Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-404/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliyi pozulduğuna görə maddi və mənəvi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1338/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M1642 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən MMC Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7-də, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında MMC-yə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerin ə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 500 manat olmaqla, müqavilənin qiyməti cəmi 30250 manat müəyyən edilmişdir. Alıcı 30250 manat pulu satıcıya ödəmişdir.
2. AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M1643 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən MMC Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bu nun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndindən əsasən bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 500 manat olmaqla, müqavilənin qiyməti cəmi 30650 manat müəyyən edilmişdir.
3. AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M1644 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən, MMC Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 1 mərtəbə 15, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsin dən hesablanmaqla) 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 600 manat olmaqla, müqavilənin qiyməti cəmi 18720 manat müəyyən edilmişdir. Alıcı müqavilə qiymətindən 4890 manatı ödəmiş, geri qalan 13830 manatlıq məbləği 24 ay müddətinə ödəniş etməyi və kredit məbləğinin 1%-i məbləğində komisyon xərcini müqavilə bağlandığı gün ödəməyi qəbul etmişdir.
4. MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, mənzillər iddiaçıya təhvil verilməmişdir. Buna görə iddiaçı mənzillərin ona təhvil verilməsi və zərərin ödənilməsi barədə iddia ilə məhkəm əyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(012)-3467/2021 saylı qətnaməsi ilə xx.xx.2017-ci il tarixli M-1642 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil və xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və həmin müqavilələrin 2.2.4-cü bəndində göstərilən vəzifələrin icra edilməsi, qaz, su, elektrik təchizatının təmin edilməsi, binada yaşayış üçün zərurəti olan bütün şəraitin yaradılması, mənzillərin İddiaçı təhvil verilməsi, həmin mənzillərdə təmir işlərinə başlamağa icazə verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-park” yaşayış massivində yerləşən 29 saylı küçədə, 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60.5 kv.m. olan 70 saylı və eyni ünvanda ümumi sahəsi 61.3 kv. m. olan 71 saylı mənzillərin, o cümlədən 29 saylı küçədə, 1 saylı binanın 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 31.2 kv.m. olan 123 saylı mənzillərlə bağlı bağlanmış xx.xx.2017-ci il tarixli, M-1642, M-1643 və M-1644 saylı müqavilələr üzrə öhdəliklərini icra etmədiyinə görə 54000 (əlli dörd min) manat maddi ziyan və 20000 (iyirmi min) manat mənəvi ziyan olmaqla, cəmi 74000 manat və dövlət rüsumu olaraq ödənilmiş 312 manatın cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli, M-1642, M-1643 və M-1644 saylı mənzil alğı-satqısına dair müqavilələr imzalanmışdır. xx.xx.2017-ci il tarixli, M-1642 və M1643 saylı müqavilələr üzrə 29 saylı küçədə, 2 sayl ı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60.5 kv.m. olan 70 saylı və ümumi sahəsi 61.3 kv.m. olan 71 saylı mənzillərin dəyəri onun tərəfindən tam, M-1644 saylı müqavilə üzrə 29 saylı küçədə, 1 saylı binanın 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 31.2 kv.m. olan 123 saylı mənzil isə kredit şəklində alınmış və ümumi dəyəri olan 18720 manat məbləğdən 15490 manat iddiaçı tərəfindən ödənilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə şərtlərini kobud şəkildə pozaraq 2017-ci il tarixdən bugünə kimi iddiaçıya məxsus olan mənzillər ona təhvil verilməmişdir. Məhkəmənin qətnaməsində 70, 71 və 123 nömrəli mənzillərin ona təhvil verilməsi və həmin müqavilələrin 2.2.4-cü bəndində göstərilən vəzifələrin icra edilməsi, qaz, su, elektrik təchizatının təmin edilməsi, binada yaşayış üçün zərurəti olan bütün şəraitin yaradılması, həmin mənzillərdə təmir işlərinə başlamağa icazə verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nə həvalə edilməsi qət edilmişdir. Lakin məhkəmə qətnaməsini bu şirkətə icra etdirə biləcək bir qurum yoxdur. Sanki Azərbaycan Respublikasının qanunları bu şirkət üçün keçərli deyil. İddiaçı əziyyət çəkərək çətin iş rejimində min bir əziyyətlə qazandığı vəsaiti bu şirkətə yatırım edib mənzil almışdır. Bu mənzilləri alanda onun da müəyyən hədəf və istəkləri var idi. Lakin mənzilləri aldığından bəri 7 ildən artıq vaxt keçməsinə baxmayaraq öhdəliklər icra olunmur. İddiaçı 2014-cü ildə AAAF İnşaat MMC-dən mənzil alsa da 8 ildir həmin mənzillərin faydasını deyil, zərərini görür. Bu illər ərzində maddi və mənəvi zərəri olmuşdur. 8 il əvvəl mənzi l almış biri olaraq, hələ də mənzilə köçə bilməməsi səbəbindən kifayət qədər maliyyə itkisi ilə üzləşmişdir. Mənzillərin ağlabatan müddətə təhvil verilməli olduğu vaxtdan 5 il gecikdirildiyi üçün, ona ümumilikdə 54000 manat maddi ziyan, eyni zamanda ona qarşı törədilən qanunsuz hərəkətin müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirmələri olmuşdur ki, bununla da sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Bu səbədən də mənəvi zərərə görə 20000 manat məbləğdə pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
7. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin rədd edilməsini xahiş edərək izahatında göstərmişdir ki, qeyd olunan məhkəmə qətnaməsində mənzillərin təhvil verilməsi ilə bağlı qeyd olunmamışdır. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhd əlikləri icra etməkdən yayınmır. Ölkədə baş vermiş pandemiya ilə əlaqədar bir çox yerlərdə olan məhdudlaşdırma "xxxx" MMC-də də olmuşdur. Odur ki, mənzillərin təhvil verilməsi ləngimişdir. İddia tələbinin maddi ziyan ilə bağlı hissəsinə münasibətdə isə başqa bir mülki işdə məhkəmə qətnaməsinə əsasən iddiaçının əldən çıxmış fayda kimi cavabdehdən tələb etdiyi 10800 manat təmin edilməmişdir. İddianın mənəvi ziyan hissəsinə dair iddaiçı tərəfindən sübutlar təqdim olunmadığından təmin edilməməsini xahiş etmişdir. 8. "xxxx" MMC məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, xx.xx.2017-ci il tarixli M-1644 nömrəli alğı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prosp.167, AAAF Park yaşayış massivi, 29 saylı küçə, 123 nömrəli mənzilin yerləşdiyi (mərtəbə 15) 1 nömrəli yaşayış binasının dəmir-beton işləri yekunlaşmış, dam vurulmuş, küçə tərəfdən fasad divarları hörülmüş, suvanıb, rənglənib, bina daxilində 12-ci mərtəbəyə qədər mənzillər bölünüb, arakəsmə divarlar hörülüb və suvanıb, mənzillərin pəncərələrinin quraşdırılması işləri davam edir, digər işlər davam etdirilir. xx.xx.2017-ci il tarixli M-1642 nömrəli və xx.xx.2017-ci il tarixli M-1643 nömrəli alğısatqı müqavilələri üzrə 70 və 71 nömrəli mənzillərin yerləşdiyi (mərtəbə 7) 2 nömrəli yaşayış binasının dəmir-beton işləri yekunlaşmış, dam vurulmuş, küçə tərəfdən fasad divarları hörülmüş, suvanıb, rənglənmə-boyaq işləri davam etdirilir, mənzillərin arakəsmə divarların hörülməsi-bölünmə işləri davam etdirilir, mənzillərin pəncərələrinin quraşdırılması işləri davam edir, digər iş lər davam etdirilir.
9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e2(012)-923/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 3000 manat mənəvi zərərə və 200 manat dövlət rüsumuna görə ödənilmiş pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsində iddiaçı cavabdehin öhdəliyini icra etmədiyindən 54000 manat maddi ziyan dəydiyini bildirsə də, maddi ziyanın nədən ibarət olması barədə iddianı əsaslandırmamış, formal olaraq Mülki Məcəllənin 442, 443-cü maddələrinin dəymiş zərərlə bağlı ümumi müddəalarını sadalamaqla kifayətlənmişdir. Eyni zamanda Abşeron Rayon Mə hkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3467/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli M-1642 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7-də 70 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7-də 71 nömrəli mənzil və xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15-də 123 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsa da, ötən müddət ərzində bu vəzifə hələ də icra edilməmişdir. Tərərflər arasında bağlanan müqavilədə icra müddəti göstərilməsə də, icra müddəti ağlabatan müddət üçün 3-4 il götürmək olar. Tərəflər arasında bağlanan müqavilənin şərtlərini cavabdeh tərəf tam olaraq vaxtında icra etmədiyindən onun bu hərəkəti ilə iddiaçıya mənəvi zərər dəyməsi mümkündür. Məhkəmə mənəvi zərərin məbləğini müəyyənləşdirərkən tərəflərin hər ikisinin mənafeyini, işin faktiki hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 3000 manat müəyyən edilməsini ağlabatan məbləğ hesab etmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752, 762, 767, 770-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mənzil 7 ildən artıqdır ki, təhvil verilmir. Məhkəmə qeyd edir ki, maddi ziyanın vurulmasına dair sübutlar əlavə edilməmişdir. Tərəflər arasında müqavilə bağlanmasına və mənzilin verilməsinə dair öhdəlik müəyyən olunduğu halda, öhdəlik icra edilməmişdir. Pozuntu artıq mövcuddur. Məhkəmə öz qətnaməsində delikt olduğunu təsdiq etsə də, 100000 manat dəyərində mənzilə görə 3000 manat mənəvi zərər təmin etmişdir. M ənzilləri aldığından bəri 7 ildən artıq vaxt keçməsinə baxmayaraq, öhdəliklər icra olunmur. Burada əgər müqavilə üzrə öhdəliyi o icra etməmiş olsaydı, onun barəsində kifayət qədər tədbir görülüb, şirkətin pulunu ödəməyə məcbur buraxılacaqdı.
14. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmuş hissədə də rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tələbi araşdıran zaman tərəflər arasında xx.xx.2017-ci il tarixli M-1642 saylı, M-1643 saylı, M1644 saylı müqavilələr üzrə razılaşdırılmış müqavilə şərtlərini (fors-major hallarını) tam nəzərə almamışdır. Eyni zamanda, mülki iş üzrə tədqiq edilməmiş və əsası olmayan sübutları qiymətləndirmişdir. Halbuki idd iaçı iddia tələbi üzrə ehtimal etdiyi, dəymiş maddi və mənəvi ziyanın sübutunu təqdim edə bilməmişdir. Həmçinin tərəflər arasında mübahisə üzrə münasibətlərə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil Mubariz oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mənəvi ziyanın məbləğinin 3000 manat qiymətləndirilməsi barədə yanaşmanı düzgün hesab etmir. Qanunvericilikdə zərərin anlayışında qeyd edilir ki, bu zaman qazanıla biləcək məbləğ də nəzərə alınmalıdır. 3 mənzilə görə yüz minlərlə manat pul vəsaiti ödənimişdir. Müqavilə 2013-cü ildə bağlanılıb. Sonradan iddiaçının evi başqa şəxsə verildiyinə görə 2015-ci ildə ikinci müqavilə bağlanılıb və onlar hesablamanı həmin tarixdən aparır. 8 ildir ki, iddiaçı cavabdehin ödədiyi məbləğdən dövriyyədə faydalanır, əgər iddiaçı həmin məbləği təkcə bank hesabında saxlamış olsa idi, xeyli miqdarda gəlir əldə edə bilərdi. Məhkəmə isə MTK-ların maddi vəziyyətinin ağır olduğu mövqeyindən çıxış edir, hüquq pozuntusunu tanısa da dolayısıyla pozuntu cavabdehə heç bir məhdudiyyət tətbiq olunmadan açıq qalır. Hər mənzilə münasibətdə iddiaçıya 1000 manat mənəvi ziyanın əvəzinin ödənilməsi absurddur. Deməli müqavilə münasibətlərinin heç bir qüvvəsi yoxdur və zərərə ümumiyyətlə düz anlayış verilməyib.
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, müqavilələr 2014 və 2017-ci il tarixli müqavilələrdir. Qeyd olunan mənzillərdən birinin yerləşdiyi bina hazırdır. İddiaçının bu barədə məlumatı var. Binada tikinti işləri tamamilə yekunlaşdırılıb. Təkcə kommunikasiya xətlərinin çəkilməsi qalıb. Həmin ev üzrə iddiaçının qismən ödənişi qalıb. İkinci mənzil üzrə beton və kərpic işləri yekunlaşıb. Arakəsmələr və komunikasiya işləri görülür. Binalardan birinin bu ay təmirə buraxılması planlaşdırılır. Tələbin maddi ziyan hissəsi təkrardır, həmin işə baxılıb. 3000 manat mənəvi ziyana gəldikdə isə tərəf ona dəyən mənəvi ziyanı sübut edə bilməyib. İddiaçı mənzillərin satılması üçün təşkilata müraciət etmişdi. Təşkilat mənzili sata bilmədi və bu mübahisə ortaya çıxdı. Öhdəliyin icrasından boyun qaçırmırlar. Öhdəliklərin icrası təşkialtdan asılı olmayan səbəblərdən dayanmışdı.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra– apellyasiya instansiyası məhkəməsi) 2(105)-1338/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Mahmudov və S.Qafari) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-923/2023 saylı qətnaməsi qismən, cavabdeh "xxxx" MMC-dən 3000 manat mənəvi zərərə və 200 manat dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissələrdə də təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya şikayəti isə təmin edilməmişdir.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tə ləbin maddi ziyana dair hissəsində iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin öhdliyini icra etmədiyindən 54000 manat maddi ziyan dəydiyini bildirsə də maddi ziyanın nədən ibarət olması barədə iddianı əsaslandırmamış, formal olaraq MM-nin 442,443-cü maddələrinin dəymiş zərərlə bağlı ümumi müddəalarını sadalamaqla kifayətlənmişdir.
20. Eyni zamanda məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(012)-3467/2021 saylı qətnaməsinə istinad edərək bildirmişdir ki, mənzilin təhvil verilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamənin icra edilməməsi ilə iddiaçıya 54000 manat zərər dəyməsini bildirsə də, həmin məbləğin necə, hansı hesablama əsasında yaranmasını təsdiq edəcək sübutla r təqdim etməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin tələbin mənəvi zərərə görə 3000 manat və 200 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə gəldiyi nəticəni əsaslı hesab etməyərək bildirmişdir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hər əkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunma lıdır. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. 22. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbayc an Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
23. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsın tı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
24. Qanunvericliyin tələbinə görə iddiaçı ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi ə həmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.
25. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bu əsasla da məhkəmə tərkibi hesab etmişdir ki, iddia tələbi mənəvi ziyan tələbi hissəsində əsassızdır və təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1338/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən işin hallarını düzgün araşdırmamış, maddi və prosessual normalarının düzgün tətbiq edilməməsi nəticəsində ədalət mühakiməsini düzgün aparmamış və yekunda ədalətsiz qətnamə qəbul etmişdir. 2017-ci ildə mənzil almasından 6 ildən artıq vaxt keçməsinə baxmayaraq mənzillər hələ də ona təhvil verilməmişdir. Məhkəmə qətnamədə maddi və mənəvi zərərlərin nədən ibarət olmasının sübuta yetirilmədiyini əsas gətirərək iddia tələbini rədd etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya məxsus mənzillərin təhvil verilməməsinə hüquqi qiymət verilməmişdir.
27. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra edilməməsi nəticəsində tərəfl ər birbirinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldə çıxmış çıxmış gəlirlərinin əvəzi) görə mülki hüquqi məsuliyyət daşıyırlar. Müqavilə üzrə müqavilə şərtlərinin pozulması ilə bağlı mülki qaydada məsuliyyət qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gə lirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
32. Maddə 385.1. Öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
34. Madd ə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür;
35. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir;
36. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. (...) Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır;
37. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun;
38. Maddə 767.1. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır;
39. Maddə
770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir.
41. Maddə 1097.1. Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.
2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsi qismən - cavabdeh "xxxx" MMC-dən 3000 manat mənəvi zərərə və 200 manat dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinin ləğv edilməsi, həmin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməli, mənəvi zərərin ödənilməsi tələbi üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, öhdəliyin pozulmasına görə vurulmuş mənəvi zərərin əvəzi olaraq "xxxx" MMC-dən 5000 (beş m in) manat məbləğdə pul tutulub İddiaçı ödənilməsi barədə qərar çıxarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Belə ki, məhkəmələr tərəfindən işin mübahisəsiz halı kimi müəyyən edilən hallarından göründüyü kimi "xxxx" MMC alıcı İddiaçı ilə xx.xx.2017-ci il tarixdə bağladığı M-1642 saylı, M-1643 saylı və M-1644 saylı müqavilələr üzrə müvafiq olaraq Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) binada 70 nömrəli, 71 nömrəli və 123 nömrəli mənzilləri alıcıya təhvil verməyi öhdəsinbə götürmüşdür. Lakin cavabdeh uzun müddət keçməsinə baxmayaraq MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, mənzilləri inşa edib iddiaçıya təhvil verməmişdir. Buna görə iddiaçı mənzillərin ona təhvil verilməsi və zərərin ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3467/2021 saylı qətnaməsi ilə xx.xx.2017-ci il tarixli M-1642 saylı, M-1643 saylı və M-1644 saylı alğı-satqı müqavilələrinə əsasən müvafiq olaraq 70 nömrəli, 71 nömrəli və 123 nömrəli mənzillərin İddiaçı təhvil verilməsi və həmin müqavilələrin 2.2.4-cü bəndində göstərilən vəzifələrin icra edilməsi, qaz, su, elektrik təchizatının təmin edilməsi, binada yaşayış üçün zərurəti olan bütün şəraitin yaradılması, həmin mənzillərdə təmir işlərinə başlamağa icazə verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə olunması qət edilmişdir.
51. Qeyd olunan qətnamə çıxarıldıqdan sonra da mənzillər iddiaçıya təhvil verilməmişdir.
52. İddiaçının hazırki iddia tələbi üzrə maddi zər ərin ödənilməsi tələbi məhkəmələr tərəfindən təmin edilməmişdir. Məhkəmələr gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya maddi ziyan vurulması sübut olunmur.
53. Məhkəmə kollegiyası maddi ziyan tələbinin rədd olunması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
54. Lakin müqavilə öhdəlikləri yerinə yetirilmədiyinə görə mənəvi zərərin ödənilməsi tələbinin rədd olunması barədə gəlinən nəticə əsassızdır.
55. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında qeyd edilmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
56. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).
57. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hiss i, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmişdir.
58. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
59. Tərəflər arasında yaranmış müqavilə münasibətləri baxımından mənəvi ziyanın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilələrin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mə nafelər müqavilənin şərtləri əsasında dəqiqləşdirilir.
60. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir.
61. İddiaçının cavabdehlə mənzillərə dair müqavilələr bağlamaqda iqtisadi marağı, öz həyat şəraitini yaxşılaşdrmaqdan ibarət olmuşdur. Burada iddiaçı mənzillərə bir əmlak kimi yiyələnib sərvət sahibi olmaqdan başqa, mənzil şəraitinin yaxşılaşmasından doğan rahatlıqdan yana idi. Buna gör ə də mənzillərin uzun müddət təhvil verilməməsi, bu cür rahatlıqdan məhrum edilməklə yanaşı, iddiaçı uzun müddət qeyri-müəyyənlik, məyusluq vəziyyətində saxlamışdır. İddiaçının bu vəziyyətin təsiri altında narahatlıq, ədalətsizlik, acizlik hissləri keçirməsi mümkündür.
62. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
63. Başqa sözlə, müqavilə öhdəliklərinin bu şəkildə pozulması, mənəvi zərərə səbəb ola bilər.
64. Mənəvi zərərə görə təzminat müəyyən edərkən sosial, psixoloji və iqtisadi qiymətləndirmə mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparılmalıdır.
65. Məhkəmə kollegiyası cavabdehin icranı gecikdirdiyi müddətin çoxluğunu, iddiaçının uzun müddət davamlı olaraq gözləməsini nəzərə alaraq, mənəvi ziyanın ödənilməsi üçün 5000 manat kompensasiya verilməsinin ağlabatan hesab edir.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismət təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1338/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi qismən – «cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3000 manat mənəvi zərərə və 200 manat dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinin ləğv edilməsi, həmin iddia tələbinin təmin olunmaması» hissəsində ləğv edilsin. Mənəvi zərərin ödənilməsi tələbi üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. Öhdəliyin pozulmasına görə vurulmuş mənəvi zərərin əvəzi olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5000 (beş min) manat məbləğdə pul tutulub İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.