Məhkəmə qərarları › İş №2(102)-4027/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4027/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4027/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi cəlb edilməklə) “tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2(103)- 491/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ailə üzvləri ilə qeydiyyatda olmaqla Bakı şəhəri, Çəmənzəminli küçəsindəki 58 №-li 1 mərtəbəli evin, 1-ci mərtəbəsində özbaşına tikilidə yaşayır.

2. İddiaçı yaşadığı evin qonşuluğunda yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki 62 saylı ev tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Bakı şəhəri, Nərimanov rayonu, X4 ev 62 ünvanında Cavabdeh məxsus fərdi yaşayış sahəsində evin divarına tam bitişik 6 metr hündürlüyündə hasar və 4 mərtəbəli tikili ucaldılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası FHN-nin Tikintidə X2 Agentliyi cəlb edilməklə) “tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 62 saylı evin və hasarın sökülməsi, tikinti zamanı dəymiş maddi və mənəvi ziyanın (30.000 manat maddi və 50.000 manat mənəvi ziyanın ümumilikdə 80.000 manat) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, ünvan 2ökülməsi, tikinti zamanı ona dəymiş 75.000 manat maddi və 80.000 manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə 50 ildən çoxdur ki, X5 küçəsi, ev 58 ünvanında yaşayır. Özü ağır şəkər xəstəliyindən əziyyət çəkir, yoldaşı ağır çəkidən əziyyət çəkir, güclə gəzir. Qızı epilepsiya xəstəsidir. Körpə nəvəsi evdəki nəmişlikdən allergiya tapıb. Öz problemləri yetərli qədər olmasına baxmayaraq, qonşu tərəfindən evə ciddi ziyan dəymişdir. Buna səbəb X5 ev 62 ünvanında Cavabdeh məxsus fərdi yaşayış sahəsində evin divarına tam bitişik 6 metr hündürlüyündə hasar və bitişik şəkildə tikinti normalarını pozaraq 4 mərtəbəli tikili ucaldılmasıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.33-cü, 73-cü və Azərbaycan Respublikasının digər qanunvericilik normalarının tələbləri pozulmaqla yanaşı, aparılan tikinti işləri evini qəzalı vəziyyətə salıb. Evin divarlarında, tavanında təhlükəli çatlar əmələ gəlib, divarlar 2-3 yerdən tam və qismən aralanıb. Damın digər qonşu divardan aralanması ehtimal edilir, çünki evə yağış suları daxil olmağa başlayıb. Hasarı ucaldarkən onların damının şiferlərini qırıblar ki, hasarları düz ucalsın. Həyəti və onun divarlarını bərbad hala salıblar. Tikinti zamanı həyətinə müxtəlif cür tikinti materialları düşüb. Dəfələrlə onlara müraciət etsə də müxtəlif vədlər verib (gözləyin tikinti bitsin evinizi təmir edəcəyik ya bəlkə sizin ərazini də alacayıq dyə) vaxtı uzadıblar. Neçə dəfə evin sahibi ilə əlaqə qurmaq istəsə də, evin əsl sahibinin çox böyük bir vəzifəli şəxs olduğunu deyərək məsələni ört basdır etməyə çalışmışlar. Onların yalançı vədi ilə tikinti müddəti verdiklə ri mənəvi və maddi əziyyətlərə dözürdü ki, sonda evini bərpa edəcəklər. Tikinti yay aylarına düşdüyü üçün evi hər gün tozun içində olurdu. O, insanlıq edərək dözmüş, lakin sonda tikintiyə kuratorluq edən Ələsgər adlı şəxs onlara çox az miqdarda pul təklif etmişdir. Bir gün istənilən yüngül təkan nəticəsində ev uça bilər. Evin bu hala düşməsi onun və onunla birlikdə yaşayan ailə üzvlərinin, yenicə dünyaya göz açmış körpə nəvəsinin həyatına təhlükə yaradır.

7. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 19 may 2021-ci il tarixli 10/2585 saylı ekspert rəyində göstərilir ki, ünvan 3 ünvanda yerləşən yaşayış evinin otaqlarında daxili və xarici divarların üzərində şaquli və üfüqi istiqamətlərdə iri həcmli çatlar əmələ gəldiyi, otaqlar arası ara kəsmə divarda ikitərəfli keçici çatlar yarandığı, divarların tavanla və divarla birləşmə yerlərinin aralandığı, suvaq və boya qatının çatladığı, divarların və tavanın üzərində sarımtıl su sızma ləkələri yarandığı, divar kağızlarının qopduğu, cırıldığı, pəncərə və qapı boşluqlarının ətrafında çatlar əmələ gəldiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, mülki iş materiallarındakı və eləcə də baxış zamanı müəyyən edilmiş məlumatlara əsasən, cavabdehə məxsus 62 saylı yaşayış evinin 58 saylı yaşayış evinə bitişik sahədə inşa edildiyini nəzərə alındıqda, 58 saylı yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə yaranmış qüsurların 62 saylı yaşayış evinin inşası ilə əlaqədar aparılmış söküntü, qazıntı (özül çalasının qazılması) və tikinti-quraşdırma işləri nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Lakin 62 saylı yaşayış evi üzrə tikinti quraşdırma işləri tam başa çatdığından və həmin evə baxış keçirilməsi mümkün olmadığından, 58 saylı yaşayış evindəki zədələrin əmələ gəlməsinin konkret səbəbi, 62 saylı evin inşası ilə əlaqədar olub-olmaması, həmçinin 58 saylı evə dəymiş ziyanın həcmi, hər iki yaşayış evləri üzrə müvafiq təşkilatlar tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan, ayrı-ayrı konstruktiv elementlərin gücləndirilməsi və tikililərin bərpa işlərinə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 62 saylı fərdi yaşayış evinin inşası ilə əlaqədar müvafiq layihə və icazə sənədləri mülki iş materiallarına əlavə edilmədiyindən və 62 saylı fərdi yaşayış evinə baxış keçirilməsi mümkün olmadığından, həmin ev üzrə söküntü və tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun aparılıb aparılmadığını müəyyən etmək olmadı.

8. X1 26 aprel 2021-ci il tarixli №106 saylı rəyində göstərilir ki, baxış zamanı aşkar olunmuş faktiki vəziyyət nəzərə alınaraq, ünvan 4 ünvanında yerləşən, X3 yaşadığı ev ilə qonşuluqda yerləşən yeni inşa olunmuş 4 mərtəbəli fərdi yaşayış evi arasındakı məsafənin və qonşunun daş hasarının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1. və 73.1. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar edilmiş faktiki vəziyyəti nəzərə alınaraq, X3 yaşadığı evin ayrı-ayrı konstruktiv elementləri üzərində qüsurların (çat, çökmə və s.) yaranma səbəbinin, qonşuluqda yerləşən yeni 4 mərtəbəli fərdi yaşayış evinin inşası ilə əlaqəli olduğu müəyyən edilir.

9. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/5954 saylı ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin "Azərinşaatlayihə" DBLKTİ-nin mütəxəssis rəyinə əsasən, Y.V.Çəmənzəminii küçəsi, 62 saylı ünvandakı fərdi yaşayış evi sökülərkən yeni tikilən 4 mərtəbəli yaşayış evinin tikintisi üçün qazılan çalada hərəkət edən maşın və mexanizmlərin təsirindən yeraltı və yerüstü hissələrin tikintisi zamanı yaranan titrəyişlər nəticəsində, habelə 1 və 4 mərtəbəli evlərin özülləri müxtəlif dərinliklərdə olduğundan 58 saylı birmərtəbə li zirzəmisiz yaşayış evinin yükdaşıyan konustruksiyalarında (özül, divar, örtük və döşəmələrdə) çatlar, aralanmalar əmələ gəlməsi mümkündür. Mütəxəssis rəyinə əsasən, 62 saylı ünvanda fərdi birmərtəbəli yaşayış evi üzrə sökülmüş və yerində 4 mərtəbəli bina tikilmişdir. İddiaçı məxsus ev ilə qonşuluqda yeni inşa olunmuş 4 mərtəbəli bina arasındakı məsafə 1 metrə yaxındır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) və 73-cü (hasarların tikintisinə dair tələbat) maddələrinə əsasən, 4 mərtəbəli yaşayış evinin hündürlüyünün 15.0 metr olduğu nəzərə alınaraq qonşuluqdakı birmərtəbəli evin hasarı arasında məsafə 15x0,3=4,5 metr tələb olunduğu halda yerində 1 metrə yaxındır. 73.1.bəndi. Azərbayca n Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən hallar istisna olmaqla hasarların hündürlüyü 2,20 metrdən çox olmamalıdır. Yerində isə hasarın hündürlüyü 4,5 metrdir. Qeyd olunanlar nəzərə alınaraq Tikinti Məcəlləsinin 69.1. və 73.1 bəndlərinin tələbləri pozulmuş hesab edilir. Mütəxəssis rəyinə əsasən, ünvan 5 ünvanında İddiaçı məxsus fərdi yaşayış evində konstruktiv elementlərin zədələnməsi, xarici və daxili yükdaşıyan divarlarda, arakəsmələrdə tavanlarda yaranan çatların, döşəmənin bəzi yerlərdə aşağıya doğru çökməsi, qazıntı, həmçinin tikinti işləri nəticəsində yaranan zərbə və titrəyişlər səbəbindən əmələ gəlməsi mümkün hesab edilir. Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminii küçəsində yerləşən 58 saylı fərdi yaşayış evində dəymiş ziyanın aradan qa ldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 24440 manat məbləğində müəyyən olunur.

10. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-36/2022 saylı, 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin olunması, Cavabdeh 24.440 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun Cavabdeh tutulması qət edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, Nərimanov Rayon Mənz il Kommunal Təsərrüfatı Birliyinin 051501 saylı, xx.xx.2019-cu il tarixli arayışından göründüyü kimi Bakı şəhəri, Çəmənzəminli küçəsindəki 58 №-li 1 mərtəbəli evin, 1-ci mərtəbəsində özbaşına tikilidə İddiaçı ailə üzvləri ilə qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 62 tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkyyətindədir. X1 26 aprel 2021-ci il tarixli, №106 saylı rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən, X3 yaşadığı ev ilə qonşuluqda yerləşən yeni inşa olunmuş 4 mərtəbəli fərdi yaşayış evi arasındakı məsafənin və qonşunun daş hasarının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1 və 73.1-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilir. X3 yaşadığı evin ayrı-ayrı konstruktiv elementləri üzərində qüsurların (çat, çökmə və s.) yaranma səbəbinin, qonşuluqda yerləşən yeni 4 mərtəbəli fərdi yaşayış evinin inşası ilə əlaqəli olduğu müəyyən edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin "Azərinşaatlayihə" DBLKTİ-nin mütəxəssis rəyinə əsasən, Y.V.Çəmənzəminii küçəsi, 62 saylı ünvandakı fərdi yaşayış evi sökülərkən yeni tikilən 4 mərtəbəli yaşayış evinin tikintisi üçün qazılan çalada hərəkət edən maşın və mexanizmlərin təsirindən yeraltı və yerüstü hissələrin tikintisi zamanı yaranan titrəyişlər nəticəsində, habelə, 1 və 4 mərtəbəli evlərin özülləri müxtəlif dərinliklərdə olduğundan 58 saylı birmərtəbəli zirzəmisiz yaşayış evinin yükdaşıyan konstruksiyalarında (özül, divar, örtük və döşəmələrdə) çatlar, aralanmalar əmələ gəlməsi mümkündür. Mütəxəssis rəyinə əsasən, 62 saylı ünvanda fərdi birmərtəbəli yaşayış evi üzrə sökülmüş və yerində 4 mərtəbəli bina tikilmişdir. İddiaçı məxsus ev ilə qonşuluqda yeni inşa olunmuş 4 mərtəbəli bina arasındakı məsafə 1 metrə yaxındır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) və 73-cü (hasarların tikintisinə dair tələbat) maddələrinə əsasən 4 mərtəbəli yaşayış evinin hündürlüyünün 15.0 metr olduğu nəzərə alınaraq qonşuluqdakı birmərtəbəli evin hasarı arasında məsafə 15 x 0,3 = 4,5 metr tələb olunduğu halda, yerində 1 metrə yaxındır (73.1-ci bəndi). Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən hallar istisna olmaqla hasarların hündürlüyü 2,20 metrdən çox olmamalıdır. Yerində isə hasarın hündürlüyü 4,5 metrdir. Qeyd olunanlar nəzərə alınaraq Tikinti Məcəlləsinin 69.1 və 73.1-ci bəndlərinin tələbləri pozulmuş hesab edilir. Mütəxəssis rəyinə əsasən, ünvan 6 ünvanında İddiaçı məxsus fərdi yaşayış evində konstruktiv elementlərin zədələnməsi, xarici və daxili yükdaşıyan divarlarda, arakəsmələrdə tavanlarda yaranan çatların, döşəmənin bəzi yerlərdə aşağıya doğru çökməsi, qazıntı, həmçinin tikinti işləri nəticəsində yaranan zərbə və titrəyişlər səbəbindən əmələ gəlməsi mümkün hesab edilir. Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 58 saylı fərdi yaşayış evində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 24440 manat məbləğində müəyyən olunur.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 62 saylı evin və hasarın sökülməsini tələb edir. İddiaçının evin sökülməsi hissəsində tələbi əsassızdır. Belə ki, iddiaçı belə bir iddianı qaldırmaqda haqlı olmamışdır. Həmin evə dair cavabdehin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilmiş və qanuna müvafiq qaydada cavabdehə çıxarış verilmişdir. Hazırda həmin çıxarışın verilməsinə əsas olmuş müvafiq sənədlər qüvvədədir, ləğv edilməyib, etibarsız hesab edilməyib.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının belə bir iddia tələbi irəli sürməyə subyektiv hüququ da olmamışdır. Bundan başqa iddia tələbinin digər hissəsini mülkiyyətə dəymiş zərərin əvəzinin ödənilməsi tələbi təşkil edir. Daşınmaz əmlakın dövlət rey estrində iddiaçının adına qeydə alınmamış əmlak faktiki olaraq iddiaçıya məxsusdur, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət orqanları faktiki olaraq həmin tikilinin mövcudluğunu tanımış, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından iddiaçının həmin tikiliyə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ mövcuddur. Buna görə də iddiaçının yaşadığı özbaşına tikiliyə dəymiş ziyanın ödənilməsi barədə iddianı qaldırmağa subyektiv hüququ vardır.

15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.4, 180.1. 180.2, 180.3, 180.4, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.4-cü maddələr inə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qət etdiyi məbləğ zədələrin aradan qaldırılması üçün qəti şəkildə kifayət etmir və bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanla bağlı məhkəməyə təqdim edilmiş sənədlərə məhkəmə münasibət bildirməmiş, mənəvi sarsıntı ilə bağlı keçirilmiş iztirablara qiymət verilməmişdir.

18. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmış dır ki, iş üzrə keçirilmiş ekspertiza rəyləri düzgün verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus özbaşına tikilinin divarlarında yaranmış çatların cavabdeh tərəfindən tikinti işlərinə başlanandan sonra, yoxsa bundan daha əvvəl yaranmış olduğunu müəyyən etməmişdir. Halbuki, bu hal iddiaçının evinin divarlarında yaranmış çatlar səbəbindən iddiaçıya dəymiş ziyanın həqiqətən cavabdeh tərəfindən vurulduğunu, yaxud da cavabdehə qədər həmin çatların mövcud olduğunu, bununla da həmin çatların əmələ gəlməsi ilə cavabdehin heç bir əlaqəsinin olmadığını və iddiaçıya vurulmuş zərərlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında hər hansı səbəbli əlaqənin olmadığının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən faktiki haldır.

20. Apellyasiya instansiyası məhkəməsinin i craatı zamanı təyin edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli 10/7901 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 58 saylı fərdi yaşayış evində mövcud olan çatların hansı dövrə təsadüf etməsinə dair hər hansı bir məlumat olmadığından bu sual üzrə tədqiqat aparılmadı. ünvan 5 ünvanında İddiaçı məxsus fərdi yaşayış evində konstruktiv elementlərin zədələnməsi, xarici və daxili yükdaşıyan divarlarda, arakəsmələrdə tavanlarda yaranan çatların, döşəmənin bəzi yerlərdə aşağıya doğru çökməsi, qazıntı, həmçinin tikinti işləri nəticəsində yaranan zərbə və titrəyişlər səbəbindən əmələ gəlməsi mümkün hesab edilir. Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsind ə yerləşən 58 saylı fərdi yaşayış evində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 24440 manat məbləğində müəyyən olunmuşdur.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-491/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və G.T.Axundova) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsində araşdırma zamanı iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, ziyanın məbləği, həmin maddi ziyanı n cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu iş üzrə təyin edilmiş ekspert rəyləri ilə sübut olunur. Birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 62 saylı evin və hasarın sökülməsi hissəsində tələbi əsassız hesab etməkdə haqlı olmuşdur.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı belə bir iddianı qaldırmaqda haqlı olmamışdır, həmin evə dair cavabdehin mülkiyyət hüquqları reyestrdə rəsmiləşdirilmiş və qanuna müvafiq qaydada cavabdehə çıxarış verilmişdir. Hazırda həmin çıxarışın verilməsinə əsas olmuş müvafiq sənədlər qüvvədədir, ləğv edilməyib və ya etibarsız hesab edilməyib. Digər tərəfdən mövcud hasarın iddiaçının hüquqlarını pozduğu müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi ziyan hissəsində iddianı təmin etməməsini də düzgün hesab edib.

24. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi ziyanla bağlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməməsi barəsində düzgün nəticəyə gəlmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.4, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1-ci və MPM-nin 14.2, 76.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (vəkil Nümayə ndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqə olduğu barədə qənaətə gələrkən, mülki işdə olan ekspert rəylərinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Lakin mülki işdə olan ekspert rəylərindən görünür ki, həmin rəylər arasında kəskin ziddiyyət vardır. Birinci instansiya məhkəməsinin təyin etdiyi iki ekspertiza nəticəsində verilmiş rəylərdə iddiaçının yaşadığı özbaşına tikilidə əmələ g əlmiş çatların bilavasitə cavabdehə məxsus fərdi yaşayış evinin tikintisi zamanı əmələ gəldiyi konkret olaraq göstərilməmiş, bununla bağlı ekspertlər qarşısında məhkəmə tərəfindən qoyulmuş ehtimal xarakterli suallara ekspertlər tərəfindən də ehtimal xarakterli cavab verilərək həmin çatların, son nəticədə isə çatların əmələ gəlməsi ilə vurulmuş zərərin cavabdehə məxsus fərdi yaşayış evinin tikintisi zamanı əmələ gəlməsinin mümkün olması kimi cavab verilmişdir. Mülki işdən də göründüyü kimi iddiaçıya məxsus özbaşına tikili köhnə tikilidir, onun divarlarında yaranmış çatların cavabdeh tərəfindən tikinti işlərinə başlamazdan əvvəl də əmələ gəlməsi mümkündür. Bu suala ekspertiza rəyi olmadan məhkəmənin özü tərəfindən cavab verilməsi doğru deyildir. Belə bir tədqiqat isə birinci instansiya məhkə məsindəki icraat zamanı ekspertiza tərəfindən aparılmamış, beləliklə bu sual cavabsız qalmışdır. Apellyasiya icraatı zamanı təyin edilmiş təkrar məhkəmə-tikinti ekspertizasının 10/7901 nömrəli xx.xx.2023-cü il tarixli rəyində isə «çatların hansı dövrdə yarandığının müəyyən edilməsi» ilə bağlı sual üzrə tədqiqat aparılmadığı göstərilmiş, iddiaçıya məxsus özbaşına tikilidə yaranmış çatların, döşəmənin bəzi yerlərində aşağıya doğru çökmənin qazıntı, tikinti işləri nəticəsində yaranan zərbə və titrəyişlər səbəbindən əmələ gəlməsinin mümkün hesab edilidyi bildirilmişdir. Bununla da iddiaçının yaşadığı evin divarlarında əmələ gəlmiş çatların, döşəmənin bəzi yerlərində aşağıya doğru çökmənin nə vaxt yarandığı, yəni cavabdehə məxsus fərdi yaşayış evinin tikintisindən əvvəl, yaxud onun tikintisi və ya tikintisindən sonra əmələ gəlibgəlmədiyi müəyyən olunmamışdır. Belə olan halda isə aşağı instansiya məhkəmələrinin Mülki Məcəllənin 1096-1097-ci maddələrini hazırkı mübahisəyə tətbiq edərək cavabdehi təqsirli hesab etmələri düzgün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, ə mlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 157.2. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır.

33. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 1096.1. Mülki hüquq poz untusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.

37. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

38. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrind ən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Baxılan iş üzrə iddiaçının tələbi cavabdehə məxsus hasarın və fərdi yaşayış evinin sökülməsi, həmin evin tikintisi zamanı ona dəymiş maddi və mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədədir.

46. Birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi yalnız cavabdehdən maddi ziyan qismində 24.440 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi hissədə əsaslı sayılaraq həmin hissədə təmin edilmişdir.

47. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının yaşadığı evə dəymiş maddi ziyanının, o cümlədən evin divarlarında əmələ gəlmiş çatların, döşəmənin bəzi yerlərində aşağıya doğru çökmənin nə vaxt yarandığı, yəni cavabdehə məxsus fərdi yaşayış evinin tik intisindən əvvəl, yaxud onun tikintisi və ya tikintisindən sonra əmələ gəlib-gəlmədiyi müəyyən olunmamışdır.

48. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq araşdırmalar aparılmış, o cümlədən, ekspertizalar keçirilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli 10/2585 saylı ekspert rəyinə, X1 26 aprel 2021-ci il tarixli №106 saylı rəyinə, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/5954 saylı ekspert rəyinə, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli 10/7901 nömrəli ekspert rəyinə məcmu halda müvafiq qiymət verilmiş və iddiaçının evinin ayrı-ayrı konstruktiv elementləri üz rə yaranmış qüsurların cavabdehə məxsus 62 saylı yaşayış evinin inşası ilə əlaqədar aparılmış söküntü, qazıntı (özül çalasının qazılması) və tikinti-quraşdırma işləri nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilmişdir.

49. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

50. Göründüyü kimi, həm birinci instansiyada, həm də apellyasiya instansiya məhkəməsində araşdırma zamanı iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, həmin maddi ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlə rlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu iş üzrə təyin edilmiş ekspert rəyləri ilə ardıcıl sübut olunmuşdur.

51. Cavabdehin ekspert rəylərinin ziddiyyətli olması barədə dəlilləri isə əsassızdır. Belə ki, kassator məhz nəyə görə rəyin ziddiyyətli olduğunu əsaslandırmamışdır.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2(103)491/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar