Məhkəmə qərarları › İş №2(102)-4029/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4029/2019

20.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4029/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Rnun və cavabdeh “xxxx” ASC-nin vəkili Pnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli 2(103)-79/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim G.Əsədova) xxx il tarixli 2(006)4895/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov, A.Hüseynov, A.İmanov) xxx il tarixli 2(103)-79/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrəBakı şəhəri Nərimanov rayon Məhkəməsinin xxx il tarixli 2(006)-4895/2018 nömrəli qətnaməsinin qismən, mənəvi zərərin ödənilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılması, cavabdeh “xxxx” ASC-dən İddiaçı xeyrinə mənəvi zərərə görə 1500 mnat məbləğində pulun tutulması, qətnamənin qalan hissədə (maddi zərər və dövlət rüsumu ilə bağlı) dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 19.09.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin ona vurduğu 30000 manat məbləğində maddi və mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı 09.02.2015-ci ildə cavabdehdən 18%-lə 13785 ABŞ dolları məbləğində kredit götürmüş, 12 gün sonra ABŞ dollarının Azərbaycan manatına məzənəsində kəskin artım baş vermiş, iddiaçı krediti Azərbaycan manatı ilə tələb etsə də, bank əməkdaşları ona kreditin ABŞ dolları ilə verildiyini, əgər ABŞ dollarının məzənnəsində artım baş verərsə, bankın onun tərəfində olacağını bildirmişlər. Onun israrına baxmayaraq, kredit ona ABŞ dolları ilə verilmiş, sonradan yenə də ABŞ dollarının məzənnəsində əhəmiyyətli artım baş verdiyindən və iddiaçı aylıq ödəniş etmək imkanı olmadığından ödənişi dayandırmış, bundan sonra bank ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 09.08.2018-ci il tarixdə, səhər saat 09:00 radələrində iddiaçı yaşadığı həyətə düşərkən ona məxsus “Nissan Centra” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yerində görməmiş, dərhal 102 xidmətinə zəng etmiş və məlum olmuşdur ki, bankın əməkdaşları gecə ikən onun avtomobilini həyətdən oğurlamışlar. Halbuki, iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsi vardır və hazırda da davam etməkdədir. Bankın əməkdaşları isə heç bir məhkəmə qərardadı olmadan özbaşınalıq edib avtomobili həyətdən aparmışlar. Bundan əlavə, bank yenə də özbaşınalığı davam etdirərək iddiaçının ölkədən çıxışına məhdudiyyət qoydurmuşdur. Halbuki, iddiaçı İİ qrup əlildir və heç olmasa ildə bir dəfə müayinə məqsədilə ölkə xaricinə getməlidir. İddiaçının avtomobili aparıldıqdan sonra o, icra məmuru ilə əlaqə saxlamış, icra məmuru ona bu hərəkətin qanunazidd olduğunu bildirmişdir. Sonradan isə məlum olmuşdur ki, icra məmurunun təqdimatı əsasında avtomoili üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmu şdur. Halbuki həmin zaman onun işi Azərbaycan Respublikası Ali Məhkəməsində idi. Bundan sonra 14.08.2018-ci ildə məhkəmə qərardadı ləğv edilimiş, bununla belə, icra və probasiya şöbəsində avtomoilini qaytarmaqdan imtina etmişlər. Nəticədə iddiaçı əsəb və stress keçirmiş, üz siniri paralic olmuşdur. Hazırda iddiaçı müalicə almaqdadır. Avtomobili həyətindən oğurlandıqdan sonra iddiaçı keçirdiyi möhkəm stress “Bella” adlı xəstəliyə düçar olmuş, sifətinin bir tərəfi iflic olmuş, ağzı əyilmiş, da bilmə hissə dilinin bire tərəfindən getmiş, baş gicəllənmələr ə qulağında səslər yaranmağa başlamışır. Buna görə o, 6 aydır ki, müalicə alır. Bundan əlavə, iddiaçının avtomobilində sənədləri və bir neçə əşyası qalmışdır. Bunun nəticəsində o, yeni sənəd almaq məcburiyyətində qalmışdır. Avtomobilin istif adəsinin iddiaçının gəlirlərinə də təsiri var idi. Bu aylar ərzində iddiaçı məcburən taksi xidmətindən istifadə etmişdir və bu da onun büdcəsinə böyük təsir etmişdir (həkimlərə, müayinələrə gedəndə taksi xidmətindən istifadə etmişdir). Avtomobilinin olmaması iddiaçını bütün gəlirlərindən uzaqlaşdırmışdır. İddiaçı hesab edir ki, 6 aylıq maaşı (aylıq 600 manat+250-300 manat faizi çıxırdı) orta hesabla 5000 manat edir. Bu aylar ərzində müalicələri 3000 manat təşkil etmiş və 1000 manat digər xərclər (taksi və avtomobilinin olmaması nəticəsində verilən zərər) yaranmışdır. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli 2(103)-79/2019 saylı qətnaməsinin ləğv ediməsi və “xxxx” ASC-nin ona vurduğu 30000 manat məbləğində maddi və mənəvi ziyan pulunun ona verilməs i barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili R kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin vəkili P kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xxxiltarixliqətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edərək, iş üzrəBakı şəhəri Nərimanov rayon Məhkəməsinin xxx il tarixli 2(006)-4895/2018 nömrəli qətnaməsinin qismən, mənəvi zərərin ödənilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılması, cavabdeh “xxxx” ASC-dən İddiaçı xeyrinə mənəvi zərərə görə 1500 mnat məbləğində pulun tutulması, qətnamənin qalan hissədə (maddi zərər və dövlət rüsumu ilə bağlı) dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı bankdan götürdüyü kredit vəsaiti hesabına aldığı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı kredit öhdəliklərini yerinə yetirmədiyi üçün bank ona qarşı məhkəmədə borc tələbinə dair iddia qaldırmış, l akin tələbin avtomobilə yönəldilməsi barədə tələb irəli sürməmişdir. Bununla belə, bank borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, iddianın təmini tədbiri barədə ərizə də vermiş və məhkəmənin 20 oktyabr 2016-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək avtomobilin üzərinə həbs qoyulmuşdur. 19 oktyabr 2017-ci il tarixli qətnamə ilə bankın iddiası qismən təmin edilmiş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsi ilə, kassasiya şikayəti Ali Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərarı ilə təmin olunmamışdır. Buna baxmayaraq, həmin ərəfədə icra məmurunun təqdimatına əsasən, məhkəmənin 30 iyul 2018-ci il tarixli qərardadı ilə hələ qanuni qüvvəsini almamış 19 oktyabr 2017 -ci il tarixli qətnamə əsasında verilmiş icra sənədinin icrasını təmin etmək məqsədilə avtomobilin üzəirən həbs qoyulmuş və qərardad qüvvəyə minməmiş, yəni 09 avqust 2018-ci il tarixdə bankın əməkdaşları avtomobili evakuator vasitəsi ilə özbaşına olaraq iddiaçının yaşadığı evin həyətindən aparmışlar. Bundan xəbər tutan iddiaçı qərardaddan şikayət vermiş və məhkəmənin qərardadından şikayət vermiş və məhkəmənin 14 avqust 2018-ci il tarixli qərardadı ilə 30 iyul 2018-ci il tarixli qərardad ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərardadı ilə isə bankın şikayəti rədd edilmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Hazırda avtomobil bankın saxlancındadır. Maddi zərərlə bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, bank əməkdaşlarının qanunsuz hərəkətləri nət icəsində ona hansı real zərərin dəydiyini iddiaçı sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Mənəvi zərərlə bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, bankın əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi iztirab və sarsıntılara məruz qalması mübahisəsizdir və cavabdeh vurduğu mənəvi ziyana görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Мülki Məcəlləsiniun 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərb aycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nm müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qoh umlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndinə əsasən, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb ed ilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuşhərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirи (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətдə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14 март 2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsınt ı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmяк yükünü daşımır. Bankın əməkdaşlarının qeyri-qanuni hərəkətləri nəticəsində iddiaçının mülkiyyətindəki avtomobilə olan hüquqları (sahiblik və istifadə) məhdudlaşdırılmış, о, həmin avtomobili idarə etmək imkanından məhrum olmuşdur. Apellyasiya kollegiyası bank əməkdaşlarının hərəkətlərinin xarakterini, təhlükəlilik dərəcəsini, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, zərərin qəsdlə yetirildiyini, zərərvuranın (bankın) əmlak vəziyyətini, iddiaçının İİ qrup əlil olmasını, habelə işin sair diqqətəlayiq halları nəzərə alaraq cavabdeh bankdan 1.500 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlmişdir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, apelyasiya baxışı zamanı qəbul edilmiş qətnamədə göstərildiyi kimi iş materiallarında iddiaçı tərəfindən onun maddi zərərə məruz qalması barədə məhkəmələrə sübut təqdim edilməmiş, bu səbəbdən iddiaçıya real maddi zərər vurulmasının müəyyən edilməsi mümkün olmamışdır. Mənəvi zərərlə bağlı dəlillərə gəldikdə isə, apelyasiya instansiyası məhkəməsi iddiaçıya bank əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyan dəyməsini müəyyən etmiş, mənəvi ziyan məbləğini müəyyən edərkən qeyd etmişdir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayəti ilə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusu müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli 2(103)-79/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar