Məhkəmə qərarları › İş №2(102)-4027/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4027/2021

06.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4027/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının X1 Cavabdeh qarşı, Cavabdeh X2 qarşı, Maraqlı şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: ümumi mülkiyyətdə olan əşyadan istifadə qaydasının müəyyən edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, X1 və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları

1. Mübahisə ümumi mülkiyyətdə olan B X yerləşən yaşayış sahəsinin küçəyə çıxış yolundan istifadə qaydasının müəyyən edilməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. X3, Cavabdeh qarşı 04.11.2003-cü ildə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Vidadi küçəsi ev 4-də yerləşən Cavabdeh (və ya sərəncam əsasında onun sahəsinə yerləşdirilən şəxslərin) küçəyə çıxış yolunun qarajdan açılmaqla müəyyən edilməsi, otaqlarını örtən talvarın qarşısından küçəyə çıxış yolu kiçik cığır verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. X tələbini belə əsaslandırılmışdır ki, onlar həmin evdə üç ailə olmaqla yaşayırlar və onlar doğma qardaş olduqlarından bir giriş qa pısından istifadə etmək ona problem yaratmamışdır. Lakin altı aydır ki, Cavabdeh tikilinin özünə məxsus hissəsinə kənar şəxsləri yerləşdirmiş və həmin şəxslər ona məxsus pəncərənin ağzından keçməklə onun talvarının altındakı küçə qapısından istifadə edirlər ki, bu da onların arasındakı daimi narazılığa səbəb olur.

4. Cavabdeh, X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsindəki «B» tikilisinin və «A» tikilisində 2 və 4 rəqəmləri ilə qeyd olunan otaqlarının İddiaçı və Mustafayev Ağabalanın mülkiyyətinə, yaşayış sahəsinin digər tikililərin isə onun və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh tələbini belə əsaslandırılmışdır ki, mübahisəli ev onun mərhum atası məxsus olmuş həmin evin çox hissəsini Qasımbala özünə götürmüşdür. Qasımbalanın yaşadığı evin mətbəx və yardımçı otaq kimi istifadə etdiyi tikililərin onun istifadəsinə verilməsi məqsədəmüvafiqdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Z.Əliyeva) 05 may 2004-cü il tarixli, 226/2004 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, X evin Cavabdeh ilə Xr oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh x oğlu və qeyrilərinə qarşı mənzilin yaşayış sahəsindən payın müəyyən edilməsi və bölünməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı istifadə etdiyi yaşayış sahəsinin qarşısında torpaq sahəsində sə rhəd hasarını çəkməklə digər ailə üzvlərinin istifadəsində olan qarajın içərisindən keçməsi, İnşaat norma və Qaydaları 2.01.02.85-in 4.6-nın və Dövlət Şəhərsalma Norma və Qaydaları AZDTN 2.6.1-in 8-ci cədvəlində və 4.13 bəndində tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh faktiki evini satdığı kənar şəxslər İddiaçı pəncərəsinin qarşısından keçdiyi üçün onların arasında olan eni 3 metr keçəyə çıxış yolunun tən yarıdan iki hissəyə bölünməsini məqsədəmüvafiq bilir, bu halda məhkəmə tərəflər arasındakı yol mübahisəsinə son qoyulacağını nəzərə alır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 10 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X saylı, 05 may 2004-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə yəni, X evin Cavabdeh ilə x oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin olunmaması qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə müvafiq olaraq mübahisəli əmlakın paylı mülkiyyətçisi olan X5 3-cü şəxs kimi işə cəlb edərək məsələnin tam, hərtərəfli və obyektiv araşdırılmasına nail olmağa çal ışmalı olduğu halda, bunu etməmiş, bu hal düzgün olmayan məhkəmə qərarının çıxarılması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində qeyd edilmişdir ki, İddia çı istifadə etdiyi yaşayış sahəsinin qarşısında torpaq sahəsində sərhəd hasarını çəkməklə digər ailə üzvlərinin istifadəsində olan qarajın içərisindən keçməsi, İnşaat norma və Qaydaları 2.01.02.85in 4.6-nin və Dövlət Şəhərsalma Norma və Qaydaları AZDTN 2.6.1-in 8-ci cədvəlində və 4.13 bəndində tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Göründüyü kimi ekspert rəyində hasar çəkməklə payların bölünməsinin mümkünsüz olduğu qeyd edilsə də, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmayaraq, düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Kollegiya həmçinin vurğulamışdır ki, işin hallarından və üçüncü şəxsin i zahatından aydın olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-26/2004 saylı, 05 may 2004-cü il tarixli qətnaməsi hazırkı vaxtadək icra edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Qasımbala Müzəffərov kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kollegiya Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinin tələbini pozub. Belə ki, qətnamədən müəyyən etmək olmur ki, X4 maraqlı şəxs olması rayon məhkəməsinə məlum idimi? Yaxud Məhkəmə iştirakçıları tərəfindən hakimə bu barədə sübuta əsaslanan məlumat verilibmi? Çox təəssüf ki, Bakı Apellyasiya Məhkəməsinin məhkəmə tərkibi imzaladıqları qətnamədə bunu müəyyən etməyiblər. Belə olan halda aşağı məhkəmənin adıçəkilən maddənin tələblərini pozmasını necə müəyyən ediblər? Mülki işin 75-ci səhifəsində olan qeydiyyat vəsiqəsində evin mülkiyyətçiləri sırasında üçüncü şəxsin (Maraqlı şəxs) adı yoxdur. Ekspertiza rəyindən ekspertin həyətə gedib baxış keçirilməsi görünür və ekspert üçüncü şəxsin (Maraqlı şəxs) həyətdə yaşaması barədə hər hansı bir qeyd etməmişdir. Ekspert rəyində mülkün torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin 3 tərəfdən qonşu həyətlər (şərq, cənub, qərb) ilə və bir tərəfdən küçə (şimal) ilə əhatə olunması göstərilsə də, həmin həyətdə Maraqlı şəxs yaşaması göstərməmişdir. Belə olan halda, apellyasiya məhkəməsinin tərkibi necə müəyyən edib ki, mülki işə baxılarkən X4 3-cü şəxs kimi işə cəlb etmək üçün əsaslar Binəqəd i Rayon Məhkəməsinə məlum olmuşdur. Əgər tərəflərin məhkəməyə təqdim etdikləri sübutlarda, yaxud araşdırma zamanı hər hansı əsas meydana çıxmamışdırsa, məhkəmə məsələnin tam, hərtərəfli və obyektiv araşdırılmasına nail olmaq üçün X5 3-cü şəxs kimi işə cəlb etmək üçün başqa hansı tədbirləri görə bilərdi? Rayon məhkəməsində araşdırma zamanı tərəflərin mübahisəli mülkə dair məhkəməyə təqdim etdikləri qeydiyyat vəsiqələrində, digər sənədlərdə üçüncü şəxsin marağına toxunan bir əsas aşkar edilməmiş, verilmiş izahatlarda bu barədə hər hansı bir məlumat verilməmiş, ekspert baxış keçirərkən 3-cü şəxs barədə heç bir məlumat əldə etməmişdir. Belə olan halda məhkəmə iddia predmetindən kənara çıxıb üçüncü şəxsi necə aşkar edə bilərdi? Apellyasiya məhkəməsinin heç bir əsas olmadığı halda Binəqədi Rayon Məhkəməsinin Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinin tələbini pozmasını müəyyən etməsi sadəcə olaraq mülki işin tərəflərinə qeyribərabər yanaşmasını, məhkəməyə gəlməyən iddiaçının hüquqlarına biganə olmasını və sübut olmadan mülahizə yürütməsini göstərir. Bu isə məhkəmə tərkibinin mülki işdə üçüncü şəxsin xeyrinə maraqlı olmasını açıq aşkar göstərir. Məhkəmə ekspert rəyini nəzərə alıb iddiaçının iddiasını olduğu kimi təmin etməmişdir. Belə ki, iddiaçı X yerləşən Cavabdeh (və ya sərəncam əsasında onun sahəsinə yerləşdirilən şəxslərin) küçəyə çıxış yolunun qarajdan açılmaqla müəyyən edilməsi, otaqlarını örtən talvarın qarşısından küçəyə çıxış yolu-kiçik cığır verilməsi haqda qətnamə çıxarılmasını xahiş edib. Lakin məhkəmə ekspert rəyi ilə iddiaçının tələb etdiyi kimi iddiaçıdan ist ifadə etdiyi yaşayış sahəsinin qarşısında torpaq sahəsində sərhəd hasarını çəkməklə cavabdehin və onun digər ailə üzvlərinin istifadəsində olan qarajın içərisindən keçməsi, İnşaat norma və Qaydaları 2.01.02.85in 4.6-nin və Dövlət Şəhərsalma Norma və Qaydaları AZDTN 2.6.1- in 8-ci cədvəlində və 4.13 bəndində tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmamasını müəyyən edildiyi üçün iddianı qismən təmin etmiş və 4 saylı evin Cavabdeh ilə x oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi qət etmişdir. Göründüyü kimi, Binəqədi Rayon Məhkəməsi ekspert rəyinə zidd qərar verməmiş, əksinə ekspert rəyi ilə iddiaçının tələbinin (Vidadi küçəsi ev 4-də yerləşən Cavabdeh (və ya sərəncam əsasında onun sahəsinə yerləşdirilən şəxslərin) küçəyə çıxış yolunun qarajdan açılmaqla müəyyən edilməsi, otaqlarını örtən talvarın qarşısından küçəyə çıxış yolu-kiçik cığır verilməsi) təmin olunması mümkün olmadığı üçün tərəflər arasında mübahisəni daha ədalətlə həll etmişdir. Bu zaman apellyasiya məhkəməsi üçüncü şəxs X nın cavabdehin əmlakının bir hissəsini almasını müəyyən etməsinə baxmayaraq onun hansı hüquqlarının pozulmasını göstərməmişdir. Bu isə açıq-aşkar mülahizə ilə qətnamə qəbul edilməsini və məhkəmə tərkibinin bu işdə Əliyevanın xeyrinə maraqlı olmasını göstərir. Məhkəmə tərkibi qətnamənin icra edilməməsini onun ləğv edilməsi əsaslarından biri kimi təqdim etməyə çalışmış və indiyədək qətnaməni icra olunmasında tərəflərin marağı olmamasını əsas götürərək onun ləğv edilməsinə bir növ bəraət qazandırmağa cəhd etmişdir. Qətna mənin icra edilməməsi prosessual və ya maddi hüquq normalarının pozulması deyil və bu hal qətnamənin ləğvinə səbəb ola bilməz. Məhkəmə yalnız maraqlı şəxsin iştirak etdiyi iclasda onun maraqlı izahatına əsasən qətnamənin icra olunmaması nəticəsinə gələ bilməzdi. İşin hallarından qətnamənin nə icra olunmamasını, nə də icra edilməməsini müəyyən etmək olmur. Mülki işdə sadəcə qətnamənin icra olunmasına başlanılması barədə icra məmurunun məhkəməyə məktubu və qərarı var. Əksinə bu sənədlər qətnamənin icra olunmağa başladığını göstərir. Məhkəmə tərkibi qətnamənin icra olunmamasını iş üçün əhəmiyyətli hesab edirdisə, mütləq icra şöbəsini prosesə cəlb edərək qətnamənin icra edilməsinin nəticəsini öyrənməli idi. Məhkəmə tərkibi mülki işin tərəflərinin birinin sıradan çıxmasını nəzərə almamışdır. Gö ründüyü kimi məhkəmə prosessual və maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən X və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

16. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

17. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər.

18. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sər əncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstə rir.

20. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini maraqlarına toxunulan paylı mülkiyətçi Maraqlı şəxs şikayəti əsasında, B X ı evin Cavabdeh ilə x oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi hissəsində ləğv edərək həmin hissədə iddianı rədd etmişdir.

27. Kollegiya bildirir ki, ümumi paylı mülkiyyətçilərdən birinin vaxtında işə cəlb edilməməsi, qətnamənin ləğv edilməklə marağına toxunulan paylı mülkiyyətçinin işdə iştiraka cəlb edilməsi, mübahisənin onun payı və mənafelərinin də nəzərə alınmaqla həll edilməsi üçün əsas olsa da, həmin fakt özü-özlüyündə ümumi əşyadan istifadə qaydasının müəyyən edilməsi tələbinin rədd edilməsi üçün əsas deyil.

28. Hər h ansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. İşdən görünür ki, ilkin iddianın təmin edilmiş hissəsi ümumi paylı mülkiyyətd ə olan əşyadan istifadə qaydasının müəyyən edilməsi tələbi ilə bağlıdır.

30. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə mübahisə predmeti (ümumi paylı mülkiyyətdə) olan əşyanın nədən ibarət olmasını, buraya yaşayış evi ilə yanaşı həyətyanı sahənin də daxil olubolmamasını, istifadə qaydasının müəyyən edilməsi tələb olunan sahənin daşınmaz əmlakın dövlət reyestrindəki hüquqi vəziyyətini, o cümlədən hazırkı ümumi mülkiyyətçilərin dairəsini aydınlaşdırmalı, əşyadan istifadə qaydası ilə bağlı mübahisənin nədə ifadə olunduğunu dəqiqliklə müəyyən etməli və iddia tələbinə mülki qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir.

31. Belə ki, paylı mülkiyyətdə olan əşyadan istifadə edilməsinin qayda və şərtləri, bu məsələlər üzrə bütün mülkiyyətçilərinin razılaşması olmadıqda istifadəni n məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməsi imkanı qanunda nəzərdə tutulmuşdur (§ 15-18).

32. Buna baxmayaraq, apellyasiya məhkəməsi Maraqlı şəxs payı və qanuni mənafeləri də nəzərə alınmaqla ümumi paylı mülkiyyətdə olan əşyadan iddiaçının tələb etdiyi istifadə qaydasının mümkün olub-olmamasını yoxlamamışdır. Bu hal isə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir (§ 19, 21-22).

33. Kollegiya onu da nəzərə alır ki, ilkin iddia üzrə Cavabdeh 21.01.2007-ci ildə ölmüşdür. Bu hal ona dəlalət edir ki, apellyasiya məhkəməsi işə baxarkən həmin cavabdeh sıra dan çıxmışdı.

34. Halbuki, prosessual qanunvericiliyin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür (§ 20).

35. İşdə olan 13.09.2003-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Cavabdeh, x payla mülkiyyətçisi kimi qeydə alınmışdır. Onun paylı mülkiyyətinə dair qeydiyyat ləğv edilmədiyi halda, iş üzrə cavabdeh olan Cavabdeh hüquqi varisinin müəyyən edilmədən mübahisənin həlli prosessual qanunvericil iyin tələblərinə uyğun hesab edilə bilməz.

36. Beləliklə, Kollegiya göstərilənləri birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, qətnamə ləğv edilməli, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, mübahisənin baxılan hissədə yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar