üçün bir faiz hesablanmaqla ödəncin tutulması” hissəsində əsassız hesab edərək və bu tələbin rədd edilməsi qənaətinə gəlmişdir.
25. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71, 72, 83, 172, 186, 187, 191, 192, 199, 200, 202, 203, 205 və 300-cü maddələrinə istinad ed ərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə ləğv olunmasını və ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2818/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Fərrux Qasımovun sədrliyi və məruzəsi ilə, Xəyal Sarıyev və Məhəmməd Rüstəmlidən ibarət tərkibdə) cavabdeh Çimen Yakup tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya məhkəməsi mübahisə predmeti olan yara rsız hala düşmüş əhəngin 15 oktyabr 2019-cu il tarixdə açıq havaya daşınması və zavodun açılışından sonra təkrar anbara geri yığılmaması ilə bağlı səlahiyyətli şəxsin Yakup Çimen olmaması ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində “məhsulların açıq əraziyə daşınması və onların yararsız hala düşməsi 2019-cu ilin iyun ayından 2020-ci ilin mart ayınadək olan müddətdə baş verməsi, tam maddi məsuliyyət haqqında müqavilənin isə Yakup Çimenin direktor təyin edildiyi 20 may 2020-ci il tarixdə bağlanılması, bu baxımdan iddia ərizəsində irəli sürülən maddi ziyan tələbinin istisna edilməsi” qeyd edilsə də, sonradan iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sübutlarla müəyyən olunmuşdur ki, Çimen Yakup həm zavodun direktoru, həm istehsalat şöbəsinin müdiri, həm də şirkətin direktoru vəzifəsinə təyin edilərkən, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Tam maddi məsuliyyət haqqında müqavilələrin məzmununa görə isə Çimen Yakup ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda, şirkətə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübariz olması, şirkətin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməsi və lazımi gəldikdə qorxulu vəziyyətin səbəblərinin aydınlaşdırılması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunun aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməsi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd olunan vəzifələrin icra sı həmçinin özlüyündə ona etibar edilmiş maddi sərvət olaraq hazır məhsulların qeydinə qalınmasını ehtiva edir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhsulların açıq əraziyə daşınması üçün Çimen Yakup tərəfindən şirkət rəhbərliyindən razılıq alındığından, həmin məhsulların yararlılıq müddəti bitmədən satışa verilməsi, dəfələrlə xəbərdarlıq olunduğundan ən azı məhsulların vaxtında təkrar istehsala verilməsi barədə tədbir görülməsi və ya tədbir görülməsi ilə bağlı şirkət rəhbərliyinə məlumat verilməsi öhdəliyi də sonuncunun üzərində olmuşdur. Birinci instansiya məhkəməsi bununla bağlı düzgün olaraq qeyd etmişdir ki, bu işin görülməsi Çimen Yakupun mövqeyinə uyğun olaraq hər hansı digər şəxsin, o cümlədən hazır məhsul anbarının, habelə logistik menecerinin səlahiyyətlərinə aid olmuş ol sa idi, qeyd edilən məsələ ilə bağlı şirkətin direktoruna onlar tərəfindən müraciət edilərdi və sonuncu qeyd edilən vəziyyətdə məhz öz səlahiyyətlərinə uyğun hərəkət etmişdir. Zavodun açılışı ilə bağlı bütün zəruri tədbirlərin yüksək, çevik, eyni zamanda tələb olunan müddətlər ərzində görülməsi tələb edilirdi. Hər bir işçi də bu vəziyyətdə öz səlahiyyətlərinə uyğun hərəkət edirdi. Çimen Yakup da zavod müdiri kimi üzərinə düşən vəzifələrə uyğun olaraq bu işi təşkil etməli idi və etmişdir. Nəzərə alınmalıdır ki, hazır məhsul anbarının müdiri vəzifəsində “anbar” sözü var və anbar müdirinin səlahiyyətləri anbara məhsul qəbul etmək, onları saxlamaq və məhsulu təhvil verməkdən ibarətdir. Başqa sözlə, anbar müdirinin səlahiyyətləri anbarın sahəsi ilə məhdudlaşır və bu baxımdan anbar müdiri səlahi yyətlərinin son həddi olaraq məhsulun anbardan çıxarılmasının qeydiyyatını apara bilər. Lakin həmin məhsulun anbardan kənara daşınması, onun yerləşdirmə yerinin müəyyən edilməsi və anbardan kənar onun yararsız hala düşməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi onun səlahiyyətlərinə aid edilə bilməz, anbar müdirinin anbardan kənar sahə üçün hər hansı məsuliyyət daşıması mümkün deyil (təbii ki, müstəsna hal olaraq, müəssisə üzrə bütün səlahiyyətlər ona həvalə edilməmişdirsə).
29. Bundan başqa Çimen Yakupun özü tərəfindən təqdim edilmiş yazışmadan da görünür ki, onun təqdim etdiyi hesabatlarda o, yalnız əhəngin istehsal həcmi ilə deyil, həmçinin əhəngin paketlənməsi, satışı və daşınması həcmi, əhəng və əhəng üçün kisələrin sifarişləri, sifarişlərin dayandırılması barədə də mə lumat verir. Elektron poçt vasitəsi ilə göndərilmiş digər məktubda zavodun hazır məhsul anbarında olan məhsulun faktiki sayı barədə hesabat, habelə hazır məhsul anbarının dolması və bu səbəbdən sobanı söndürmək və ya istehsal olunmuş məhsulu açıq havada yerləşdirmək məcburiyyətində qaldıqlarını bildirir və istehsal, paketləmə, daşıma və satış barədə hesabat göndərir. Hər bir halda, əhəng məhsulunun satışı və daşınması onun səlahiyyətlərinə aid edilmədiyi təqdirdə bu barədə onun tərəfindən deyil, digər səlahiyyətli şəxslər tərəfindən belə məzmunlu hesabatlar verilərdi və ya müraciətlər edilərdi. Hər bir halda hazırda bu mövqedən çıxış edən Çimen Yakup zavodun direktoru olaraq, 16 oktyabr 2019-cu il tarixdə şirkətin direktoru Tolga Sarıya əhəng məhsulunun daşınması üçün 15 fəhlənin cəlb edil məsinə icazə istəyən zaman, ona bu barədə məlumat verməli idi. Ən azı bu müraciətə cavab olaraq Tolğa Sarı daşınmaya işi bilən şəxslərin cəlb edilməsinin zəruriliyini bildirdikdə, Çimen Yakup buna hər hansı zərurətin olmadığını, məhsulun artıq yararsız olduğunu qeyd etməli idi. Tolga Sarının da bu məsələni (işi bilən şəxslərin cəlb edilməsi) xüsusilə qeyd etməsi, məhsulun keyfiyyətinin qorunması, onun yararsız hala düşməsinin qarşısının alınması məqsədi daşımışdır.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, Çimen Yakup məhsulun yararlıq müddəti (6 ay), yığılma qaydası (üst-üstə 10 kisə yığılmaqla) və saxlanma şəraiti (qapalı şəraitdə) barədə tam məlumatlı olmuşdur. Hətta məhkəmə iclasında bu məhsulun açıq havaya daşındıqdan bir həftə on gün sonra yararsız hala düşəcəyi barədə fikir söyləyi r. Lakin təqdim edilmiş şəkillərdən də görünür ki, əhəng kisələri üst-üstə 10 kisə olmaqla deyil, daha çox kisə yığılmışdır. Bununla da onun rəhbərliyi və nəzarəti altında bu iş artıq 15 okytabr 2019-cu il tarixdə qüsurlu həyata keçirilmişdir. 01 noyabr 2019-cu il tarixədək zavodun müdiri, daha sonra isə bu tarixdən xx.xx.2020-ci il tarixədək şirkətin İstehsalat və Anbarlar Departamentinin Zavod direkoru vəzifəsini (xx.xx.2019-cu il tarixli əmrdə vəzifəsinin adı bu məzmunda qeyd edilibdir) tutan Çimen Yakup hər gün və hər dəfə iş yerinə gedərkən və iş yerini tərk edərkən, bu mənzərəni görmüşdür. Lakin bununla bağlı, yəni qeyd edilən məhsulun başqa yerə daşınması, qorunub saxlanmasının təmin edilməsi, habelə yenidən emal verilməsi barədə hər hansı tədbirin görülməsi müəyyən edilmir. Ümumi yyətlə bu məsələ ilə bağlı onun hər hansı müraciəti (məhz məhsulun yararsız vəziyyətə düşməsi ilə bağlı məsələ qaldırmamışdır) olmamış, ona edilən müraciətlərə uyğun isə zamanında hər hansı tədbir görməmişdir. Belə ki, 02 aprel 2020-ci il tarixdə zavodda işləyən Avıl Qurbanov ona elektron poçt vasitəsi ilə müraciət edərək, məhsulun vəziyyəti, o cümlədən yararsız hala düşməsi ehtimalının olması barədə məlumat verir. X12 tərəfindən bu müraciətə hər hansı məzmunda cavab verməsini təsdiq edən sübut yoxdur. Yalnız 16 noyabr 2020-ci il tarixdə ona qeyd edilən məhsulla bağlı tədbirlərin görülməsi barədə müraciət edildikdə, o, bu məhsulun təkrar istehsala verilməsinin mümkün olduğunu bildirmişdir. Bu yazışmaya qədər onun qeyd edilən məhsulla maraqlanması öz təsdiqini tapmır. Bundan başqa, Çimen Ya kup məhkəmədə bildirir ki, o, direktor olduqdan sonra həmin vaxt zavodun meneceri olan Avıl Qurbanov ona məhsulun yararsız məhsul olaraq, silinməsi ilə bağlı müraciət etmişdir. Belə ki, belə bir məsələ ilə bağlı müraciət etmək məhz zavodun menecerinin səlahiyyətidir. Lakin özü zavodun direktoru olduğu zaman belə bir səlahiyyətə malik olmadığını vurğulayır. Burdan belə qənaətə gəlmək olur ki, səlahiyyətlərinə aid olmadığından Çimen Yakup zavod meneceri (müdiri) olan zaman açıq havaya daşınmış və açıq havada saxlanılan əhəng məhsulunun yararsız vəziyyətə düşməsinin qarşısının alınması üçün hər hansı tədbir görməli, bu məhsulun yararlıq vəziyyəti barədə məlumat verməli deyildir. Lakin ondan sonra zavodun meneceri olan şəxs belə bir vəzifə daşımışdır. Halbuki, ondan sonra bu vəzifəyə təyin edi lmiş şəxsin səlahiyyətlərində hər hansı dəyişikliyin olduğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, Azerlime zavodunda istehsal edilməklə xx.xx.2019-cu il tarixdə saxlanılan anbardan açıq havaya daşınmış əhəng məhsulunun yararsız hala düşməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsi, o cümlədən bu məhsulun yararsız vəziyyətdə olması barədə məlumatın verilməsi bilavasitə həmin vaxt zavodun direktoru olmaqla tam maddi məsul şəxs olan Çimen Yakupunun vəzifəsi olmuş (səlahiyyətlərinə aid olmuş), lakin o, bununla bağlı hər hansı tədbir görməmişdir. Məhz onun qanuna zidd olan bu hərəkətsizliyi nəticəsində qeyd edilən məhsulun yararsız hala düşməsi, o cümlədən onun müəyyən hissəsinin təkrar emal olunması nəticəsində maddi ziyan dəymişdi r.
31. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, Çimen Yakupdan zərərin əvəzinin tutulması üçün Əmək Məcəlləsinin 191.2-ci maddəsində nəzərdə tutulmuş hər 3 şərt mövcuddur, yəni, ziyanın həqiqətən vurulduğu aşkardır, Çimen Yakup əməli - hərəkətsizliyi qanuna ziddir, əmək və tam maddi məsuliyyət haqqında müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir, onun qanunazidd əməli ilə bu əməlin nəticəsi – zərər arasında səbəbli əlaqə mövcuddur. Məhz bu şərtlərin mövcud olması Çimen Yakupun maddi məsuliyyətinin yaranmasının əsasını təşkil edir.
32. Apellyasiya şikayətinin digər dəlilini iddianın subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürülməsi və "xxxx" şirkətinin təsisçisi Elxan Bəşirovun 08 may 2021- ci il tarixli əmrinə əsasən, mülkiyyətçiyə ma ddi ziyan vurulması əsası ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bu dəlil onunla əsaslandırılır ki, mülkiyyətçi Elxan Bəşirovdur, bu halda maddi ziyanı tələb etmək hüququ mülkiyyətçiyə (maddi ziyan dəyən şəxsə) məxsusdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmayaraq hesab etmişdir ki, Elxan Bəşirov şirkətin təsisçisidir, zərər isə "xxxx" Şirkətinə vurulmuşdur, yəni, zərərin vurulmasının əsasını məhz şirkətə məxsus, şirkətin mülkiyyətində olan malların yararsız vəziyyətə düşməsi təşkil edir.
33. Apellyasiya şikayətinin digər dəlili isə iddianın qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülməklə verilməsi təşkil etmişdir. Çimen Yakupun zavod müdiri olduğu vaxtda istehsal müdiri vəzifəsi, istehsal müdiri işlədiyi vaxtda isə zavod müdi ri olmamışdır, yəni, məhsulların vəziyyəti ilə bağlı həm məsul şəxs, həm də şirkət rəhbərliyinə məlumat verməli olan şəxs onun özü olmuşdur. Onun tərəfindən tədbir görülmədiyi, məlumat verilmədiyi halda zərərin vurulmasını müəyyən etmək mümkün deyildi. Buna görə də qanunvericilikdə müddət tətbiqi üçün əsas şərt kimi nəzərdə tutulan “bildiyi və ya bilməli olduğu vaxt” – yəni, şirkət rəhbərliyinə zərərin vurulmasının məlum olduğu vaxt hesab olunmalıdır. Birinci instansiya məhkəməsi bununla bağlı qeyd edir ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə yararsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və Çimen Yakupun məhsulun təkrar emala göndərməsi barəd ə təklifi artıq 2020-ci ilin noyabr ayına aiddir. Halbuki, məhsulun açıq havaya daşınması zamanı artıq yararsız olması, açıq havaya daşındıqdan sonra 7-10 gün ərzində yararsız hala düşməsi barədə fikirlər söyləyən Çimen Yakup belə bir təkliflə bu tarixdən bir il əvvəl 2019-cu ilin oktyabr-noyabr aylarında, yəni zavodun direktoru olan zaman çıxış etməli idi (ən azı bunu bilən və bu səlahiyyəti daşıyan şəxs olaraq). Bununla da yararsız hala düşmüş məhsulun sayını azaltmış, habelə təkrar emalı mümkün olan məhsulun sayını artırmış olardı. Başqa sözlə, ən azı 2020-ci ilin may ayında şirkətə direktor təyin edildikdən sonra şirkət üzrə 1 nömrəli səlahiyyətli və bu problem barədə tam məlumatlı olan şəxs olaraq məsələni həll edə bilərdi və bununla da vurulmuş zərərin məbləğini azalda bilərdi. Hazır ki iddia isə 2021-ci ilin iyun ayında qaldırılmışdır. Başqa sözlə, qeyd edilən müddət ötürülməmişdir və bu səbəbdən hazırki iddiaya iddia müddəti tətbiq edilə bilməz.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, Çimen Yakupla bağlanmış əmək müqaviləsinə əsaslı olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir və əmrin rəsmiləşdirilməsi ilə bağlı da iddiaçı tərəfindən hər hansı normanın pozulmasına yol verilməmişdir.
35. Apellyasiya şikayətinin digər dəlili isə qətnamənin əsaslandırıcı hissəsində Çimen Yakupa ezamiyyə xərci ödənilərkən qalma (yaşama) xərcləri həmin ödənişdən çıxılmasının qeyd olunması ilə bağlıdır. Bu xüsusatla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, qətnamənin nəticəvi hissəsində məhkəmə “Gürcüstan Respublikasında e zamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsi cavabdeh "xxxx" şirkəti tərəfindən hesablanmaqla iddiaçı Çimen Yakupa ödənilsin.” qənaətinə gələrkən qalma (yaşama) xərclərinin həmin ödənişdən çıxılması ilə bağlı nəticəyə gəlməmişdir və cümlənin məzmunundan göründüyü kimi ezamiyyə xərcinin ödənilməmiş hissəsinin hesablanması qətnamənin qanuni qüvvəyə mindiyi təqdirdə icra mərhələsində həyata keçirilməli olan prosesdir.
36. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 71.2, 71.3, 72, 83.2, 172.4, 172.5, 186.2, 187.1, 191.2, 192.1, 193.1, 193.2, 199, 200.1, 200.2, 202.1, 203.1, 203.2, 205.2, 296.5 və 300.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 217.1 və 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
37. Çimen Yakup kassasiya şikayəti verərək (Vəkil1) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
38. Cavabdeh və qarşılıqlı iddiaçı şikayətini belə əsaslandırmışdır ki, 20 may 2020-ci il tarixli əmək müqaviləsinə Yakup Çimenin 18 mart 2019 və 01 noyabr 2019-cu il tarixli əmək müqavilələri əsasında zavod müdiri və istehsalat müdiri vəzifələrində işlədiyi dövrdə baş verən hadisəyə görə xitam verilmişdir. Halbuki, təsisçi ilə direktor arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əvvəlki əmək müqavilələri (18 mart 2019 və 01 noyabr 2019-cu il tarixli) əsasında yaranmış əmək münasibətlərindən irəli gələn pozuntulara görə ləğv edilməsi yolverilməzdir.
39. Kassasiya şikayətinin digər dəlilinə görə, ilk iki müqavilə üzrə əmək münasibətləri işçi (Yakup Çimen) ilə işəgötürən ("xxxx" Şirkəti), sonuncu müqavilə üzrə isə işəgötürən (Yakup Çimen) ilə mülkiyyətçi (Elxan Bəşirov) arasında yaranmışdır. Bu mənada 20 may 2020- ci il tarixədək vurulması iddia olunan ziyan mülkiyyətçiyə deyil, müəssisəyə vurulmuş ziyan hesab edilə bilər. Bu halda isə işçi barəsində Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi ilə deyil, “e” bəndi ilə tədbir görülməsi mümkündür. Yəni, tənbeh əmri düzgün olmayan maddə ilə verilmişdir.
40. Cavabdeh və qarşılıqlı ididaçı onu da qeyd etmişdir ki, işçi və işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilənin imzalanması tələbin təmini üçün yeganə əsas ola bilməz. Hazırkı işdə işçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılsa da, yararsız hala düşmüş məhsullar saxlanmaq və ya digər məqsədlər üçün Yakup Çimenə verilməmiş və onun isə həmin məhsulların salamatlığını təmin etmək öhdəliyi olmamışdır. Halbuki, əmək qanunvericiliyinə görə, ziyan vurulan əmlaka görə işçi o halda tam maddi məsuliyyət daşıya bilər ki, həmin əmlak saxlanmaq və digər məqsədlər üçün işçiyə verilmiş olsun.
41. Kassasiya şikayətinin digər dəlilinə görə, hazırkı iddia mülkiyyətçi tərəfindən deyil, buna tələb hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. İşə baxan birinci instansiya məhkəmə isə iddiaçının iddianı qaldırmağa subyektiv hüquqa malik olubolmamasını araşdı rmadan iddianı təmin etmişdir. Apellyasiya şikayətində bu dəlil irəli sürülsə də, məhkəmə kollegiyası buna düzgün hüquqi qiymət verməmişdir.
42. Kassasiya şikayəti daha sonra qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi ezamiyə pulu hissəsində qarşılıqlı iddianı qismən təmin etsə də, həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün cavabdehdən işçinin xeyrinə ən azı 1 faiz ödəncin tutulması hissəsində iddianı təmin etməmiş və bunu fərdi əmək mübahisəsi olduğu halda faizin tutulmasının yolverilməzliyi ilə əlaqələndirmişdir. Apellyasiya şikayətində mübahisləndirildiyi halda, apellyasiya məhkəməsi bu dəlilə də hüquqi qiymət verməmişdir. Halbuki, Konstitiusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dai r” 11 aprel 2023-cü il tarixli qərarında göstərilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.
43. Bundan başqa, qanunvericiliyə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İşin hallarından göründüyü kimi, 2020-ci ilin mart ayında məhsullar artıq yararsız hala düşmüşdür. Tənbeh əmri isə 14 ay keçdikdən sonra verilmişdir. Hətta ziyanın dəyməsininin aşkar edilməsini məhkəmənin mövqeyinə uyğun 2020-ci ilin noyabr ayı qəbul edilsə belə (halbuki elə deyildir), yenə də əmr bir aylıq müddət keçdikdən sonra verilmişdir. Əmrin qanuniliyini yoxlayan məhkəmələr isə Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsini nəzərdən qaçıraraq intizam tənbehi törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilməsinin imperativ qaydada qadağan edildiyinə əhəmiyyət verməmiş, qanunsuz verilmiş əmri qüvvədə saxlamaqla nəticədə maddi hüquq normasının tələbləri pozmuşdur.
44. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən maddi ziyan tələbi ilə bağlı 1 illik iddia müddətinin ötürülməsi dəlilinə də düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qanunvericilikdə müddət tətbiqi üçü n əsas şərt kimi nəzərdə tutulan “bildiyi və ya bilməli olduğu vaxt” nəzərə alınmalı olmasını göstərsə də, “bilməli olduğu vaxtı”, yəni şirkət rəhbərliyinə ziyanın vurulmasının məlum olduğu vaxtı düzgün müəyyən etməmişdir. Belə ki, məhsullar çölə daşınarkən şirkətin rəhbəri direktor Tolqa Sarının razılığı ilə daşınmış, yəni həmin vaxt şirkət rəhbəri bundan məlumatlı olmuşdur. Çöldə, açıq hava şəraitində saxlanılan məhsulların yararsız hala düşəcəyi bu sahənin mütəxəssisi olan direktor Tolqa Sarıya məlum idi. Sonradan 2019-cu ilin dekabr ayında direktor təyin edilən Fuad Bəşirli şirkəti təhvil alarkən məhsullar açıq hava şəraitində olmuşdur. X8 şirkəti təhvil alarkən mövcud vəziyyəti görmüş və bilmişdir və ya ən azından bilməli olmuşdur. Çünki, şirkəti təhvil alan direktorun şirkətin mövcud vəziyyətinin necə olmasını öyrənmək və hansı vəziyyətdə təhvil aldığını bilmək öhdəliyi olmuşdur. Bir sözlə, direktor Tolqa Sarı çöl şəraitində yararsız hala düşəcəyini bilə-bilə əhəngin açıq havaya daşınmasından, sonradan direktor təyin edilən Fuad Bəşirli isə əhəng məhsullarının 2 aydan artıq müddətdir ki, çöldə yağışlı və küləkli hava şəraitində saxlanılmasından məlumatlı olmuşdur. Bundan əlavə, zavodun açılışı ölkə başçısının iştirakı ilə keçiriləcəyinə görə həm X8, həm də təsisçi Elxan Bəşirli açılışa qədər hazırlıqla əlaqədar dəfələrlə zavodda olmaları, vəziyyəti təftiş etmələri, 03 mart 2020-ci il tarixdə zavodun açılışı zamanı hər ikisinin zavodun açılışında iştirak etməsinə görə hər ikisinin də məhsulların çöldə açıq hava şəraitində yığılmasını, hətta onların yararsız hala düşməs ini görməsi və bilməsi istisna oluna bilməz. Əgər hər hansı işçinin qeyri-peşəkarlığı və ya səhlənkarlığı və özbaşına hərəkəti nəticəsində kifayət qədər böyük həcmə malik 4500 ton məhsulun yararsız hala düşməsini görən rəhbərlik ən geci zavodun açılışı ərəfəsində öz hüquqlarının pozulmasını bilməli idi. Çünki, şirkətin özünün rəsmi internet saytında yerləşdirilmiş məlumata əsasən əhəng məhsulu açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 6 ay saxlanıla bilər. Zavodun açılış tarixində artıq 5 ay idi ki, məhsullar açıq havada, yağışın, küləyin altında saxlanılırdı və Fuad Bəşirli də həmin məhsulların satışa yararlı olmadığını bilirdi. Odur ki, açılışdan sonra həmin məhsulların geri yığılması barədə Fuad Bəşirlinin göstəriş verməməsi də məhsulların yararsız hala düşməsi və onun nəticələrinin rəhbərlik tərəfindən də qəbul edilməsini göstərir. Göründüyü kimi, zavodun açılışı ilə əlaqədar hər kəsin görə biləcəyi yerdə çölə yığılan bu qədər böyük həcmdə məhsulun yararsız hala düşməsini şirkət rəhbərliyinin görməməsi və bilməməsi qətiyyən mümkün deyildir.
45. Bundan başqa, iddia ərizəsində və məhkəmənin mötəbər sübut kimi istinad etdiyi aktlarda guya zavodun rəsmi açılışından sonra rəhbərlik tərəfindən cavabdehə məhsulların geri daşınması barədə göstəriş verildiyi qeyd olunsa da, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir.
46. Həmçinin, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya hər hansı ziyan vurmasını və bunun nə qədər təşkil etməsini məhkəmədə sübuta yetirə bilmədiyi halda, məhkəmə sadəcə iddiaçının təqdim etdiyi qeyri mötəbər kserosurət aktlara istinad edərək cavabdehin iddiaçıya 204977,36 manat məbləğində maddi ziyan vurması qənaətinə gələrək iddianı olduğu kimi təmin etmişdir.
47. Cavabdeh və qarşılıqlı iddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72, 187, 193, 199, 201 və 296-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli qərarlarına, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 kassa siya şikayətinə qarşı yazılı etiraz göndərərək, şikayətin əsassız olduğu üçün təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Əmək Məcəlləsi
49. Maddə
10. Maddə Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
50. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
51. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ndə nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
52. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
53. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi k obud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
54. Maddə 83, 2-cü hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
55. Maddə 172, 4-cü hissə. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
56. Maddə 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdi rilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir
57. Maddə 186, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
58. Maddə 187, 1-ci hissə. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
59. Maddə 191, 2-ci hissə. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
60. Maddə 192, 1-ci hissə. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
61. Maddə 192, 2-ci hissə. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
62. Maddə 193, 1-ci hissə. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır.
63. Maddə 193, 2-ci hissə. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər.
64. Maddə
199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
65. Maddə 200, 1-ci hissə. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
66. Maddə 200, 2-ci hissə. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.
67. Maddə 202, 1-ci hissə. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
68. Maddə 203, 1-ci hissə. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlin in qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
69. Maddə 203, 2-ci hissə. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
70. Maddə 205, 2-ci hissə. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
71. Maddə 296, 5-ci hissə. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquq larının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
72. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
77. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
78. Maddə 407.2. Kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
81. Maddə 418.3. Prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. Apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi cavabbeh və qarşılıqlı iddiaçı Yakup Çimen tərəfindən ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması hissələrdə mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
84. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 iyun 2023-cü il tarixli qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi nə göndərilməlidir.
85. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə Çimən Yakubun qarşılıqlı iddiasının təmin olunması işəgötürən iddiaçı Şirkətin ziyan tələbinə dair ilk iddiasının təmin olunmasından asılıdır, ona görə də birinci olaraq apellyasiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunması hissədə maddi və prosessual hüququ normalarının düzgün tətbiq olunubolunmaması baxımından yoxlanılmalıdır.
86. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə cavabdeh və qarşılıqlı iddiaçı Çimen Yakub iddiaçı "xxxx" Şirkətində 18 mart 2019cu ildən 01 noyabr 2019-cu il tarixə kimi Şirkətin Qazax Əhəng zavodunun direktoru, 01 noyabr 2019-cu il tarixdən 20 may 2020-c il tarixə kimi həmin zavodda İstehsal müdiri, 20 may 2020-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi Şirkətin direktoru vəzifələrində işləmiş, hər dəfə vəzifəyə təyin olunarkən onunla işəgötürən Şirkət arasında tam maddi məsuliyyət barədə ayrıca müqavilələr bağlanmışdır.
87. Mətanət A” Şirkətinin Qazax Əhəng zavodunda istehsal olunmuş suvaq üçün əhəng və söndürülmüş əhəngdən ibarət hazır məhsul, boş kisələrdən ibarət materiallar 15 oktyabr 2019-cu il tarixdən açıq havada saxlandığına görə istifadəyə yararsız vəziyyətə düşmüş, həmin məhsulların təqribən 70 faizi təkrar emala yararlı, 30 faizi isə təkrar emala yararsız olmuş, nəticədə təkrar emala yararsız olan məhsulların itirilməsi nəticəsində iddiaçı şirkətə 204977,36 manat məbləğində ziyan dəymişdir.
88. İş materiallarına görə şirkətə ziyanın dəyməsinin cavabdeh Çimen Yak ubun zavod direktoru, istehsal müdiri və şirkət direktoru kimi öz vəzifə səlahiyyətlərini layiqincə icra etməməsi, məsul olduğu sahəyə təsərrüfatsızcasına və səhlənkar yanaşması, öz əmək funksiyalarını yerinə yetirməməsi nəticəsində vurulduğunu, habelə tərəflər arasında tam maddi məsuliyyət barədə müqavilələrin bağlanmasını əsas gətirərək "xxxx" Şİrkəti hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
89. Birinci instansiya məhkəməsinin ilk iddianın təmin olunması barədə qənaəti ilə razılaşan apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı "xxxx" Şirkətinin iddia tələblərinin əsası kimi istinad etdiyi hallar məhkəmədə sübuta yetirilmiş, cavabbeh Çimen Yakupdan zərərin əvəzinin tutulması üçün Əmək Məcəlləsinin 191.2-ci maddəsində nəzərdə tutulmuş hər 3 şərt mövcuddur, yəni, ziyanın həq iqətən vurulduğu aşkardır, Çimen Yakup əməli - hərəkətsizliyi qanuna ziddir, əmək və tam maddi məsuliyyət haqqında müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir, onun qanunazidd əməli ilə bu əməlin nəticəsi – zərər arasında səbəbli əlaqə mövcuddur. Məhz bu şərtlərin mövcud olması Çimen Yakupun maddi məsuliyyətinin yaranmasının əsasını təşkil edir.
90. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir.
91. Belə ki, iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan məlum olur ki, Qazax Əhəng zavodunda 2019-cu ilin may ayından etibarən məhsul istehsalı başlanmış, istehsal olunmuş hazır məhsul anbara təhvil verilmişdir. 2019-cu ilin oktyabr ayında anbarda yer olmadığına və dövlət səviyyəsində zavodun açılış məra simi keçirilməsi nəzərdə tutulduğuna görə hazır məhsulun bir hissəsi zavodun həyətində, açıq hava şəraitində yığılmış və məhsulun açıq havada qalması qısa müddət üçün nəzərədə tutulmuşdur. Lakin zavodun açılış mərasimi 03 mart 2020-ci il tarixdə baş tutduğundan əhəng məhsulları 5 aydan artıq müddətdə açıq havada qalmış, nəticədə istifadəyə yararsız hala düşmüşdür.
92. Məhsulun anbardan çıxarılıb açıq hava şəraitində zavodun həyətində yığılmasında, yığılmanın texniki şərtlərə əməl olunmadan həyata keçirilməsində, məhsulun istifadəyə yararsız vəziyyətə düşməsində cavabdeh Çimen Yakubu təqsirli bilən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, bu vəziyyətdən təkcə Çimen Yakub deyil, həm də "xxxx" Şirkətin direktoru, bu sahəyə cavabdeh olan şirkətin Loqistika üzrə meneceri, Şİrkətin təsisçis i də məlumatlı olmuş, onlar zavodun dövlət səviyyəsində açılışını təşkil etmiş, məhsulun uzun müddət açıq hava şəraitində qalmasının qarşısının alınması üçün tədbirlər görməmişlər. Məhkəmə həmçinin məhsulun cavabdeh Çimen Yakubdan asılı olmayan səbəblərdən, yəni zavodun açılışının təxirə salınması səbəbindən baş verməsini də nəzərə almamışdır.
93. İşdən daha sonra görünür ki, istifadəyə yararsız vəziyyətə düşən məhsulların açıq havada saxlandığı müddətdə Çimen Yakub 18 mart 2019-cu ildən 01 noyabr 2019-cu il tarixə kimi zavodun direktoru, 01 noyabr 2019-cu il tarixdən 20 may 2020-c il tarixə kimi həmin zavodda İstehsal müdiri vəzifələrində işləmişdir. Baş vermiş hadisəyə görə Çimen Yakubun zavod direktoru kimi məsuliyyət daşıması qənaətinə gələn məhkəmə məhsul anbardan çıxarılandan sonra o nun cəmi 16 gün həmin vəzifədə olmasını diqqətdən qaçırmış, 01 noyabr 2019-cu ildən sonra zavod direktoru vəzifəsini icra edən şəxsin məsuliyyətdən kənarda qalmasını əsaslandırmamış, əgər hər iki halda, yəni Çimen Yakub həm zavod direktoru, həm də istesal müdiri kimi məsuliyyət daşımalı idisə, eyni vaxtda onunla bərabər İstehsal müdiri və ya zavod direktoru işləmiş şəxslərin məsuliyyətdən kənarda qalmasınnı səbəbləri müəyyən edilməmişdir.
94. Tam maddi məsuliyyət barədə müqavilələrə əsasən də cavabdehin iddiaçı şirkət qarşısında dəymiş zərərə görə məsuliyyət daşıması qənaətinə gələrkən də apellyasiya məhkəməsi səhvə yol vermişdir. İş materiallarına görə zavodda istehsal olunmuş hazır məhsulun saxlanmaq və başqa məqsədlər üçün cavabdeh Çimen Yakuba təhvil verilməsi, sonuncunu belə bir öhdəl ik götürməsi barədə hər hansı rəsmi sənəd mövcud deyildir, hazır məhsul anbara təhvil verilmişdir, cavabbeh anbarda saxlanılan və anbardarın hesabında olan əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə məsul deyildir, buna görə maddi məsul şəxs olan anbardar məsuliyyət daşımalıdır.
95. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçı şirkət tərəfindən qanunla müəyyən edilmiş 1 ililk iddia müddətinin ötürülməməsi barədə qənaəti də işin hallarına uyğun olmamışdır. İşdə olan yazışmalardan, xüsusilə zavodun direktor əvəzi Avil Qurbanov, anbardar Elmar Ləzgiyev və laborant Azər Əliyev tərəfindən 03 iyun 2020-ci il tarixdə tərtib edilmiş akta görə (c.1, v.236.) zavodun ərazisində yığılmış əhəng məhsulu istifadəyə yararsız hala düşmüşdür. Bundan başqa zavodun dövlət səviyyəsində açılışında iştirak etmiş "xxxx" Şirkətin direktoru, bu sahəyə cavabdeh olan Loqistika üzrə meneceri və Şİrkətin təsisçisinin zavodun ərazisində yığılmış hazır məhsulun vəziyyətini görməmələri, onlara bu barədə barədə məlumat verilməməsi də inandırıcı deyildir. Məhkəmə iddia müddətinin axımının vaxtını müəyyən edən zaman göstərilən halları diqqətdən qaçırmışdır.
96. X9 məhkəmə iclaslarında verdiyi izahatlarında suvaq üçün əhəng və söndürülmüş əhəngdən ibarət hazır məhsulların anbar şəratitində saxlama müddətinin 6 aydan çox olmadığını, zavodun ərazisində yığılmış məhsulun isğifadə müddətinin keçməsi ilə əlaqədar yararsız hala düşdüyünü göstərmiş və bu məsələnin aydınlaşdırılması üçün müvafiq ekspertiza təyin olunması barədə vəsatət qaldırmışdır. Lakin məhkəmə kifayət qədər əsa s olmadan cavabdehin qeyd olunan vəsatətini təmin etməmiş, əhəng və söndürülmüş əhəngin hansı müddətdə yararlı halda saxlanmasının mümkünlüyünü müəyyən etməmişdir.
97. Şərh olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə ilk iddianın təmin olunması gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz, ona görə də qətnamə həmin hissədə ləğv edilməlidir.
98. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Çimen Yakubun "xxxx" şirkətinin 08 may 2021-ci il tarixli, 202 saylı əmrinin ləğv edilməsi, X3 "xxxx" şirkətinə işə bərpa olunması və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müdd əti üçün əmək haqqının hesablanaraq "xxxx" şirkətindən onun xeyrinə tutulması barədə qarşılıqlı iddiasının ilk iddianın təmin olunub-olunmamasından bilavasitə asılı olduğundan həmin hissədə qarşılıqlı iddianın rədd olunması barədə apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanıla bilməz. Qarşılıqlı iddia ərizəsində irəli sürülmüş həmin tələblərin əsaslılığı ilk iddia tələbi ilə birlikdə yoxlanılmalıdır, ona görə də apellyasiya məhkəməsinin qətnaməsi göstərilən hissə də ləğv edilməlidir.
99. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə Çimen Yakupun iddia tələbinin ezamiyyə xərclərinin və həmin xərcinin ödənilməsinin gecikdirilməsinə görə faiz hesablanmaqla "xxxx" Şirkətindən onun xeyrinə tutulması tələblərini qismən təmin etməkdə birinci instansiya məhkəməsi və qətnaməni həmin his sədə dəyişdirmədən saxlamaqda apellyasiya instansiyası məhkəməsi haqlı olmuş, düzgün olaraq Gürcüstan Respublikasında ezamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin "xxxx" şirkəti tərəfindən hesablanmaqla iddiaçı Çimen Yakupa ödənilməsini təmin etmiş, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Bu məsələnin həlli zamanı apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə ləğv olunması və ya dəy işdirilməsi üçün əsas yoxdur.
100. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianın təmin, qarşılıqlı iddianın isə "xxxx" şirkətinin 08 may 2021-ci il tarixli, 202 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinin rədd olunması hissələrdə ləğv edilməli və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Göstərilənlərə əs asən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Çimen Yakub Şahmettin oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2818/2023 nömrəli iş üzrə 02 iyun 2023-cü il tarixli tarixli qətnaməsi qismən, yəni "xxxx" şirkətinin X2 204977,36 manat zərər tələbinə dair ilk iddianın təmin olunması, cavabdeh X3 qarşılıqlı iddiasının "xxxx" şirkətinin 08 may 2021-ci il tarixli, 202 saylı əmrinin ləğv edilməsi, "xxxx" şirkətinə işə bərpa olunması və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq "xxxx" şirkətindən onun xeyrinə tutulmasının rədd olunması hissələrdə ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya ins tansiyası məhkəməsinə göndərilsin. Cavabdeh Çimen Yakub Şahmettin oğlunun kassasiya şikayətinə əsasən qətnamə qalan hissədə dəymidirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.