Məhkəmə qərarları › İş №2(102)-4037/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4037/2020

18.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4037/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X4 oğlu, cavabdehin vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006) 1867/2019 saylı qətnaməsi ilə (hakim R.Səmədov ) iddia təmin olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 135, mənzil 5 A ünvanında yerləşən, ümumi sahəsi 21 kv.m olan evin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin paylara uyğun olaraq 2/5 hissədə İddiaçı və 3/5 hissədə Cavabdeh arasında bölüşdürülməsi, Şabran rayonu, XX kəndində yerləşən 1,9167 ha torpaq sahəsinin paylara uyğun olaraq 2/5 hissədə İddiaçı və 3/5 hissədə Cavabdeh payının naturada bölünərək (ekspert rəyinə əlavə olunmuş plan sxemdə göstərildiyi kimi – S=11500,2 kv.m 3/5 hissə, S=7666,8 kv.m 2/5 hissə) müəyyən edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən, məruzəçi), Z.Əliyev və F.Talışinski, 2(103)-14561/2019 saylı mülki iş) hazırki iş üzrə Bak ı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1867/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, X ünvanında yerləşən, ümumi sahəsi 21 kv.m olan evdən və Şabran rayonu, XX kəndində yerləşən 1,9167 ha torpaq sahəsindən Cavabdeh payının 3/5 hissədə, İddiaçı payının isə 2/5 hissədə naturada ayrılması, mənzilin və torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığı təqdirdə mənzilin və torpaq sahəsinin açıq hərrac vasitəsi ilə satılaraq satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri-Cavabdeh və İddiaçı arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şika yətinin dəlilləri: İddiaçı apelyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyinin natamam olmasına baxmayaraq, hər iki instansiya məhkəməsi iddia tələbinə münasibətdə yalnız mübahisəli rəy əsasında qətnamə qəbul etmişdir. Mütəxəssis rəydə hər iki payın gediş-gəliş yolu və suvarma arxının təmin olunması qeyd edilsə də, məhkəmə bu rəyi sübüt olaraq qəbul etməyib rədd etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X4 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materialların da olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə qətnaməsi qismən – yəni Şabran rayonu, XX kəndində yerləşən 1,9167 ha torpaq sahəsi ilə bağlı hissəsində mübahisələndirilir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin xx xxxxxxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaları, birgə nikahdan bir yetkinlik yaşına çatmamış uşaqlarının olması, nikahlarının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə pozulması, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, X, həmçinin Şabran rayonu, XX kəndində yerləşən 1,9167 ha torpaq sahəsi üzərində Cavabdeh payının 3/5 hissədə, İddiaçı payının i sə 2/5 hissədə müəyyən olunması, qeyd edilən paylara uyğun tərəflərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin mübahisə olunmayan hallarıdır. Birinci instansiya məhkəməsi daşınmaz əmlakın naturada, tərəflərin payların uyğun bölünməsinin mümkünlüyü barədə müvafiq ekspertiza təyin etmişdir və ekspertiza rəyinə əsasən - Şabran rayonu, XX kəndində yerləşən 1,9167 ha torpaq sahəsini mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada bölünməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bərabər bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata ke çirilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspertiza rəyindən görünür ki, qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli torpaq sahəsi tərəflərin payına uyğun naturada bölünmüşdür (bölgü qaydası rəyə əlavə olunmuş sxemdədir). İddiaçı apelyasiya şikayətinə xx.xx.2019-cu il tarixli Hüquq və Torpaq Məsələləri MMC-nin 94 nömrəli mütəxəssis rəyini əlavə edib, bölünmənin mütəxəssis rəyində göstərilən qaydada aparılmalı olmasını göstərsə də, tələblərini əsaslandıra və sübüt edə bilməmişdir. Rəy yalnız «Google Yer» proqramının ortofoto görüntülərinə və Şabran rayonu XX kəndinin pay torpaqlarının bölgü layihəsinə əsasən tərtib olunmuşdur. Apelyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, torpaq sahəsinin eks pertiza rəyində göstərilən qaydada tərəflərin payına uyğun olaraq naturada bölünməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar