Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-405/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-496/2023 nömrəli, 4 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 1. 7.10.2019-cu il tarixli “Z olotoya Korona” sistemi vasitəsi ilə pul köçürülməsinə dair ərizədən görünür ki, həmin tarixdə X4 adından Rusiya Federasiyasının Arxangelsk şəhərinə Cavabdeh adına 1.000 ABŞ dolları köçürülmüş və köçürmə üçün 9 ABŞ dolları komissiya tutulmuşdur. 2. 7.10.2019-cu il tarixli “Zolotoya Korona” sistemi vasitəsi ilə pul köçürülməsinə dair ərizədən görünür ki, həmin tarixdə İddiaçı adından Rusiya Federasiyasının Arxangelsk şəhərinə Cavabdeh adına 1.000 ABŞ dolları köçürülmüş və köçürmə üçün 9 ABŞ dolları komissiya tutulmuşdur. 3. 7.10.2019-cu il tarixli “Zolotoya Korona” sistemi vasitəsi ilə pul köçürülməsinə dair ərizədən görünür ki, həmin tarixdə X5 adından Rusiya Federasiyasının Arxangelsk şəhərinə X8 adına 1.000 ABŞ dolları köçürülmüş və köçürmə üçün 9 ABŞ dolları komissiya tutulmuşdur. 4. 7. 10.2019-cu il tarixli “Zolotoya Korona” sistemi vasitəsi ilə pul köçürülməsinə dair ərizədən görünür ki, həmin tarixdə X1 adından Rusiya Federasiyasının Arxangelsk şəhərinə X2 adına 1.000 ABŞ dolları köçürülmüş və köçürmə üçün 9 ABŞ dolları komissiya tutulmuşdur. 5. 7.10.2019-cu il tarixli “Zolotoya Korona” sistemi vasitəsi ilə pul köçürülməsinə dair ərizədən görünür ki, həmin tarixdə X6 adından Rusiya Federasiyasının Arxangelsk şəhərinə X2 adına 1.000 ABŞ dolları köçürülmüş və köçürmə üçün 9 ABŞ dolları komissiya tutulmuşdur. 6. 7.10.2019-cu il tarixli xarici valyutanın satışı barədə çıxarışdan görünür ki, həmin tarixdə Bank əməliyyatlarının aparılması üçün "xxxx" ASC-yə 209 ABŞ dolları, yəni həmin vaxta olan məzənnə ilə 355 manat 82 qəpik məbləğ ödənilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5.200 ABŞ dolları məbləğində borcun, 1.000 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdehlə uzun illər bir yerdə işləmişlər və bir-birini yaxından tanıyırlar. Münasibətləri həmişə yaxşı olmuş və bir-birinə etibar edərək, dostluq münasibətində olmuşlar. Hazırda o özü fərdi qaydada kənd təsərrüfatı ilə məşğul olur. Hər dəfə görüşdükləri zaman cavabdeh ona təsərrüfatını genişləndirmək və daha çox qazanc əldə etmək üçün texnikalar almasını məsləhət görmüşdür. Cavabdeh ona Rusiya Federasiyasının müxtəlif şəhərlərində tanışlarının olduğunu və həmin şəxslərin vasitəsi ilə texnikalar ala biləcəyini bildirmişdir. Cavabdeh təkid etdiyinə və ona inandığına görə cavabdehlə Rusiya Federasiyasından texnikalar almaq barədə razılığa gəlmişlər. Bu məqsədlə, yəni həm özünə, həm də ona texnika almaq üçün Cavabdeh 2019-cu ilin sentyabr-oktyabr ayında həmkəndlisi, həmçinin işlərində cavabdehə köməklik, habelə tərcüməçilik edən X7 ilə birlikdə Rusiya Federasiyasına getmişlər. Bir neçə gün sonra o, ailə üzvləri və qohumları ilə birlikdə evində olduğu zaman Cavabdeh və X10 Federasiyasından ona zəng edərək, uyğun texnikalar olduğunu və almaq üçün pul göndərilməsini xahiş etmişlər. Hər ikisi ilə ailə üzvlərinin və qohumlarının yanında bir neçə dəfə danışdıqdan və Cavanşir Orucov həmin pula zamin durd uğunu bildirdikdən sonra onlara pul göndərməyə razılıq vermişdir. Həmin vaxt Rusiya Federasiyasına bir şəxsin adından 1.000 ABŞ dollarından artıq vəsait göndərilməsi mümkün olmadığı üçün o, öz adından 7 oktyabr 2019-cu il tarixdə "xxxx" ASC vasitəsi ilə 1.000 ABŞ dolları vəsaiti Cavabdeh adına Rusiya Federasiyasına göndərmişdir. Bundan başqa, həmin vaxt işi ilə əlaqədar "xxxx" ASC-də olan və əvvəldən tanıdığı X3 onun adından Rusiya Federasiyasına Cavabdeh 1.000 ABŞ dolları göndərilməsinə razılıq verməsini xahiş etmiş, Emin Hətəmli də etiraz etməmiş və Emin Hətəmlinin adından da Cavabdeh 1.000 ABŞ dolları göndərmişdir. Bundan sonra Bankda tanışı olmadığından Cavabdeh təklifi ilə X1 adından həmin vaxt Cavabdehla birlikdə olan X2 adına 1.000 ABŞ dolları, X6 adından 1.000 ABŞ dolları və X5 a dından X8 adına 1.000 ABŞ dolları göndərmişdir. Həmin vəsaitlərin göndərilməsi və bank əməliyyatları üçün isə 200 ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Cavabdeh Rusiya Federasiyasından aldığı texnikaları qayıtdıqdan sonra işlədərək, qazanc əldə etsə də, nə ona vəd verdiyi texnikaları vermiş, nə də pulunu qaytarmışdır. Cavabdehdən dəfələrlə pulunu qaytarmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə ona yaranmış borcunu ödəməkdən yayınmışdır.
9. Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(073)-885/2021 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 5.200 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 30 manat məbləğdə dövlət rüsumunun alınaraq iddaçı İddiaçı verilm əsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə
11. İclasında müəyyən edilmişdir ki, 07 oktyabr 2019-cu il tarixdə texnika alınbması üçün İddiaçı öz adından və başqa şəxslərin adından Rusiya federasiytası Arxangelsk şəhərinə Cavabdeh adına 5000 (beş min) ABŞ dolları köçürmə etmiş, köçürmə üçün cəmi 45 (qırx beş) ABŞ dolları komissiya haqqı və bank xidməti olaraq 209(iki yüz doqquz) ABŞ dolları ödəmişdir.Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı yerinə yetirmədiyinə, nə də iddiaçıdan bank köçürməsi vasitəsilə aldığı 5000 (beş min) ABŞ dollarını qaytarmadığına görə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə iclasında bank vasitəsilə köçürülən məbləğin 5000 (beş min) ABŞ dolları tə.kil etməsi mübahi sə doğurmamışdır.Həmin hal, elıəcə də həmin məbləğin, yəni 5000(beş min) ABŞ dollarının köçürüldükdən sonra Rusiya Federasiyasında Cavabdeh tərəfindən qəbul edilməsi cavabdehin öz izahatı ilə də təsdiqini tapmışdır.
13. Məhkəmə iclasında Cavabdeh 5.000 ABŞ dollar vəsaitin onun tərəfindən iddiaçıya borc verildiyini göstərsə də, həmin xüsusatla bağlı istər sadə yazılı formada, istərsə də notariat qaydasında təsdiq edilmiş müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya qarşı həmin məbləğlə bağlı hər hansı tələb irəli sürülməmişdir.
14. Həmçinin məhkəmə iddianın 1.000 manat əldə çıxmış fayda hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı həmin halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən iddia həmin hissədə əsassız hesab edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 740.1, 740.2, 1091.1, 1091.2, 1096.1 və 1096.2-ci, Mülki Prosessual Məcəllənin 88, 106.1. və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(073)-885/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sayılan İddiaçı ona qarşı əsassız və qanunsuz iddia qaldırmaqla, 5.200 ABŞ dolları məbləğində borc pulu, 1.000 manat əldən çıxmış faydanı və 30 manat dövlət rüsumunu iddia qaydasında tələb etməsinə baxmayaraq, ci ddi və əhəmiyyətli qanun pozuntuları ilə iddia əsassız təmin edildiyinə görə prosessual qanunun tələbləri ciddi pozularaq, işin faktiki halları düzgün qiymətləndirilməmiş və borclu olmadığı halda əsassız və qanunsuz məhkəmə qətnaməsi süni və şablon sübutlar üzərində çıxarılaraq, qanunla qorunan konstitusion hüquqlarım ciddi pozulmuşdur. Bu mənada qaldırılmış hazırkı iddia əsassız və qanunsuzdur. Belə ki, 5.000 ABŞ dolları məbləğində pul vəsaiti tərəfindən ona verildiyi halda, onun saxta və qanunsuz qaldırmış olduğu iddia əsaslı görünə bilməz. Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərinə əməl edilmədən çıxarılmışdır. Halbuki, həmin normanın məlum tələbkarlığı ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçrilməsini tələb etmişdir. Bu mənada qeyd edilən norma ciddi pozularaq, məhkəmədə mübahisəyə baxılarkən işdə iştirak edən şəxslərin çağrılıb dindirilməməsi mövcud olarsa belə, qanunun bu halı qadağan etməsinə baxmayaraq, məhkəmə prosesində ifadə, izahatlar alınmış olsa da, hüquqi qiymətləndirmə qanun pozuntuları ilə təminat almışdır.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-496/2023 nömrəli mülki iş üzrə 4 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər P.T.Əhmədov (sədrlik edən və məruzəçi), C.F.İmanov və T.S.Kərimov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(073)-885/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhk əməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, 07 oktyabr 2019-cu il tarixdə texnika alınması üçün İddiaçı öz adından və başqa şəxslərin adından Rusiya Federasiyası Arxangelsk şəhərinə Cavabdeh adına 5000 (beş min) ABŞ dolları məbləğində köçürmə etmiş, bunun üçün 45 (qırx beş) ABŞ dolları komissiya haqqı və bank xidməti olaraq 209 (iki yüz doqquz) ABŞ dolları ödəmişdir. Cavabdeh İddiaçı ilə aralarında olan razılaşmanı yerinə yetirmədiyinə, nə də iddiaçıdan bank köçürməsi vasitəsi ilə aldığı 5000 (beş min) ABŞ dollarını qaytarmadığına görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında bank vasitəsi ilə köçürülən məbləğin 5000 (beş min) ABŞ dolları təşkil etməsi mübahisə doğurmamışdır. Həmin hal, eləc ə də həmin məbləğin, yəni 5000 (beş min) ABŞ dollarının köçürüldükdən sonra Rusiya Federasiyasında Cavabdeh tərəfindən qəbul edilməsi tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Ancaq Cavabdeh İddiaçı ona 5000 (beş min) ABŞ dolları məbləğində borcunun olduğunu və Rusiya Federasiyası Arxangelsk şəhərində ona köçürülməsi iş üzrə sübutlarla təsdiqini tapan 5000 (beş min) ABŞ dolları məbləğində pul vəsaitinin özünə məxsus olduğunu göstərsə də, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
20. Cavabdeh 5000 ABŞ dolları məbləğində pul vəsaitinin özünə məxsus olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Habelə, birinci instansiya məhkəməsində prosesin çəkişmə prinsipi əsasında həyata keçrilməsi üçün onun iştirakı təmin o lunsa da, iddianın əsassızlığı barədə etirazına dair hər hansı əsas göstərə bilməmişdir.
21. Bundan əlavə, kollegiya diqqətə çatdırmağı zəruri hesab etmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarı ilə həmin məhkəmənin 21 dekabr 2021-ci il tarixli icra sənədi icra edilmədiyi üçün Cəlilabad rayon İcra və probasiya şöbəsinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş İnzibati xəta haqqında protokolu əsasında cavabdeh X9 təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Adıçəkilən məhkəmə qərarında Cavabdeh izahat verərək bildirmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(073)885/2021 saylı icra sənədi üzrə ondan 5200 ABŞ dolları tutularaq İddiaçı verilməlidir. Həmin borcun ödənilməsi on dan tələb olunsa da, maddi imkanı olmadığı üçün bu günədək həmin pulu ödəyə bilməmişdir. Hal-hazırda borcunu tam şəkildə ödəyə bilmir. Əgər vaxt verilərsə, borcunu hissə-hissə ödəyib qurtara biləcəyini, əməlindən peşman olduğunu və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyini bildirmişdir.
22. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilmişdir.
23. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillər ini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.3, 217.2, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə heç bi r şəxsi tanışlıq münasibətlərində olmamışlar. Heç vaxt iddiaçı ilə birlikdə işləməmişlər. Qeyd edilən pul məbləğlərindən xx.xx.2019-cu il tarixdə ayrı-ayrı şəxlərin adlarından ayrı-ayrı şəxslərə göndərilmişdir. Belə ki, 1.000 ABŞ dolları pul Rasif Orucovun adından Cavanşir Orucova, 1.000 ABŞ dolları pul Əfqan Orucovun adından Cavanşir Orucovun adına və yenidən 1.000 ABŞ dolları pul Mehdi Ağayevin adından Azər Məmişovun adına göndərilmişdir. Qeyd edilən fakt məhkəmə qətnaməsində də öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı heç bir hüquqi əsas olmadan ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, həmin iddia üzrə cavabdeh şəxs deyildir. Əslində isə iddiaçının ona 5.000 ABŞ dolları pul borcu olmuşdur ki, sonradan iddiaçı ona olan 5.000 ABŞ dolları borcunu göndərmişd ir. Onun iddiaçıya heç bir borcu yoxdur.
27. Cavabdeh bildirmişdir ki, hazırki iş üzrə o, iddiaya cavab verməli olan şəxs deyildir. Çünki qeyd edilən pul mübadilələri ayrı-ayrı subyektlər arasında olmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübut kimi şahid ifadələrinə istinad etməsidir. Bildirmək istəyirəm ki, iş üzrə dindirilmiş şahid izahatlarında da ziddiyyət vardır, lakin bu ziddiyyət aradan qaldırılmamışdır. Belə ki, iş üzrə dindirilmiş şahid Cavanşir Orucov izahatında Rasifin adından 1.000 ABŞ dolları pulun Mehtiyə göndərilməsini bildirsə də, lakin bu belə deyil, ona görə ki, Rasifin adından pul Mehdiyə deyil, məhz elə Cavanşirin özünə göndərilmişdir. Bu iş materiallarında göstərilən “Zolotoy Korona“ vasitəsi ilə göndərilən ərizələrlə də təsdiq edilir. Lakin qeyd edilən fa kt həm birinci, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə olan halda da o qeyd edilən iş üzrə cavabdeh şəxs olmadığını bildirir və iş üzrə cavabdeh olmadığı birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Qeyd edilən xüsusatlar tam araşdırılmamış və araşdırmaya səthi yanaşılmışdır. Nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini kobud pozmuşdur. Qanunvericiliyinin tələbinə görə əgər cavabdeh iddianı qəbul etmirsə sübutetmə yükü iddiaçının üzərinə düşür. Bununla da sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşsə də o, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir Göründüyü kimi iddiaçı əsassız olaraq ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
28. Kassator şikayə tini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9., 14.2., 54.1., 77.1 və 217.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarına, “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarına və “Qavazov Bolqarıstana qarşı” işi üzrə 6 mart 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya məhkəməsinin elektron poçt ünvanına AMİN-TAYYAR mailto:tayyar58@mail.ruElektron ünvan elektron ünvanından Cavabdeh və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinə etiraz göndərilsə də həmin etirazın konkret olaraq kim tərəfindən göndərilməsi məlum olm adığına görə və elektron kabinet vasitəsilə göndərilmədiyinə görə nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavi lədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsind ə əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsas landırır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıd ır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsinə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, yoxl anılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassator kassasiya şikayətində iddiaya cavab verməli olan şəxs olmadığını bildirir.Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, həmin dəlil apellyasiya şikayətində irəli sürülməmişdir.Bundan əlavə məhkəmələr ətərəfindən müəyyən edilmişdir ki, 07 oktyabr 2019-cu il tarixdə texnika alınması üçün İddiaçı öz adından və başqa şəxslərin adından Rusiya Federasiyası Arxa ngelsk şəhərinə Cavabdeh adına 5000 (beş min) ABŞ dolları məbləğində köçürmə etmiş, bunun üçün 45 (qırx beş) ABŞ dolları komissiya haqqı və bank xidməti olaraq 209 (iki yüz doqquz) ABŞ dolları ödəmişdir. Cavabdeh İddiaçı ilə aralarında olan razılaşmanı yerinə yetirmədiyinə, nə də iddiaçıdan bank köçürməsi vasitəsi ilə aldığı 5000 (beş min) ABŞ dollarını qaytarmamışdır. Məhkəmə iclasında bank vasitəsi ilə köçürülən məbləğin 5000 (beş min) ABŞ dolları təşkil etməsi mübahisə doğurmamışdır. Həmin hal, eləcə də həmin məbləğin, yəni 5000 (beş min) ABŞ dollarının köçürüldükdən sonra Rusiya Federasiyasında Cavabdeh tərəfindən qəbul edilməsi tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya mə hkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 aprel 2023-cü il tarixli 2(106)-496/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.