Məhkəmə qərarları › İş №2(102)-4036/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4036/2021

06.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4036/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdeh Cavabdeh1 və Cavabdeh2 Oktay qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4036/2021 (Açar sözlər: istifadə hüququnun itirilməsi, tələbin hüquqi əsasının olmaması) Bakı şəhəri, 06 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı X1 vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələb inə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(103)-608/2021 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 34 saylı evin 33 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir.

2. Cavabdehlər Cavabdeh1 iddiaçının keçmiş arvadı, Cavabdeh2 iddiaçının qızıdır.

3. Cavabdeh1 ilə iddiaçının nikahı məhkəmə qətnaməsi ilə pozulub.

4. Cavabdehlərin mənzilə istifdaə hüququ 2005-ci il tarixdə məhkəmə qətnaməsi ilə tanınıb. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X2 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 v ə Cavabdeh2 Oktay qızının onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 34 saylı evin 33 saylı mənzil iddiaçının anasına məxsus olub, Anası 2010-cu ildə vəfat etmiş, həmin mənzil 2014-cü ildə vərəsəlik hüququna əsasən iddiaçının adına keçmişdir.

7. Arvadı həmin mənzilə hələ anasının sağlığında istifadə hüququ alsa da, həmin mənzildə bir gün belə yaşamamışdır. Cavabdeh1 məqsədi həmin mənzilə qeydiyyata düşmək olmuşdur. Cavabdeh1 mənzilə istifadə hüququ aldıqdan sonra bir gün də olsa orada yaşamamış, həmin mənzildə Cavabdeh1 məxsus hər hansı əşya belə yoxdur.

8. Aralarında olan nikah 2005-ci ildə pozulmuşdur. İddiaçı qızı və keçmiş arvadı üçün Zabrat qəsəbəsində ev tikrmişdir. Nikah pozulandan hazırki vaxta qədər qızı və keçmiş arvadı həmin evdə yaşayırlar. Cavabdehlər formal olaraq, iddiaçıya məxsus olan evdə qeydiyyatda qalırlar. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. İddiaçı mənzil üzərində sərəncam verə bilmir və əlavə kommunal ödənişlər edir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13,29, Mənzil Məcəlləsinin 139.1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh1 iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçı onun keçmiş əridir. İddiaçı ilə 1993-cü ildə nikaha girib və qeyd edilən mənzildə yaşayıblar; -2005-ci ildə iddiaçı ilə nikahı pozulub. Uşağını da götürüb atasının Zabrat qəsəbəsindəki evinə gedib orada yaşayıb. Lakin mütəmadi olaraq mübahisəli mənzilə gəlib; - mənzilə məhkəmə qətnaməsinə əsasən qeydiyyata düşüb.

11. Cavabdeh2 da eyni məzmunda iddiya etiraz edib.

12. Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(006)-8750/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Natavan Tağıyeva)

13. Birinci instansiya məhkəməsi iş materiallarındakı sənədlərə əsasən müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 35 saylı evin 33 syalı mənzilinin mülkiyyətçisidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınmışdır.

14. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ yarandığından, onların mənzilə olan hüquqlarının itirilməsinə yanız kompensasiya ödənilməsi şərti ilə yol verilir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 228.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı X2 qətnamədən apellyasiya şikayəti verib.

17. Apelyasiya şikayətinin dəlilləri: - cavabdehlər 15 ildən artıq müddətdir ki, bu mənzildə yaşamadıqları halda əsassız olaraq pasport qeydiyyatında olmuşlar;

18. İşin apellyasiya baxışında müəyyən edilir ki, hazırki işə apellyasiya qaydasında baxılana kimi bu iş üzrə cavabdehlərin mübahisəli mənzilə köçürülmələri barədə iddiaları olub, həmin iddia təmin edilib və Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 oktyabr 20 20-ci il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanıb.

19. İddiaçı apellyasiya şikayətinə əlavə verib, cavabdehlərin mənzildən istifadə hüquqlarına 3000 manat kompensasiya müqabilində xitam verilməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(103)-608/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-8750/2017 saylı 15 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyalə Cəmilova (sədrlik edən və məruzəçi), Vidadi Məmmədov, Natiq Cəfərov)

21. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşıb qeyd edib ki, hazırki iş üzrə cavabehlərin mübahisəli mənzilə ist ifadə hüququna kompensasiya verilmədən xitam verilməsi yolverilməzdir. Çünki tərəflər arasında hüquq münasibətləri 01.09.2000-ci il tarixdən sonra yaranmışdır. Buna görə də mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq olunmalıdır. Həmin maddəyə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi müvafiq kompensasiya verməsi yolu ilə həyata keçirilə bilər.

22. Apellyasiya baxışı zamanı iddiaçının apellyasiya şikayətinə əlavə ərizəsində cavabdehlərin istifadə hüququna 3000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi barədə dəlilini apellyasiya məhkəməsi qəbul etməmiş və həmin dəlili qəbul etməməsini belə əsaslandırmışdır ki, iddiaçının bu təklifi apellyasiya qaydasında işə baxılarkən verildiyi üçün yeni tələb olaraq ona baxılması icraatın bu mər hələsində yolverilməzdir. Belə ki, hazırki işdə iddiaçı ilk dəfə iddia ilə məhkəməyə müraciət edərkən cavabdehlərin (keçmiş arvadı və qızının) mənzildən istifadə hüquqlarının kompensasiya verilmədən itirilməsini tələb etmişdi və birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərə hər hansı kompensasiya məbləği təklif etməmişdi. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının müvafiq tələbinə münasibətdə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdi.

23. Apellyasiya məhkəməsi iddiaçıya izah edib ki, onun cavabdehlərə qarşı mübahisəli mənzilə istifadə hüquqlarına kompensasiya təklif etməklə xitam verilməsi ilə bağlı ayrıca iddia qaldırmaq hüququ vardır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı oğlu kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri: - 3000 manat kompensasiya ödənilməklə cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə apellyasiya baxışında verdiyi ərizənin yeni tələb kimi qiymətləndirilməsi düz olmayıb. İddianın mahiyyətindən də görünür ki, tələb eynidir, sadəcə olaraq, ikinci ərizədə tələbin hüquqi əsası dəyişib; - həmçinin apellyasiya məhkəməsi köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərini pozub. Həmin normaya görə ailə üzvü üzrsüz səbəbdən daimi yaşayış yerini 6 aydan artıq müddətə tərk edərsə, yaşayış sahəsinə hüququnu itirir. Cavabdehlər isə 15 ildən artıqdır ki mübahisəli mənzildə yaşamırlar. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlill əri

26. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında X1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

28. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətin də qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

33. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

34. İddiaçı cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş edib. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları 2005-ci ildə məhkəmə qətnaməsi ilə tanınıb və həmin qətnamə əsasında cavabdehlərin mənzilə köçürülmə tələbi də təmin edilib.

35. İddiaçı cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi müqabilində onlara kompensasiya təklif etməyib. Hüquq münasibətlərinin yarandığı zaman tətbiq edilən Mülki Məcəllənin 228.2-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən baza r qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

36. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş halları tətbiq edilən Mülki Məcəllənin yuxarıda qeyd edilən normasının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etdiyi üçün apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

37. Məhkəmə kollegiyası 3000 manat kompensasiya ödənilməklə cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə əlavə ərizənin yeni tələb olmaması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Əvvəla, apellyasiya məhkəməsi qeyd edilən ərizəni yeni tələb kimi düzgün qiymətləndirib. İddiaçı hər iki tələbin (kompensasiya verilmədən və ya kompensasiya verilməklə) mahiyyətcə eyni olmasını desə də, məhkəmə kollegiyası bunu qəbulu etmir. Belə ki, hər bir hal üzrə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi ayrı-ayrı əsaslara söykənir. İddiaçı əvvəlcədən kompensasiya təklif etməklə eyni iddianı verib, apellyasiya məhkəməsində kopmpensasiyanın məbləğini artırmış olsa idi, bu, eyni tələb sayıla bilərdi. Hazırki işdə isə iddiaçı birinci instansiya məhkəməsində təklif etmədiyi kompensasiya ödənilməsini apellyasiya baxışında irəli sürməklə, faktiki olaraq yeni tələb vermişdir ki, bu da qanunveciliyə görə istisna edilir. Yeni tələb kimi irəli apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

38. Apellyasiya məhkəməsi tərəfindən köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə tərəflər arasında hüquq münasibətləri 2005-ci ildə yarandığı üçün köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməməsi işin hallarına uyğun olub. 39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

40. Qətnamədən də görünü r ki, apellyasiya məhkəməsi Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına istinad etməklə hazırki işə Mülki Məcəllənin 228.2ci maddəsinin tətbiq edilməsini mümkün hesab etmişdir.

41. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2(103)-608/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar