Məhkəmə qərarları › İş №2(102)-4035/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4035/2022

17.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4035/2022 17.06.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ona vurulmuş maddi zərərin əvəzi kimi 8145 manat, mənəvi zərərin əvəzi kimi 50000 manat olmaqla ümumilikdə 58145 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabd ehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-475/2021 saylı işi üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 7118 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissələrdə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 10 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 90 manat hissəsi müştərək qaydada Cavabdeh1 və Cavabdeh2, 10 manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliy i Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5289/22 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə, Cavabdeh1 İnqilab oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, rayon məhkəməsinin 2(001)-475/2021 saylı işi üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi tutulan məbləğ hissəsində dəyişidirilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 3218 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 İnqilab oğlu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5289/22 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5289/21 sayl ı, 02 fevral 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1-ci maddəsi ilə müəyyən edilmiş formada tərtib edilmədiyindən, “Elektron məhkəmə” informasiya sistemi ilə məyyən edilmiş qaydalara uyğun verilmədiyindən, eyni zamanda dövlət rüsumunun ödənilməsi barədə sənəd kassasiya şikayətinə əlavə edilmədiyindən kassasiya şikayəti qaytarılmalıdır. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5289/22 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsindən təkrar kassasiya şikayəti vermiş, eyni zamanda qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə ilə müraciət etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, işdən görünür ki, cavabbeh sonuncu dəfə kassasiya şikayəti verərkən şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür, bu faktı özü də etiraf edərək prosessual müddətin bərpa olunmasına dair ərizə vermişdir. Lakin apellyasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəsinə münasibət bildirilmədən, qətnamədən verilmiş kassasiya şikayətinə baxılması üçün işi Ali Məhkəməyə göndərilmişdir. MPM-nin 133.2-ci maddəsinə əsasən braxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edə n şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi qətnamədən şikayət verilməsi müddətin bərpasına dair ərizəyə qiymət verməməklə MPM-nin 133.2-ci maddəsinin tələblərini pozmuşdur. MPM-nin 408.1 və 408.1.4-cü maddələrinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. MPM-nin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasi ya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.1, 404-1.2, 408.1, 408.1.4, 405 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5289/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar