Məhkəmə qərarları › İş №2(102)-4031/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4031/2021

12.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4031/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı (Maraqlı şəxs1 cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyatı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2934/2021 nömrəli iş üzrə 03 mart 202 1-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, məhəllə 592, 43 saylı evin 123 saylı mənzili Bakı şəhəri Oktyabr (hazırkı Yasamal) rayon XDS İK-nin 07 iyul 1990-cı il tarixli orderinə əsasən X5 4 nəfərdən ibarət (özü, arvadı və iki uşaq) ailəsinin istifadəsi üçün verilmişdir. Mənzilin icarədarı X4 arvadı qızı 01 dekabr 2006-cı il tarixdə vəfat etmişdir. 31 iyul 2008-ci il tarixdə mənzil X4 adına özəlləşdirilmişdir. X6 17 mart 2018-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı, Maraqlı şəxs1 cəlb edilməklə mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ilə anası qızı 25 noyabr 1982-ci il tarixdə rəsmi formada nikaha daxil olmuşlar. Valideynlərinin nikahından xx xxxxxx 1984-cü il tarixdə o, yəni X3 və 24 avqust 1986-cı il tarixdə qardaşı Maraqlı şəxs1 doğulmuşdur. O, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində doğulmuş və böyümüşdür. Hal-hazırda da həmin ünvanda qeydiyyatdadır. Anası qızı 01 dekabr 2006-cı il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydə alınmış və AZ-İ N 220659 seriyalı ölüm haqqında şəhadətnamə verilmişd ir. X2 17.03.2018-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydə alınmış və AZ-İ N 941089 seriyalı ölüm haqqında şəhadətnamə verilmişdir. Atası vəfat etdikdən sonra onlar vərəsəlik işi açılması üçün 3 saylı ASAN XİDMƏT mərkəzində yerləşən dövlət notariat kontoruna ərizə ilə müraciət etmişlər. Lakin 3 saylı ASAN XİDMƏT mərkəzində yerləşən dövlət notariat kontorunda miras əmlakın bölgüsü ilə bağlı razılıq olmadığı üçün Yasamal Rayon Məhkəməsinə vərəsələrin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və X2nun adında hər-hansı daşınmaz əmlakın olub-olmaması, həmçinin ünvan 1 ünvanında yerlə şən yaşayış sahəsinin X2nun adına rəsmiləşdirilməsi üçün əsas olmuş sənədlərin təqdim edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən verilmiş 26.10.2018-ci il tarixli, **********64 saylı cavabdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 31.07.2008-ci il tarixdə X2nun adına ilkin qeydiyyatdan keçmiş və halhazırda mülkiyyətindədir. Bundan başqa rəsmiləşdirilməyə əsas olmuş sənədlərin surətlərini yalnız məhkəmə sorğusu əsasında verilməsinin mümkün olduğunu bildirmişlər. Məlumat üçün bildirir ki, o ünvan 2 ünvanında doğulmuşdur, doğulduğu gündən həmin ünvanda yaşamış və hal hazırda da həmin ünvanda qeydiyyatdadır. Lakin qeyd edilən mənzilin atasının adına ilkin qeydiyyata alınmasına heç vaxt razılıq verməmişdir. Bu səbəbdən də həmin mənzilin hansı əsasla atasının adına rəsmiləşdirilməsindən məlumatı yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozaraq ünvan 1 ünvanını 31.07.2008-ci il tarixdə ilkin qeydiyyata alan zaman onun yetkinlik yaşına çatmağını, həmçinin onun razılığının olmamasını nəzərə almamış və qeyd edilən mənzilə dair MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış vermişdir. Qeyd edilənləri nəzərə alaraq, X2nun adına 31.07.2008-ci il tarixdə i lkin qeydiyyata alınmış ünvan 1 ünvanına dair verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 2(005)569/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin özəlləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edildiyindən, iddiaçı tərəfindən mənzilin özəlləşdirilməsi üçün notarial qaydada təsdiq edilmiş razılıq verildiyindən çıxarışın ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə də iddia rədd edilməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kolllegiyasının (hakimlər: Tofiq Səmədov sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 2(103)-431/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində mənzilə dair verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsini xahiş etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, o, əslində mənzilin özəlləşdirilməsinin qanunsuz sayılmasını istəmiş və iddia ərizəsini yalnız həmin mövqedən ə saslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin konkretləşdirilməsini və iddiaçıya həmin ərizəni verməklə arzu etdiyi nəticənin əldə edilməsi üçün prosessual hüquq və vəzifələrini izah etməmiş, görüləcək hərəkətlərin nəticələri barədə onu xəbərdar etməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və eləcə də iddiaçının məhkəmə müdafiəsi hüququnun onun əsl niyyətinə uyğun istiqamətləndirilməsini, mübahisənin düzgün və obyektiv həlli üçün əhəmiyyətini nəzərə alaraq, irəli sürülmüş iddianı, özəlləşdirmənin etibarsız hesab edilməsi kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə istinad edərək göstərmişdir ki, mübahisəli mənzil özəlləşdirilərkən id diaçının buna razılığını bildirən ərizəsi təqdim olunmuş və birinci instansiya məhkəməsi başlıca sübut kimi məhz həmin ərizəyə istinad edərək iddianı rədd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının nəticəsi barədə verilmiş 26 dekabr 2019-cu il tarixli rəylə müəyyən olunmuşdur ki, İddiaçı adından olan 24 iyun 2008-ci il tarixli ərizədəki “imza” qrafasındakı imza və reyestr jurnalında “İddiaçı” yazılarının qarşısındakı imza və “Hacızadə C” yazıları onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olduqda apellyasiya məhkəməsi özəlləşmənin iddiaçının razılığı ilə aparılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticən i əsassız saymış və hesab etmişdir ki, həmin nəticə düzgünlüyü yoxlanılmamış sübuta əsaslandığından, özəlləşmənin qanuni olması barədə məhkəmənin qətnaməsi qanuni sayıla bilməz. Apellyasiya məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə də razılaşmamış və hesab etmişdir ki, iddiaçı 31 iyul 2008-ci il tarixdə aparılmış özəlləşmənin etibarsız sayılması üçün məhkəməyə 2018-ci ildə müraciət etmişdir. İddiaçının bildirdiyinə görə, o, mənzilin özəlləşdirilməsindən Reyestr Xidmətinin 26 oktyabr 2018-ci il tarixli cavab məktubunu aldıqdan sonra xəbər tutduqdan sonra məhkəməyə müraciət etmişdir. İşdən görünür ki, Reyestr Xidmətinin 26 oktyabr 2018-ci il tarixli məktubu ilə mənzilin özəlləşdirilməsi barədə iddiaçının vəkilinə məlumat verilmiş və 2018-ci ilin noyabr ayında iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşin həmin halı isə təsdiq edir ki, iddiaçı qanunda müəyyən olunmuş bir illik müddəti ötürmədən özəlləşmənin etibarsız sayılması barədə məhkəməyə müraciət etmişdir. İddiaçının mənzilin özəllədirilməsindən ondan əvvəl xəbərdar olmasını və müəyyən olunmuş müddəti ötürməsini təsdiq edən sübutlar müəyyən olunmadığından apellyasiya instansiyası məhkəməsi müddətin ötürülməməsi barədə qənaətini iş materiallarına uyğun və əsaslı saymışdır. Həmin qətnamədən narazı qalan üçüncü şəxs qızı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Elşad Şamayev - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva, Aqil Abbasov) 19 oktyabr 2020-ci il ta rixli, 2(102)-4620/2020 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdı ki, apellyasiya instansiyası məhkəməsi iddianın məhkəmə aidiyyətini araşdırmamışdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi özəlləşdirmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış və özəlləşdirmənin aparılmasında iddia olunan qanun pozuntusu həmin orqanın fəaliyyəti ilə əlaqədardır. İddiada yeganə cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi göstərilmişdir. Məhkəmə qeyd etmişdi r ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların mübahisələndirilməsinə dair işlərə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, reyestrdə aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi əqdin (məsələn, alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmış olsun. Hazırkı iddia tələbi mənzilin tam mülkiyyət hüququ üzrə X4 mülkiyyətinə keçməsi ilə əlaqədar sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən mənzilin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinin pozulmaqla özəlləşdirildiyinə, yəni iddiaçının razılığının olmamasına əsaslanmışdır. Bununla belə, həmin pozuntunun hansı hüquq münasibətlərə ə saslanması və nəticə olaraq iddianın məhkəmə aidiyyəti araşdırılmamışdır d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 03 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsaslanaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi özəlləşdirmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış və özəlləşdirmənin aparılmasında iddia olunan qanun pozuntusu həmin orqanın fəaliyyəti ilə əlaqədardır. İddiada yeganə cavabdeh qism ində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların mübahisələndirilməsinə dair işlərə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, reyestrdə aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi əqdin (məsələn, alqısatqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmış olsun. Hazırkı iddia tələbi mənzilin tam mülkiyyət hüququ üzrə X4 mülkiyyətinə keçməsi ilə əlaqədar sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsindən ibarətdir. Məhkəmə qeyd etmişdir ki, qanunverici mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aid olmasını müəyyən edərkən işdə iştirak edən şəxslərin su byektiv tərkibinin, mübahisənin predmetinin və ya hüquq münasibətlərinin xarakterinin nəzərə alınmasını tələb edir. İddiaçının tələbindən müəyyən olunur ki, o, çıxarışın ləğv edilməsini tələb edir. Bu isə o deməkdir ki, iddia tələbi cavabdeh kimi mübahisəli mənzilə dair çıxarışı verən orqan kimi DƏDRX-yə yönəldiyindən və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan olduğundan mübahisəyə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən bu halda iş üzrə icraata xitam verilməlidir. Həmin maddəyə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya in stansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslansırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi mübahisənin məhkəmə aidiyyətini araşdıran zaman düzgün nəticəyə gəlməmişdir. Belə ki, mübahisəli mənzilə dair çıxarış alınan zaman Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hər hansı hərəkətləri ilə qanunvericiliyin tələblərini pozardısa bu zaman mübahisə inzibati məhkəmənin aidiyyətində olardı. Lakin hazırkı mübahisədən görünür ki, mənzilə çıxarış alınan zaman iddaçının adından təqdim edilmiş razılıq ərizəsinin iddiaçının öz iradəsini əks etdirib-etdirm əməsini Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əvvəlcədən bilməsi mümkün olmamış və bu səbəbdən də onun qərəzli hər hansı hərəkəti olmamışdır. Belə olan təqdirdə hesab edirik ki, inzibati məhkəmədə eyni xarakterli iddia tələbinin baxılması mümkün olmayacaqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardad ın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq ed ilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 oktyabr 2012-ci il tarixli Qərarı: “... mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati -Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2012-ci il tarixli Qərarı: “..publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: “...mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında y aranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Re spublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarı: “...Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi darələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulan mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Belə ki, iddiaçının mübah isələndirdiyi çıxarış verilməsinə əsas fiziki şəxslər arasında mülki hüquqi münasibətlərin nəticəsində baş verməmişdir. Həmin çıxarışı verərkən cavabdeh orqan mülki hüququn subyekti kimi deyil, hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqan kimi çıxış etmişdir ki, iddiçının tələbinin faktiki əsasını cavabdeh orqanın qanunsuz hərəkətlərinə yönəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103 )-2934/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar