Məhkəmə qərarları › İş №2(102)-4045/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4045/2022

26.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4045/2022 26.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh16, Cavabdeh14, Cavabdeh15, Cavabdeh17, Cavabdeh18 Şixbaba oğlu, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh6, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, Cavabdeh38, Cavabdeh39, X31 və Cavabdeh41 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya baxışının hədləri, ölmüş şəxsə qarşı iddia Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəç i), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı3 cavabdehlər Cavabdeh1 və qeyrinlərinə qarşı “torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpağın mülkiyyətinə verilməklə adına dövlət qeydiyyatına alınıb reyestrdən çıxarış verilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1911/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı3 hüquqi varisi İddiaçı1 Azər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 26 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN 061 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 0,86 h a torpaq sahəsi verilmişdir.

2. JN 0057 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X7, Cavabdeh11, X11, Cavabdeh42, X8 0,86 ha torpaq sahəsi verilmişdir.

3. JN 0058 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh12, Cavabdeh13 və ailə üzvləri Cavabdeh43, X21 və Cavabdeh44 1,11 ha torpaq sahəsi verilmişdir.

4. JN 0069 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X37, Cavabdeh15, Cavabdeh45, Cavabdeh46, Cavabdeh47, Cavabdeh48, Cavabdeh49, Cavabdeh50 1,36 ha torpaq sahəsi verilmişdir.

5. JN 0059 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh16 0,17 ha torpaq sahəsi verilmişdir.

6. JN 935 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət ak tına əsasən Cavabdeh39 0,54 ha torpaq sahəsi verilmişdir.

7. JN 934 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X16 0,54 ha torpaq sahəsi verilmişdir.

8. JN 927 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh41 0,54 ha torpaq sahəsi verilmişdir.

9. JN 0065 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh17 0,17 ha torpaq sahəsi verilmişdir.

10. JN 0068 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh18 Şixbaba oğluna, Cavabdeh19, Cavabdeh51, Cavabdeh52, Cavabdeh53 0,86 ha torpaq sahəsi verilmişdir.

11. JN 0063 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh20, Cavabdeh21, Cavabdeh54, Cavabdeh55, X44 0,86 ha to rpaq sahəsi verilmişdir.

12. JN 0062 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh22, Cavabdeh23, Cavabdeh57, Cavabdeh56, X32, Əliyev Hicran Səxavət oğluna 1,03 ha torpaq sahəsi verilmişdir.

13. JN 0067 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh25, Cavabdeh26, Cavabdeh58, Cavabdeh59, Cavabdeh60 0,86 ha torpaq sahəsi verilmişdir.

14. JN 0066 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh27, Cavabdeh28, X3, Cavabdeh64 0,69 ha torpaq sahəsi verilmişdir.

15. JN 0064 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh29, Cavabdeh30, X2, X4, Cavabdeh62, Cavabdeh63 1,20 ha torpaq sahəsi verilmişdir.

16. JN 0060 KOD 30318068 saylı torpağın mülk iyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh6, Cavabdeh32, Cavabdeh66, Cavabdeh65, Cavabdeh67, Cavabdeh68 1,03 ha torpaq sahəsi verilmişdir.

17. JN 933 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh35, Cavabdeh36, X17, Cavabdeh69 2,16 ha torpaq sahəsi verilmişdir.

18. JN 932 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh37, Cavabdeh38, X9, X22, Cavabdeh70 2,70 ha torpaq sahəsi verilmişdir.

19. JN 9328 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh33, Cavabdeh34 1,08 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı3 cavabdehlər, Quba rayonu, Dağlı kənd sakinləri Cavabdeh1, Cavabdeh2, X15, Cava bdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh16, Cavabdeh14, Cavabdeh15, Cavabdeh17, Cavabdeh18 Şixbaba oğlu, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh6, Cavabdeh32, Quba rayonu, Alpan kənd sakinləri Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, Cavabdeh38, Cavabdeh39, X31 və Cavabdeh41 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə və onların ailə üzvlərinə məxsus torpaq sahələrinə dair onunla cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi, həmin əkin sahələrinə onun mülkiyyət hüququnun tanınması və adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İddia tələbi onunla ə saslandırılmışdır ki, cavabdehlər torpağın mülkiyyətə verilməsi haqqında dövlət aktı ilə özlərinə məxsus olan torpaq sahələrini ona satmış və bu barədə cavabdehlərlə arasında 14 aprel 2005-ci ildə alqı-satqı müqavilələri imzalanmışdır. Həmin vaxtdan da torpaq sahəsindən istifadə edir. İddiaçı cavabdehlərin pullarını vermişdir. Cavabdehlər ona narahat olmamağı, istənilən vaxt torpağın alqı-satqısını notariatda rəsmiləşdirəcəklərini bildirmişlər. Onlara inanıb, bir qədər gözləmişdir. Sonra dəfələrlə müraciət etsə də, cavabdehlər hər dəfə müxtəlif bəhanələrlə alqı-satqını rəsmiləşdirmək üçün notariat kontoruna getməkdən boyun qaçırmışlar. O, alıcı kimi öz vəzifəsini yerinə yetirmiş, lakin cavabdehlərin günahı üzündən alqı-satqını notariat kontorunda rəsmiləşdirə bilməmişdir. 22. 12 avqust 200 9-cu il tarixli məhkəmə iclas protokolunda qeyd edilmişdir ki, cavabdehlər X15, Cavabdeh11 (İ cild, i.v.271.), Cavabdeh17 (İ cild, i.v.272-nin arxa səhifəsi), Cavabdeh18 Şıxababa oğlu, Cavabdeh53 (İ cild, i.v.273), Cavabdeh27 (İ cild, i.v.274-ün arxa səhifəsi) və Cavabdeh33 (İ cild,i.v.277) məhkəmə iclasında iştirak edərək, iddianı qəbul etmişlər.

23. Quba Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(027)724/2009 saylı, 12 avqust 2009-cu il tarixli qətnaməsi ilə (hakim F.Pənahov) iddia tələbi təmin edilmişdir.

24. Məhkəmə gəldiyi nəticəni torpağın mülkiyyətə verilməsinə dair dövlət aktlarına, cavabdehlər və onların ailə üzvləri tərəfindən imzalandığı iddia edilən xx.xx.2005-ci il tarixli və tarixsiz sadə yazılı əqdlərə, habelə ərizələrə istinadən iddia ərizəsində adla rı göstərilən cavabdehlərin və onların ailə üzvlərinin həmin dövlət aktları ilə özlərinə məxsus torpaqları iddiaçıya satmalarını, iddiaçının aldığı vaxtdan torpaq sahələrinə qulluq etdiyini, iddiaçının aldığı torpaqların pulunu cavabdehlərə tam şəkildə ödəməklə əqdi icra etdiyini, cavabdehlərin isə alqı-satqı müqaviləsini notariatda təsdiq etdirməkdən yayınmaları ilə əsaslandırmışdır.

25. Qətnamə Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 335.2-ci maddəsinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Cavabdeh6, Cavabdeh32, X45, Cavabdeh65, Cavabdeh67, Cavabdeh68, Cavabdeh29, Cavabdeh30, X5, X12, Cavabdeh62, Cavabdeh63, X10, Cavabdeh20, X18, X54, Cavabdeh55, X65 apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edil məsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

27. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işın faktiki halını müəyyən etmək məqsədi ilə ən azı yerində müayinə keçirilməmişdir. Cavabdehlər apellyasiya şikayətində 14 müqavilələrdəki və iddia tələbini etiraf etmələri barədə ərizələrdəki imzaların onlara və ailə üzvərinə məxsus olmadığını bildirmişlər.

28. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında iş materiallarının İ cildinin 90, 91, 183, 193 və 194-cü vərəqələrindəki müqavilə və ərizələrdə Cavabdeh20, Əliyeva Pərvanə (Təranə) Güləmməd qızı, Səfərəliyeva (Əliyeva) Günay Yusif qızı, X54, İsmayılova (Əliyeva) Bənövşə Yusif q ızı, Cavabdeh6, Cavabdeh7, Cavabdeh67, Fətullayeva (Səlimova) Kifayət Bəkər qızı, Zöhrabova (Səlimova) Sədaqət Bəkər qızı, Cavabdeh29, Cavabdeh30, Əsədova (Ağabalayeva) Xatirə Şəmsibala qızı, Quliyeva (Ağabalayeva) Aynur Şəmsibala qızı, Cavabdeh63 Şəmsi oğlu və Süleymanova (Ağabalayeva) Afət Şəmsibala qızı qrafasında olan imzaların həmin şəxlər tərəfindən icra edilib-edilməməsi barədə sual qoyulmuşdur.

29. Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2019-cu il tarixli 16605 nömrəli, rəyi ilə müəyyən edilmişdir ki, müqavilələrdəki və iddia tələbini etiraf etmələri barədə ərizələrdəki imzalar cavabdehlər (apellyantlar) və onların ailə üzvləri deyil, başqa şəxslər tərəfindən icra edilmişdir.

30. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi), 1 1 sentyabr 2019-cu il tarixli, 2(103)-2243/2019 saylı qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), T.Məmmədov və Ş.Abasov, mülki iş) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı3 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpağın mülkiyyətinə verilməklə adına reyestrdən çıxarış verilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

31. Məhkəmə müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2009-cu il tarixli məhkəmə iclasının protokolunda işə baxılma zamanında artıq həyatda olmayan şəxslərin iclasda iştirakını, onların izahat verib iddianı qəbul etmələrini qeyd etməklə, prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə bu faktdan çıxış edərək apellyantların işə onların da iştirakı olmadan baxılması barədə dəlillərini əsaslı və düzgün hesab etmiş və belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual qanunverciliyin tələblərinə əməl etməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə qətnaməni maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edib, cavabdehlərlə iddiaçının 14 aprel 2005-ci il tarixli sadə yazılı əqdlərin alqı-satqı müqaviləsi kimi bağlanmış hesab edərkən, həmin əqdləri iddiaçının özünün imzalamamasına (i.v.83, 8691) əhəmiyyət verməmişdir. Həmin ə qdlərdən biri də (i.v.89) 22 may 2001-ci ildə ölmüş Cavabdeh27 adından imzalanıb.

33. Birinci instansiya məhkəməsi Cavabdeh35, Cavabdeh36, X17, Cavabdeh69 məxsus 2,16 ha torpaq sahəsindən 10400,00 kv. metr əkin sahəsinin, Cavabdeh37, Cavabdeh38, X9, X22, Cavabdeh70 məxsus 2,70 ha torpaq sahəsindən 9400,00 kv. metr əkin sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi nəticəsinə gəlsə də, qeyd edilən mülkiyyətçilərin həmin torpaq sahələrini bütünlüklə qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs 24 may və 17 iyun 2002-ci ildə notarial qaydada satmalarına əhəmiyyət verməmişdir.

34. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayətinə əlavə edilən 24 may 2002-ci il və 17 iyun 2002-ci il tarixli notarial qaydada bağlanmış müqavilələrinə (İ cild, i.v. 374, 379 ) əsasən Cavabdeh35, Cavabdeh36, X33, Cavabdeh69 özlərinə məxsus 2,16 ha torpaq sahəsini, Cavabdeh37, Cavabdeh38, X19, X38 və Cavabdeh70 özlərinə məxsus 2,70 ha torpaq sahəsini Maraqlı şəxs satmışlar.

35. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh35, Cavabdeh36, X17, Cavabdeh69 məxsus 2,16 ha torpaq sahəsindən 10400,00 kv. metr əkin sahəsinin, Cavabdeh37, Cavabdeh38, X9, X22, Cavabdeh70 məxsus 2,70 ha torpaq sahəsindən 9400,00 kv. metr əkin sahəsinin alqı-satqısına dair 14 aprel 2005-ci il tarixli müqaviləni bağlanmış hesab etsə də, qeyd edilən şəxslərin artıq həmin vaxt torpaq sahələrinə mülkiyyət hüquqlarının olmamasına, bundan 3 il əvvəl onların torpağı bütünlüklə Maraqlı şəxs satmalarına diqqət yetirməmiş, nəticədə Maraqlı şəxs məxsus torpağı iddiaçının mülkiyyətinə keçirmişdir.

36. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin əqd kimi qəbul etdiyi müqavilələrin yeddincisinin iddiaçı özünün imzlamadığından həmin əqdin alqı-satqı müqaviləsinin nə formasına, nə də məzmununa uyğun gəlmədiyinə, bu əqdlərin eyni gündə və satıcıların oxşar imzaları ilə təsdiq edilməsinin həmin əqdin həqiqiliyinin şübhə doğurmasına əhəmiyyət verməmiş, əqdin məhkəmə qaydasında etibarlı sayılmasının digər bir şərti olan digər tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırmasına (cavabdehlərin məhkəmə iclasında iştirak edib iddianı qəbul etdikləri halda, iş materiallarından onların əqdin notariat qaydasında təsdiqlənməsindən nəyə görə boyun qaçırmaları görünmür) dair işin hallarını ətraflı araşdırmamışdır.

37. Həmçinin, birinci instansiya məhkəməsi vəfat etmiş X15, Cavabdeh11, Cavabdeh17 Cavabdeh18 Şıxababa oğlu, Cavabdeh53 və Cavabdeh27 miras əmlakına aid torpaq sahələrinə dair alqı-satqını etibarlı hesab etməklə, qeyd edilən şəxslərin vərəsələrinin də hüququnu pozmuşdur. O cümlədən, 2004-cü ildə ölmüş Cavabdeh33 məxus 1,08 ha torpaq sahəsinin alqı-satqısına dair 14 aprel 2005-ci il tarixli müqaviləni bağlanmış hesab etsə də, qeyd edilən şəxsin hələ sağlığında həmin torpaq sahəsini 03 oktyabr 2003-cü ildə X1 nəzərə almamış, nəticədə X55 məxsus torpağı iddiaçının mülkiyyətinə keçirmişdir.

38. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 25.1, 25.2, 335.2, MPM-nin 271.1, 385.1.1, 385.1.2, 387.2.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

39. İddiaçının hüquqi varisi İddiaçı1 Azər oğlu ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və G.Quliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq, işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

41. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahələri ayrı-ayrı şəxslərə məxsus olmaqla hər bir torpaq sahəsinin torpağın mülkiyyət hüququna dair ayrı-ayrı dövlət aktları mövcuddur. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız 17 nəfər apell yasiya şikayəti verdiyi halda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olan, apellyasiya şikayəti verməyən şəxslərə münasibətdə də bütövlüklə ləğv etmişdir.

42. Qərar MPM-in 372.6-cı maddəsinə istinad edərək əsaslandırılmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

43. Yeni apellyasiya baxışı zaman cavabdehlər X66, X23, Cavabdeh66, Cavabdeh65, Cavabdeh67, X67, Cavabdeh29, Cavabdeh30, X5, X12, Cavabdeh62, Cavabdeh63, X10, Cavabdeh20, X18, X54, Cavabdeh55, X65, Maraqlı şəxs, Cavabdeh1, Ramazanova X56, X24, Cavabdeh4, Cavabdeh5, X25, Cavabdeh42, X26, Cavabdeh12, Cavabdeh13, Cavabdeh43, Cavabdeh44, X39, X40, Cavabdeh16, Cavabdeh25, Cavabdeh26, Cavabdeh58 Qürbət qızı, Cavabdeh59, Cavabdeh60, X13, Cavabdeh19 Əzizbala qızı, X6, Cavab deh51, Cavabdeh52, X57, X46, X58, X68, X34, X27, X35, X20, Cavabdeh22, X41, Cavabdeh57, Cavabdeh56, X47, Əliyeva Hicran Səxavət qızı, maraqlı şəxs X48 nümayəndəsi X28, Cavabdeh17 hüquqi varisi Cavabdeh29 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

44. Apellyasiya şikayətləri əvvəlki şikayətlərin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, işə baxıldığı dövrdə işdə iştirak etmiş şəxslər artıq həyatda olmamışdır.

45. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2021-cu il tarixli, 2(105)-1911/2021 saylı qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən, məruzəçi), Z.Məmmədov və F.Məmmədov) apellyasiya şikayətləri təmi n edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı3 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpağın mülkiyyətinə verilməklə adına reyestrdən çıxarış verilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

46. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsindəki ilk icraat zamanı qeyd olunan mövqeyi təkrarlamaqla əsaslandırmışdır.

47. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 25.1, 25.2, 335.2, MPM-in 271.1, 385.1.1, 385.1.2, 387.2.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

48. İddiaçının hüquqi varisi İddiaçı1 Azər oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf 2009-cu ildən razılaşma yolu ilə çıxarış alaraq torpaq sahələrinə sahiblik, istifadə və sərəncam vermə hüquqlarını həyata keçirmişdir. Cavabdehlər 10 il sonra birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişlər, yəni 10 il müddətində torpaqla maraqlanmamışlar. Eyni kənddə yaşadıqları halda iddiaçının torpaq sahələrindən istifadə edib, əkib-becərdiyini bilə-bilə səslərini çıxarmayıblar. Torpaqları satın alan İddiaçı3 rəhmətə getdikdən sonra cavabdehlər məhkəmə qətnaməsini mübahisələndiriblər. Apellyasiya instansiyası məhkəməsi yeni qərar qəbul edərkən kassasiya instansiyası m əhkəməsinin göstərişlərini pozmuş, eyni prosessual pozuntulara yol vermişdir.

50. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü, Mülki Məcəllənin 152, 178.1-ci, MPM-in 420-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

52. Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır.

53. Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.

54. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

55. Maddə 335.2. Tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Mülki Prosessual Məcəllə

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə

48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabili yyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

61. Maddə 261.0.1. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: - iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

63. Mad də 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasi bətinə uyğun əsaslandırılmalıdır.

64. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

69. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstə rişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kas

72. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş göstəriş ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahələri ayrı-ayrı şəxslərə məxsus olmaqla hər bir torpaq sahəsinin torpağın mülkiyyət hüququna dair ayrı-ayrı dövlət aktları mövcuddur. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız 17 nəfər apellyasiya şikayəti verdiyi halda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olan, apellyasiya şikayəti verməyən şəxslərə münasibətdə də bütövlüklə ləğv etmiş, bununla MPM-in 372.6-cı maddəsinin tələblərini pozmuşdur.

73. İşə yenidən baxılarkən əlavə apellyasiya şikayətləri daxil olsa da, cavadehlər Cavabdeh39, X31 və Cavabdeh41 tərəfindən apellyasiya şikayətləri verilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi birinc i instansiya məhkəməsinin qətnaməsini həmin cavabdehlərə aid hissədə də yoxlamış, həmin hissəə əvvəlki məhkəmə tərkibinin yol verdiyi prosessual hüquq pozuntusunu təkrarlamışdır.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini h üquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.

75. Lakin apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı MPM-in apellyasiya baxışının hədlərini tənzimləyən 372.6-cı maddəsinin tələbləri yenidən pozulmuş, kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişi tam yerinə yetirilməmişdir.

76. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X15 30 noyabr 1998-ci ildə, Cavabdeh11 11 yanvar 2005-ci ildə, Cavabdeh17 06 avqust 1999-cu ildə, Cavabdeh18 Şıxababa oğlu 26 mart 2003-cü ildə, Cavabdeh53 08 iyul 2008-ci ildə, Cavabdeh27 22 may 2001-ci ildə, Cavabdeh33 isə 15 iyul 2004-cü ildə vəfat etmişdir. Göründüyü kimi iş üzrə cavabdeh kimi göstərilmiş sadalanan şəxslər baxılan iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2009-cu il tarxdən daha əvvəl ölmüşlər.

77. Bu hal isə həmin şəxslərə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılması üçün deyil, qeyd olunan cavabdehlərə aid hissədə iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur.

78. Çünki Mülki Məcəllənin 25.2-ci və MPM-in 48, 153.2.1-ci maddələrinə əsasən ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığından ona qarşı iddia irəli sürülə və belə iddia icraata qəbul edilə bilməz. Əgər icraata qəbul edildikdən sonra bu hal müəyyən edilərsə MPM-in 261.0.1-ci maddəsinə əsasən həmin şəxsə aid hissədə iş üzrə icraata xitam verilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi ölmüş şəxslərə qarşı verilmiş iddiaya da mahiyyəti üzrə baxmışdır.

79. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, yuxarıda göstərilən prosessual hüquq pozuntuları ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş və MPM-in 420-ci maddəsinə əsasən məcburi olan göstərişləri, habelə bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir.

80. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı3 hüquqi varisi İddiaçı1 Azər oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(105)-1911/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar