Məhkəmə qərarları › İş №2(102)-4044/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4044/2022

26.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4044/2022 26.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh2) qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər C avabdeh1 və Cavabdeh2 (Cavabdeh3 qanuni nümayəndəsi kimi) qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və evə köçürülmə tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-603/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə 26 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xaçmaz rayonu Bostançı kəndində 0,13 ha torpaq sahəsində (bundan sonra – torpaq sahəsi) yerləşən yaşayış evi (bundan sonra – mübahisəli ev) tam mülkiyyət hüququ üzrə Cavabdeh1, torpaq sahəsi isə Cavabdeh1, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 birgə mülkiyyəti kimi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və bu barədə onların adına xx.xx.2015-ci il tarixli Çıxarış verilmişdir.

2. İddiaçı2, Cavabdeh1, İddiaçı4, İddiaçı1 və İsayev X1 Rayon 1 saylı Notariat Kontorunda 23 iyul 2015-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi əsasında torpaq sahəsini və mübahisəli evin birgə mülkiyyət üzrə onlara məxsus hissəsini Cavabdeh3 bağışlamışlar.

3. Torpaq sahəsi və mübahisəli ev tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə onun adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir.

4. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 5. 1981-ci il təvəllüdlü İddiaçı1 2011-ci ildən «Oliqofreniyanın debillik forması» diaqnozu ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasının psixiatrik kabinetində qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra – iddiaçılar) Cavabdeh1 və Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh2) (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin və mübahisəli evin Cavabdeh3 bağışlanmasına dair xx.xx.2015-ci il tarixli bağışlanması müqaviləsinin, sonuncunun adına işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia çılardan İddiaçı3 sonradan iddia ərizəsinin həcmini azaldaraq evə köçürülməsini tələb etməmiş, iddianın qalan hissədə təmin olunmasını xahiş etmişdir.

8. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, torpaq sahəsi və mübahisəli ev xüsusi mülkiyyət hüququ əsasında onlara və cavabdehlərdən Cavabdeh1 məxsus olmuşdur. Bağışlama müqaviləsinə əsasən qeyd olunan əmlak mülkiyyətçilər adından digər Cavabdeh2 yetkinlik yaşına çatmayan oğlu Cavabdeh3 bağışlanmışdır. Müqavilə bağlanarkən iddiaçılardan İddiaçı1 xəstə olduğu üçün həmin müqavilənin hansı hüquqi nəticələrə səbəb ola biləcəyini dərk etməmiş və anlamamışdır. O, xəstə olduğundan nə etdiyini, yəni hərəkətlərinin mənasını başa düşməmişdir. Bu səbəbdən də paylı mülkiyyətlərində olan əmlakı bağışlama yolu ilə Cavabdeh3 adına keçmişdir. İddi açılardan İddiaçı2, İddiaçı3 Vəzirxan oğlu və İddiaçı4 müqavilə bağlayarkən o şərtlə razılıq vermişlər ki, həmin evdə qalıb yaşayacaqlar, o cümlədən, cavabdehlərdən Cavabdeh1 də söz vermişdir ki, bağışlanma müqaviləsi əsasında həmin əmlak azyaşlı nəvəsi Cavabdeh3 adına keçsə də, həmin evdə qalıb yaşayacaqlar. Lakin sonradan Cavabdeh1 mülkiyyətçinin dəyişməsini əsas götürərək onları evə buraxmamışdır.

9. Cavabdeh3 qanuni nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, bağışlama müqaviləsi heç bir əlavə şərt, öhdəlik göstərilmədən bağlanmışdır, ona görə də iddia təmin edilməməlidir.

10. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-3096/2018 nömrəli iş üzrə 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia qismən təmin olunmuş, İddiaçı1, İddi açı2, İddiaçı4 Xaçmaz rayonu Bostançı kəndində yerləşən Cavabdeh3 mülkiyyətində olan mübahisəli yaşayış evinə köçürülməsi, Xaçmaz Rayon 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın qismən etibarsız hesab edilməsi, torpaq sahəsinin Cavabdeh3 bağışlanmasına aid hissədə etibarsız hesab edilməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 mübahisəli evin mülkiyyətçisi olan Cavabdeh1 ailə üzvləri kimi mübahisəli evdə yaşamaqla xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin (bundan sonra – xx.xx.2009-cu ilədək qüv vədə olmuş Mənzil Məcəlləsi) 53-cü maddəsinə əsasən onun ailə üzvü hesab olunduğundan həmin Məcəllənin 123-cü maddəsinə uyğun olaraq mülkiyyətçi ilə bu evdən bərabər istifadə hüquqları vardır.

12. Bundan başqa məhkəmə araşdırması zamanı mübahisələndirilən bağışlama müqaviləsi üzrə notariat əməliyyatı aparılarkən əqdin (bağışlama müqaviləsinin) qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanması halı, habelə mühüm əhəmiyyət kəsb edən digər qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir.

13. Belə ki, müqavilə bağlanarkən iddiaçılardan İddiaçı1 xəstə olması, həmin müqavilənin hansı hüquqi nəticələrə səbəb ola biləcəyini dərk etməməsi və anlamaması, yəni hərəkətlərinin mənasını başa düşməməsi nəzərə alınmamışdır.

14. Məhkəmə öz mövqeyini xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 144.1, 144.2, 146.1, 152.1, 152.5, 324.1, 324.2, 324.4, 331.1, 334.1, 346.1,389.1, 666.1, 666.2, 668.1.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Cavabdeh3 qanuni nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1129/2020 nömrəli iş üzrə 07 avqu st 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abbasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın rədd edilməsi qət olunmuşdur.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin psixiatrik kabinetdə qeydiyyatda olması onun məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxs olması demək deyil. İşdə İddiaçı1 psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılması barədə heç bir sübut yoxdur.

18. İşə əlavə olunmuş bağışlama müqaviləsindən görünür ki, notarius bu vəzifəsini yerinə yetirərək müqavilədə bu barədə xüsusi qeyd aparmış, İddiaçı1 savadsız olduğu və əlləri əsdiyi üçün müqaviləni ucadan oxuyaraq doğuraca ğı nəticəni ona izah etmiş, sonuncunun xahişi ilə müqaviləni onun əvəzinə X2 imzalamışdır. Hazırkı halda notariusun həmin hərəkətləri etməməsinə dair iddia tərəfi heç bir sübut təqdim edə bilməmişlər.

19. Bundan başqa, işə baxan məhkəmə iddiaçıların iddiasını təmin edib müqaviləni qismən etibarsız hesab etsə də, bununla bağlı heç bir hüquqi araşdırma aparmamış, əqdin etibarsızlığını tənzimləyən Mülki Məcəllə ilə nəzərdə tutulmuş maddələrə istinad etməmişdir.

20. Bağışlama müqaviləsi bağlanarkən Mülki Məcəllədə əksini tapmış əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. Bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün heç bir hüquqi əsas yoxdur. Bağışlama müqaviləsi qanuni əsaslarla bağlandığından onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyy atın və verilmiş çıxarışın etibarsız hesab olunması barədə tələb də təmin oluna bilməz.

21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 28.2, 33.1, 152, 157.4, 337-349, 666.1, 670.1, 673.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

22. İddiaçı2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağışlama müqaviləsi bağlanan zaman İddiaçı1 psixi vəziyyəti ona müqavilənin mahiyyətini dərk etməyə imkan verməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu hala düzgün hüquqi qiymət verməmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – ka ssasiya instansiyası məhkəməsi) 2(102)-813/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), İ.Xəlilov və M.Əhmədova) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

25. Kassasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı1 2011-ci ildən “Oliqofreniyanın debillik forması” diaqnozu ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasının psixiatrik kabinetində qeydiyyatda olmasını müəyyənləşdirsə də, bu halın əqdin etibarsızlığına səbəb olub-olmamasına düzgün hüquqi qiymət verməmişdir.

26. Belə ki, qanunvericiliyin tələbinə görə, şəxs fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərin in mənasını başa düşməyibsə və ya onlara rəhbərlik edə bilməyibsə, bu həmin əqdin məhkəmə tərəfindən etibarsız sayılması üçün əsasdır.

27. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verməmiş və hüquqi varislik məsələsini həll etmədən vəfat etmiş şəxsə münasibətdə qətnamə qəbul etmişdir.

28. Bundan başqa, hazırkı mübahisə üzrə düzgün nəticəyə gəlmək üçün aydınlaşdırılmalı olan hallardan biri də iddiaçılar tərəfindən bağışlama müqaviləsi bağlanan zaman torpaq sahəsində yerləşən evə münasibətdə istifadə hüquqlarına xitam verilməsi barədə notarial qaydada razılığın verilib-verilməməsidir. Çünki, iddiaçılar bu razılığın torpaq sahəsinə münasibətdə verilməsini iddia edirlər və ona görə də hesab edirlər ki, mülkiyyətçi dəyişdikdən sonra mü bahisə predmeti olan evdə yaşamalı idilər.

29. Məhkəmə mövqeyini Mülki Məcəllənin 228.4, 346.1, 666-cı maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

30. Yeni apellyasiya baxışı zamanı Cavabdeh1 öldüyü üçün onun oğlu Nümayəndə prosessual hüququ varisi kimi işə cəlb edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-1721/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar mübahisəli evdə yaşamaqla 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü m addəsinə əsasən mübahisəli evin mülkiyyətçisi Cavabdeh1 ailə üzvü hesab olunurlar və həmin Məcəllənin 123-cü maddəsinə uyğun olaraq onların mülkiyyətçi ilə bərabər istifadə hüquqları vardır.

33. Həmçinin müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli evdə Cavabdeh1 ölənə qədər yaşamışlar, hal-hazırda həmin evdə qeydiyyatdadırlar və həmin evdən qeydiyyatdan çıxmamışlar.

34. Eyni zamanda, məhkəmə araşdırması zamanı mübahisələndirilən bağışlama müqaviləsi üzrə notariat əməliyyatı aparılarkən əqdin qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanması, habelə mühüm əhəmiyyət kəsb edən digər qanun pozuntularına yol verilməsi müəyyən olunmuşdur.

35. Belə ki, müqavilə bağlanarkən iddiaçılardan İddiaçı1 xəstə olması, həmin müqavilənin hans ı hüquqi nəticələrə səbəb ola biləcəyini dərk etməməsi və anlamaması, yəni hərəkətlərinin mənasını başa düşməməsi nəzərə alınmamışdır.

36. Məhkəmə mövqeyini xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 123-cü, Mülki Məcəllənin 144, 146, 152, 324, 331 və 666-cı maddələrinə istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

37. Cavabdeh3 və Cavabdeh1 prosessual hüquq varisi Nümayəndə kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

38. Cavabdehlər bağışlama müqaviləsinin etibarsız sayılması üçün qanuni əsasların olmadığını, iddia tələbinin iddia müddətinin ötürülməklə irəli sürüldüyünü, qətnamənin sübutlara düzgün qiymət ver ilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını qeyd etməklə, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər.

39. Kassasiya instansiyası məhkəməsinin 2(102)-6491/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əİiyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2, İddiaçı3 və İddiaçı4 bağışlama müqaviləsinin və Çıxarışın etibarsız hesab edilməsi barədə iddiasının təmin olunması hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.

40. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçılar Aynur, Püstəxanım və İddiaçı4ləri evə köçürməklə bağışlama mü qaviləsini və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışı qismən etibarsız hesab edərkən iddianın təmin olunmamış hissəsinin nədən ibarət olmasını, yəni iddianın hansı hissədə rədd olunmasını dəqiqləşdirməmişdir.

41. Eyni zamanda, məhkəmə qətnamənin nəticə hissəsində iddianın qismən təmin olunmasını göstərsə də, iddianın hansı hissədə təmin olunmamasını göstərməmiş və həmin nəticəni əsaslandırmamışdır.

42. Kassasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 346.1, 666.1, 670.1-ci, MPMin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

43. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-603/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və F.Məmmədov) C avabdeh3 apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - İddiaçı2, İddiaçı3 və İddiaçı4 bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsinə dair iddialarının təmin edilməsi hissəsində ləğv olunmuş, həmin hissədə sonuncuların iddia tələbinin rədd edilməsi qət edilmişdir.

44. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı2 ərizəsi əsasında İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

45. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin olunmayan hissəsi ilə bağlı araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində iddianın qismən təmin olunmasın ı göstərsə də, iddianın hansı hissədə təmin olunmamasını göstərməmiş və həmin nəticəsini əsaslandırmamışdır.

46. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yaşayış evinin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi hissəsi və çıxarışın yaşayış evinə aid olan hissədə etibarsız hesab olunması ilə bağlı araşdırma aparılmadığı görünür.

47. Həmçinin, iddianın bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi hissəsində təmin olunması üçün iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 istinad etdikləri iddiaçıların bağışlama müqaviləsini şərtlə imzalamalarına dair dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

48. İddiaçıların istinad etdiyi digər bir dəlil – İddiaçı1 «Oliqofreniyanın debillik forması» diaqnozu ilə Xaçmaz MRX-nın psixatrik kabinetində qe ydiyyatda olması, mütəmadi olaraq müalicələr alması dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmələr tərəfindən işin həmin halına qiymət verilmiş, bağışlama müqaviləsi və çıxarış yalnız İddiaçı1 xəstəliyi ilə əlaqədar hərəkətlərinin mənasını başa düşməməsinə görə Mülki Məcəllənin 346.1-ci maddəsinin tələbinə müvafiq olaraq etibarsız sayılmış və kassasiya instansiya məhkəməsinin 2(102)-6491/21 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə mülki iş yalnız İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiasının bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi hissəsində araşdırılması üçün yeni apellyasiya baxışına göndərilmişdir.

49. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 “Oliqofreniyanın debillik forması” diaqnozu ilə qeydiyyatda olması digər iddiaçılara münasibətdə onların iddiasının təmin o lunması üçün əsas ola bilməz.

50. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 346.1, 666.1, 670.1, 670.3-cü, eləcə də MPM-in 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

51. İddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı3 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

52. Kassatorlar şikayəti onunla əsaslandırmışlar ki, bağışlama müqaviləsi onların torpaq sahəsinin yerləşdiyi yaşayış evində yaşayış hüquqlarının saxlanılması ilə şərtləndirilmişdir. Qətnamənin nəticə hissəsində iddi anın kimə münasibətdə təmin və ya rədd olunması ilə bağlı qeyri-dəqiqlik vardır.

53. Şikayət Mülki Məcəllənin 421.1, 666.1, 670.2, 670.3, 670.3, 673.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

55. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

56. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

57. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qa ydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

58. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu c ür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

59. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

60. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

61. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əş yaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

62. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

63. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

64. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağ ladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

65. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

66. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak və zifəsindən azad edilməsi ola bilər.

67. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır:

68. Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə Mülki Prosessual Məcəllə

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan ma ddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının h ədləri

76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı iş üzrə əvvəlki kassasiya baxışının nəticəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız İddiaçı2, İddiaçı3 və İddiaçı4 bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə iddiasının təmin olunması hissəsində ləğv edilərək, həmin hissədə yeni apellyasiya baxışına göndərildiyindən və yalnız həmin hissədə baxıldığından apellyasiya instansiyası məhkəməsinin aktı mülki işin baxış predmeti olan hissəsində tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsini mövqeyi

78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

79. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansi yası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

80. Kassasiya şikayətinin bəzi dəlilləri mülki işin əvvəllər yoxlanılmış və dəyişdirilmədən saxlanıldığı üçün qanuni qüvvəyə minmiş hissələri ilə (o cümlədən İddiaçı1 iddiası əsasında mübahisəli torpaq sahəsinin bağışlanması müqaviləsinin etibarsız hesab edilmişi və ona dair çıxarışın ləğv edilməsi), digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparıla, onlara qiymət ver ilə bilməz.

81. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-603/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar