Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4031/2020 02.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Maraqlı şəxs vəkili İsmayılov Ülvi Zahid oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı (maraqlı şəxs: Maraqlı şəxs cəlb edilməklə) “əmlakın qiymətləndirilməsinin nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-432/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsindən Mar aqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-31/2019 saylı, 23 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.N.Qafarova) iddia təmin edilərək,**ndə istifadədə olan 0.0824 ha torpaq sahəsində yerləşən 6 girişli, 704.9 kv.m. ümumi, 419.1 kv.m. əsas, 285.8 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli 6 nömrəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyənləşdirilməsinə dair Cavabdeh MMC-nin 21.02.2014-cü il tarixli, 14-126 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması, **ndə istifadədə olan 0.0824 ha torpaq sahəsində yerləşən 6 girişli, 704.9 kv.m. ümumi, 419.1 kv.m. əsas, 285.8 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli 6 nömrəli qeyri-yaşayış bi nasının ilkin satış qiymətinin hazırkı orta bazar qiymətinə uyğun olaraq 391.000 (üç yüz doxsan bir min) manat müəyyən olunması, **ndə istifadədə olan 0.0824 ha torpaq sahəsində yerləşən 6 girişli, 704.9 kv.m.ümumi, 419.1 kv.m. əsas, 285.8 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli 6 nömrəli qeyri-yaşayış binasının müəyyən olunmuş 391.000 (üç yüz doxsan bir min)manat məbləğində ilkin satış qiyməti əsas götürülməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.09.2013-cü il tarixli, 2(004)-56/2012 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi, İddiaçı ASC tərəfindən ödənilmiş 500 (beş yüz) manat qiymətləndirmə xərcinin və 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə (Bank: İddiaçı ASC, Kod: 506719, VÖEN: **********, SWİFT BİK: AMRAAZ22XXX, M/h AZ89NABZ********************, H/h AZ37AMRA000025129AZN********) ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-432/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-31/2019 saylı, 23 may 2019-cu il tarixli qətnaməsinin onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması və Maraqlı şəxs keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üçün 200 (iki yüz) manatın isə bank hesabı “xxxx” MMC, H/h: № AZ34AZEG********************, VÖEN: **********, Benefisiar alan bank: “xxxx” ASC, Kodu: 505817, VÖEN:**********, Müxbir hesab: AZ75NABZ************* *******, S.W.İ.F.T BİK: hesabına tutularaq ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı (maraqlı şəxs: Maraqlı şəxs cəlb edilməklə) “qiymətləndirmənin nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən 21 fevral 2014-cü il tarixli, 14-126 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 31 avqust 2007-ci il tarixli, 37/SK saylı kredit müqaviləsinə əsasən cavabdehə qaytarılmaq şərti ilə 60 (altmış) ay müddətinə, illik 07 faiz ödəmək şərti ilə 150.000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasının təminat ı kimi vətəndaş Maraqlı şəxs məxsus **ndə istifadədə olan 0.0824 ha torpaq sahəsində yerləşən 6 girişli, 704.9 kv.m. ümumi, 419.1 kv.m. əsas, 285.8 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli 6 nömrəli qeyriyaşayış binası (ticarət mərkəzi) 06 sentyabr 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən və X1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0.08775 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binada yerləşən 46.2 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 65 nömrəli mənzil 14 sentyabr 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən "İddiaçı” ASC-yə girov qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, cavabdeh “xxxx” MMC-dən ümumilikdə 166126 manat məbləğind ə pulun İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın Maraqlı şəxs məxsus **ndə istifadədə olan 0.0824 ha torpaq sahəsində yerləşən 6 girişli, 704.9 kv.m. ümumi, 419.1 kv.m. əsas, 285.8 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli 6 nömrəli qeyri-yaşayış binasına və X1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0.08775 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binada yerləşən 46.2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 65 nömrəli mənzilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilən apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qüvvəyə minərək icraya yönəldilmişdir. İsmayıllı rayon İcra qrupunun 493/2013 s aylı, 05.12.2013-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-56/2012 saylı, 18.09.2013-cü il tarixli icra vərəqinə əsasən Maraqlı şəxs məxsus İsmayıllı şəhəri, H. Əliyev prospektində yerləşən 6 nömrəli qeyri-yaşayış binasının hazırki günə olan qiymətinin müəyyən edilməsi üçün Cavabdeh MMC qiymətləndirmə işini təşkil edərək əmlakı həddindən artıq baha, yəni 564.000 manat qiymətləndirmişdir. Qeyd edilməlidir ki, Cavabdeh MMC qiymətləndirməyə dair hesabatında ilkin qiymətləndirmə zamanı konkret hansı sübutlara əsaslandığı göstərməməklə yanaşı mötəbər olmayan şişirdilmiş qiymətləndirmə aparılması və əmlakın bazar qiymətindən kəskin dərəcədə yüksək olması, qiymətləndirici tərəfindən bir çox məqamların nəzərə alınmaması, qiymətləndirmənin aparılmasının me todlarının seçilməsinin göstərilməməsi, rəsmi alış-satış sənədinə istinad olunmaması həmin əmlakın satılmasını qeyri-mümkün etmişdir. Həmin əmlakın satılmaması İddiaçı ASC-yə olan borcun ödənilməməsi ilə nəticələnmişdir. Odur ki, Cavabdeh MMC tərəfindən 21 fevral 2014-cü il tarixli, 14-126 saylı əmlakın qiymətləndirilməsi etibarsız hesab edilməli, yenidən qiymətləndirmə təşkil olunaraq hazırki günə olan real bazar qiymətləri nəzərə alınmaqla əmlakın üzərinə ağlabatan qiymət qoyulması təmin edilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Maraqlı şəxs həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası mə hkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlı şəxs və vəkili İsmayılov Ülvi Zahid oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Maraqlı şəxs vəkili İs mayılov Ülvi Zahid oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Maraqlı şəxs vəkili İsmayılov Ülvi Zahid oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Maraqlı şəxs kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının q ətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub-olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün m üəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan 21.02.2014-cü il tarixli, 14-126 nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”dan görünür ki, İsmayıllı rayon İcra Qrupunun 493/2013 saylı, 05.12.2013-cü il tarixli sifarişinə əsasən Cavabdeh MMC tərəfindən Maraqlı şəxs məxsus İsmayıllı şəhəri, Heydər Əliyev prospektində yerləşən 6 nömrəli qeyri-yaşayış binasının bazar qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilmiş və sözü gedən fərdi yaşayış evinin bazar qiyməti 564.000 (beş yüz altmış dörd min) manat qiymətləndirilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, cavabdeh “xxx x” MMC-dən ümumilikdə 166126 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın Maraqlı şəxs məxsus **ndə istifadədə olan 0.0824 ha torpaq sahəsində yerləşən 6 girişli, 704.9 kv.m.ümumi, 419.1 kv.m.əsas, 285.8 kv.m.köməkçi sahədən ibarət 1 mərtəbəli 6 nömrəli qeyri yaşayış binasına və X1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0.08775 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binada yerləşən 46.2 kv.m.yaşayış sahəsindən ibarət 3 otaqlı 65 nömrəli mənzilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qüvvəyə minərək icraya yönəldilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış ümumilikdə 166126 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmuş və tutma Maraqlı şəxs məxsus **ndə istifadədə olan 0.0824 ha torpaq sahəsində yerləşən 6 girişli, 704.9 kv.m. ümumi, 419.1 kv.m. əsas, 285.8 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli 6 nömrəli qeyri yaşayış binasına və X1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0.08775 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binada yerləşən 46.2 kv.m.yaşayış sahəsindən ibarət 3 otaqlı 65 nömrəli mənzilə yönəldilmiş, İsmayıllı rayon İcra Qrupunun 493/2013 saylı, 05.12.2013cü il tarixli sifarişinə əsa sən Cavabdeh MMC tərəfindən qeyd olunan fərdi yaşayış evinin bazar qiyməti 564.000 (beş yüz altmış dörd min) manat olaraq qiymətləndirilməklə qiymətləndirmənin nəticələri haqqında Hesabat tərtib edilmişdir. İddiaçı ASC qeyd olunan qiymətləndirmənin nəticələri haqqında hesabat ilə razılaşmayaraq həmin hesabatın ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. “X3” MMC-dən daxil olmuş 11.04.2019-cu il tarixli, 034/19 nömrəli rəyə əsasən **ndə yerləşən 6 saylı qeyri-yaşayış sahəsinin 21.02.2014-ci il tarixə 371.000 (üç yüz yetmiş bir min) və hazırki dövrə isə orta bazar qiyməti 391.000 (üç yüz doxsan bir min) manat olaraq müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2019- cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq eks pertizası keçirilməsi qərara alınmışdır. “xxxx” MMC-nin 19.11.2019-cu il tarixli, № MB 12/988 saylı rəyinə əsasən **ndə yerləşən 6 saylı qeyri-yaşayış sahəsinin 21.02.2014-ci il tarixə olan bazar dəyəri 560.000 manat, 19 noyabr 2019-cu il tarixə olan dəyəri isə 427.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən həmin qeyri-yaşayış sahəsinin qiyməti 391.000 manat müəyyən edilib, “xxxx” MMC-nin 19.11.2019-cu il tarixli rəyində isə 427.000 manat müəyyən edilib ki, həmin əmlaka münasibətdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətin “xxxx” MMC-nin müəyyən etdiyi hazırkı qiymətə münasibətdə faiz nisbətində fərq əhəmiyyətli omadığından və qiymətlər bir-birinə yaxın olduğundan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə əsaslıdır və dəyişdiri lmədən saxlanılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgü n baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-432/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4031/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4031/2020
02.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver