Məhkəmə qərarları › İş №2(102)-4044/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4044/2020

18.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4044/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və X1 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh2 MMC-nin vəkili Məmmədzadə Ramil Tarix oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-870/2019 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11323/2019 saylı qətnaməsi ilə (hakimlər E.Həsənov, X.Mərdanova, Ş.Məhərrəmova) apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-879/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilərək, Cavabdeh2 MMC-dən ******* ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc məbləğinin, xx.xx.2012-ci il tarixindən həmin borc məbləğinin qaytarılacağı günədək illik 12% dərəcəsi ilə hesablanacaq faizin, habelə dövlət rüsumunun əvəzi qismində 30,40 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması q ət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)655/2020 saylı qərarı ilə (hakimlər M.Əhmədova, A.İsgəndərov, Ə.Nurməmmədov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin təmin olunmayan hissədə ləğv edilməsi, mülki işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi, Cavabdeh1 kassasiya şikayətindən imtinasının qəbul edilməsi və onun kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər R.Qurbanov (sədrlik edən, məruzəçi), A.Hüseynov və A.Hüseyn, 2(103)-3902/2020 saylı mülki iş) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borcun tutulm ası və tutmanın daşınmaz əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə apelyasiya baxışı qeyri-mümkün hesab edilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iş üzrə 1-ci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdi və ounun mübahisələndirdiyi hissə artıqş qanuni qüvvəsini almışdır. Yeni apellyasiya baxışına göndərilən hissə ilə bağlı apellyasiya şikayəti olmadığı üçün həmin iş üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən ******* ABŞ dolları və borcun verildiyi tarixdən borcun qaytarılması tarixinədək illik 12 faiz dərəcəsi ilə itirilmiş fayda kimi əlavə faizin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 MMC-nin daşınmaz əmlakına yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin vəkili Məmmədzadə Ramil Tarix oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: İ ş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərkən yalnız tutulan məbləğin müqavilə bağlanan məzənnə ilə tutulmasını və əmlaka yönəldilməsinı xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qəbul edilərkən, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə deyil, bütövlükdə yoxlamış və qətnaməni ləğv edərək, yalnız pulun tutulması hissəsində iddianı təmin etmiş və qalan hissədə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası iddia tələbinin mübahisələndirilməyən hissəsi üzrə birinci instansiya məhkəməsinin qəbul etd iyi qətnaməni ləğv edərək prosessual hüquq normasının pozuntusuna yol vermişdir.Lakin nəticə olaraq, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini tam deyil, qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv etmişdir və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, hazırki apelyasiya icraatının predmeti mövcüd deyildir. MPM-nin 366.2-cı maddəsinə əsasən apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Çünki qətnamədən apellyasiya şikayəti verən Cavabdeh1 yalnız tutulan məbləğin müqavilə bağlanan məzənnə ilə tutulmasını və əmlaka yönəldilməsinı xahiş etmişdir ki, həmin hissə ilə bağlı artıq qanuni qüvvəsini almış qətnamə var. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiy a instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar