Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4055/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyr-yaşayış sahəsinin təhvil verilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin tikilib təhvil verilməsi” dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-359/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən cava bdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayətlərinə 25 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti MMC (bundan sonra “cavabdeh” və ya “MMC”) arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanıb. Müqaviləyə əsasən ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat ödəmək şərti ilə həmin əmlakın dəyəri 150000 manat müəyyən edilmiş, dəyəri ödənildikdən sonra cavabdeh əmlakın alıcıya (iddiaçıya) heç bir qeyd-şərt irəli sürmədən təqdim etmək öhdəliyi götürülmüşdür.
2. Cavabdehin 30 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən 300 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir.
3. Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışa əsasən "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixinə qanuni təmsilçisi X11 olmuşdur.
4. MMC-nin direktoru olmuş X4 notarial qaydada təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən, o, MMC-nin mübahisəli ünvanda inşa etdiyi yaşayış binasının A girişi, 1ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin pay hüququnun iddiaçının adına keçirilməsinə və onunla müqavilə bağlanmasına etiraz etməmişdir.
5. MMC-nin Nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X13 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikliklərə əsasən MM C-nin yeganə təsisçisi, 100% pay sahibi X6r.
6. MMC-nin direktoru X11 ilə "xxxx" MMC-nin direktoru X12 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 MMC-də ona məxsus 100% payını X2.
7. Bakı Ağır Cinayətlə Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-132/2021 saylı hökmü ilə X11 AR CM-nin 29,178.3.2, 178.3.2, 308.2, 32.5.308.2, 32.4.312.1, 313 və 32.5.313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə tqəsirli bilinmiş və 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən H.Əsgərov ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən binada mənzillərin satışı zamanı rəhbər vəzifəli şəxsi kimi qulluq mövqeyindən istifadə edərək bir qrup şəxsə qarşı sadalanan maddələrdə nəzərdə tutulmuş cinayət hərəkətlərinə yol ve rdiyi üçün məhkum olunmuşdur. Həmin iş üzrə iddiaçı da zərərçəkmiş şəxs kimi tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi (sonradan tələbini dəqiqləşməsi barədə ərizə) ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə ilə onun arasında ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində, ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə”yə əsasən həmin qeyri-yaşayış sahəsinin tikilib ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsində "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə n üçüncü şəxs kimi qoyulub.
10. İddiaçı işin yuxarıda göstərilən hallarına və MMC ilə bağlanmış 30 noyabr 2017ci il tarixli müqaviləyə istinadən iddia tələbini belə əsaslandırıb ki, ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat olmaqla, ümumi olaraq 150000 manat pul ödəyib. MMC məbləğin tam şəkildə ödənilməsi barədə ona həmin tarixdə maliyyə arayışı vermişdir.
11. Cavabdehin maddi imkanı olmadığından binanın inşası "xxxx" MMC tərəfindən davam etdirilmişdir. 12. "xxxx" MMC tərəfindən iddiaçıya cavabdehlə bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin əsassız olduğu bildirilmişdir.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Resp ublikasının Konstitusiyasının 13, 29-cü, Mülki Məcəllənin 152.1, 178.8 və 390.1-ci maddələrinə istinad etmişdir.
14. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsi "xxxx" MMC-nin təsisçisi olmuş X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
15. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iddiya münasibətini belə izah edib ki, "xxxx" MMC-də ona məxsus olan 100% payını 23 yanvar 2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi X2. Hazırda "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi X9r. İddiaçı ilə “Hasil" MMC-nin direktoru olaraq onun arasında mənzil tikintisi haqqında 30 noyabr 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanı nda MMC-nin inşa etdiyi binanın A girişinin birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri olan 150.000 manat pulu ödəmişdir. Həmin pul vəsaiti və digər payçıların da vəsaiti hesabına binanın dörd mərtəbəsi tikilmiş və sonradan X7 təhvil verilmişdir. Cavabdeh iddiadan boyun qaçırmaq üçün əsassız bəhanələrlə məhkəmə iclasına gəlməkdən boyun qaçırır. İddianın təmin edilməsini xahiş edir.
16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi iddiaya etiraz edib. Etirazın dəlilləri: - "xxxx" MMC-nin maddi imkanı olmadığından Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov, 39 ünvanında yerləşən binanın inşası “Fateh-2012 MMC tərəfindən davam etdirilir. "xxxx" MMC-yə məxsus həmin bina Xətai rayonunda "xxxx" MMC və "xxxx" MMC tərəfindən tikilən ya şayış binasından zərər çəkmiş sakinlərin təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Hazırda inşa edilən binanın 182 mənzili olsa da, zərər çəkənlərin sayı 238 nəfərdir; - iddiaçının istinad etdiyi 30 noyabr 2017-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə” nə "xxxx" MMC-nin arxivində, nə də iddiaçını adı Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən təsdiq edilən zərərçəkənlərin siyahısında heç bir məlumat yoxdur. Odur ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən tikilən yaşayış binasından zərər çəkmiş sakinlərin yerləşdirilməsi üçün təsis edilən "xxxx" MMC-nin belə bir müqavilə imzalamaq səlahiyyəti şübhə doğurur; - "xxxx" MMC-nin hüquq varisliyinin 23 yanvar 2019-cu il tarixindən "xxxx" MMC-yə keçməsi yalnız mövcud vədlərin yerinə yetirilməsi, "xx xx" MMC və "xxxx" MMC tərəfindən tikilən yaşayış binasından zərər çəkmiş sakinlərin evlə təmin edilməsi məqsədilə olmuşdur; - "xxxx" MMC-nin təsisiçisi X11 həmin MMC-də özünə məxsus olan 100% payını 23 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi X2. Hazırda "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi X9r.
17. Birinci instansiya məhkəməsi yerli baxış keçirmişdir.
18. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2311/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin tikilib İddiaçı təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmiş, iddia tələbi digər hissədə təmin edilməmişdir. (hakim Cəmilə Səfiyeva)
19. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə "xxxx" MMC-nin direktoru X11 arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə” yə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişinin birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri 500 manat olmaqla həmin əmlakın dəyəri 150000 manat şərtləşdirilmiş, cavabdehin 30 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən qalıq olmadan 100 faiz ödənilmişdir. Həmin vaxt binanın tikintisi getmiş, lakin "xxxx" MMC-nin təsisçisi X11 MMC-də özünə məxsus olan100% payını 23 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin direktoru X2. Hazırda MMC-nin direktoru X9r.
20. Birinci instansiya məhkəməsi yerli baxış zamanı binanın tikintisinin hələ də getdiyini, birinci mərtəbənin yan divarlarının hörülmədiyini, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəliyin tam yerinə yetirildiyini, cavabdehin isə təsisçinin dəyişməsi əsası ilə müqavilənin icrasından boyun qaçırmasını müəyyən etmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd edib ki, binanın təhvil-təslimində artıq 4 mərtəbə hazır idi hansı, binanın tikilən hissəsi payçıların pul vəsaitinin hesabına aparılmışdır. Tərəflər arasında yaranan müqavilə qanuni və əsaslıdır. MMC-nin təsisçisinin dəyişməsi öhdəliyin icrasından imtina üçün əsas ola bilməz. Bu halda cavabdeh “Hasil" MMC-nin bununla bağlı maneçiliyi qanunsuzdur.
22. Birinci instansiya məhkəməsi onu da göstərib ki, dəfələrlə tələb edilməsinə baxmaraq cavabdeh nə məhkəmə iclasında iştirak etməyib, nə də əvvəlki payçıların qeydiyyat kitabı məhkəməyə təqdim edilməyib. Habelə "xxxx" MMC-nin 23 yanvar 2019-cu il tarixindən hüquqi varisinin "xxxx" MMC-yə keçməsi barədə də məhkəməyə hər hansı sübut təqdim edilməyib.
23. Beləliklə, birinci instansiya məhkəməsi işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlib ki, iddia tələbi qeyri- yaşayış sahəsinin tikilib təhvil verilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 157.4, 178.8, 421.1, 442.1 və MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilib, əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə işi hətərəfli araşdırmamış, iddianın əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarmışdır. İşə baxan məhkəmə iddiaçının mülahizəsinə əsasən maddi və prosessual hüquq normalarını pozmuşdur; - belə ki X11 mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək, İddiaçı ünvan 5 ünvanında "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 78.4 kv.metr olan 2 otaqlı, 86 saylı mənzili 62.720 manata, 2-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 86.7 kv.metr olan 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş, 6-cı mərtəbədə yerləşən 96.4 kv.metr sahəsi olan 3 otaqlı, 36 saylı mənzili 72.300 manata satmışdır. Ə.Hüseynovun buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən ofisdə İddiaçı 8 avqust 2017-ci il tarixdə 62.700 manat, 31 avqust 2017-ci il tarixdə 136.800 manat pul vəsaiti almışdır. Faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq, Ə.Hüseynov "xxxx" MTK-nın möhürünü bir başa olaraq sənədlərə vurub kooperativin möhürü ilə həmin sənədləri 14 iyul və 31 avqust 2017-ci ildə İddiaçı və onun qızı Mərcanə Qür bətovanın adına rəsmiləşdirib İddiaçı təqdim etməklə ondan aldığı 199.520 manatı öz şəxsi ehtiyacları üçün xərcləmişdir; - İddiaçı aldadıldığını başa düşərək, verdiyi pul vəsaitini tələb etdikdə ƏHüseynov ifşa olunmasının qarşısını almaq məqsədi ilə 30 noyabr 2017-ci ildə özünün direktor olduğu "xxxx" MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi, 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsini pul vasaiti almadan saxta sənədlərlə iddiaçının adına rəsmiləşdirməklə verəcəyini yalandan vəd edərək, qeyd edilən ünvanda yerləşən Cəmiyyətin ofisində qeyri-yaşayış sahəsinin guya İddiaçı 150.000 manata satılması barədə 30 noyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı vermiş, bununla da təkrarən vəzifə saxta karlığı etmişdir; - xx.xx.2011-ci il tarixdə, ********** sayla qeydiyyata alınmış "xxxx" MMC-nin nizamnaməsinin 4.6-cı bəndində göstərilir ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Qanuni təmsilçilik funksiyasına malik direktor Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır. X11 isə "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi olmuşdur. Həmçinin 23 yanvar 2019-cu il tarixdə 100% payını "xxxx" MMC-nin təsisçisi X2. Göründüyü kimi, 2017-ci ilin noyabr ayının 30-da X4 İddiaçı ilə ümumiyyətlə əqd (müqavilə) bağlamaq səlahiyyəti olmamışdır. 300 kv.metr qeyriyaşayış sahəsinin pul vəsaiti alınmadan səlahiyyətsiz şəxs, yəni H.Əsgərov tərəfindən İddiaçı vəzifə s axtakarlığı ilə, yəni rəsmi sənədlərə yalan məlumatlar daxil edilməklə satılması ilə bağlı X10 ********* saylı cinayət işi üzrə ittiham elan edilmiş və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir; - Mülki Məcəllənin 358.1-ci maddəsində göstərilir ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Bununla da maddi hüquq normaları pozulmuşdur; - bundan başqa, "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməyərək prosessual hüquq normaları da pozulmuşdur.
27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-359/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari, Telman Məmmədov)
28. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin şərtlərində cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin iddiaçıya hansı müddətə təhvil verilməsi barədə heç bir müddəa-şərt nəzərdə tutulmamış, belə bir öhdəlik götürülməmişdir. Lakin müqavilənin 5-ci bəndində göstərilmişdir ki, əmlakın dəyəri alıcı tərəfindən tam ödənildiyi tarixdə, sahə alıcıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilməlidir. İşdən isə görünür ki, müqavilə bağlanan zaman bina tam hazır olmamışdır.
29. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, binada qeyri-yaşayış sahəsinin tikilib təhvil verilm əsi müddəti tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədə müvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. "xxxx" MMC üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağalabatan müddət təxmini olsa da, 3 il müəyyən edilə bilər. İşdən isə görünür ki, müqavilənin imzalanmasından 5 ilə yaxın zaman keçsə də, qeyriyaşayış sahəsi hələ də iddiaçıya təhvil verilməmişdir və mübahisə də məhz bu öhdəliyin vaxtında icra edilməməsinə görə yaranmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, işin təhlili onu göstərir ki, tə rəflər arasında yaranmış münasibətlər nisbətən də olsa podrat münasibətlərinə uyğun gəlir. Mübahisəli sahəni əldə etmək istəyən İddiaçı müqavilə bağlanan zaman əmlakın dəyərini tam şəkildə MMC-yə ödəmişdir. Tərəflər arasında bağlanmış müqavilə bu və ya digər şəkildə mübahisələndirilməmişdir və hazırda da qüvvədədir. Sifarişçi müqavilədən imtina etməmişdir. Lakin işdən görünür ki, "xxxx" MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. 31. "xxxx" MMC-nin qeyri-yaşayış sahəsini hər hansı müddət ərzində tikilib təhvil verilməsi barədə müqavilədə hər hansı bir şərt nəzərdə tutulmasa da, apellyasiya instansiyası məhkəməsi hesab edib ki, mübahisəli sahənin ağlabatan vaxt ərzində tikilib iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. Bunun la da "xxxx" MMC tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur.
32. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin alınması üçün 150000 manat vəsaiti "xxxx" MMC-yə ödəmişdir. MMC isə müavilə bağlanmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin əmlakı iddiaçıya təhvil verməmiş, təsisçinin dəyişməsini əsas gətirərək müqavilənin icrasından imtina etmiş, bununla da İddiaçı həmin öhdəliklərin məcburi qaydada icra etməsi üçün MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq hüququ yaranmışdır.
33. X4 "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi olması, buna görə də 2017-ci ilin noyabr ayının 30-da X4 İddiaçı ilə ümumiyyətlə əqd (müqavilə) bağlamaq səlahiyyətinin olmamsı barədə apellyasiya şikayətinin dəlilin əsasız sayan apellyaisya instansiya sı məhkəməsi vurğulamışdır ki, "xxxx" MMC-nin Nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X13 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikliyə əsasən Cəmiyyətin yeganə təsisçisi, 100% pay sahibi X11 olmuşdur. O, MMC-də olan öz payını 23 yanvar 2019-cu il tarixdə özgəninkiləşdirmişdir. Başqa sözlə, 2017-ci ilin noyabr ayının 30-da X3 Şəmsiyyə Ağaxan qızı ilə əqd (müqavilə) bağlayarkən səlahiyyətli şəxs olmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 421.1, 425.1, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2-ci və Mülki Prosessual Məcəllənin 771.-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh kassasiya şikayəti verib, qətnam ənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarlmasını xahiş etmişdir.
36. Kassasiya şikayətinin dəlilləri: - 30 noyabr 2017-ci ildə isə "xxxx" MMC-nin Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanda inşa edəcəyi 3 girişli yaşayış binasının «A» girişinin 1-ci mərtəbəsində yerləşən 300 m2 sahəsi olan qeyri-yaşayış sahəsini pul almadan H.Əsgərov İddiaçı adına rəsmiləşdirməklə, verəcəyini yalandan vəd edərək, qeyd edilən ünvandakı qeyri-yaşayış sahəsini ifşa olunmasının qarşısını almaq üçün İddiaçı satılması barədə məzmuna tamah niyyəti ilə bilə-bilə yalan məlumatı daxil etməklə saxta rəsmi sənədi, yəni müqavilə və maliyyə arayışını ona vermiş, bununla da H.Əsgərov təkrarən vəzifə saxtakarlığı etmişdir. Göstərilən qeyri-yaşayış sahəsinin qiyməti ödənilmədən İddiaçı adma rəsmiləşdiri lməsi maddi hüquq normalarının və digər qeyri-yaşayış sahəsi almış alıcıların hüquqlarının pozulması ilə nəticələnmişdir; - müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. İddiaçı 300 m2 qeyri-yaşayış sahəsi üçün pul ödəməmişdir. İddiaçı "xxxx" MMCnin Bakı şəhərində inşa etdiyi mənzilləri üçün pul vəsaiti ödəmişdir; - podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmü sübut edilmişdir ki, İddiaçı 30 noyabr 2017-ci ildə adına yalandan rəsmiləşdirilən 300 m2 qeyriyaşayış sahəsi üçün "xxxx" MMC-yə (muzd) pul ödəməmişdir. Sonuncu ancaq "xxxx" MMC-nin Bakı şəhərində inşa et diyi mənzillər üçün pul ödəmişdir. Bu da hüquq normasının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunu göstərir; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı 300 m2 qeyri-yaşayış sahəsi üçün (muzd) pul ödəməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
37. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulmas ı və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mad də 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
39. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırk i şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.
42. Əvvəla, apellyasya instansiyası məhkəməsinin "xxxx" MMC-nin Nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X13 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikliyə əsasən Cəmiyyətin yeganə təsisçisi, 100% pay sahibinin X4 olmasına istinad edərək, sonuncunun 30 noyabr 2017-ci il tarixli müqavilə bağlanarkən səlahiyyətli şəxs olması barədə gəldiyi nəticə qanunvericiliyə, eləcə də MMC-nin istinad olunan Nizamnaməsinə uyğun olmamışdır.
43. Mülki Məcəllənin 91.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Mülki Məcəllənin 91-1.1 və 91-1.2-ci maddələrinə görə bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulmuş halda yaradılmış direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir.
44. Göründüyü kimi, qanunvericiliyə görə MMC-də cari rəhbərliyi kollegial və ya təkbaşına rəhbər həyata keçirir və onların yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir.
45. Apellyasiya instansiyası mə hkəməsinin istinad etdiyi "xxxx" MMC-nin Nizamnaməsinin 4.6-cı maddəsinə görə də MMC-nin fəaliyyətinə cari rəhbərliyi MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru həyata keçirir. Direktor MMC-nin adından vəkalətnaməsiz fəaliyyət göstərir, MMC-nin operativ idarə edilməsini həyata keçirir... MMC-nin adından əqdlər bağlayır.
46. Qeyd edilənlər göstərir ki, X4 təsisçi olması onun MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru olması demək deyil. X4 yalnız MMCnin təsisçisi olması faktı onun MMC-nin adından əqdlər bağlamağa səlahiyyətli olması nəticəsinə gəlmək üçün əsas vermir. Bu səlahiyyət üçün onun həm də Nizamnaməyə uyğun olaraq MMC-nin adından təmsilçilik funksiyası olmalıdır.
47. Buna görə də apellyasiya instansiyası mə hkəməsi 30 noyabr 2017-ci il tarixli müqavilə bağlanarkən X1 şəxs olmasını onun MMC-nin qanuni təmsilçilik funksiyasına malik olan şəxs olub-olmaması kontekstində araşdırıb qiymətləndirməli idi.
48. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində "xxxx" MMC-nin təsisçisi olmuş X4 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmü ilə CM-in dələduzluq, vəzifə saxtakarlığı və sair maddələrlə məhkum olunmasına, həmin hökmlə hazırki iddiada adı keçən qeyri-yaşayış sahəsinin iddiaçıya satılmasının qanunsuz hesab edilməsinə istinad etməklə, həmin hökmü apellyasiya şikayətinə də əlavə etmişdir.
49. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmündən (İİ cild, i.v.23) görünür ki, X11 bilə-bilə yalan məlumatları daxil etməklə saxta rəsmi sənədləri – 30 noyabr 2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışını imzalayıb və hazırki iddiada adı keçən qeyri-yaşayış sahəsini iddiaçının adına rəsmiləşməsinə yalandan vəd etmişdir. (İİ cild, i.v.27) Qeyd edilən cinayət işində iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və zərərçəkmiş kimi iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir.
50. Mülki Prosessual Məcllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
51. Apellyasiya məhkəməsi isə cavabdehin həmin dəlilinə, ümumiyyətlə, qiymət verməmiş, Bakı Ağır Cinayə tlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə müəyyən edilmiş işin hallarının hazırki işə aid olub-olmaması, aid olduğu halda həmin hökmün Mülki Prosessual Məcllənin 82.4-cü maddəsinin tələbləri baxımından hazırki iş üzrə preyudisial xarakter daşıyıb-daşımamasını araşdırmamışdır. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
52. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5 -ci maddəsinin tələblərini pozmuşdur.
53. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
54. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən e dilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hü quq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-359/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.