Məhkəmə qərarları › İş №2(102)-4052/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4052/2020

06.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4052/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı 1.137 manat pulun maddi zərərə görə, 511,65 manat dəbbə pulunun, 10.000 manat mənəvi zərərə görə pulun, ümumilikdə 11.648,65 manat pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10457/2019 saylı, 04 dekabr 2019cu il tarixli qətnaməsindən c avabdeh «xxxx» ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-966/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim M.A.Bağırova) İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiasının əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10457/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov), İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-966/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh «xxxx» ASC-dən sığorta ödənişinə görə 1.137 manat (bir min yüz otuz yeddi) manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 45 (qırx beş) manat olmaqla, cəmi 1182 (bir min yüz səksən iki) manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh «xxxx» ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat alınaraq X1, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülmüşdür. İşin halları: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində ona dəyən 1.137 manat pulun mad di zərərə görə, 511,65 manat dəbbə pulu, 10.000 manat pulun isə mənəvi zərərə görə, ümumilikdə 11.648,65 manat pulun cavabdeh «xxxx» ASCdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 23 oktyabr 2018-ci il tarixdə, saat 21-22 radələrində, Bakı şəhəri, Biləcəri qəsəbəsində, Y.Hüseynov küçəsi ilə Natəvan küçəsinin kəsişməsində etibarnamə üzrə onun istifadəsində olan «Mersedes-Benz C-220CDİ» markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilə mülki iş üzrə cavabdeh «xxxx» ASC sığorta şirkətində icbari sığortalanan nəqliyyat vasitəsi tərəfindən zərər yetirilmişdir. Yol nəqliyyat hadisəsinin günahkarı X4 öz avtomobilinin icbari sığortasını mülki iş üzrə cavabdeh «xxxx» ASC-də etdirdiyindən, o, dəyən zərərin ödənilməsi üçün həm in sığorta şirkətinə müraciət etməli olmuşdur. Orada ilkin araşdırma zamanı ona dəyən zərərin 470 manat qiymətləndirildiyi ona bildirildi. Təbii ki, o, həmin qiymətlə razı olmadığı üçün dərhal zərərin qiymətləndirilməsi üçün tədbirlər görməyə başladı. Bu məqsədlə Bakı şəhərində «Avto Klub» servisdə peşəkar avtomobil təmiri ustası olan X3 müraciət etmişdir. Hazırki iddia ərizəsinə əlavə etdiyi zərər aktından da görünür ki, baş verən yol nəqliyyat hadisəsi zamanı ehtiyat hissələrinə və xidmətə görə ümumilikdə avtomobilə 1.137 manat zərər dəymişdir. Bundan sonra, o həmin aktın əlavə edildiyi növbəti rəsmi müraciətini sığorta şirkətinə ünvanladı və sığorta şirkətindən bu zərərin ödənilməsini xahiş etdi. Lakin həmin ərizəsinə sığorta şirkətinin verdiyi 14.11.2018-ci il tarixli,07150-2870 saylı cavab məktubu ilə bu dəfə bildirilmişdir ki, guya ona dəyən zərər bu dəfə də 600 manat qiymətləndirilmişdir. Bu isə deməyə əsas verir ki, hətta sığorta şirkəti belə daxilən qiymətləndirmənin düzgün olmadığı qənaətindədir, lakin məqsəd maksimum zərəri aşağı qiymətləndirməkt yolu ilə gəlir əldə etməkdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh «xxxx» ASC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh «xxxx» ASC və vəkili Ələkbərov Fuad Rafiq oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası icraat təzələndikdən sonra cavabdeh «xxxx» ASC-nin prosesdə iştirakını təmin etməmiş, bununla da ekspert rəyinin tədqiqində iştirak hüquqlarını pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsini n 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh «xxxx» ASC-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -Avto klub servisin 26.10.2018-ci il tarixli qüsur aktından görünür ki, Mercedes Benz CDİ» markalı, ** CE *** döv lət qeydiyyat nişanlı avtolmobilə 1.137 manat məbləğində ziyan dəymişdir. -«xxxx» tərəfindən İddiaçı ünvanlanmış 14.11.2018-ci il tarixli, 07/50-2872 nömrəli məktubdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində, Mercedes Benz CDİ» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtolmobilə dəymiş zərər hesablanaraq 600 manat məbləğində müəyyən edilmişdir. Hesablanmış sığorta ödənişinin verilməsi üçün Azərbaycan Respublikası «İcbari Sığortalar haqqında» Qanunun 17-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yəni, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayışın təqdim edilməsi üçün Cəmiyyət tərə findən Nərimanov RPİ-nə sorğu göndərilsə də hələ də cavab göndərilməməsi qeyd edilmişdir. -Binəqədi RPİ X6 Şöbəsinin nəqliyyat vasitələrinin zədələnməsi barədə 016304 saylı arayışının surətinə əsasən 23.10.2019-cu il tarixdə, saat 21:00-da Y.Hüseynov küçəsində X2 idarə etdiyi Nissan markalı ** BU ***dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi və İddiaçı idarə etdiyi Mercedes markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissələri zədələnmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin 21.10.2019-cu il tarixli, 23676 saylı rəyinə əsasən “Mercedes Benz C-220CDİ» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 1.137 manat məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən ona əsas lanmışdır ki, iddiaçıya avtomobilə dair hər hansı etibarnamənin verilməsi onun həmin avtomobilin mülkiyyətçisi olması anlamına gəlmir. Buna görə də iddiaçı yox, həmin avtomobilin mülkiyyətçisi avtomobilə dəymiş ziyanla bağlı müvafiq iddia qaldırmaq hüququna malikdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı t əbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.8-ci maddəsinə görə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. -158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qanunvericilik mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarını hətta mülkiyyətçinin özü tərəfindən belə pozulmasından müdafiə edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobil tam qanuni əsaslarla iddiaçının sahibliyində və istifadəsində olduğundan iddiaçı avtomobilə dəymi ş ziyanın əvəzini tələb etmək hüququna malikdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxan məhkəmə maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol vermiş və nəticədə yanlış qənaətə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvv ənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habe lə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 28.08.2019-cu il tarixli qərardadı ilə yol nəqliyyat hadisəsi nəticəsində “Mersedes-Benz C-220CDİ” markalı **-CE*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 21.10.2019-cu il tarixli, 23676 saylı rəyinə əsasən “Mercedes Benz C-220CDİ» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 1.137 manat məbləğində müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehdən avtomobilə dəymiş maddi ziyanın əvəzi kimi 1.137 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi maddi ziyanla bağlı digər hissədə əsassız olduğundan təmin edilməməlidir. Kassasiya kollegiyası cavabdeh «xxxx» ASC-nin prosesdə iştirakını təmin edilməməsi ilə əlaqədar kassatorun dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh «xxxx» ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10457/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar