Məhkəmə qərarları › İş №2(102)-4040/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4040/2023

25.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4040/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 (İqtisadiyyat Nazirliyi yanında Əmlak Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X1 üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin ötürülməsi, kassasiya şikayətini imzalamaq səlahiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 i barət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 5 may tarixli, 2(104)935/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) İddiaçı iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın və onun hüq uqi nəticələrinin etibarsız hesab edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-935/2023 nömrəli iş üzrə 5 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və İ.Həsənov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarış və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir.

3. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, şikayət apellyasiya instansiyası məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(104)-935/2023 nömrəli qərardadı ilə MPM-in 10-1.3 və 408.1.7-ci maddəsinin tələblərinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır.

4. İddiaçı nöqsanları aradan qaldıraraq, elektron kabinet vasitəsilə verilmiş yeni şikayətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)

5. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

6. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

7. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

8. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-də nəzərdə tutulmuş tələblərə cavab vermir.

10. Belə ki, barəsində şikayət verilən qətnamə 5 may 2023-cü il tarixində qəbul edilmiş, 12 iyun 2023-cü il tarixində iddiaçı tərəfindən qəbzə imza edilərək qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sonuncu kassasiya şikayəti 31 avqust 2023-cü il tarixində, yəni qanunvericiliyə əsasən kassasiya şikayəti vermə müddətini ötürməklə verilmiş və şikayətə buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizə əlavə edilməmişdir.

11. Həmçinin, kassasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olaraq imzalanmamışdır. Belə ki, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmamış, şikayəti tərtib etmiş və imzalamış vəkilin isə iş materiallarında iddiaçının adından kassasiya şikayəti imzalam aq səlahiyyətini nəzərdə tutan etibarnaməsi aşkar edilməmişdir.

12. MPM-ə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər (maddə 405.0.1). Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (maddə 408.1.4). Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir (maddə 407.3). İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kas sasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir (maddə 404-1.2).

13. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

14. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı MPM-in 405.0.1-ci maddəsində nəzərdə tutulan 2 aylıq kassasiya şikayəti vermə müddətini ötürdüyündən və buraxılmış müddətin bərpası barədə vəsatət vermədiyindən, həmçinin şikayət onu verən şəxs (onun səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanmadığından kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

15. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-935/2023 nömrəli, 2023-cü il 5 may tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar