Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-404/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-404/22 (Açar sözlər: mülkiyyətdə pay hüquqlarına kompensasiya müqabilində xitam verilməsi, payın cavabdehlər üçün cüzi olmaması) Bakı şəhəri, 21 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə mülkiyyətdə pay hüquqlarına xitam ver ilməsi” tələbinə dair mülki üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2146/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinə 21 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1. ünvan 2 fərdi evdə X1, Cavabdeh2 və Cavabdeh3 hər birinin birinin 1/15 hissədə, İddiaçı 12/15 hissədə mülkiyyət hüquqi ilə payları vardır.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.09.2017-ci il tarixli 2(044)2583/2017 saylı qətnaməsi ilə mülkün tərəflərin paylarına müvafiq hissə ilə 5 yerə real olaraq bölünməsi tələbi təmin edilməmişdir.
3. Tərəflər arasında mülkiyyətin ayrılması ilə bağlı mübahisə vardır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsus olan evdən cavabdehlərin payının cüzi olması səbəbindən onların payının real olaraq ayrılması mümkün olması üçün onların payının onun tərəfindən pul ilə kompensasiya edilməklə cavabdehlərin ümumi əmlakda payının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, ünvan 1 ünvandakı mülk paylı mülkiyyət hüququ ilə iddiaçıya və cavabdehlərə məxsusdur. Cavabdehlərin hər birinin mülkdə payı 1/15, iddiaçının payı isə 12/15-dir və mülkdə real bölgü aparmaqla bağlı iddia məhkəmə qətnaməsi ilə real bölgünün mümkün olmaması səbəbindən təmin edilməmişdir.
6. Mülkdə cavabdehlərin payı çox cüzidir, mülkdə real bölgünün aparılması da mümkün deyildir, ona görə də məhkəmə qaydası ilə cavabdehlərin razılığı olmadan onların payı iddiaçı tərəfindən pul ilə kompensasiya edilməklə onların payına xitam verilməlidir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad etmişdir.
8. Cavabdeh1 məhkəmə iclasında bildirib ki, iddiaçı, onun qardaşları, bacısı tərəfindən həmişə ailəsinin hüquqları pozulmuş və hazırda da davam etməkdədir. Onun məhkəmə qətnaməsi əsasında gəlin gəldiyi və uşaqlarının doğulduğu ünvan 1 ünvanda yerləşən evdə məhkəmə qətnaməsinə əsasən payları müəyyən edilmişdir. İddiaçının özbaşınalıqları sərhəd tanımır, ailəsinə məxsus evdə olan paylarını əllərindən almaq istəyir. Hazırda ona ev lazımdır, başqa ya şayış yeri yoxdur. İddiaçı ona bir otaqlı ev alıb verərsə və ya ona veriləcək pul məbləği onun ev ala bilməsinə yetərli olarsa, razı olardı.
9. Birinci instansiya məhkəməsində Cavabdeh1 ərizə ilə müraciət edərək evin qiymətləndirilməsi barədə ekspertizanın keçirilməsini xahiş edib.
10. Birinci instansiya məhkəməsi 07 sentyabr 2020-ci il tarixli qərardadı ilə mübahisədə adı keçən real bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə ekspertizası təyin etmişdir. 11. "xxxx" MMC-nin 23.11.2020-ci il tarixli ƏQ-115/2020- saylı hesabatına əsasən ünvan 2 ünvanda yerləşən, 0.02462 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 155.4 kv.mdən ibarət, bir mərtəbəli fərdi yaşayış evinin 23.11.2020-ci il tarixə (likvid dəyəri - 55000 manat) bazar dəyəri 65000 manat təşkil edir.
12. İddiaçı evi n 65000 manat məbləğində qiymətləndirilməsinə istinad edib cavabdehlərə 13000 manat təklif etmişdir.
13. Cavabdeh1 iddiaçının ona təklif etdiyi 13000 manata hazırkı halda heç nə edə bilməyəcəyini göstərib, həmin məbləğlə razı olmadığını bildirmişdir.
14. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(051)-044/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Gündüz Şirinov)
15. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən qeyd edib ki, paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb etmək hüququ olsa da, payın ayrılmasının Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmiş qaydalara uyğun həyata keçirilməsi konkret olaraq təsbit edilmişdir.
16. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçının 13000 manat kompensasiya tələbin i irəli sürməsi Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnun məhdudlaşdırılması ilə mütənasib deyildir. ünvan 2 ünvanda yerləşən evin 65000 manat qiymətləndirilməsinə baxmayaraq iddiaçı tərəfindən cavabdehlərə 13000 manat kompensasiya təklif edilmişdir ki, həmin kompensasiya cavabdeh tərəfindən qəbul edilməmişdir.
17. Birinci instansiya məhkəməsi göstərib ki, iddiaçı tərəfindən təklif edilmiş kompensasiyadan artıq pul məbləği təklif edilmədiyindən, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən etməmişdir. Bundan başqa iddiaçı tərəfindən mübahisəli evin açıq hərracdan satılmasına dair tələb də irəli sürülməmişdir. Qanunun tələbinə əsasən belə bir tələb irəli sürülsə də belə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrind ə nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur.
18. Birinci instansiya məhkəməsinin mövqeyin görə ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı.
19. Birinci instansiya məhkəməsi öz qətnaməsini Mülki Məcəllənin 220.1, 220.2, 220.3-220.6-cı maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220. 6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə qətnaməsi əsassızdır; - məhkəmə iddianı rədd edərkən obyektiv həqiqəti kənara qoyaraq iddiaçının təqdim etdiyi sübutları qiymətləndirməmiş, bununla da MPM-in tələblərini kobud surətdə pozmuşdur; - iddiaçının Mülki Məcəllənin 220.4-cü maddəsi ilə nəzərdə tutulmuş hüququ da pozulmuşdur. Cavabdehlərin həmin mülkdə olan payları cüzidir. Onların payının real surətdə bölünməsi mümkün deyil, ümumi əmlakdan istifadə olunmasında cavabdehlərin mühüm mənafeyi yoxdur. Belə olan halda iddianın rədd edilməsi qətnamənin əsassız olmasını bir daha təsdiq edir.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2146/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-140/2021 saylı, 01 mart 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Şamil Rzaquliyev)
22. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşıraq qeyd edib ki, işin apellyasiya baxışı zamanı da cavabdeh tərəfə təklif olunan kompensasiyanın məbləği barədə tərəflər razılığa gələ bilməmişlər. Həmçinin iş materiallarına əsasən cavabdeh tərəf mübahis əli evdən yaşayış sahəsi kimi istifadə edir. Belə halda onun ümumi əmlakdakı payı əhəmiyyət kəsb edən paydır ki, həmin payın əvəzində cavabdehə kompensasiya verilməklə onun ümumi paylı mülkiyyətdəki iştirakçılığına xitam verilməsi yolverilməzdir.
23. Apellyasiya instansiyası əlavə olaraq Mülki Məcəllənin 152.1, 213.1, 213.2 və 215.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayətində işin faktiki hallarına, təqdim edilmiş sübutlarla iddia tələbinin təsdiq edilməsinə baxmaya raq, apellyasiya məhkəməsinin əsassız qətnamə çıxarmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə arad an qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, a raşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
31. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
32. İddia tələbi ümumi paylı mülkiyyətdə ol an əmlakda payları olan şəxslərə kompensasiya verilməklə, onların mülkiyyət hüquqlarına xitam verilməsi barədədir. İddiaçı cavabdehlərin hər birinin əmlakda 1/15 payının olmasını göstərərək, bu payın cüzi olmasına istinad etmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan təqdirdə, iddia tələbi o halda təmin edilə bilər ki, mülkiyyətçinin payı cüzi olsun, real surətdə ayrıla bilməsin və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmasın. (Mülki Məcəllə, 220.4)
34. Qanun analoji iddiaların təmin edilməsinin meyarı kimi bu üç şərtin məcmu halında mövcud olmasını müəyyən etmişdir. Bu şərtlərdən hər hansı birinin olmaması belə iddianın təmin edilməsini istisna edir.
35. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə cavabdeh tərəf mübahisəli evdən yaşa yış sahəsi kimi istifadə etdiyindən, onun ümumi əmlakdakı payı əhəmiyyət kəsb edən paydır.
36. Göründüyü kimi, iddianın təmin edilməsi şərtlərindən ən azı biri hazırki işdə müəyyən edilməyib. Bu baxımdan, iddianın təmin edilməməsi barədə gəlinən nəticə də düzgün olmuşdur.
37. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayətləri təmin ed ilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2146/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.